Ardını oxu...
Teref.az Prezidentə ünvanlanmış və bir surətidə Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edir.
Şikayətçi “Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru Cavadova Jalə Əli qızı dövlət rəhbərinə ünvanladığı məktubunda yazır:
Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
Hörmətli Mehriban Xanım Əliyevaya
surəti: Baş Nazir cənab Əli Əsədova
surəti: Hesablama Palatasının sədri
cənab Vüqar Gülməmmədova
surəti: İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova
surəti: Ədliyyə Naziri cənab Fikrət Məmmədova
surəti: Energetika Naziri cənab Pərviz Şahbazova
“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru
Cavadova Jalə Əli qızı tərəfindən
Ünvan : Sumqayıt ş., 2-ci mk., ev-27/69B, m.-24
Telefon: 077 217-79-72

Prezident Sərəncamı əsasında təsdiq edilmiş “Azərişıq” ASC-nin strukturunda “Azərişıq” ASC rəhbərliyinin əmri ilə olunan “dəyişikliklər”

“Azərişıq” ASC rəhbərliyi 01.11.2022-ci il tarixli əmrilə Ölkə Prezidentinin 04 may 2015-ci il tarxli, 1206 №-li Sərəncamının 3.1.-ci bəndinə uyğun olaraq AR NK-nin 14.05.2015-ci il tarxli, 190 №-li qərarı ilə təsdiq edilmiş “Azərişıq” ASC-nin strukturunda “dəyişiklik” (?) edib.
Belə ki, “Azərişıq” ASC-də yaradılan regional idarədən biri tərkibində Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələrinin olduğu “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsidir (RETSİ)
“Azərişıq” ASC rəhbərliyi əmrlə “Şimal” RETSİ-nin bazasında 2 region-“Sumqayıt” RETSİ (Sumqayıt, Bağlar, Xızı, Qobustan elektrik şəbəkələri) və “Xaçmaz” RETSİ (Xaçmaz, Quba və Qusar, Siyəzən elektrik şəbəkələri) təsis edib. Prezidentin Sərəncamı ilə təsis edilmiş “Şimal” RETSİ-nin adı silinib. Adı heç bir yerdə olmayan “Sumqayıt” RETSİ ilə regionların sayı faktiki 10-a çatdırmışdır. Lakin “Azərişıq” ASC-nin rəsmi internet səhifəsində regionların qrafik təsviri xəritəsində və regionların adlı siyahısında “Sumqayıt” RETSİ yoxdur. Yeni “təsis” edilən regionlardan yalnız birinin-“Xaçmaz” RETSİ-nin adı var. Buna görə regionların ümumu sayı 9 görünür. Əmrlə “Sumqayıt” RETSİ-nin tərkibində daxil edilən Sumqayıt, Xızı və Qobustan EŞ-ləri “Azərişıq” ASC-nin regionları siyahısında “Xaçmaz” RETS-nin tərkibində göstərilir, “Sumqayıt” RETSİ “Xaçmaz” RETSİ-nin ərazisi kimi təsvir edilir. “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-lərə rəhbərlər təyin edilib, yeni RETSİ-lər üçün xüsusi blanklar (“firmenni”) da hazırlanıb, əmrlər verilir. (surəti əlavə edilir). Hal-hazırda “Azərişıq” ASC-nin Sumqayıt ş., Əfəndiyev-8 ünvanındakı baş idarə binasının girişində idarənin adı “Şimal” RETSİ olaraq qalıb.
“Dəyişikliklərdən” biri də “Mərkəzi Aran” RETSİ-nin tərkibində olan Tərtər EŞ və Bərdə EŞ-nin “Aran” RETSİ-yə, “Mərkəzi Aran” RETSİ-də olan tərkibindəki Ağsu EŞ-nin “Şirvan” RETSİ-yə və “Aran” RETSİ-də olan Kürdəmir EŞ-nin “Şirvan” RETSİ-nin birləşdirilməsidir. “Sumqayıt” RETSİ istisna olmaqla bu “dəyişikikliklər” “Azərişıq” ASC-nin rəsmi internet səhifəsində əks olunub.
Cənab Prezidentin Sərəncamı olmadan “Azərişıq” rəhbərinin əmrilə qurumun strukturunda “dəyişikliklər” edilməsini ilk öncə Cənab Prezidentimizin Sərəncamına hörmətsizlik kimi qiymətləndirirəm, zənnimcə əmr qeyri-qanuni olduğundan qəbuledilməz və yolverilməzdir !
Xahiş edirəm Cənab Prezidentin 04.05.2015-ci il tarxli, 1206 №-li Sərəncamının 3.1.-ci bəndini rəhbər tutaraq AR NK-nin 14.05.2015-ci il tarxli, 190 №-li qərarı ilə təsdiq edilən “Azərişıq” ASC-nin strukturunda “Azərişıq” ASC rəhbərliyinin 01.11.2022-ci il tarixli əmri ilə edilmiş “dəyişikliklər”in (“Şimal” RETSİ-nin bazasında “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-nin yaradılması) araşdırılması üçün göstəriş verəsiniz.
Öncədən Sizə minnətdaram.

