Ardını oxu...
Sumqayıt şəhər sakini, Ceyhun Şəfiyev bildirir ki, 2022-ci ildə o, Sumqayıt şəhərində yerləşən "Real" tibb mərkəzində Elvin İsmayılov tərəfindən yanlış əməliyyat edilib və səhhətinə ziyan dəyib.

Onun sözlərinə görə o bununla bağlı Sumqayıt prokurorluğuna müraciət etsə də, onun işinə laqeydlik göstərilib.

Şikayətçi ölkə başçısı İlham Əliyevə müraciət edərək onun işinə obyektiv baxılmasını xahiş edir.
 //kanal13//

Daha ətraflı aşağıdakı videoda:

 

Ardını oxu...
Cəlilabad rayon sakini, Fərid Məmmədov bildirir ki, 1996 -ci ildən almış olduğu 12 sot torpaq sahəsi keçmiş bələdiyyə sədri və bir neçə şəxs tərəfindən sənədləri saxtalaşdırılaraq ələ keçirilib və başqa şəxsə satılıb.

Onun sözlərinə görə sözügedən torpaq sahəsinin sənədləri həm arxiv idarəsində və həm də özlərində var.

Deyir ki, bununla bağlı aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, onlar öz torpaq sahəsini ala bilmirlər və bu işə laqeydlik göstərilir.

Şikayətçi kanalımız vasitəsilə ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək bu işə ciddi baxılaraq köməklik göstərilməsini xahiş edir.
 //kanal13//

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
“Cənab prokuror, cənab Daxili İşlər naziri, polis bölməsində satılan maşınımızı və yaxud da pulunu qaytarın!” - MÜRACİƏT
Qazax rayonu, Ağköynək kənd sakini Musayeva Arzu Mehman qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşı Carçıyev Sərdar Mehman oğlunu həbs edən polislər onun maşınını bir gecədə satıb, pulunu götürüblər:

“Mən, Qazax rayon sakini Musayeva Arzu Mehman qızı, yazaraq sizə bildirirəm ki, polis əməkdaşları tərəfindən qardaşım Carçıyev Sərdar Mehman oğlunun başına oyun açılıb… Dəfələrlə bir çox qurumlara məktublar göndərmişəm, amma müsbət cavab ala bilməmişəm.

Deməli, 2022-ci ildə qardaşımı polis işçiləri tutub şöbəyə aparmışdı. Bu zaman Elvin adlı şəxs mənə zəng etdi ki, qardaşını polislər saxlayıb. Niyə, hansı səbəbdən tutulduğunu soruşduqda, mənə doğru-düzgün cavab verə bilmədi. Daha sonra məni qorxudaraq, “10 min manat verilməsə, qardaşın həbs ediləcək”, - dedi. Pulumun olmadığını, əlacsız vəziyyətdə olduğumu bildirdim.

Gecə şöbədə qardaşıma işgəncələr verilib. Hətta onu razı salıb, gecə saatlarınd qol çəkdirərək maşınını satıb, pulu götürdükdən sonra onu azadlığa buraxıblar.

Qardaşım polis şöbəsində başına gələnləri bir müddətdən sonra bizə danışdı. Məlum oldu ki, Elvin adlı şəxs gecə notariusla əlbir olaraq, qardaşımın maşınını satıblar. Elvin sonradan bu işi boynuna alaraq, maşının pulunu Fəxri adlı polis rəisinə verdiyini bildirdi.

Biz məlumatı dəqiqləşdirdikdən sonra lazımi qurumlara şikayət etdik. Şikayətimizə cavab olaraq bildirildi ki, “qardaşının özü maşını satıb”.

Qardaşım isə deyir ki, mənə dedilər, sənə 7 il düşür, bu səbəbdən mənə verilən sənədə qol çəkdim. Notariusu gecə vaxtı necə gətirib, alqı-satqı həyata keçiriblər, onu biz hələ də anlaya bilmirik. Belə çıxır ki, notarius şöbədə işləyir…

Həmin maşını qardaşıma kreditlə mən almışdım. İş yeri olmadığına görə, gəliri yoxdur. Polislər vətəndaşa kömək etməkdən, əksinə, onların “qanını içirlər”. Qazax rayon polis şöbəsi “banditxanadır”.

