Ardını oxu...
"Azərbaycan Reallığı" xəbər verir ki, İmaməliyeva Fidan Rəsul qızı Azərbaycan ictimaiyyətinə və əlaqədar qurumlara muraciət edərək azyaşlı övladının Şəhrizad adlı baxçada qeyri insafi rəftar olunmasından şikayətlənib, belə ki, ananın sözlərinə görə 2 yaşlı övladı İmaməli Onuru Xətai rayon Bakıxanov qəsəbəsində yerləşən Şəhrizad uşaq baxçasına hər ayı 350 manat olmaqla 2 aylıqın ödənişin edib, lakin baxçanın vəziyyəti normal olmadığı üçün uşağın oradan çıxarmaq məcburiyyətində qalıb.
Ardını oxu...
Baxçanın normal olmaması haqqında dəfələrlə də baxça müdiriyyətinə şikayət edib, amma faydası olmayıb, əksinə rəhbərlik ananı təhqir edib, daha sonra uşağını baxçaya buraxmayıblar.
Ardını oxu...
Ana qeyd edir ki, məcbur qalıb uşağı baxçadan çıxardım, uşağı təhvil alanda onun üzündə xəsarətlər gördüm, səbəbin soruşanda isə baxça müdüriyyəti uşağı mənim üzərimə kobud şekildə tulladı, uşağın xəsarət alma səbəbin soruşanda isə bildirdilər ki, uşaq yuxulu olub və yıxılıb.
Ardını oxu...
Məsələ ilə bağlı Sabumçu rayon polisinə muraciət etdik, bizə isə oradan da cavab olaraq cinayət işinin başlanmaması haqqında məktub göndərildi, hansısa səbəblərdən iş obyektiv aparılmadı, məsələni sosial şəbəkələrdə ictmayiləşdirdim, ondan sonra Şəhrizad baxçasının müdüriyyəti məni məhkəməyə verdi, indi təzminat tələb edir, məsuliyyəti baxça rəhbərliyi daşımalı olduğu halda bunlar məni niyə məhkəməyə verir, başa düşü bilmirəm?
Ardını oxu...
Daha sonra ana məhkəmə hüquq şurasından, Daxili İşlər Nazirliyindən əlaqədar təşkilatlardan, hüquqlarının qorunmasına köməklik göstərmələrin xahış edib.

Teref.az video müraciəti təqdim edir:

Teref.az yazıda və videoda adı çekilən istənilən şəxsin mövqeyin tanıyır.
 
Ardını oxu...
DİA.AZ: - "Mən 20 ilə yaxındır 28 May Neft-Qaz Çıxartma İdarəsində işləyirəm. 20 ildə bir dəfə görmədim ki, rəhbərlik bizi düşünsün. Paylaşımlarda yazırsınız ki, işcilərin daşınmasında böyük problemlər var. Amma bilmirsiz ki, sənədlə bu problemlərin olmaması üçün nə qədər pullar yazılıb silinib. Neftçilərin Platformaya göndərilməsi hava səraitinə görə (dumanlı) Helekopterlə mümkün olmadıqda gəmi ilə həyata keçirilir". DİA.AZ bildirir ki, bu açıqlama ilə çıxış edən neftçi müraciətini Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya ünvanlayıb.

Qeyd edək ki, az əvvəl M.Qəhrəmanlının ictimailəşdirdiyi bir problemi diqqətinizə çatdırmışdıq: `Azneft` rəhbərliyi hələ də özünə gəlmir: HƏR DƏFƏ EYNİ PROBLEM... - Əgər belə yarıtmazdırlarsa...

İndi isə həmin məsələni neftçilərdən biri detallı formada izahat edir. Həmin açıqlamanın davamını olduğu kimi təqdim edirik: "Gəmi ilə Platformaya sərnişin aparılma aşağıdakı kimi həyata keçirilir:
1.Gəmi yan alma meydançası vasitəsi ilə heyata keçirir ,əgər hava seraiti mümkün deyilsə (dalğanın hündürlüyü və küləyin surəti).
2. Gəminin xüsusi trapı olur. onunla heyata keçirilir.Gəminin hidravlik avtomatik və mexaniki idarə olunan piləkəni olur
3. Əgər yuxarıda qeyd olunan 2 variant mümükün deyilsə Platformanın avtomatik idarə olunan Kran və yaxud mexaniki yük qaldırma mexanizimi ilə xüsusi sərnişin səbəti ilə həyata keçirir.
Yuxarıda qeyd etdiyimiz variantlar sənədlə varsa Güneşlı yataqında calişan fehlələr niye növbəni dəyişə bilmir ?
1. Deyirlər hava dumanlıdı hava məkanı bağlıdı helokopter uçuş həyata kecirə bilmir . Platformaya sərnişin daşıyan Helokopterlərin pilotları da maraqlı deyil.Çünkü daşıyıcı şirkət ona görə maraqlı deyil ki, bu gün olmasın sabah olsun say yerindədi adam yerindədi aparacaq ona rəqabət aparan alternativ digər şirkət yoxdur .Pilot isə uçuş heyata keçirdi kecirmədi eyni əmək haqqı alır.
İşcisi əziyyət çəkən qalan təşkilata ona görə maraqlı deyil ki:
Tutaqki bir işçi dənizdə 1 günlük əmək haqqısı 10 Azn-sə onun 8 Azn dənizdə qalana, 2 Azn sahildə qalana verir təşkilat hecne itirmir.
Əgər Helokopter daşıyıcı şirkət görsə ki getməsə növbə dəyişmə gəmi ilə həyata keciriləcək onda kommersiya maraqına görə növbəni dəyişəcək.
Yuxarıda göstərilən variantlar növbəni dəyişməsi mümkündü sadece onu düşünən rəhbər yoxdu. Cünkü Rəhbər işcilər dənizə getdi getmədi sabit əmək haqqısını alır, hecne itirmir rəhbər işcilər hava şeraitinə görə fırtına yazılmır. pul itirmir .
Rəhbərlik bahanə gətirir ki , Xəzərdə suyun səviyyəsi 2m aşaqı düşüb, sərnişinin gəmi yanalma meydançasına minib düşmək təhlükəlidi .mümkün deyil. Carəsi var. Sərnişin daşıyan gəminin trapına (sərnişinlərin minib düşməsi üçün nəzərdə tutulub ) götülüb qoyula bilən xüsusi artırma pilləkən yığılsın, Həmin bu pilləkən Cilov adasına yerləşdirilsin və növbə dəyişmə zamanı gəmiyə yerləşdirilsin.
Əgər priçallar bu qeder aşağıdırsa , əgər mümkün deyilsə istehsalat zəruriyyəti ilə hava sakit olanda Günəşli , Neft Daşları və sair NQCİ- də platformalar arası işcilərin yer dəyişməsi və digər proseslər necə heyata keçirilir ?"

DAVAMI MÜTLƏQ OLACAQ...

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
 
 

Gədəbəy rayon Novosaratovka kəndində yaşıllaşdırma məqsədi ilə əkdiyim 48 ədəd ağacı icra hakimiyyətinin əməkdaşı məhv etdi.

Sarkazm.az xəbər verir ki, bu barədə sahibkar Nazim Əliyev saytımızın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildirir.

N.Əliyev sözlərinə görə, bu Gədəbəy rayon icra hakimiyyəti onun rayonda həyata keçirdiyi biznes və digər işlərinə mane olur.

“24 mart 2023-cü il tarixində Gədəbəy rayon Novosaratovka kəndində mənə məxsus torpaq sahəsinin ətrafında yaşıllaşdırma işləri apararaq 48 ədəd ağac əkməyə başladım. Ağacları əkib yekunlaşdırdıqdan sonra həmin kəndin icra nümayəndəsi Elvin Məmmədov yaxınlaşaraq mənim bu addımımı qanunsuz hesab etdiyini və əkilmiş ağacların yerindən çıxarılacağını bildirdi. Mən icra nümayəndəsinə həmin ərazinin mənə məxsus və bələdiyyənin balansında olduğunu bildirdim. Bələdiyyələrin isə seçkili, eyni zamanda müstəqil orqan olduğunu və icra nümayəndəliyinə aid olmadığını bildirsəm də, E.Məmmədov buna məhəl qoymadı. Rayon icra hakimiyyətinin göstərişi və bunu icra etməyə məcbur olduğunu qeyd edərək öz ilə gətirdiyi işçiləri ilə birlikdə ağacları yerindən çıxartdılar. Elvin Məmmədov da həmçinin bildirir ki, bu ərazi bələdiyyə torpaqlarıdır və torpağa dair mənim adıma sənədlər olmadığına görə ağac əkinini qanunsuz hesab edir. Maraqlıdır ki, bələdiyyə torpağında qanunsuz işlərə icra nümayəndəsi niyə qarışır? Eyni zamanda sənədsiz torpaqlarda müəyyən işlər icra etmək qadağandırsa, Novosaratovka kəndini məmurlar öz aralarında bölüblər və yüzlərlə qanunsuz tikililər aparıblar. İcra hakimiyyətində “Memarlıq və Tikinti Şöbəsi”nin müdiri Əlövsət Bayramovun və İnəkboğan kənd icra nümayəndəsi Şahin Kazımovun Novosaratovka kəndində bir neçə qanunsuz tikililəri və biznesi var. Nə əcəb onlara mane olan yoxdur ya icra hakimiyyətinin rəhbərliyinin xəbəri yoxdur?” – deyə Nazim Əliyev bildirir.

O, həmçinin bildirir ki, bunu rayon icra hakimiyyəti qərəzli şəkildə edir və torpağa dair sərəncam imzalamayaraq mənim fəaliyyətimi qaanunsuz adlandırırlar.

“Bir neçə il bundan öncə Gədəbəy rayon Novosaratovka kənd sakini Qulu adlı vətəndaşdan onun evini və geniş ərazini əhatə edən torpaq sahəsini almışam. Həmin ərazi çaykənarı olduğundan balıqçılıq üçün əlverişli yerdir. Mən də şəraitə uyğun olaraq bir neçə balıq gölü yaratmağı qərara aldım. Həmin vaxt icra hakimiyyətindən bildirdilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə almalısan və Quludan aldığın mülkiyyəti sənədləşdirməlisən. ETSN-ə müraciət etdim. Nazirliyin əməkdaşları əraziyə baxış keçirdilər və balıqçiliq təsərrüfatı üçün müsbət rəy verdilər. Növbəti prosedur olaraq torpağın sənədləşməsi üçün Novosaratovka kənd bələdiyyəsinə müraciət etdim və lazım olan sənədləri topladım. Bələdiyyə ilə alqı-satqı müqaviləsi imzaladıq və dövlət rüsumunu ödədim. Torpağın şəxsi mülkiyyətə keçməsi üçün icra hakimiyyəti sərəncam imzalamalı idi. Sərəncam üçün Gədəbəy rayon icra hakimiyyətinə dəvət edildim. Məni icra başçısının müavini Vüsal Musayev qəbul etdi. Sərəncamın imzalanması və eynilə həmin ərazidə balıqçılıq təsərrüfatının olmasına görə məndən 40 min manat rüşvət istədi. Bundan imtina etdiyimə görə hələ də mənə məxsus torpağın sənədləşməsi üçün sərəncam imzalanmayıb. Bununla da aldığım torpağın sənədləşməsinə mane olurlar və digər tərəfdən də bildirirlər ki, torpağın sənədi olmadığına görə gördüyün işlər qanunsuzdur. Sənədi verməyən də, işlərimi qanunsuz adlandıran da icra hakimiyyətidir.” – deyə Əliyev qeyd edir.

Nazim Əliyev hesab edir ki, icra hakimiyyətinin bu addımı ölkə rəhbərinin siyasətinə sabotajdır.

“Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “hərəyə bir ağac əkək” layihəsi davam edir. Ölkə üzrə əksər dövlət qurumları, özəl sektor, gənclər bu layihəyə qoşularaq ağac əkirlər. Lakin Gədəbəy icra hakimiyyəti əkilən ağacları məhv etdirir. Eyni zaman regionların inkişafı üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır, ölkə rəhbəri hər dəfə çıxışında rayonlara investorları cəlb etmək üçün icra başçılarına xüsusi göstəriş verir. Lakin Gədəbəydə yaratdığım biznes layihəsinə icra hakimiyyəti mane olur. Bu, birbaşa ölkə rəhbərinin siyasətinə ziddir.” – deyə sahibkar vurğulayır.

Nazim Əliyev ona qarşı olan haqsızlıqları ölkə rəhbərindən və müvafiq qurumlardan araşdırmağı və onun biznesinə yaradılan problemləri aradan qaldırmağı xahiş edir. 

Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyətinin “Memarlıq və Tikinti Şöbə”sinin müdiri Əlövsət Bayramov ilə əlaqə saxladıq. Ə.Bayramov Nazim Əliyevin ağacəkmə kampaniyasını qanunsuz hesab edir. “Həmin ərazilər bələdiyyənin balansındadır. Orda ağac əkmək üçün bələdiyyədən icazə almalıdır yaxud şəxsi mülkiyyətə keçməsi üçün sənədləşdirməlidir. Nazim Əliyev bunların heç birini etmədən ağac əkib. Buna görə də onun bu addımının qarşı alınıb.” – deyə Əlövsət Bayramov bildirdi.

Həmçinin Əlövsət Bayramov Nazim Əliyevin onun biznesi və rayon icra hakimiyyətinin əməkdaşının Nazim Əliyevdən 40 min manat rüşvət istəməsi barədə dedikləri fikirlərə də cavab olaraq bildirdi ki, həmin məsələlərin vəzifəmə aidiyyatı yoxdur. “Gədəbəy rayon icra hakimiyyətində “Memarlıq və Tikinti şöbə”sinin müdiri vəzifəsinə iki aya yaxındır təyin olunmuşam. Ondan öncə bizneslə məşğul olmuşam. Hazırda isə biznesimlə övladım məşğuldur və Novosaratovka kəndində tikilən ev mənə yox, bacıma məxsusdur. Eyni zamanda Nazim Əliyevdən icra hakimiyyətindən 40 min manat rüşvət istənilməsindən xəbərim yoxdur. Həmin vaxt mən icra hakimiyyətində vəzifə daşımırdım.” – deyə Bayramov Əlavə etdi.

Sahibkar Nazim Əliyevin Gədəbəy rayon Novosaratovka kəndində əkdiyi ağacların məhv edilməsinə dair video:

Zaur Qənbərov


Ardını oxu...
Nefçala Rayon Mərkəzi Xəstəxanasında çalışan işçilər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının çəkilməsini istəməyən şikayətçilər baş həkimdən narazılıqlarını bildiriblər.

Şikayətçilər deyir ki, Novruz Bayramı ilə əlaqədar olaraq ölkədəki bütün qurumlar işçilərin maaşını tez versə də, Neftçala Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tamamilə fərqli göstəriş verib: “Bu xəstəxananın baş həkimi mühasibə göstəriş verib ki, bayramda maaşları vermə. O da məqsədli şəkildə rəsmi sənədləşmə işlərini gecikdirib. Ona görə də Neftçala Rayon Mərkəzi Xəstəxanasınını əməkdaşları maaşlarını bayramdan sonra alacaqlar”.

Məlumata əsasən, əksər işçilər baş həkimin bu göstərişinə etiraz edib. Hətta bəzi həkimlər işə çıxmaqdan imtina ediblər: “Demək olar ki, hər bayramda bu xəstəxanada işçilərin əmək haqları gecikir”.

Qeyd edək ki, məsələ ilə bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //Hurriyyet.az//

Ardını oxu...
 
 

Gəncədə işıq dirəyi qəzalı vəziyyətdədir. Xalqxerber.az bildirir ki, bu haqda Dunyaninsesi.Az -a 23 mart tarixində məlumat daxil olub.

 

Sözügedən hal şəhərin Azərbaycan bayrağı küçəsində müşahidə olunur. Burada sakinləri elektrik enerjisi ilə təchiz edən dirək əyilib və qəzalı vəziyyətdədir. Bu hal bir müddətdir davam edir.

Ərazidə dördmərtəbəli binalar və fərdi yaşayış evləri yerləşir. Sakinlərin sözlərinə görə, işıq dirəyinin aşma təhlükəsi var.

“Qorxuruq ki, qarşısındakı evin, ya da yoldan keçən piyada və ya maşının üstünə aşar. Yeni dirək basdırıb xətlərin onun üzərinə keçirilməsini istəyirik”, – deyə burada yaşayan əhali bildirir.

 

XalqXeber.Az
Ardını oxu...
DİA.AZ: - Sabirabad rayonunun Çöldələk kəndinin sakinləri içməli suya həsrət qalıb. Bu barədə DİA.AZ-a müraciət edən sakinlər haray çəkir.

Ardını oxu...
Ardını oxu...

Günlərdir eyni problemlə üz-üzə qalsalar da, aidiyyatı qurumlar vətəndaşın nəinki səsini eşitmir, hətta edilən müraciətləri nümayişakaranı formada qulaqardına da vurur.

Sakinlər dia.az-a yazır: "Biz bilmək istəyirik ki, bura Sabirabadın kəndidir, yoxsa Afrikanın hansısa geridə qalmış ölkəsinin kəndi? Hanı bu neft pulları? Hanı bu neft ölkəsinin anoloqsuz inkişafı?"

Ardını oxu...
Ardını oxu...

Daha sonra narazı sakinlər iki videomaterialı da təqdim ediblər.

VİDEO 1: bura tıklayın...

VİDEO 2: bura tıklayın...

Hər halda, bu videofaktdan sakinlərin hansı sudan istifadə etdikləri göz önündədir...

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxslərin də mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində rəhbər vəzifə sahibi olan şəxslərin korrupsiya əməllərindən dəfələrlə tənqidi məqalələr vermişik. Bu gün də həmin dövlət qurumunun bir növ ailə biznesi mərkəzinə çevrilməsindən bəhs edəcəyik. Diqqət yetirək ki, bir tərəfdə ölkə rəhbəri kadr, struktur, siyasi və iqtisadi islahatlar həyata keçirir, mühüm dövlət postlarına cavan, enerjili, savadlı kadrlar təyin edir, dələduz məmurları vəzifələrindən uzaqlaşdırır, bəziləri həbsə göndərilir, korrupsiya hallarının qarşısını alınması istiqamətində ciddi addımlar atılır.

Məmmədov Saleh Ərşad oğlunun rəhbərlik etdiyi qurumda isə, fərqli ab-hava hökm sürməkdə davam edir, AAYDA-nın ailə biznes mərkəzinə çevrilməsi bir kimsədə şübhə doğurmur. Orada rəhbər vəzifələrə təyin olunan şəxslərin tam əksəriyyətinin ya S.Məmmədovla qohumluq əlaqələri var, ya da ona bu və ya digər yollarla bağlı olan şəxslərdir.

Adicə bir faktı qeyd edək ki, Agentlik sədrinin qudası olan və Avtomobil Yollarının Təmiri və İstismarı baş idarəsinin rəisi vəzifəsini daşıyan Əflatun Qasımov, onun digər qardaşları Yaqub Qasımov və Ərəstun Qasımov bir sözlə bu Qasımov qardaşlarının məxsus olduqları var-dövlətin sərhəddini müəyyən etmək heç cür mümkün deyil. Bir anlığa diqqət yetirək ki, bu şəxsin Balaxanı qəsəbəsində bir asfaltzavodu, Qaradağ rayonu ərazisində dəyəri milyonlarla qiymətləndirilən 4-5 ədəd gizli zavodu, Novxanıda gözəgəlimli villası, restoranı və s. kimi daşınan-daşınmaz çoxsaylı əmlakları var.

Sözsüz ki, Ə.Qasımovun belə bir həcmdə var-dövlətə sahib olmasının kökündə, məhz onun Saleh Məmmədovla quda olması, eyni zamanda rəhbərliyin “qara kassası” funksiyasını uğurla yerinə yetirməsidir. Onu da unutmaq olmaz ki, baş idarə rəisinin sahib olduğu var-dövlətin varlığı, onun övladlarına da öz təsirini göstərir. Yəni, hazırda Əflatun Qasımovun oğlunun Abşeron RPŞ, Mehdiabad polis bölməsinin rəisi olduğu bildirilir.

Başqa bir məqamı da qeyd edək ki, Ə.Qasımov təkcə daşıdığı vəzifəsinin imkanlarından yararlanmır, hətta o, “Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova himayədarlıq etməklə də, kifayət qədər qazanc əldə etməyi bacarır. Yəni, o, daşıdığı vəzifəsinin imkanlarından, daha çox Saleh Məmmədovla quda olmasından sui-istifadə edir və tikinti işləri ilə bağlı həyata keçiriləcək ən böyük layihələri, məhz Xəlil Göyüşovun rəhbərlik etdiyi MMC-yə həvalə etdirir. Bütün bunlar onu subut edir ki, baş idarənin rəisi Əflatun Qasımov qudasına söykənərək hər cür hoqqalardan çıxmağı bacarır.

Bu şəxsin baş mühasib Müseyib Həmzəyevlə qurduğu işbirliyi də, olduqca sensasion məlumatları əldə etməyə imkan verir. Redaksiyamıza daxil olan başqa bir məlumatlarda isə vurğulanır ki, Qasımov soyadını daşıyan bu şəxs yaxın qohum-əqrəbasını AAYDA-nın sturuktur vahidlərində işlə təmin etdirməyi də unutmur.

Belə bir səbəbdəndir ki, hazırda yol istismarı idarələrində bu şəxsin qohum-əqrəbası daha çoxluq təşkil edirlər. Məsələn, Əflatun Qasımovun qohumlarından olan 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC-nə rəhbərlik edən Araz Bəndəliyev, adı çəkilən bu şəxsə arxalanaraq aparılan tikinti işlərinə lazımınca nəzarət etmir. Belə bir səbəbdən də, həyata keçirilən tikinti işlərində ara-sıra faciəli hadisələr baş verir. Xatırladaq ki, keçən il 14 №-li Xüsusi Yəyinatlı Yol İstismar MMC tikiti işlərində çalışan şəxs texniki təhlükəsizlik qaydalarına əməl etmədiyindən yerə yıxılıraq dünyasını dəyişmişdi. Bu və buna bənzər hadisələr indiyi kimi bir neçə dəfə baş versə də, baş idarənin rəisi yaşanan faciələrə gözucu baxır.

Çünki, Əflatun Qasımovun qudası, özünə “arxa-dayaq” hesab etdiyi Saleh Məmmədov hələ də vəzifə başındadır. Bəzi çevrələrdə isə belə bir söz-söhbət dolaşır ki, baş idarənin rəisi ara-sıra “levı işlər”lə məşğul olmağı da imkan tapır. Bu haqda hər kəsə növbəti yazılarımızda ətraflı məlumat verməyə çalışacağıq.(Aktualxeber.az)
Ardını oxu...
" "Gömrükçülərimizin saxladığı geyim-filan əşyalarının dəyəri 100 mindən artıqdır", "bəyan edilməyib" deyə, şəxsi əşyaların saxlanılmasına, götürülməsinə, müsadirəsinə haqq qazandırmaq doğru deyil. Gömrükçülərimiz çox belə "əməliyyatlar" çıxarıblar, onlarla yerli məhkəmə qərarları var ki, "bəyan edilməmə" əsası ilə vətəndaşların əşyalarının, pullarının üzərinə çökülməsini qanunsuz sayıb. Gömrükçülərimizin "şücaəti" hətta Avropa Məhkəməsinə qədər gedib, çıxıb". DİA.AZ bildirir ki, bu barədə tanınmış vəkil Xalid Ağalı açıqlama verib.
Daha sonra X.Ağalı daha detallı faktları açıqlayıb:
"Həddən ziyadə diqqətli gömrükçülərimiz 2010-cu ildə Türkiyə vətəndaşı Serpil Par-ı hava limanında saxlamışdılar. Onun üzərində bəyan edilməmiş 210 min avro pul vardı. "Bəyan edilməmə" əsası ilə türk vətəndaşının pulu götürüldü, özünə də qaçaqmalçılığı görə cinayət işi açıldı. Xanım Par-dan "pulu sizin dövlətinizə bağışlayıram" məzmunda "könüllü" ifadə alındıqdan sonra pulu əlindən alındı, özü sərbəst buraxıldı...
Başıbəlalı Yaponiya vətəndaşı Katsunori Hyodo-nu da 2011-ci ildə hava limanımızda eyni aqibət gözləyirdi. Yapon qardaşımızın 127 min avrosu "bəyan edilməməsi" əsası ilə gömrükçülərimiz tərəfindən götürüldü, özünə də cinayət işi açılmdı...
Yenə də "pulu sizin dövlətinizə bağışlayıram" məzmunda "könüllü" ifadə, pulun əlindən alınması və yapon qardaşın sərbəst buraxılması hekayəsi...
Həm xanım Par, həm də cənab Hyodo nəql edilən olayların ardından müvafiq hüquqi addımları atıb, onların mülkiyyətini təşkil edən cinayət yolu ilə əldə edilməmiş, hər hansı cinayətin obyekti olmayan pul vəsaitinin onlara geri verilməsini tələb etmişdilər. Amma məhkəmələrimiz daxil, müraciət edilmiş bütün instansiyalar "bizim gömrük qanunsuzluq etməz" pəncərəsindən boylanmışdı xanım Par və cənab Hyodonun şikayətlərinə. Sonda onlar Avropa Məhkəməsinə üz tutmalı olmuşdular.
Avropa Məhkəməsi 2021-ci ildə həmin şikayətlər üzrə qərarını açıqladı. Qərarın azərbaycanca mətninin saytımızdakı linkini şərh bölməsində qoymuşam, aydın, o qədər də geniş olmayan qərardır, maraqlananalar oxuya bilərlər.
Qərarın ümumi məzmunu bundan ibarətdir ki, xanım Par və cənab Hyodo Azərbaycan gömrüyündə bütünlüklə qanunsuzluq silsiləsi ilə əhatələniblər - pulları qanunsuz götürülüb, təzyiq altında pullarından imtina ərizəsi yazmağa vadar ediliblər və sair.
Yekunda məhkəmə qərar verdi ki, götürülmüş pullar qəpiyə-qəpik (337 min 600 avro) türk və yapon vətəndaşa ödənilsin, dövlət də qəpiyə-qəpik ödədi, Ali Məhkəmənin Plenumu Par və Hyodonun şikayətləri üzrə əvvəlki bütün qərarları ləğv etdi...
Gömrükçülərimizin "sərvaxtlığından" bizə, ölkəmizə qalansa biabırçılıq, hökumətin hüquq xərcləri, Avropa Məhkəməsi ilə yazışmaların əziyyəti oldu...
p.s. Yeri gəlmişkən, Azərbaycan hökuməti bu qərarın icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə 2022-ci ilin dekabrında yazıb ki, qərarı tərcümə etdik, Gömrük Komitəsinə də göndərdik ki, bir də belə qanunsuzluqlar etməsinlər..."

Məsələ ilə bağlı teref.az olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq....
 
Ardını oxu...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) tabeçiliyində olan Viləşçay Su Anbarı Masallı rayonunda əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1986-cı ildə tikilmişdir. Qeyd edək ki, su anbarının həcmi 46,0 mln. m³, torpaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir. Anbarın 2-ci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün daha 15 m qaldırılması və anbarın həcminin 130 mln. m³-ə çatdırılacağı nəzərdə tutulmuşdur.

Rusif Kərimov 2 ildir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun sərəncamı ilə bu idarəyə rəis təyin edilib. 2016-ci ildən Masallı Viləşçay Su anbarı İstismarı idarəsində əvvəl mühəndis, hidrotexnik, 2017-ci ildən isə idarənin baş mühəndisi vəzifəsində calışmış Rusif Kərimovun təyinatı ilk vaxtlar fermerlər tərəfindən razılıqla qarşılansa da bu uzun sürmədi. İndi Rusif Kərimov özündən əvvəlki rəislərin ölənlərinə rəhmət oxutdurur.

Onu da qeyd edək ki, bu su anbarları regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Yəni dövlət bu sahəyə milyonlarla vəsait qoyur ki, fermerlər bundan istifadə edərək ölkədə ərzaq bolluğu yaratsın, qiymətlər ucuzlaşsın və s... Amma məmurlar bu milyonları mənimsəyərək ölkədə ərzaq qıtlığı yaradır, süni qiymət artımına rəvac verirlər.

Fermerlərə suyu neçəyə, hansı qiymətə satmaqları daha ciddi problemdir. Axı, dövlət öz vəsaitini ayırıb ki, fermerlərə ucuz qiymətə şərait yaradılsın. Amma rəis Rusif Kərimovun öz qimətləri var. Masallı fermerləri onun əlindən qan aglayır.

Bütün bunlar azmış kimi Viləşçay Su Anbarı İstismar İdarəsində hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitlər mənimsənilir. İdarəyə ayrılan avadanlıqlar kimlərəsə icarəyə verilir, hər il külli miqdarda dəyəri olan yanacaq silinərək mənimsənilir. Hidrotexniki qurğuların təmiri adı altında dövlət vəsaiti silinir.

Bir sözlə, idarədə yoxlama aparılsa maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi adı altında küllü miqdarda dövlət vəsaiti mənimsənilməsi üzə cıxar.

Biz anbardakı balıq biznesi və ən dəhşətlisi anbarın mühafizə zonasının ayrı-ayrı şəxslərə satılması barədə faktları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //milletinsesi.info//

Dünyapress TV

Xəbər lenti