Hörmətlə,
“Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin
Hesabatların hazırlanması bölməsinin
texnik-operatoru
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan cəmiyyətində belə bir fikir var idi ki, yaşlı nəsil tədricən öz yerini gənc nəsilə verməlidir, vəzifələrə gənclər gəlməlidir. Yəni bu bir ictimai sifariş idi. Və son illər bu proses sürətləndi. Xeyli sayda gənclərimiz mühüm vəzifələrə təyin olundu.
Bu gün onlarla gənc icra başçısı, nazir, komitə sədri, nazir müavini kimi mühüm vəzifələrdə çalışır. Hətta onların tərcümeyi-halında xarici dilləri bilmələri də xüsusi olaraq vurğulanır.
Biz gənclərimizin irəli çəkilməsinin əleyhinə deyilik, onsuz da tədricən idarəetmədə nəsildəyişmə prosesi getməlidir. Amma...
Əmması odur ki, gənc icra başçısının əcnəbi dili bilməsi yaxşıdır. Amma icra başçısı hər şeydən öncə kəndlinin, çobanın, torpağın, suyun, əkinin, biçinin, ağacın, otun, pambığın, tütünün, baramanın, arının, mal-qaranın və s dilini bilməlidir. Gənclər dalğasında yüksək vəzifəyə gələnlərdən biri də Kəlbəcər rayonunun icra başçısı Azər Qocayevdir. Bu şəxs 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirib, ixtisasca energetikdir. Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb. Sonradan “Azərbaycan Dəmir Yolları”QSC-də elektrik satışı işlərinə baxıb. Vəssəlam.
Və 13.05.2020-ci il tarixdə 35 yaşında Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yəni bu şəxs nəinki kəndlinin, torpağın dilini bilmir, hələ üstəlik bir günlük idarəetmə təcrübəsi də yoxdur. Sözün qısası, indi isə 3 ildir icra başçısı kreslosunda oturan işıqçı icra başçısının qaranlıq əməllərinə nəzər salaq. Bu adam qısa müddətdə Kəlbəcər camaatının gözündən düşdü, nufuz qazana bilmədi. Gənc icra başçısı kresloya oturan kimi məktəb direktorlarını çağırıb bazarlığa başladı. Çünki icra başçıları bilir ki, məktəblərdə xeyli ölü canlar, müftə maaş alanlar var.
Azər Qocayev də bu məqsədlə ilk işini məktəblərdən başladı.
Yəni alırsınız, mənimlə bölüşməlisiniz. Beləcə hər məktəb direktoruna 500 manat “aylıq” qoyuldu.
Hətta mediada yayılan xəbərlərdən belə məlum olur ki, Azər Qocayev vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısının Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəblərin direktorlarının hər birindən 500 manat rüşvət alması ilə bağlı müvafiq qurumlarda sübutlar var. Bu barədə mediada məlumat yayılıb və qarşı tərəf bunu təkzib etməyib. Hətta mediada yayılan xəbərə görə, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib.
Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir. Və məktəb direktorları yazılı izahat veriblər. Biz dəfələrlə cənab Qocayevdən soruşmuşuq ki, əgər bu xəbərlər yalan, böhtandırsa, niyə təkzib etmirsən..?
Gənc icra başçısının özünü idmançı kimi aparması, vətəndaşlara kabinetində əzələ nümayiş etdirməsi barədə də çox yazılıb. Amma bu adamdan soruşan olmayıb ki, səni o boyda rayona icra başçısı təyin edən cənab Prezident səni xalqa xidmət etməyə göndərmişdi, adam döyməyə yox. Gənc icra başçısı qısa vaxtda xeyli sayda məcburi köçkünün müavinətlərini də mənimsəyib. Bu hələ harasıdır..? Məlumdur ki, hər rayonun icra başçısının İANƏ FONDU olur. ( Bu özü də maraqlı mövzudur ).
Deməli, Azər Qocayev köhnə icra başçısının dövründən qalan ianə fondunu basıb yeyib və izi itirmək üçün fondu ümumiyyətlə ləğv edib. Son günlər redaksiyamıza Azər Qocayevin daha bir qara əməli barədə məlumat daxil olub.
Məlumdur ki, rayon daxilində yığılan vergilər rayonun büdcəsinə daxil olur. Məlumata görə, rayonun büdcəsinə şəxsən Azər Qocayevin özü nəzarət edir. Və icra başçısı qanunsuz olaraq büdcədən kimə istəyirsə yardım etməklə bağlı sərəncam verir. Amma icra başçısı Kəlbəcərdən olan şəhid və qazi ailələrinə kömək etmir.
Cənab Azər Qocayevdən soruşan lazımdır ki, sənin babanın erməni tapdağı altında olan qəbrini şəhidlər və qazilər azad ediblər. Gənc icra başçısının tez-tez köməkçi və katibə dəyişdirməsi isə başqa bir yazının mövzusudur.
gundelik baki.com

 
Ardını oxu...
 



CM 234.4.3-cü maddəsində narkotik maddələrin satışına görə, əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək cəza  nəzərdə tutulub.... 
Məlumat üçün  qeyd edək ki,  Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına  aid olan ərazi vahidlərindən  biri də  Şirvan şəhəridir. Bunu nə üçün xüsusi  olaraq  qeyd etdik..?

Xeyli müddətdir haqqında bəhs etdiyimiz Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin ( hakim Əhmədov İsmayıl ) narkotacirlər İqbal Mikayılovu və Samir Qasımovun azadlığa buraxılması ilə bağlı qalmaqallı qərarına növbəti etapda Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu bəlkə də məhkəmə-hüquq  sistemi tarixində  sensasiyalı bir qərar olacaq. 
Təsəvvür edirsiniz, narkomaniya ilə, narkoticarətlə mübarizədə az qala dünya ayağa qalxıb...hər gün  tonlarla narkotik maddələr aşkar olunur...hər gün dəstə-dəstə narkotacirlər  həbs olunur, amma Vəli Abdullayevin göstərişi  ilə hakim İsmayıl Əhmədov məşhur narkotacirləri açıb azadlığa, ev dustaqlığına buraxır. 
Belə ki, uzun illər  Şirvan regionunda nakotik  maddələrin  satışına nəzarət edən, məşhur narkotacirlər İqbal Mikayılovu, Samir Qasımovu Şirvan Polis İdarəsinin əməkdaşları min bir əziyyətlə həbs edir, onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilir, onlara Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə, ( CM 234.4.3 ) ilə cinayət işi açılır, istintaq-filan, sonda Şirvan  Apellyasiya Məhkəməsi hər ikisini azadlığa, ev dustaqlığına buraxaraq, narkotik satışını davam etdirmələrinə şərait yaradır.  
Təsəvvür edirsiniz, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  26-cı fəsilində NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR hissəsində qeyd olunub. Maddə 234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma  cinayətinə görə, əmlakı müsadirə olunmaqla 5  ildən 12  ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi ilə hakim Əhmədov İsmayıl hər iki narkotaciri açıb azadlığa buraxıb. Bu olay məhkəmə-hüquq sistemi tarixində analoqu olmayan haldır. Ən dəhşətlisi odur ki, bu məsələdə Şirvan şəhər prokurorluğunun nümayəndəsi, dövlət ittihamçısı da  susur. 
Yəni  dövlətin və millətin mənafeyini  iki narkotacirin  marağına qurban verirlər. Tam məsuliyyətlə demək olar ki, bu dövləti cinayətdir, adi  cinayət işi deyil. 
Görəsən,  Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev və hakim İsmayıl Əhmədov nəyin qarşılığında  bu narkotacirləri  azadlığa buraxıblar..? 
Biz belə başa düşürük ki, Şirvan şəhər polisi, Şirvan şəhər prokuroru, Şirvan şəhər məhkəməsi işlərini düzgün qurmayıblar. Yəni, adlarını çəkdiyimiz şəxsləri sanki qeyri-qanuni həbs ediblər. Yaxşı gəlin belə düşünək, əgər Şirvan polisi səhvə yol vermişdisə, bəs Şirvan prokuroru, Şirvan məhkəməsi hara baxırdı?... Axı bu insan talehidi. Axı bütün Şirvan danışır ki, İqbal Mikayılov və Samir Qasımov həbsdən azad olunandan sonra Zonada narkotik satışının həm qiyməti aşağı düşüb, həmdə satış nöqtələri çoxalıb. 
Bu hələ harasıdır..? Bu xəbəri eşidən dünyanın məşhur narkotacirləri  öz bizneslərini Şirvana köçürməyə hazırlaşırlar. Düşünürlər ki, Şirvanda narkoticarət təhlükəli deyil, nəsə olarsa Vəli Abdullayev onları azadlığa buraxacaq. Bu bilirsiniz  nə deməkdir..? Azərbaycanı  narkopoliqona çevirmək, gəncləri  məhv etmək. 
Bəli, bir də gördünüz ki, Şanxayda doğulmuş Çin mənşəli meksikalı narkobaron Zhenli Ye Gon, Panamalı narkobaron Noryeqa və başqa məşhur narkotacirlər İqbalın, Samirin azadlığa çıxmasını eşidərək öz dostlarını başına yığıb bayram edirlər və yaxın zamanda Şirvana gəlib Vəli Abdullayevi ziyarət edəcəklər. Onlar deyir ki, Vəli  bizim xaç atamızdır. 
Bəli yuxarıda göstərdiyimiz kimi, Şirvanda İqballa, Samir azadlığa buraxılandan sonra narkoticarətin dövriyyəsi 4-5 dəfə artıb, obrazlı desək çiçəklənib. Şirvanda narkotacirlər bir-birinə deyir ki, qorxub-eləməyin, tutulsaq da İqbal qardaşımız Vəli Abdullayevin əli ilə bizi azadlığa buraxdıracaq. İndi isə növbə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə çatacaq. 
Yəqin ki, İqbal Mikayılov dostu sədr müavini  Nizami Quliyevin əli ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Vəli Abdullayevin rüsvayçı qərarını təsdiq etdirəcək. Yəni narkobaronlar tam təminatla yəni məhkəmə qərarı ilə azadlığa çıxacaqlar. Bu isə o deməkdir ki, narkobaronlar bölgədə öz bizneslərini istədikləri kimi inkişaf etdirəcəklər. 
Amma biz bir media olaraq istər Vəlilərin, istər Nizamilərin, istər İqbalların, istər Samirlərin, istərsədə bunların dallarında dayanan şəxslərin üzərində qələbə qazanmağa öyrəncəliyik. 
Cənablar, pulunuzu boş yerə xərcləməyin. Bu işdə həbsin müddəti 11 il 3 aya qədər ola bilər. Mövzunu diqqətdə saxlayacağıq.

 
Ardını oxu...
 



Şua-diaqnostika şöbəsinin müdiri  Mürsəl Əliyev son model Range Roveri hansı pulla alıb..?  
Sözün  düzü, uzun illər sabiq səhiyyə nazirləri işləmiş Əli İnsanovun və Oqtay Şirəliyevin Azərbaycan səhiyyəsini bərbad günə qoyduğu  hamıya bəllidir. Cəmiyyət üzvləri düşünürdü ki, bəlkə  səhiyyə sahəsində islahatlar aparılar, müsbət dəyişikliklər baş verər. Amma.. 
Əmması odur ki, min təəssüf ki,  Səhiyyə Nazirliyinə alternativ yaradılan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və onun tabeçiliyindəki  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxs (TƏBİB) olub-qalan  səhiyyə ocaqlarını da sıradan çıxardılar. 
Bu azmış kimi təcrübəli, peşəkar tibb işçiləri  yaş həddi  və digər səbəblərdən vəzifələrindən uzaqlaşdırıldı və onları  səriştəsiz  şəxslər əvəz elədi. 
Bir soruşan yoxdur ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nədir, yaxud əksinə..? Vətəndaşlar  bu iki qurumun arasında qalıblar. İslahat adı altında  TƏBİB-in çıxardığı oyunlar  səhiyyə sferasını xaraba günə qoyub. 
Təsəvvür edirsiniz,  doğum evi ilə diş poliklinikası  birləşdirilib eyni şəxsə  tabe edilib. Yəni rayonlardakı onlarla   səhiyyə müəssisəsi  birləşdirilərək  Tibbi Mərkəzlər yaradılıb. Belə yeni qurumlardan biri də Sabunçu Tibb Mərkəzidir. 
Qısa məlumat üçün qeyd edək ki, Sabunçu Tibb Mərkəzi 3 saylı  Şəhər Klinik Xəstəxanasının əsasında yaradılıb. 
Onu da qeyd edək ki, 3 saylı Klinik Xəstəxananın təməli  1893-cü ildə qoyulmuşdur. Çarpayı sayı-586, işçi  sayı -1164  və 24 şöbə fəaliyyət göstərir. 
İndi təsəvvür edin ki, bu boyda xəstəxanaya Sabunçu rayonu ərazisindəki doğum evlərini, uşaq poliklinikalarını və s birləşdirib Tibbi Mərkəz yaradıblar. Və bir ay öncə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Mərkəzin direktoru vəzifəsinin icrasını  Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub. 
Sabunçu Tibb Mərkəzində baş verən qanunsuz əməllər, saxta əlillik sənədləri, hərbi xidmətdən azad olmaq üçün “neqodnu”  arayışları və daha nələr barədə ölkə mediasında kifayət qədər yazılıb. Vaxtilə 3 saylı şəhər Kliniki Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri  olan İlgar Qaracayev Mərkəzdə  at oynatması, qohum-əqrəbasını başına toplayaraq  ailə biznesi qurması barədə də kifayət qədər yazılıb.  
İndiki  yazının personajları isə o qədər də “tanınmayıb”,  məqsədimiz onlar barəsində müfəssəl məlumat verməkdir. Deməli, Sabunçu Tibb Mərkəzinin Baş tibb  bacısı olan   Roza  Məmmədova mərkəzdə  əsas  fiqurlardan biridir. 53 yaşlı  Roza Məmmədova  hər yerdə  deyir ki, indiyədək  7 baş həkimi  yola salmışam, mənə kimsə heç nə edə bilməz. 
Ümumiyyətlə, Tibbi Mərkəzdə  bütün qara işləri  Roza-Mürsəl-Gəray  üçlüyü həyata keçirir. Şua-diaqnostika şöbəsinin müdiri olan Mürsəl Əliyev pulu olmayan xəstələrdən lazımsız  arayışlar, sənədlər tələb edir. Mürsəlin ən yaxın qohumu olan  Gəray isə  Tibbi Mərkəzdə  Mühafizənin rəisidir.  Gəray öz əsas işi olan mühafizədən başqa   xəstəxanada olan bütün işləri görür. Mürsəl Əliyev  Rozanın vasitəsilə işə düzəlib. Hələ  sabiq  baş həkim Fikrət Zeynalovun dövründə xəstəxanaya  3  dopler  Uzi  rentgen aparatı  verilib. Mürsəl və  Roza dövlətin puluna  alınan tibbi avadanlıqları  özəl  xəstəxanalara satıblar. 
Təsəvvür edirsiniz,  dövlətin xəstələrə  ayırdığı ərzaq və qida məhsulları  hər gün  Rozanın, Mürsəlin, Gərayın evinə  daşınır. Kimsə onlara  irad bildirəndə deyirlər ki, bizə kimsə toxuna bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, Mürsəl Əliyev rentgen  şöbəsini sanki bazara çevirib. Və qazandığı pulların hesabına ağ rəngli son model Range Rover avtomobili alıb. 
Oğlu isə qəbul şöbəsində  həkim işləyir. Roza-Mürsəl-Gəray  üçlüyünün yaxınlarından olan Heyran Quliyeva,  Məmməd  Mövsümzadə də az qazanmırlar. Belə ki, Heyran Quliyeva da,  Mövsümzadə Məmməd də xəstəxanada  skopiya rentgen işinə baxırlar  və  1 dəqiqəlik işə görə,   10-15 manat tələb edirlər. 
Yeri gəlmişkən,  Mövsümzadə Məmmədin 65 yaşı tamam  olsa da,  onu kimsə işdən çıxarmır. Mərkəzin şöbə müdiri  İlqar Qaracayev barəsində  mediada kifayət qədər yazıldığı üçün onun barəsində qısa  informasiya ilə kifayətlənirik. 
Belə ki, İlqar Qaracayev  Qaradağ  rayon Hərbi Çağırış  xidmətinin  çağırışçısı olan Nihad adlı şəxsdən Nöfəlin vasitəçiliyi ilə 600 manat  pul almışdı. Bir həftə sonra Nihad pulunu tələb etdikdə İlqar  demişdi ki, mən Nihada pul verə bilmərəm, mən pulu Nöfəldən almışam, Nofəl gəlsin pulu götürsün. Nofəl də gəlib pulu  götürüb. İlqar Qaracayev yenə köhnə əməllərini davam etdirir, əlillik dərəcəsi  satmaqla  məşğuldur. Və işi çətinə düşən kimi qaçır məzuniyyətə. Amma deyirlər axşamlar gəlib  sənədləri  yoxlayır.  İlqar Qaracayevin şöbəsində  2 palata var ki,  gününü  10 manata  satırlar. Və satmaq  işinə İlqar Qaracayev şəxsən özü baxır. Sabunçu Tibb Mərkəzi  ilə bağlı  daha bir maraqlı məlumat var. Məlumata görə, hazırda  Suraxanıda 12 saylı poliklinikanın baş  həkimi  Günel  xanımı  Mərkəzə baş həkim gətirmək istəyirlər. 
Amma nə qədər böyük əziyyət çəkilsədə bu məsələnin baş tutması qeyri mümkündür. Çünki, xəstəxananın həyətində baş vermiş mitinqlə bağlı Günel xanımın adı çox yerdə hallandı. Bu başqa bir yazının mövzusudur. Onu da bildirək ki,  Günel xanımın həyat yoldaşı  hüquq-mühafizə orqanlarında işləyir.
Ardını oxu...
Göyçay rayon ziya Bünyadov küçəsinin bir qrup sakinləri deyirlər ki, Rayon Bələdiyyəsindən onların illərdir yaşadığı evlərinin sökülməsinə göstəriş verilib və buna səbəb olaraq evlərin yerində park tikiləcəyi deyilib.

Sakinlər isə getməyə yerlərinin olmadığını bildirərək, heç bir halda evlərini tərk etməyəcəklərini qeyd ediblər.

Sakinlərin sözlərinə görə, onlar etiraz etdiyi üçün, əraziyə hüquq-mühafizə orqanları da cəlb edilib.

Şikayətçilər kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək, onlara köməklik göstərilməsini xahiş edir.
 //kanal 13//


Ardını oxu...
İnfeksion qəbul şöbəsini baglayıb, infeksion xəstələrin qəbulu isə terapiya və cərrahi qəbul şöbələri kimi fəaliyyət göstərən ACİL şöbəsində aparılır.

"Azərbaycan Reallığı"na daxil olan məlumatda bildirilir ki, Belə olan halda təsəvvür edin ki, hava-damcı, xüsusi təhlükəli, mə'də-bagırsaq və virus hepatitli xəstələr dediyimiz Acil şöbəsində terapevtik və cərrahi xəstələrlə kontaktda olur, infeksiyaların və xəstəxana daxili infeksiyaların artmasına gətirib çıxarır. Çox maraqlıdır, KTM- də ümümən 5 qəbul şöbələri olub həmişə. Terapiya,cərrahiyyə, dogum, toksikoloqiya və infeksiya şöbələri. Könül doktor gələndən ancaq infeksion qəbul şöbəsini baglatdırıb - niyə?

Bilinmir. Əgər bu islahat eləmək istəyirsə, onda terapiyanı tosikoloqiya ilə,dogumu da cərrahiyyə ilə birləşdirmək elmivə struktur cəhətdən daha məqsədəuygundur. Nəinki infeksion qəbul şöbəsini baglayıb, infeksion xəstələri terapevtik və cərrahi qəbul şöbəsində qəbul edib,insaları infeksiya ilə yoluxdurmaq ,hara sıgışar. Bu həm cinayətdir,həm də günah.

Ümumiyyətlə İnfeksiya ilə baglı qərarı möhtərəm-cənab prezidentimiz göstəriş verə bilər müvafiq orqanlara. Çünkü infeksiya PARTLAMAMIŞ BOMBADIR!. Könül doktor isə ürəyi nə istəyir onu edir. 2-ci cinayəti işi infeksion reanimasiya şöbəsinin baglanması olub.

Yuxarıda sadalıqlarım infeksion reanimasiya şöbəsinə də eyni ilə aiddir. İnfeksion ağır xəstələr ümumi reanimasiyada (Su çiçəyi, Qızılca, Meninqitlər, Virus hepatitləri vı.s.) müalicə alıb, digər xəstələri və tibbi heyyəti də yoluxdururlar. BOTULİZM-diaqnozlu xəstələri isə Toksikoloqiya şöbəsində müalicə edirlər. Axı toksikoloq-infeksionist deyil. Könül deyir ki, nə fərqi var ki, hər iki xəstəlikdə zəhərlənmə olur.

Bunun acı nəticəsini bu yaxınlarda Toksikoloqiya şöbəsində cavan ana,müəllimə, riyaziyyat litseyində işləyən xanım BOTULİZM -dən öldü. Çünkü hər sahənin öz mütəxəsisi var. Onsuzda Botulizm və digər agır infeksion xəstələr, hansı ki reapevtik və toksikoloji şöbədə müalicələrini İNFEKSİONİSTLƏR yazırlar. İnfeksion qəbul şöbəsini bagladıgı üçün qəbul olunan infeksion xəstələr hamısı infeksionistlərin son qərarına əsasən qoyulur. Korpuslar arasında ki, məsafəni, hava şəraitini nəzərə alsaq nə lazımdır bu cür işləmək.

İnfeksionistlər ACİL şöbəsinin həkimi sayılmır və ona görə də əlavə əməkhaqqı almırlar (bəlkə təbib verir,könülün cibinə gedir) İnfeksionist stasionar şöbənin həkimidir və ona görə 1 vahid əməkhaqqı alırlar, bəs onda o həkimlər niyə acil şöbəsinin işini görməlidirlər?!

Onda ölkədə vərəm dispanserlərini birləşdisinlər, bir yerdə olsun bəsdidə. Və yaxud bəyəm respublikada Semaşkodan başqa xəstəxana yoxdu, heç bir yerdə infeksion xidməti İFLİC etməyiblər. Diqər misal-bəyəm ölkədə TAUN VƏ CÜZAM xəstəliyi var!? Ancaq son tələblərə cavab verən TAUN ƏLEYHİNƏ STANSİYA VƏ CÜZAM MƏRKƏZLƏRİ VAR Kİ İŞÇİLƏRİ 1,8 VAHİD əməkhaqqı alırlar-zərərli sahə oldugu üçün.

İnfekisiya ilə baglı qərarı yalnız ölkə rəhbəri verə bilər!. Arada şöbədə virus hepatitli xəstələr Su çiçəyinə tutulmuşdular ki, bu da xəstəxana daxili infeksiyanın olması deməkdir. Xəstəxanada EPİDİMİOLOJİ XİDMƏT ZERODUR. 3 infeksion korpusdan biri fəaliyyət göstərir ki, onun da bir mərtəbəsində Müvəqqəti saxlananlar üçün Covid testlər ğötürürlər, 2-ci mərtəbəsində isə vaksinasiya üçün istifadə olunur.

Daxili işlər nazirliyin hospitalı var-bəyəm o müvəqqəti saxlananlardan orda Covid testi götürmək olmaz. Semaşko həmişə elitar xəstəxana olub. Niyə Covid vaksinasiya burda olmalıdır-bəyəm bura poliklinikadır ki? Bunların arxasında çirkli milyonların silinməsi gedir, bu da könülə sərf edir.

İnfeksion korpusun birini tamam daxilini söküb-hemodializə uygun təmir elədilər və hemodializ şöbəsi elədilər, adını da qoydular kikönül doktor islahat aparır. Hemodializin köhnə yerində nə qədər korpuslar var idi ki, onlar o tip xəstələr üçün istifadə edə bilərdilər. Konkret İNFEKSİYA xidmətini İFLİC EDİB-BİLƏRƏKDƏN bütün bunlar ölkəyə, dövlətə, dövlətçiliyə XƏYANƏTDİR.

Könül kabinetina fitnes qurğuları quraşdırıb. Semaşko olub mini Mingəçevir. Orda onunla yaxın münasibətdə işləyən xanımları gətirib Semaşkoya. Hamısı da yüksək maaşlar alırlar. 2-5 min arası.

 
Ardını oxu...
Tovuz rayonunun Çataq Sovetliyinin Kazımlı kəndinin sakinləri redaksiyamıza müraciət edərək kənddə çoxsaylı problemlərin olmasından şikayət edirlər.

Gununsesi.info xəbər verir ki, kənd sakinləri bizə müraciətində Kazımlı kəndində internetsizlik, asfaltlı avtomobil yollarının yoxluğu və nömrəli marşrut xətlərinin çəkilməməsindən şikayət edirlər.

Kənddə yaşayan H. Firdovsi bildirir ki, 400 nəfərlik Kazımlıda çoxsaylı problemlər var.

Kənddən rayona işləməyə gedən sakinlər taksiyə 4+4 manat gediş-gəliş haqqı ödədiklərini, yerdə qalan aylıq qazancları ilə dolana bilmədiklərini deyirlər.

Onların sözlərinə görə, kəndə nömrəli marşrut xətti çəkilsə, bu, həm də ticarətin canlanmasını, meyvə-tərəvəzin satılmasını və sosial canlanmanı da artırar.
Ardını oxu...
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı (+994 22) 315-30-56 nömrəsinə zəng etsək də, uzun müddət zənglərə cavab verilməyib.

Sonra özünü təqdim etməyən və idarənin telefonuna cavab verən kişi işçi marşrut xəttinin olmaması və yolların asfaltlanmaması ilə bağlı etiraz edərcəsinə, “Əvvəllər yol xətti və magistral olubmu ki, soruşursunuz”, – deyə cavab verib.

Daha sonra İcra Hakimiyyəti işçisi yol problemi ilə bağlı onların deyil, Avtomobil Yolları üzrə Dövlət Agentliyinin Tovuz Yol İdarəsin cavabdeh olduğunu söyləyib.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin əlaqə nömrəsinə zəng etsək də, Mətbuat Şöbəsi ilə danışmaq istəyimizi özünü Baxışlı Ülvi kimi təqdim edən işçi operator “Bu gün bizdə iş günü deyil”, şəklində cavablayıb.

Problemləri diqqətdə saxlayacağıq.
Ardını oxu...
 
Ardını oxu...
Lənkəran rayonu, Cil kənd sakini, 1993-cü ildən YAP-ın üzvü olan Tağızadə Fərahim Vahab oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edib:

“Hörmətli Prezident”

Çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, əgər görsəniz, rəhbər işçilər, məmurlar qanunsuz işlər görürlər, bu barədə məlumat verin, xəbər göndərin, yazın. “Qanunun aliliyi bizim üçün başlıca şərtdir, heç kimə imkan verməyəcəyik ki, qanunlarımızı pozsunlar. Əgər məmur özünün şəxsi maraqlarını təmin etmək üçün hansısa qanunsuz əməllər törədirsə, mütləq qanunla cəzasını alacaqdır. Heç bir toxunulmaz şəxs yoxdur”, - deyə bildirmisiniz.

Məlumat üçün bildirim ki, kəndimizdə 7 nəfər şəhid var, 6 şəhidin ailəsi Cil kəndində yaşayır. Kərimova Hürnisə Şahrza qızı uzun illər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi, ev 22-də qeydiyyatdadır və orada yaşayır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2016-cı ildə Lənkəran-Astara magistral yolunun Səpnəkəran kəndi ərazisində 0,64 sot torpaqda əkilmiş hazır sitrus bağını təmənnasız olaraq şəhid ailəsi Kərimova Hürnisə Şahrza qızına vermişdir. Həmin torpaq sahəsi sonradan Kərimova Hürnisə tərəfindən satılmışdır.

Eyni zamanda, 2019-cu ildə əmim oğlu Tağıyev Ağayar Baxşı oğlu ailəsinə məxsus pay torpağından Kərimova Hürnisə Şahrza qızına təmənnasız olaraq bağışlamışdır. Kərimova Hürnisəyə məxsus 0,068 sot torpaq sahəsinin yanında mənə məxsus 0,107 və Tağıyev Ağayar Baxşı oğluna məxsus 0,50 sot torpaq sahəsi mövcuddur. Çox təəssüf ki, Kərimova Hürnisə Şahrza qızı, Şağlaser Bələdiyyəsi Nəhmətov Rza Sənan oğlu və havadarları birləşərək zorla mənim torpaq sahəmi zəbt etmək istəyirlər.

Həmin ərazidə Kərimova Hürnisə Şahrza qızının adına 0,068 sot torpaqdan başqa heç bir sənəd yoxdur, varsa təqdim etsinlər. Lənkəran 10 saylı DƏDRX tərəfindən həmin torpaq sahəsi dəfələrlə ölçülmüş və nişan qoyulmuşdur. Hansı ki, bu torpaq 40 ildən yuxarıdır bizim istifadəmizdədir. Lakin Lənkəran şəhər İcra Hamkimiyyəti başçısının muavini Mikayıl Cəfərzadə polis gücü ilə torpağı əlimizdən alır.

Bu qanunsuzluqlar barədə ölkə başçısına teleqram və məktublar yazmışam. Lakin həmin məktublar Mikayıl Cəfərzadənin stolundan o tərəfə keçməyib. Hətta Mikayıl Cəfərzadə şəxsən özu sahəyə gələrək, qanunsuz akt tərtib edib. O, nə deyirsə, şübhəsiz, yerli məmurlar da onu deyir.

Bələdiyyənin həmin ərazidə heç bir torpağı yoxdur. Guya, M.Cəfərzadənin iştirakı ilə tərtib olunan və bildirilən torpaq sahəsi bələdiyyəyə məxsusdur. Əslində, dedikləri 0,80 sot torpaq sahəsinin reyestr çıxarışları vardır. Çıxarışda 0,65 sot torpaq sahəsinin Hüseynov Qadir Nadir oğlunun, 0,068 sot ərazinin şəhid anası Kərimova Hürnisə Şahrza qızının, 10.7 sot ərazinin Tağızadə Fərahim Vahab oğlunun, 0.60 sot torpaq sahəsinin isə Tağıyev Ağayar Baxşı oğlunun adına olduğu göstərilir. Bələdiyyənin həmin ərazidə torpaq sahəsi yoxdur.

Şəhid anası Hürnisə Kərimova hətta oğlanlarımızı şərləyərək həbs etdirəcəyini bildirdi. Məgər ölkədə “şah qanundur, yoxsa qanun şahdır”? Əlbəttə, qanun şahdır, mən buna əminəm. Əgər bələdiyyənin həmin ərazidə və yaxud yanında torpağı varsa, qanunla məhkəməyə müraciət etməlidir.

Bələdiyyənin Lənkəran rayonu, Cil kəndində kəndin ehtiyat fonduna daxil olan ümumilikdə 7 hektar torpağı vardır. Amma R.Nəhmətov bu əraziləri öz şəxsi mülkü hesab edir. Yaxşı olar ki, həmin torpaqlar şəhid ailəsinə və qazilərə verilsin. Amma torpaqları öz adamlarına istifadəyə verib, pulunu alır. Həmin torpaqların hansı məqsədlə istifadə olunduğu, daxil olan vergilərin hara xərcləndiyi barədə hesabat istəyən yoxdur.

Cənab Prezident!

Bir daha Sizdən xahiş edirəm ki, məmurların özbaşınalığına son qoyulmasına və məni sənədlərimlə bir yerdə qəbul edib, haqqın bərqərar olumasına yardımçı olasınız”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Ulu Öndər Heydər Əliyevin "Gənclər bizim gələcəyimizdir" ifadəsi bu sahəyə göstərilən diqqət və qayğının ən böyük təzahürüdür. Təsadüfi deyil ki, bu ideologiya Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Gələcəyimizin əmin əllərdə olması, sağlam gəncliyin yetişməsi üçün bir çox işlər həyata keçirilir. Lakin təəssüflər olsun ki, regionlarda gənclərlə işləməyə, onların fiziki və mənəvi inkişafına töhfə verməyə, pis vərdişlərdən uzaqlaşması üçün müxtəlif layihələr həyata keçirməyə cavabdehlik daşıyan bəzi qurumlar heç də öz işlərinin öhdəsindən uğurla gələ bilmir. Lap elə Sumqayıt Gənclər və İdman Baş İdarəsi kimi...

Bəli, Sumqayıt sakinlərinin böyük əksəriyyətinin adıçəkilən qurumu tanımaması, onun gördüyü işlərdən xəbərsiz olması Sumqayıt Gənclər və İdman Baş İdarəsinin fəaliyyətsizliyinin ən bariz göstəricisi hesab oluna bilər. Görünür, adıçəkilən qurum yalnız bir qrup gənci öz ətrafına toplayaraq müxtəlif layihələr keçirməklə işini bitmiş hesab edir. Amma Sumqayıt gəncliyinin problemləri, onların qayğıları, mütərəqqi ideya və təklifləri heç kimi maraqlandırmır. Elə bunun nəticəsidir ki, şəhər gəncləri Sumqayıt Gənclər və İdman Baş İdarəsinin fəaliyyətini qənaətbəxş hesab etmir.

Tehsilmedia.az xəbər verir ki, 2018-ci ildən Sumqayıt Gənclər və İdman Baş İdarəsinə rəhbərlik edən Elgün Hümbətova etimadlar böyük olsa da, onun bu ümidləri doğrulda bilməməsi, şəhər gəncliyinin inkişafı üçün əlində olan imkanlardan istifadə etməməsi, gənclərlə bağlı heç bir iş görməməsi göz qabağındadır. Müxtəlif tender müsabiqələrində yol verilən maliyyə maxinasiyaları ilə bağlı məlumatların yerli mediada dərc olunması və səslənən iddiaların cavabsız qalması cənah Hümbətovun "fəaliyyəti" haqda müəyyən suallar doğurur. Məsələn Gənclər və İdman Baş İdarəsinin gənc şirkətlərlə böyük sövdələşməsini əks etdirən, beləcə maliyyə maxinasiyalarına yol açan hərəkətləri haqda yerli mediada müxtəlif materiallar yayımlanıb. Belə ki, 2021-ci ildə Gənclər və İdman Baş İdarəsi tərəfindən elan olunan tender müsabiqəsinin heç bir təcrübəsi olmayan və cəmi bir-iki ay öncə yaranan şirkətlərə həvalə edilməsi adıçəkilən idarənin qaranlıq məqamlarından xəbər verir. https://www.regionxeberlericom.az/gun/58467-gencler-idaresinin-genc-sirketlerle-boyuk-sovdelesmesi-teferruat.html
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov isə səslənən iddaların heç bir əsasının olmadığını bildirir.

Doğrudur, Elgün Hümbərtovun səmimi şəkildə medianın suallarını cavablandırması təqdirəlayiq hal kimi dəyərləndirilə bilər. Lakin bu, idarə rəisinin Sumqayıt gəncləri ilə bağlı heç bir iş görməməsi faktını dəyişdirmir. Görünür, vaxtilə Abşeronda mühüm vəzifələrdə işləyən Elgün Hümbətovun şəhər rəhbərliyi ilə yaxşı əlaqələrə malik olması onun özünü "toxunulmaz kadr" kimi hiss etməsinə zəmin yaradır. Üstəlik, hörmətli rəisin həyat yoldaşı şəhər məktəblərindən birində direktor vəzifəsini icra edir. Yəni, dolayısı ilə gələcəyimiz olan gənclərin layiqli vətəndaş kimi yetişməsində Hümbətovlar ailəsinin rolu çox böyükdür. İdarə rəisinin direktor xanımının öz işinin öhdəsindən necə gəldiyi haqda heç nə deyə bilməsək də, Elgün Hümbətovun fəaliyyətsizliyi göz önündədir.

Şəxsi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Elgün Hümbətovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsi haqda artıq yuxarı dairələrdə də xəbərdardırlar və hörmətli rəisin tezliklə öz vəzifəsi ilə vidalaşacağı gözlənilir. Dövlətin göstərdiyi etimadı doğrultmaq və vəzifəsini layiqincə yerinə yetirmək hər bir məmurun mənəvi borcudur. Bunun öhdəsindən gələ bilməyənlərin "kreslo"da əyləşməsi isə sadəcə vaxt itkisidir. Ümid edirik ki, gənclərlə bağlı dövlətin həyata keçirdiyi işlərin yerlərdə də uğurla davam etdirilməsi üçün düzgün kadrların təyin olunması prioritet təşkil edəcək.

 
Ardını oxu...
NK-ya araşdırma aparıldığını bildirən sığorta şirkəti Hesablama Palatasının sorğusuna susur
Azərbaycan Respublikası Prezidentinin 23.12.2021 tarixli, 1513 saylı fərmanına uyğun olaraq 1997-ci ilin avqustun 2-ə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik sığorta ödənişinin verilməsi ƏƏSMN -ə tapşırılıb. Keçən ilin ortalarından başlayaraq Qarabağ əlillərinə proaktiv qaydada əlillik dərəcəsinə uyğun 4400, 6600 və 8800 manat birdəfəlik ödəmələrin verilməsi həyata keçirilir. Bu sətirlərin yazarının qanpulunun hesabına keçirilməməsinin səbəbi son xidmət yerindən - DİN (Daxili Qoşunları) Hərbi Həkim Komissiyasının “Xəstəlik haqqında şəhadətnamə”sinin ƏƏSMN altsisteminə daxil edilmədiyi ilə izah edilib. 09.12.2022-ci ildə 26.05.2023-cü il tarixli 531 saylı “Xəstəlik haqqında şəhadətnamə”ni DİN ƏƏSMN-in altsisteminə daxil edəndən on gün sonra DSMF-dən zəng edib gələn vəsaitin hesaba köçürüləcəyini dedilər. Di gəl. ..
Bir il keçir, hələ də sığorta ödənişinin verilməsi gerçəkləşməyib. DSMF -dən üç ay qabaq 0125250664 nömrəsindən zəng edib, “Azərsığorta”nın 2019-cu ildə 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ödəməsi barədə məlumat verdiyini, sığorta şirkətindən arayış gətirməyin (?) gərəkliyini deyiblər. Bəyəm DSMF-in dövlət icbari şəxsi sığortaya cavabdeh qurumu uyğun arayışı almaqda acizdir? Nazirlər Kabinetindən əlilin müraciəti “Azərsığorta” ASC -yə göndərilib və Dövlət Sığorta Kommersiya Şirkətinin idarə heyətinin sədrinin müşaviri Ceyhun Qurbanlı bir aydan sonra 10.03.2023 tarixli məktubla bildirib ki, zəruri araşdırmalardan sonra əlavə məlumat veriləcək. Bəyəm hansısa araşdırmaya ehtiyac var? 19.03.2019-cu ildə 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ödəniş edilibsə, ödəniş tapşırığını, ödənilməyibsə, uyğun arayışı DSMF-ə təqdim etməyə neçə ay, neçə il gərəkir?
Üç ay keçib, hələ də nə Nazirlər Kabinetinin, nə DSMF-in sorğusuna cavab yoxdur. Hesablama Palatasının “Azərsığorta” ASC -yə və ƏƏSMN tabeliyində DSMF-ə ünvanladığı 14.04.2023-cü il tarixli sorğusu da hələ ki, cavabsızdır. Palatanın özünə cavab verilməsi istənildiyindən, “metro” Tağı demiş, “burcutmağın adı yoxdur”. Di gəl, hələ də “qanpulu - sığorta “burcutması” sürür . ..
Bəs deyirdilər heç bir sənədə, arayışa ehtiyac yoxdur, 30 il öncə axan qanın pulu proaktiv qaydada bank hesabına köçürüləcək?
Məğrur Bədəlsoy
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti