İmişlinin Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi işini hansı geyimdə icra edir?
Hörmətli oxucular: Mən sizə İmişli rayon KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİNİN rəisi (KOMXOZ) Ceyhun Süleymanovdan bəhs etmək istəyirəm. O, həmin Ceyhun Süleymanovdur ki, 2022 ci ilin sonlarında təxminən avqust ayında bu posta gətirilmişdi. Fəaliyyətə başlayandan bu günə qədər heç bir uğurlu işilə yadda qalmasada, 2023-cü ilin Fevral ayında ona tabe olan "DOST" M.M.C də biraz ara qarışan kimi, o böyrək əməliyyatı keçirməli oldu. Mən onun xəstəliyinin olub olmaması barədə heç nə deyə bilmərəm, amma mənə maraqlıdır ki, niyə məhz həmin vaxt onunda böyrəyində əməliyyata ehtiyac oldu? Ceyhun, yuxarıda qeyd etdiyim kimi, işində heç bir uğuru ilə yadda qalmasada böyrək əməliyyatından sonra rayon mərkəzində idman şalvarı ilə işini idarə etməsilə yadda qalıb. Mənə elə gəlir ki, onun bu hərəkəti dövlət qulluğu haqqın qanuna ziddir. Mən biləni dövlət qulluqçuları haqqında qanunun müvafiq bəndi ilə dövlət qulluqçusu həm xidməti, həm davranışı və həmdə geyimilə digərlərinə nümunə olmalıdır. Amma Ceyhun dövlətin bu qanunlarına məhəl qoymur. Hətta onu müdafiə edib əməliyyat olunduğu üçün idman geyimilə iş başında olduğunu deyənlərdə tapıldı. Onu müdafiə edənlər onuda bildirdilər ki, Ceyhun iş başında olmasına baxmayaraq o bülletendədir. Mənə o da maraqlıdlr ki, bülletendə olan iş başında olub, işini necə icra edə bilər? Mən biləni əgər o həqiqətən büllətendədirsə həkim nəzarətində olmalıdır, yoxsa idman şalvarı ilə İmişlinin mərkəzində yerləşən parkda yox. Bundan başqa yox əgər o, sağalıbsa niyə bülletendə olmalıdır? Onu da bildirək ki, qanunda nəzərdə tutulan güzəştlər hər bir işçi üçündür, tək Ceyhun üçün yox. Amma biz bildirmək istəyirik ki, ona hansı qanun icazə verir ki ictimayi yerdə, düz rayon icra hakimiyyətinin önündə və ULU ÖNDƏR H.Ə.ƏLİYEVİN heykəlinin ətrafında yerləşən parkda, insanların ən çox olduqları yerdə, dövlət qulluqçusu olaraq, idman şalvarı ilə iş başında olsun. Bəs onun bu hərəkətinə rayon icra hakimiyyəti başçısının və rayon ictimaiyyətinin münasibəti necədir? Mövzunu diqqətimizdə saxlayacağıq. Mehman Məmmədoğlu. Bakı TV.az İnternet Televiziyası
DİA.AZ: - "Büdcə pulu heç, barı ağaclar yazıqdır..." Bu sözlər DİA.AZ-a Sabirabaddan göndərilən müraciətdə yer alıb. Müraciət müəllifləri yerli ekologiya idarəsinin və yaşıllaşdırma birliyinin sözügedən rayonda yol kənarına əkdiyi, amma baxımsız vəziyyətdə saxladığı ağacların taleyindən narahat olduqlarını ifadə ediblər.
Sakinlər dia.az-a yazır: "Sabirabadda yaşıllaşdırma idarəsi illərdir yüzlərlə ağacı yolun bir üzündə yaşıllaşdırıb bir üzündə isə suya həsrət qoyub qurudur... Belə də Allahsızlıq olar... Dövlətin puluna qarşı israfçılıq edirsiniz, bu heç... Heç olmasa, ağaclara yazığınız gəlsin..."
Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq....
DİA.AZ: - Çiçək qəsəbəsi-20 Yanvar metrostansiyası istiqamətində işləyən bu avtobuslar artıq vətəndaşları çilədən çıxarıb. Hər halda BNA rəhbəri Vüsal Kərimlinin şəxsən belə bir avtobusa gündəlik minib iş-gücünün arxasınca gedə biləcəyi imkansızdır. Amma vətəndaşlar bu çiləni çəkir. DİA.AZ bildirir ki, lakin vətəndaşlar eyni zamanda etiraz da edirlər.
Oxucularımızdan biri yazır: "Əvvəla bu marşurut xəttində işləyən sürücülərə öz təşəkkürümüzü bildiririk. Zarafat deyil bu sınıq salxaq avtobusla adam daşıyırlar. Hələ marşurut 30 qəpik olanda dedilər bəs avtobus parkı yenilənsin deyə bu addımı atırıq.
Artıq qiymət daha 10 qəpik artıb, amma heç bir yenilənmə yoxdur.
Bu marşurutla hər gün yaxınlarımız mənzil başına tələsir. Amma bu avtobuslar göründüyü kimi bizi son mənzilə aparır..."
Göründüyü kimi, vətəndaşı da o artımdakı 10 qəpiyin aqibəti maraqlandırır. Yəni keyfiyyət artmasa da, qiymət artmaqdadır...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ovçular MMC-nin keçmiş əməkdaşının redaksiyamıza verdiyi məlumata görə, şirkət əhalinin sağlamlığını düşünmədən gəlir məqsədi ilə məhsulun daxilində zəhərli maddələrin olduğunu bildiyi halda qaydalardan kənar istehsalatla məşğul olmaqdadırlar. Məsələyə dəfələrlə müdaxilə etsədə bunun qarşısını ala bilmədiyin deyən əməkdaş sonda işindən olub. Xalqın sağlamlığı hər bir istehsalçının öncəlik prioriteti olması gərəksədə göründüyü qədər əmədaşdan başqa rəhbər strukturdan heç kəsi narahat etməyib. Pul qazanmaq hər bir şəxsin qoyduğu vəsaitdən əldə etmək istədiyi şeydir. Amma xalqı zəhərləməklə gəlir əldə etməyə meyili olmaq və xalqın genefonduna vurulan zərərin miqdarını hesablamadan genetiklə oynamaq isə ən böyük cinayət hesab edilir. Dünya miqyasında Ovçularda baş verən heç bir hall hələ müşahidə edilməyib. Beynəlxalq standartlardan kənarlaşan və milli dəyərlərimizi heçə sayan Ovçular MMC-nin rəhbərliyi məsələ ilə bağlı açıqlama təqdim etməyidə özünə borc bilmir. İstelakçıları aldatması azmış kimi istehsal edilmiş məhsulun saxlama müddəti keçdiyinə görə daxili yeniden emal edilməsi düzgün deyil. Bu halın mövcudluğu istehlakçını aldatmaq hesab edilir. Mənbənin verdiyi məlumata görə, bu maddə ət məhsullarına vurulma səbəbi məhsulun uzun müddət xarab olmamasına şərait yaratması ilə yanaşı onun dahada keyfiətli olmasını təmin edir. Lakin məhsulun üzərindəki müddət qeyd edildiyi gün bitdikdə məhsul yenidən emala verilməməlidir. Məhsulun üzərinə qoyulan istifadə müddəti həmin kimyəvi məhsula görə müəyyən edilir. Müddət bitdikdə məhsul tamamiilə yararsız hesab edilməklə yanaşı qoyulan qaydalara əsasən məhsul məhv edilməlidir. Amma Ovçular MMC-nin istesalında geri qaytarılmış mallar məhv edilmədən yenidən yeni məhsulla birləşdirilir və istesalata verilir. Həmin müddəti bitmiş məhsulun daxilində olan zəhərli maddələr isə müddəti bitdiyindən artıq zərərli toksinlər ifraz edərək insan genetikasına zərər verir. Maddənin daha sonralar törədə biləcəyi fəsadların tam olaraq heçkəsə məlum deyil. Ən əsası isə insan sağlamlığına həmin nitrit maddəsinin heç bir xeyrinin olmamasıdır, zərərindən başqa.
İddiayada ümumi neqativlərə görə etiraz edən işçi işindən azad edilib. Hətta Covid-19 xəstəliyinə tutulan əməkdaş Blütein təqdim etməsinə baxmayaraq təhqir edilib və öz xoşu ilə işdən azad edilməsi barədə ərizə yazmadığı təqdirdə onu 70c maddəsi ilə işdən çıxarılacağı ilədə öncədən hədələnib. Bütün bu məsələlərin subutunun mediaya təqdim edən mənbə bütün baş verən qanunsuzluqların hər birini detallı şəkildə izah etmişdir. Ovçular MMC-nin rəhbəri Səməd Cəfərov məsələ ilə bağlı 3 aydır verilən media sorğulara cavab verməkdən yayınmaqdadır. Bəzi media qurumları Ovçular MMC-nin rəhbəri Səməd Cəfərovun susqunluğuna bir anlam verə bilmədiyindən artıq məsələnin aydınlaşması üçün Baş prokurorluğa sorğular verib. Zavod daxilində yoxlamaların aparılması məqsədi ilə Prokurorluqdan köməklik gözləyən media qrumları tezliklə buna müsbət cavab alacaqlarınada əmindirlər. İddiaların əsasız olmadığını bilsəkdə bunu rəsmi sənədlərlə təsdiqə yetirilməsi bir media qurumuna ədalət prinsiplərinin qorunması naminə vacibdir. //UluTv.info//
DİA.AZ: - Beyləqanda qanunsuz tikililər davam edir. İcra başçısı rayonun mərkəzi küçələrində qeyri-qanuni tikililərə "xeyir-dua" verib. DİA.AZ bildirir ki, bu məsələ ilə bağlı etirazını ifadə edən tanınmış jurnalist Ramin Məhəmmədoğlu ilginc bir məqamı da açıqlayıb:
"Nə əcəbdirsə, həmin qanunsuz tikililər qeyri iş və bayram günlərinə təsadüf edir. İcra hakimiyyətindəki mənbəmiz iddia edir ki, icra başçısı son 2 ildə qanunsuz tikililərdən kifayət qədər gəlir əldə edib.
Qeyd edim ki, Asif Ağayevin "xeyir-duası" ilə tikilən qanunsuz obyektlərlə bağlı apardığımız araşdırmalar yekunlaşıb, həmin obyektlərlə bağlı yazı dərc etməklə, aidiyyəti üzrə qurumlara müraciətlər hazırlanır.
Onu də qeyd edim ki, 10 gün əvvəl Beyləqan rayonunda müşahidə etdiyimiz çoxsaylı qanunsuz inşa edilən qeyri-yaşayış obyektlərinin monitorinqinin aparılması barədə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərizə ilə müraciət etmişik".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....
DİA.AZ: - "Niyə şikayət edən həmişə günahkardır? Niyə işçinin iştirakı ilə müvafiq qurumlar tərəfindən ədalətli araşdırma aparılmır? Niyə "müəllimlər"?" DİA.AZ bildirir ki, bu barədə tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşım edərək etirazını bildirib.
Qeyd edək ki, son bir neçə gündür sözügedən idarənin işçiləri ilə rəhbərliklər arasında ciddi toqquşmalar müşahidə olunur və artıq bununla bağlı işçilərin Prezident İlham Əliyevə son ümid yeri kimi baxdıqları da anlaşılır. Bunları vurğulayan NHMT sədri M.Qəhrəmanlı daha sonra açıqlamasında bildirir:
"Bir müddət əvvəl də Azəriqaz İstehsalat Birliyi Ağsu RQİİ işçiləri tərəfindən ölkə başçısına, SOCAR Müşahidə şurasına, SOCAR prezidentinə müraciət göndərilmişdi.
Düşünürəm ki, bu ərizə də vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununa (maddə 7.13.) zidd olaraq şikayət edilən vəzifəli (Ağsu RQİİ) şəxslərinə göndərilib".
DİA bildirir ki, daha sonra açıqlamasında "Doğrudandamı, bu idarənin işçiləri günühkardır?" deyə sual edən M.Qəhrəmanlı yuxarı instansiyalara xitab edərək aşağıdakı sualına da cavab tələb edir: "Doğrudandamı rəislər "toxunulmazlar" qrupuna aiddirlər?"
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi monitorinqlər zamanı ölkədə istehsal olunan və ölkəyə idxal edilən enerji içkilərindən və sərinləşdirici içkilərdən nümunələr götürülərək laborator müayinələr aparıb.
Bu barədə MEDİAYA AQTA-dan məlumat verilib.
Araşdırmalar nəticəsində aşağıdakı içkilərin də enerji içkisi olmadığı müəyyən edilib:
1. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Gold Punch” – enerji içkisi deyil;
2. “Caucasus Energy” MMC tərəfindən istehsal edilən “Roarx Red Fire” – enerji içkisi deyil;
3. “ENNA” MMC tərəfindən istehsal edilən “Plus Power” – enerji içkisi deyil;
4. “Berg Energy” MMC tərəfindən istehsal edilən “Berg the great Power” – enerji içkisi deyil.
Onu da bildirək ki, AQTA tərəfindən aparılmış ilkin monitorinqin nəticəsinə əsasən, markalanmasında aşkarlanan uyğunsuzluqlarla əlaqədar “A+CO” MMC tərəfindən istehsal olunan “Full Energy” içkisinin ticarət şəbəkələrindən geri çağırılması və məhv edilməsi təmin olunub. Hazırda “Full Energy” içkiləri tələblərə uyğun yeni qablaşdırmada istehsal edilir. Buna baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı “A+CO” MMC tərəfindən oxşar pozuntulara yol verildiyi aşkarlanıb. Belə ki, həmin müəssisədə istehsal edilən “Enershock”un enerji içkisi olduğu təsdiqini tapsa da, enerji içkilərinə dair qanunvericilikdə nəzərdə tutulan markalanma tələblərinin pozulduğu aşkarlanıb. Qeyd edilən halla bağlı müəssisədə zəruri tədbirlərin görülməsinə başlanıb.
Qeyd edək ki, qazlı və alkoqolsuz içkilərin qablarının üzərində istehlakçıların hüquqlarının pozulmasına səbəb olan, sanki enerji içkisi olması təəssüratını yaradan ifadələrin yazıldığı aşkarlandıqda, həmin məhsullar və istehsalçı müəssisələrlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.
AQTA istehlakçıların nəzərinə çatdırır ki, qeyd edilən məhsulların enerji içkisi olmadığını nəzərə alsınlar və müvafiq qabın üzərində yazılan enerji içkisi təəssüratı yaradan məlumatlara aldanmasınlar. Agentlik tərəfindən isə ticarət şəbəkələri və ictimai iaşə obyektlərində aparılacaq monitorinqlər zamanı bu kimi hallar aşkarlandıqda, qanunvericiliyə uyğun ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
2022-ci ilin yoxlamalarının nəticəsini bu gün baxdıqda AQTA öz rəyini göz ardı etdiyi müşahidə edilir. verdiyi qərardan sonra İqtisadiyyat nəzarət departementinə məhsulun bazardan çıxarılması ilə bağlı hansı tədbirləri görməsi hələdə müəmma olaraq qalmaqdadır. /ulutv.info/
Tovuz rayonu,Vahidli kənd sakini Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına,media orqanlarının rəhbərlərinə müraciət edib. Şəhid və Qarabağ veteranı anası tərəfindən Faktinfo.az saytının elektron poçtuna göndərilən müraciətdə deyilir:
Cənab prezident!
Hörmətli Media orqanlarının rərbərləri!
Yazıb bildirirəm ki,Kənd Təsərrüfatı nazirliyi Nazirlər Kbinetinin 1994-cü il,15 yanvar tarixli,10 saylı qərarını tam əsassız sayır,şəhid və Qarabağ veteranı ailəsinin haqqını tapdalayır. Belə ki, öz təhsil, təcrübə və biliyi ilə seçilən alim-aqronom olan oğlum Həsənov Naməddin Tofiq oğlunu İnam Kərimovun rüşvətxor bandası qəsdən işdən azad etdirib,özləri də hazırda meydan sulayırlar.
Qeyd edim ki,ailə tərkibimiz altı nəfərdən ibarət olmaqla,ailədə uç azyaşlı uşaq və xəstə,daimi müalicəyə ehtiyacı olan şəhid və veteran anası var. Artıq kommunal xərcləri ödəyə bilmirik,çünki ailədə işləyən tək oğlum idi,onu da 18 aydır qanunsuz olaraq işdən azad ediblər.Dəfələrlə ölkə vətəndaşlığından imtina etmişik. Qanunsuzluqların və özbaşınalıqların tuğyan etdiyi Kənd Təsərrüfatı nazirliyində bizi eşidən yoxdur. Bu nazirlik nəinki vətəndaşın tələbini,hətta prezidentin və Baş nazirin qərarlarını belə əhəmiyyətsiz hesab edir.
Onu da vurğulamaq yerinə düşər ki,Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Laboratoriya,Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru,ixtisasca neftçi olan Rəşad Vahabzadə sabiq millət vəkili Cümşüd Nuriyevin də dediyi kimi milyardlarla dövlət vəsaitini mənimsəyib.Belə ki, Dövlət Sort Sınaq Məntəqələrinə ayrılmış subsidiyalar və ümumiyyətlə bu sahələrə ayrılan cəmi vəsaitlər Rəşad Vahabzadənin Bakı şəhəri,Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A ünvanında,asfaltın üstündə yerləşən saxta fermer kartına köçürülmüş və mənimsənilmişdir. Bu saxtakarlığı isə hələ də araşdıran tapılmır. Hər şey saxta olaraq kağız və asfaltın üzərindədir.
Bundan əlavə Lənkəran DSSM-dən feyxoa məhsulu, Zaqatala DSSM-dən qoz,fındıq məhsulu, Kürdəmir DSSM-dən buğda məhsulu, Ağdam DSSM-dən isə 70 ton buğda məhsulu Kamaz maşınlara yüklənərək Rəşad Vahabzadənin istədiyi yerə aparılmışdır. Oradan isə satılaraq həmin məhsulların pulu Rəşad Vahabzadə tərəfindən "udulmuşdur".
İndi isə Rəşad Vahabzadə həmin Dövlət Sort Sınaq Məntəqələrinin işçilərini məcbur edir ki, məhsulun olmaması barədə saxta akt tərtib edərək yeyintini gizlətsinlər.Hamıya isə yaxşı məlumdur ki, Dövlət Sort Sınaq Məntəqələri Kənd Təsərrüfatında mühüm əhəmiyyət kəsb edən bir sahə olduğuna görə həmin Məntəqələrə Respublikanın ən keyfiyyətli torpaqları ayrılmışdır və orada məhsulun olmaması qeyri-mümkündür.
Onu da bildirim ki, Rəşad Vahabzadə respublika üzrə torpaq və toxum analizləri üçün ödənilmiş bütün vəsaitləri də mənimsəmişdir.Analiz pullarından əvvəl isə analizlər üçün reaktivlər və kimyəvi maddələr alınarkən özünə yaxın olan MMC-lərlə işbirliyi quraraq külli miqdarda dövlət vəsaitini də mənimsəmişdir.
Toxum və torpaq analizləri üçün respublika üzrə vətəndaşlardan ödənilmiş pullar milyonlarla manat təşkil edir. Yenə də kənd təsərrüfatından anlayışı olmayan Rəşad Vahabzadə yeni bir kəşfə əl atıb və külli miqdarda dövlət vəsaitini talayıb.Belə ki, dünyanın heç bir yerində səpindən sonra torpaq analizi aparılmadığı halda Rəşad Vahabzadə taxılın kollanma, boru və hətta sünbül fazasında torpaq analizləri apartdırmışdır.Həmçinin,Rəşad Vahabzadə respublika üzrə tabeçiliyində olan bütün təşkilatların dəftərxana xərclərini, maşın və texnikalara ayrılan təmir pullarını da özü basıb yeyib,heç bir təşkilata nə bir vərəq kağız, nə ehtiyat hissəsi, nə də bir manat da olsa pul verilməyib.
HÖRMƏTLİ CƏNAB PREZİDENT!
Ona görə Sizdən xahiş edirəm ki, mənim Sizə etdiyim 1000-dən artıq şikayətimi şəxsi nəzarətinizə götürərək, milyonlarla dövlət vəsaitini mənimsəyən Rəşad Vahabzadə haqqında ciddi tədbir görülməsini təmin etdirəsiniz.Çünki bunu bizdən hüquqi dövlətimiz, onun ali qanunları və Sizin bu sahədə apardığınız uğurlu siyasət tələb edir. FAKTİNFO.AZ
"MÜSİBƏT OLURUQ BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ" ( Şair QABİL)
"Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə - həyat deməkdir." Heydər Əliyev
Respublika Prezidenti 2003-cü ildə Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən xalqımızın firavan yaşayışının, rahatlığının təmin edilməsinə, respublikamızın bütün şəhərlərinin və kənd rayonlarının müasirləşdirilməsinə, yenilənməsinə, magistral, kəndlərarası və kənddaxili yolların abadlaşdırılmasına daim böyük diqqət yetirmişdir. Bu istiqamətdə dövlət başçısının son illərdə gördüyü ölkə miqyaslı tədbirlər şəhər və rayonlarımızın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır.
Ölkənin bütün regionlarında respublikanın yol infrastrukturu tamaimlə yeni, göz oxşayan görkəm almışdır. Quba, Qusar, Xaçmazda da belədir, Lənkəran, Astara, Masallıda da, Qax, Zaqatala, Balakəndə də. Respublikanın həmin və digər rayonlarındakı kəndlərarası və kənddaxili yollar adamın ruhunu oxşayır, qəlbə rahatlıq, zövq verir, xoş əhval duyursan. Ancaq Şəkinin yolları barədə (şəhərin özünə aparan magistral yoldan başqa) bunu demək mümkün deyil. Şəkinin özündə də, kəndlərarası və kəndlərdaxili yollar da çox az istisnalarla qətiyyən xoşagələn deyildir, narahatlıq, ikrah doğurur. Xüsusilə də Baş Layısqı, Baş Göynük, Sarıca, Qayabaşı, Qaratorpaq və Bolludərə kəndlərində.
Bəli, burda kəndarası yollar uzun illərdir ki, tamamilə bərbad gündədir. Yayda kənd içindən keçən maşınların tozanağı, yaz-payız, qış aylarında isə qar-yağışın əmələ gətirdiyi keçilməz gölməçələr kənd camaatının uzun illərdir ki üz-üzə qaldığı, həll olunmayan problemlərindəndir. Bu barədə dəfələrlə yazılı və şifahi şəkildə yerli və aidiyyatı üzrə “Azəravtoyol” rəhbərliyinə müraciətlər edilsə də, hələlik heç bir nəticəsi olmayıb. Hələ əksinə, olan yollar və körpülər demək olar ki, tamamilə dağılmaq təhlükəsilə üz üzədir.
Son vaxtlar bir-neçə foto-fraqmentdə Şəkinin özünün şəhərarası bəzi yollarının da yamaq-salxaq, çala-çuxur olduğunu gördükdə bir daha inanmalı olursan ki, “Azəravtoyol”, indiki Azərbaycan Avtomobil Yolları DA-nin rəhbərliyi üçün qədim tarixə malik, Azərbaycanın tarixi mədədniyyətini az çox özündə bu günümüzədək saxlayan, turizmin əsas marşrut xəttinin üstündə yerləşən Şəki şəhəri yol infrastrukturu məsələləri onun "siyahısında" ya heç yoxdur, ya da ki ən son plandadır.
Doğrudur, Şəki rayonunun yolarının bərbad olması barədə hələ 7-8 il əvvəl də dövri mətbuatda yazılırdı: "Bu gün Şəkinin yollarından danışmağa da dəyməz. Şəhərin bütün yollarının asfaltı yamaq-yamaqdır... Şəki şəhərini ətraf kəndlərlə birləşdirən yollar bərbad vəziyyətdədir. Əhali həmin yollardan istifadə edə bilmir. Hətta bəzi kəndlərə avtobuslar da işləmir. 20-30 il bundan əvvəl çəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür". Bəli, iradlar haqlıdır. Bəs görəsən tarixi Şəkinin digər rayonlardan fərqli olaraq yollarının, körpülərinin get gedə yaxşılaşmaq əvəzinə, sürətlə yararsız vəziyyətə düşməsinin səbəbi nədir? Bu suala cavab vermək üçün AAYDA ASC-nin tərkibində fəaliyyət göstərən 12 saylı “Şəki Yol İstismar İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətə 1 ildir ki, rəhbər təyin edilən tarix müəllimi cənab Rəhman Qədirzadənin fəaliyyətinə qısa nəzər salamq yetərlidir. Belə ki, vaxtilə test üsuli ilə cəmi 378 bal toplamağa intellectual potensiala sahib olan R.Qədirzadənin arzusu Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almaq arzusu olsa da, göstərdiyi zəif nəticəyə əsasən o BDU-nin Şəki filialında tarix ixtisası üzrə diplom almağa məcbur olur. 2022-ci ildədk karyerasında elə də yüksəliş əldə edə bilməyən Rəhman müəllim sonda sinif yoldaşı olmuş və 2021-ci ildən Nəqliyyat və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilən Dursunun oğlu Rəhmanın AAYDA –nin İdarə heyətinin sədri cənab Saleh Məmmədova birbaşa göstərişi nəticəsində R.Qədirzadə 12 saylı “Şəki Yol İstismar” MMC_yə müdir təyin edilmişdir. Və təbii ki, cənab S.Məmmədov da birbaşa nəqliyyat sahəsinə kurasiyalıq edən nazir müavinin göstərişini müzakirə belə etmədən əmrlə həyata keçirmişdir. Budur, 12 saylı Yolİstismar İdarəsi MMC-dən verilən məlumatlarda bildirilir ki, yeni müdir idarədə uzun müddət canını qoymuş bir çox peşəkar kadrları işdən kənarlaşdıraraq yerlərinə özü kimi müəllim, həkim ixtisaslı dost tanışlarını təyin etməklə məşğuldur. Baxın, sualın cavabını artıq tapmaq üzrəyik. Bir halda ki, 12 saylı Yol İstismar İdarəsinə yol infrastrukturundan heç bir elementar anlayışı belə olmayan tarix müəllimi və komandasında da özü kimi müəllimlər və həkimlər təmsil olunursa yerli əhali bunlardan nəsə umması bizcə heç doğru olmazdı. Son bir aydır ki, Azərbaycanda dağıdıcılıq gücünə görə 3-cü dağ çayı hesab edilən “Şin çayı” üzərində Baş Göynük –aşağı Göynük kəndinin birləşdirən 144 m uzunluqlu körpünün tam yararsız hala düşməsi barədə yerli əhalinin və rəhbərliyin çoxsaylı müraciətlərinə baxmayaraq cənab R. Qədirzadə nəhayət 1 həftə öncə eni və uzunluğu 120x120 olan bir dəmir təbəqə taparaq texniki işçilərinə tapşırmışdır ki, gedin körpünün deşilmiş yerinə qaynaqla yamaq vurun. Texniki işçilər də əmri icra etmişlər. Amma nə fayda. 17 m hündürlükdə olan körpünün üzərindən minik avtomobili keçdikdə belə, güclü silkələnmə baş verir, sanki körpü anındaca uçacaqmış. Bəli, 143 nəfərdən ibarət yerli sakinlərin 2019-cu ilin iylun 9-da aidiyyatı üzrə yuxarı orqanlara körpünün təcili olaraq əsalı təmir edilməsi barədə yazılı müraciətləri.
Nə yazıq ki, indiyədək qulaqardına vurulur. Sual oluna bilər – bəlkə dövlətin cəmi 19 il istimar edilmiş birtərəfli körpünün təmiri üçün vəsaiti yoxdur. Var. Özü də kifayət qədər. Statistik göstərici də qeyd edilir ki, hər il üçün dövlət büdcəsində avtomobil yolları və körpülərinin saxlanması ( təmiri) üçün nə az, nə çox , düz 300 milyon manat vəsait ayrılır. Yəni, təxminən AAYDA-nın balansında olan “Şin çay” üzərindəki körpünün əsaslı təmiri üçün 30000 manat ayrılsa kifayət edər. Niyə o zaman, cənab tarix müəllimi R.Qədirzadə AAYDA rəhbərliyi qarşısında vəsatət qaldırmır ki, təcili tədbirlər görülməzsə faciə baş verə bilər. Lakin verilən məlumatlardan aydın olur ki, 12 saylı Yİİ- mmc-nin tarix müəllimi olan müdiri iş görmək əvəzinə Şəkidə yolların tarixini araşdırmaqla məşğuldur. Məsələn, “Xan sarayına” yollar nə vaxt çəkilib? Və s. Axı indi yolların tarixindən kitab yazmaq yox, onları abaşdlaşdırmaq lazımdır ki, insanlar əziyyət çəkməsin. Bu arada AAYDA rəhbərini də qınamağın yeri yoxdur. Əgər Nəqliyyat nazirinin müavini Dürsunun oğlu Rəhman göstəriş veribsə ki, tarix müəllimi yol idarəsinə müdir təyin edilməlidir. Deməli edilməlidir. Saleh müəllim nə çarədir ki, əmrə tabe olmasın. Nəticədə əzab əziyyət çəkənlər isə sadə insanlarımızdır. İfadetv.com-un araşdırma qrupu
Keçən həftə bir sahibkarın Bakı Baş Gömrük İdarəsi daxilində etdiyi etiraz böyük ajiotaj yaratdı. Qeyd edək ki, artıq bu məsələdə sahibkara köməklik edildiyini iddia edənlər də var. Amma bizim diqqətimizi çəkən bu deyil.
Bununla bağlı DİA.AZ-a müracət edən digər sahibkarlar əslində, gömrük orqanlarında vəziyyətin heç də dəyişmədiyini, Şahin Bağırovun Dövlət Gömrük Komitəsinə sədr təyin olunmasının da heç bir formada dəyişikliyə səbəb olmadığını bildirirlər.
Sahibkarlar adından DİA.AZ-a edilən müraciətdə deyilir: "Baxın, bu video yenə sübut edir ki heç nə orda dəyişməyib! Axı necə dəyişsin? O sahibkarın adını çəkdiyi Faiq Seyidov əslən nehrəmlidir... Hansı ki "inspeksiya"nın rəisi işləyib... Haralarda qaz vurub, qazan doldurmaylb bu adam!
Qapıda duran Orxandır... O da nehrəmlidir. Növbətçi hissəsənin rəisi, özü də Əskər Abdullayevin qohumudr. O, yükü bıraxan Turan da nehrəmlidir.
Hələ orda Əskər Abdullayevin qardaşı oğlu var... "Baş kəsən" ləqəbli Abdulla Abdullayev... Bu narazı sahibkar Allaha dua eləsin ki onun əlinə düşməyib! O bütün vaqonlarla gedən yüklərə vaxtında rəhbərlik edib! Son vaxtlar karqolardan pul yığırdı!
Yəni gömrükdə heç nə dəyişməyib və dəyişən də deyil!"
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...