Sizin redaksiyadan xahiş edirəm ki, bizim bu problemimizi işıqlandırıb, səsimizi lazımi yerlərə çatdırasınız”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Bir ildən sonra isə rayonun maliyyə şöbəsinin rəhbərliyi ilə Mədət Nəzərli müqavilə sənədi imzalayır ki, guya həmin məktəbin əsaslı təmirinə ehtiyac yaranıb. Çox keçmir ki, belə bir ad altında külli miqdarda vəsait ayrılır və mənimsənilir”
Məlumdur ki, bu gün dövlət-hakimiyyət orqanlarının əsas məqsədi şəhərlərdə, rayonlarda, qəsəbələrdə, iri yaşayış məntəqələrində, hətta ucqar dağ kəndlərində yaşayan sakinlərin üz-üzə qaldıqları problemləri qısa müddət ərzində aradan qaldırmaqdan ibarətdir. Belə bir səbəbdən də, indiyə kimi bu yöndə bir neçə dövlət layihə proqramları işlənib hazırlanmış və onların həlli mərhələli şəkildə həyata keçirilmişdir. Faktdır ki, həyata keçirilən layihə proqramlarının nəticəsi olaraq, artıq şəhərlə kənd arasında fərq kifayət qədər aradan qaldırılmış və yerlərdə sosial problemlərin çoxu həllini tapmışdır. Qeyd edək ki, istənilən sahədə əmələ gələn sosial problemlərin varlığı, ərazidə idarəetməni həyata keçirən şəxsin və ya şəxslərin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslədiyi münasibətin varlığından asılı olur və vəzifə sahiblərinin iş fəaliyyətinə, idarəçilik bacarığına ictimai münasibət də bəslənilir. Belə olan halda hərkəs məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin və rəhbərliyin ona göstərdiyi etimadı doğrultmağa çalışsın. Bütün bunlara baxmayaraq, Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin üz-üzə qaldıqları problemlərin varlığı hər kəsi fərqli formada düşünməyə sövq edir.
Ardını oxu...
Qeyd edək ki, bu günlərdə gundemxeber.az saytının redaksiyasına Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər vəzifə sahiblərinə yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Şikayətçi sakinlər qeyd edirlər ki, “Bu gün bizim əsas narazılığımız, üz-üzə qaldığımız problemlərin varlığı Qarağac kəndinin də daxil olduğu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin qeyri-qanuni əməlləri ilə bağlıdır və bu şəxs 30 ildən çoxdur ki, bugünkü vəzifəsini daşımaqdadır. Ötən illər ərzində Mədət Nəzərlini kənd sakinlərinin dolanışığı, üz-üzə qaldıqları problemlərin varlığı deyil, yalnız və yalnız şəxsi maraqlarının həlli düşündürüb. Belə ki, Mədət Nəzərli indiyə kimi ayrı-ayrı şəxslərlə “separat danışıq”lar aparıb və Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini, kəndin örüş sahəsini kənar şəxslərə satıb. Bir sözlə, Qarağac kəndinin torpaq sahələri Mədət Nəzərli tərəfindən tamamilə “işğal olunub”. Kəndimizin ərazisinə aid olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi isə, Mədət Nəzərlinin “xeyr-duası” ilə Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən ələ keçirilib. Ona görə də bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinə etdiyimiz müraciət Əmlak Məsələləri Dövlət Xidmətində araşdırılır. Az sonra bu Xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə yerində lazımi araşdırmalar aparırlar. Həmin vaxt bəlli olur ki, Pərviz Ağacanov tərəfindən qanunla müəyyən olunmuş qaydada mülkiyyət, istifadə və ya heç bir icarə hüququ olmadan, Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsi metal torla çəpərlənib. Yəni, belə bir fakt aşkar olunur. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətlərinə uyğun gələn həmin halla bağlı zəruri tədbirlərin görülməsi üçün, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həm Daxili İşlər Nazirliyinə, həm də Cəlilabad Rayon İcra hakimiyyətinə məktub ünvanlanılır.
Ardını oxu...
Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin əməlləri heç də bütün bunlarla yekunlaşmır. Yəni, Mədət Nəzərli elə bir xarakterik xüsusiyyətə, elə bir idarəçiliyə malik olan şəxsdir ki, o, hər zaman çalışır ki, rəhbərlik etdiyi ərazidə idarəçiliyi, atılan hər bir addımı şəxsi nəzarətində saxlasın. Məsələn, bu şəxs rəhbərlik etdiyi ərazi daxilində bələdiyyə seçkiləri keçirilərkən, kiminsə müstəqil şəkildə bələdiyyə şurasına üzv seçilməsinə heç cür imkan vermir. Belə bir səbəbdəndir ki, bugünkü bələdiyyə sədri də Mədət Nəzərlinin müavini vəzifəsini daşıyan Firudin müəllimin qızıdır. Bir sözlə, bu şəxs bələdiyyə seçkilərini şəxsi nəzarətdində saxladığından, hər zaman onun hökmü keçərli olur. Beş-altı il bundan öncə Xəlilabad kəndində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni tam orta məktəb binası tikilir. Bir ildən sonra isə rayonun maliyyə şöbəsinin rəhbərliyi ilə Mədət Nəzərli müqavilə sənədi imzalayır ki, guya həmin məktəbin əsaslı təmirinə ehtiyac yaranıb. Çox keçmir ki, belə bir ad altında külli miqdarda vəsait ayrılır və mənimsənilir. Bundan əlavə, bir neçə il bundan əvvəl Mədət Nəzərli Rusiya Federasiyası ərazisində həbsdə olan Xəlilabad kənd sakini Nemət adlı şəxsin, guya ki, kənddə yaşaması haqda arayış yazıb verir. Çox keçmir ki, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin belə bir əməli ilə bağlı prokurorluq orqanlarında cinayət işi qaldırılır. Bu şəxs Qarağac kəndi ərazisində 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və həmin ərazidə özü üçün üzüm bağları, taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Artıq Mədət Nəzərli elə bir formada dayağa, təsir imkanına malikdir ki, həm onun iki oğlu, həm də himayəsində olan iki bacısı oğlu hərbi xidmətə getmirlər.
Elə ki, bu kimi məsələlərlə bağlı Cəlilabad RİH-i başçısının 1-ci müavini Qalib Xudaverdiyevə müraciət edirik, o halda o, “Gedin, məhkəməyə müraciət edin” deyir və bununla da bir növ mətləbdən yayınmağa çalışırlar. Hansı ki, əslində RİH Aparatı öz səlahiyyəti daxilində müəyyən araşdırmalar aparıb, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin belə bir əməlləri ilə lazımi tədbirlərini görə bilərlər”.
Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində vəzifə sahibi olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını qadağan edən normalar olsa da, deyəsən Mədət Nəzərli həmin qadağalara heç bir halda əhəmiyyət vermir və bu gün də o, şəxsi maraqlarının həlli yöndə addımlarını atmaqla məşğul olur. Amma, onu da düşünürük ki, bu şəxs qol qoyduğu bütün hüquqpozmalara görə, gec-tez hüquqi müstəvidə ünvanlanan suallara cavab verməli olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Gundemxeber.az
 
Ardını oxu...
Azərbaycanda mülki şəxs minaya düşərək öldü
Cəbrayılda çoban minaya düşüb. Hadisə rayonun Cocuq Mərcanlı kəndində baş verib

1964-cü il təvəllüdlü çoban Oqtay Alışov at üstündə olarkən tank əleyhinə minaya düşüb.

O, hadisə yerində ölüb.

DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Aldığımız digər məlumata görə həmin çoban Tərtər rayon İcra hakimiyyəti Başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavadov Abbas Yusif oğlunun qoyun sürülərinin çobanı imiş. Bu faktı dəqiqləşdirmək üçün icra başçısı Müstəqim Məmmədova və Abas Cavadova ünvanladığımız suala heç biri münasibət bildirmək istəmədi. Susmaq razılıq əlamətidir deyiblər.

Deryaz.az
 
Ardını oxu...
Azərbaycan dahi şəxsiyyəti ulu öndər Heydər Əliyev deyərdi ki, "Mən dünyada müəllim adından daha yüksək şərəfli bir ad tanımıram." Amma çox təəsüflər olsun ki, bu gün bu şəxsin sözünə ölkəmizdə ləkə salanlarda var, hətta xəyanət edənlərdə.

Rüşvətin qarşisi alinmazsa, təhsil də olmaz, amma bəziləri var rüşvət qanı artıq onları dərsin çürüdüb. Bəlkə də artıq sindromlarını korlayan xərçəng xəstəliyinə çevirib.

"Azərbaycan Reallığı"na məlumatlı mənbələrdən daxil olan məlumata görə," Avrasiya universiteti"-nin nəznində olan "Avrasia Kolleci" - də rüşvət demək olar adı hala çevirilib burada. 500-600 manatlar yox, minlərlə manat yığılır. Yaxşı oxuyan tələbədən 2000-2500 manat arası, yaxşı oxumayan tələbədən isə 3000-3500 manat pullar yığılır. Tələbələrə süni şəkildə əngəllər yaradılır, onlara kəsrlər yazilir və yaxud unuversitetə buraxılış vəsiqəsi verilməyəcəyi kimi təhdidlər olunur.

Konkret olaraq pulu verməyəcəyləri təqdirdə liseylə vidalaşacaqları deyilir. Rüşvəti yığan şəxslər pulu sözügedən liseyinin direktoru Aytən Hüseynovanın göstərişi ilə yığdığını bildirirlər. Mənbənin dediyinə görə, direktor rüşvət yığımına şəxsən özü başçılıq edir. Çünki dəfələrlə ona bu barədə şikayət olunsa da əhəmiyyət verməyib.

Adının çəkilməsin istəməyən Avrasia Liseyinin bir neçə tələbəsi bu məsələni ictimailəşdirib. Təhsil nazirliyi və aidiyyəti qurumlardan onlara kömək etməsini istəyiblər. Bildirilir ki, aidiyyəti qurumlar yoxlamalar aparsa bu məsələ dərhal öz təsdiqini tapar.

Tələbələrin çoxunun ailəsinin sosial və maddi durumu ağır olduğu üçün onlardan tələb olunan məbləği verə bilmirlər. Onun üçün də bir daha adiyyəti qurumlardan və orqanlarda kömək istəyirlər deyə sonda bildirilir.

"Azərbaycan Reallığı" məsələ ilə bağlı sözü gedən qurumla əlaqə saxlayıb, qurumun mətbuat xidmətindən bildirilir ki, deyilənlər tamamilə yalnışdır. "Əlinizdə belə bir fakt varsa, buyurun təqdim edin, biz həmin şəxslər barəsində dərhal tədbir görək" deyə sonda qurumun sözcüsü bildirib.

AZƏRBAYCANREALLIĞI.COM
https://www.azerbaycanrealligi.com/thsil/9141-avrasiya-universiteti-nin-nezninde-olan-avrasia-kolleci-de-shidirgi-rushvet-yigimi-dda.html
Ardını oxu...
Bir surətidə Teref.az-ın poçtuna daxil olmuş Ucar şəhəri Konserv Zavod yaşayış evində yaşayan Qurbanova Mətanət Şahin qızının şikayət məktubunu oxuculara təqdim edirik. Qurbanova Mətanət Şahin qızı Mehriban xanıma müraciət edərək yazır:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya.

Ucar şəhəri Konserv Zavod yaşayış evində yaşayan Qurbanova Mətanət Şahin qızı tərəfindən

MÜRACİƏT

Hörmətli Mehriban xanım, 2019-cu il tarixindən «Dost» İş Mərkəzinin xətti ilə Ucar rayon Komunal Müəssisələri Kombinatında işləyirəm.İşlədiyim müddətdə daima işdə olmuşam və rəhbərlik tərəfindən verilin bütün iş tapşırıqlarını yerinə yetirmişəm.İşlədiyim ərazilərdə olan müşahidə kamerlalrının yaddaşındakı video kadrlara baxılsa bu dediklərim təsdiq olunacaq

27 aprel 2023-cü il tarixində mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilib.Əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi göstəriblər ki, işə gəlmirəm, məsuliyyətsizəm. Bu göstərilənlər ağ yalandır. Ucar rayonu Komunal Müəssisələri Kombinatı işə gəlməməyimlə bağlı «Dost» İş Mərkəzinə məlumat verib. Həmin günü əmək müqaviləsinə xitam verilmiş başqa şəxslərdə var. Həmin şəxslər Ucar rayonu Komunal Müəssisələri Kombinatının müdirinə və briqadirlərə aylıq haqq vermədikləri üçün belə yalan məlumatı «Dost» İş Mərkəzinə verilib. Biz daima işdə olmuşuq və verilən tapşırıqları yerinə yetirmişik.

«Dost» İş Mərkəzinin xətti ilə Komunal Müəssisələri Kombinatında adı işdə olub özləri işə gəlməyən şəxslər çoxlu saydadır. Onlar aylıq haqq verirlər deyə işə gəlmirlər ancaq maaşlarını alırlar. Briqadirlərin və komxozun rəhbər şəxslərinin birinci dərəcəli yaxın qohumları, pensiya alan 70 yaşlı ər-arvad, Adları komxozda olsada taksi fəaliyyəti ilə məşğul olan şəxslər, Özləri Bakı şəhərində yaşasalarda adları Ucar komxozunda olan şəxslər işə gəlməsələrdə aylıq haqq verdiklərinə görə maaşlarını alırlar. Araşdırma aparılsa bütün bu yazdıqlarım öz təsdiqini tapacaq.

Qeyd edim ki, aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardım alıram. Himayəmdə iki azyaşlı övladım var. Həyat yoldaşım isə qapılarda fəhləlik edir. Bu işdə bir ayın 15 günü olur, 15 günü olmayır. Yəni daimi qazanc yeri yoxdur. Üç ildir mən işlədiyimə görə bir təhər dolanırdıq.İşimə qaytarılmasam ünvanlı dövlət sosial yardımda dayandırılacaq. Dörd nəfərdən ibarət olan ailə necə dolanacaq? bunu fikirləşən yoxdur

Hörmətli Mehriban xanım, mən Qurbanova Mətanət Şahin qızı mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm bu müraciətimi obyektiv araşdırılaraq ciddi tədbir görülməsinə köməklik edəsiniz.

Hörmətlə Qurbanova Mətanət Şahin qızı
Teref.az olaraq qarşı tərəfin mövqyini dərc edə bilərik!
Teref.az
 
Ardını oxu...
NK-ya araşdırma aparıldığını bildirən sığorta şirkəti Hesablama Palatasının sorğusuna susur
Azərbaycan Respublikası Prezidentinin 23.12.2021 tarixli, 1513 saylı fərmanına uyğun olaraq 1997-ci ilin avqustun 2-ə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik sığorta ödənişinin verilməsi ƏƏSMN -ə tapşırılıb. Keçən ilin ortalarından başlayaraq Qarabağ əlillərinə proaktiv qaydada əlillik dərəcəsinə uyğun 4400, 6600 və 8800 manat birdəfəlik ödəmələrin verilməsi həyata keçirilir. Bu sətirlərin yazarının qanpulunun hesabına keçirilməməsinin səbəbi son xidmət yerindən - DİN (Daxili Qoşunları) Hərbi Həkim Komissiyasının “Xəstəlik haqqında şəhadətnamə”sinin ƏƏSMN altsisteminə daxil edilmədiyi ilə izah edilib. 09.12.2022-ci ildə 26.05.2023-cü il tarixli 531 saylı “Xəstəlik haqqında şəhadətnamə”ni DİN ƏƏSMN-in altsisteminə daxil edəndən on gün sonra DSMF-dən zəng edib gələn vəsaitin hesaba köçürüləcəyini dedilər. Di gəl. ..
Bir il keçir, hələ də sığorta ödənişinin verilməsi gerçəkləşməyib. DSMF -dən üç ay qabaq 0125250664 nömrəsindən zəng edib, “Azərsığorta”nın 2019-cu ildə 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ödəməsi barədə məlumat verdiyini, sığorta şirkətindən arayış gətirməyin (?) gərəkliyini deyiblər. Bəyəm DSMF-in dövlət icbari şəxsi sığortaya cavabdeh qurumu uyğun arayışı almaqda acizdir? Nazirlər Kabinetindən əlilin müraciəti “Azərsığorta” ASC -yə göndərilib və Dövlət Sığorta Kommersiya Şirkətinin idarə heyətinin sədrinin müşaviri Ceyhun Qurbanlı bir aydan sonra 10.03.2023 tarixli məktubla bildirib ki, zəruri araşdırmalardan sonra əlavə məlumat veriləcək. Bəyəm hansısa araşdırmaya ehtiyac var? 19.03.2019-cu ildə 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ödəniş edilibsə, ödəniş tapşırığını, ödənilməyibsə, uyğun arayışı DSMF-ə təqdim etməyə neçə ay, neçə il gərəkir?
Üç ay keçib, hələ də nə Nazirlər Kabinetinin, nə DSMF-in sorğusuna cavab yoxdur. Hesablama Palatasının “Azərsığorta” ASC -yə və ƏƏSMN tabeliyində DSMF-ə ünvanladığı 14.04.2023-cü il tarixli sorğusu da hələ ki, cavabsızdır. Palatanın özünə cavab verilməsi istənildiyindən, “metro” Tağı demiş, “burcutmağın adı yoxdur”. Di gəl, hələ də “qanpulu - sığorta “burcutması” sürür . ..
Bəs deyirdilər heç bir sənədə, arayışa ehtiyac yoxdur, 30 il öncə axan qanın pulu proaktiv qaydada bank hesabına köçürüləcək?
Məğrur Bədəlsoy
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Hələ iki il əvvəl “Dəryaz” qəzetində Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin öz bioloji varisinə — oğluna rahat həyat, karyera qurmaq üçün dövlət qulluçusu andına xilaf çıxması barədə tənqidi məqalə dərc olunmuşdu.

Məlumat üçün xatırladaq ki, Rəfael Quliyev 15 ilə yaxın Biləsuvar rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini, həmin vəzifə ləğv olunandan sonra Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Kənd Təsərrüfat İdarəsinin rəisi, sonradan həmin idarənin adı dəyişdirilərək Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi olanda da həmin qurumun direktoru vəzifəsində işləmiş, 2018-ci ildə sabiq nazir İnam Kərimov tərəfindən Nazirliyin Bitkiçilik şöbəsinin rəisi, bir il sonra isə həmçinin Kənd Təsərrüfat Nazirliyinin Aparat rəhbəri (hər iki vəzifənin maaşını alırdı) vəzifəsinə təyin edilmişdir.

Biləsuvarın hazırda həbsdə olan, keçmiş korrupsioner icra başçısı Mahir Quliyevin yaxın adamı kimi tanınırdı. “Dəryaz” qəzetinin redaksiyasına məlumat verən mənbənin bildirdiyinə görə Rafael Quliyev nazirliyə vəzifəyə gələndən sonra oğlu Cəbrayılzadə Sərvan Rafael öğlunu da Nazirliyə Dövlət qulluğu komissiyasından keçmədən qeyri – qanuni olaraq, Dövlət Qulluğu haqqında olan qanunun 27.3 və 28.1 maddələri pozularaq nazirin əmri ilə qeyri qanuni olaraq işə qəbul etdirmişdir. 2016-cı ildə Cəbrayılzadə Sərvan institutu bitirir, lakin məmur oğlu ranqından istifadə edərək nə yollasa 2020- ci ilə qədər hərbidən yayınmağa müvəffəq olur, Vətən qarşısında borcunu yerinə yetirmir.150.000 manat dəyəri olan son model “Lexus” avtomobilində at oynadır. Onu da qeyd edilirdi ki, Rəfail Quliyev Biləsuvarda vəzifədə işləyən zaman hektarlarla torpaq sahələrini ələ keçirib, heyvandarlıq ferması yaratmışdır.

Cəbrayılzadə Sərvan Rafael oğlu Kadrlar şöbəsində baş məsləhətçi işləyirdi. KTN – dəki neqativ hallar barədə tənqidi yazılar artan zaman məsələnin ictimailəşməsinin vəd etdiyi təhlükələrdən ehtiyatlanan Rəfael Quliyev tezbazar Sərvanı “komissovat” etdirib Milli Banka köçürmə yolu ilə işə düzəltdi. Maraqlıdır, əgər Sərvan xəstə idisə, niyə indiyədək “neqodnı” hərbi bilet almamışdı? Təəssüf ki, bu və digər suallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinə göndərdiyimiz sorğulara cavab verilmədi. Belə çıxır ki, kasıbın övladı qeyrətinə tapınıb müharibəyə yollanmalı, Vətən uğrunda canından keçməlidir, amma Rəfael Quliyev kimi üzdəniraq məmurların oğulları isə hərbidən yayınıb rahat kreslolarda haram yeməlidirlər?

Redaksiyamıza daxil olan növbəti məlumatlara görə, R.Quliyev hələ RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə 24 kəndin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintiləri üzə çıxıb. Ən az yeyinti Əliabad kəndində (450 manat) , ən çox yeyinti isə Ağalı kəndində (9500 manat) aşkarlanıb və geri qaytarılıb. Məlum olub ki, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinləri buğda kimi göstərilirmiş. 37 min manat haram subsidiya alan şəxslər müəyyən edilsə də, sonradan ört-basdır edilib. Subsidiyalar bu gün də kimlərinsə adına yazılaraq mənimsənilir.

R.Quliyevin nepotist (qohumbazlıq) siyasəti bu gün də davam edir. Qeyd olunur ki, Biləsuvarda ona məxsus 1000 hektar torpağı vaxtilə rayon Statistika İdarəsində işləmiş Vüsal adlı bacısı oğlu əkir. R.Quliyevin bacısı qızı da, qardaşı oğlu da nazirliyə təyinat alanda öz yerinə gətirdiyi DAİM-n müdiri Nurərrin Quliyevin yanında haqq etmədikləri mühüm vəzifələrdə işləyirlər. V ə elə onların əli ilə də külli miqdarda maliyyə maxinasiyalarını rahatlıqla həyata keçirirlər. Həmçinin bildirilir ki, R.Quliyev sabiq nazirin bacısı qızını oğluna alıb gəlin etdiyi üçün bir növ toxunulmazlıq statusu qazanıbmış.

P.S. Mənbənin bildirdiyinə görə hələ Mahir Quliyevin dövründə, o vaxtlar icra hakimiyyətində mühüm vəzifə tutan məsul şəxslər, o cümlədən vaxtilə birinci müavin işlyən, hal-hazırda Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanlar Bayram oğlu Məmmədovun neytral zonada və digər ərazılərdə 600 hektardan çox torpağı mənimsəyib taxıl əkdiyi bildirilir. Bu barədə gələn sayımızda ətraflı məqalə dərc edəcəyik.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti