Ardını oxu...
 


Sözün düzü, ölkənin ən böyük strateji qurumu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ( SOCAR ) olan korrupsiyanın səviyyəsi barədə danışmağa ehtiyac  görmürük. Amma SOCAR-ın Nəqliyyat İdarəsində və idarəyə tabe olan  Texnoloji Nəqliyyat Departamentlərində  baş verən rüşvət və korrupsiya, qanunsuz əməllərdən danışmasaq olmaz.

Təsəvvür edirsiniz  illərlə Nəqliyyat İdarəsinə rəhbərlik etmiş  Hacı Elçin Zülfüqarov  mart ayında vəzifəsindən azad edildi. 5000-dən artıq  işçiyə rəhbərlik edən, balansında yüz milyonlarla dəyərində avtmobil, texniki avadanlıqlar  olan bu qurumun rəisini  neçə illər İŞİD-ə maliyyə dəstəyi verməkdə ittiham etdilər. 
Amma bir dövlət qurumu  bu məlumatı yoxlamağa  cəsarət etmədi. İdarənin əməkdaşları haralara yazmadılar..? Hətta konkter olaraq  ortaya sənədlər qoydular. Ki, Nəqliyyat İdarəsində 2.940.000 manatlıq müqavilədə bir milyonluq mənimsənilmə 45 faiz təşkil edir. İdarənin  əməkdaşları sənədlə sübut elədilər ki, burada qiymətlər real bazardan 300, hətta 400 faiz bahadır. 
Ümumiyyətlə, təkcə bir müqavilə üzrə mənimsəmə bir milyon avrodan artıqdır. Təkcə avtomobil  şinlərinin satınalınması müqaviləsində mənimsənilmə bir milyon avro təşkil edir. 
Deməli, idarədə bütün satınalmalar  və tenderlər saxta yolla keçirilir. Təmir adı  altında dövlətin milyonları mənimsənilir. 
Təsəvvür edirsiniz, balans dəyəri 4-5 min manat olan nəqliyyat vasitələrinə bir il ərzində 30-40 min manat məbləğində təmir işləri yazılır. Yəni astarı üzündən 10 dəfə baha... 
Bəli, nəqliyyat vasitələri təmir olunmur, sadəcə olaraq təmir adı ilə milyonlar silinib mənimsənilir. Bu hələ harasıdır..? Nəqliyyat İdarəsində  bir ədəd lampa 170 manat, qapı acarı 430 manat, fara 3000 manat, alın şüşəsi 2700 manata sənədləşdirilir. 
İndi özünüz  korrupsiyanın miqyasını təsəvvür edin. İdarənin  işçiləri  dövlət qurumlarına  yazır ki, Hacı Elçin Zülfüqarov dövlətdən oğurladığı milyonların hesabına Qobustan qəsəbəsində özünə böyük ferma və heyvandarlıq təsərrüfatı tikdirib. Və  idarənin texnikasından, işçilərinin əməyindən istifadə edir. Bu hələ harasıdır...? 
Nəqliyyat İdarəsinin rəisi Hacı Elçin Zülfüqarovun iki qardaşının  oğlu – Şahbaba və İbad, bacısı oğlu Xələfi  İŞİD terror təşkilatının nəzarətində gedən terror əməliyyatlarında iştirak edirlər. Elçin Zülfüqarovun satınalma şöbəsinin rəisi olan bacısı oğlu Ülvi Bəktaşi hər ayın 10-15 gününü müxtəlif adlar altında Çinə, Dubaya, Türkiyəyə, İtaliyaya və Almaniyaya getməklə çirkli pulları ölkədən kənara çıxarmaqla məşğuldur. Dövlətdən oğurladıqları pulların bir hissəsini getdiyi ölkələr vasitəsilə İŞİD terror təşkilatına ötürməklə məşğuldur. Bütün bunlar ortada olsa da nə dövlət qurumları, nə hüquq-mühafizə  orqanları  Elçin Zülfüqarova gözün üstə qaşın var  demədilər... Sadəcə, 2 ay öncə SOCAR-ın yeni prezidenti  Rövşən Nəcəf  Elçin Zülfüqarovu hörmətlə yola salaraq ...həmin vəzifəni Ələddin Məmmədova həvalə edib. 
Təsəvvür edirsiniz, 2006-cı ildən 2023-cü ilədək, yəni  17 il  dövlətin az qala 100 milyonunu mənimsəyən, İŞİD-ə yardım edən  adam  rahatca  gedir istirahətə. Bunları yazmaqda məqsədimiz odur ki, bu idarə bu gün də faəliyyət göstərir. 
Və... İdarənin işçiləri yazır ki, təzə rəis  Ələddin Məmmədov  bizə “ot yoldurur”. İndi gördünüzmü, heç nə dəyişməyib. Hələ bu harasıdır..? 
Redaksiyamıza daxil olan məlumata görə, SOCAR-ın vitse prezidentinə məxsus, 10 AA- 346 nömrəli, dəyəri 300 min olan  xidməti avtomobilin sürücüsü, Məhərləmov Cabir Şiralı oğlu ( 14.04. 1963 təvəllüdlü ) Qarabağ Qazisini təhqir edir, hətta ölümlə hədələməkdən çəkinmir. Onu da qeyd edək ki,  sürücü SOCAR-ın Nəqliyyat İdarəsinin  1 saylı  Texnoloji Nəqliyyat Departamentinin işçisidir. Və Xətaidə  milyonçular məhəlləsində özü üçün ev tikib, yaşayır. 
İndi gördünüzmü, Nəqliyyat İdarəsinin nəinki rəisləri, adi sürücüləri də özlərini qoçu kimi aparır, qazini ölümlə hədələyir. Amma Qarabağ Qazisi bu məsələni belə qoymayacağını bildirib və hüquqlarının müdafiəsi üçün Ölkə Başçısına müraciət edərək ondan müdafiə olunmasını xahiş edib. 




 
 

 
Ardını oxu...
 

 

 

 

Əmlak Məsələləri Dövlət Xidmətində korrupsiyanın başında duran “Tarqovı”da, Mərkəzi Univermaqda  qızıl  mağazaları olan xidmət rəisinin müavini Elçin Yusubovun və onun himayəsində milyonlar qazanan Taleh Bəşirovun, Eldəniz Qafarovun gecələrinin ərşə çəkilməsinə səbəb nədir?...  
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində  baş verən qanunsuz əməllərlə bağlı yazıya keçməzdən  əvvəl yazıda adı keçən şəxslər  barəsində qısa məlumat verək: Mətin Balasən oğlu Eynullayev- Dövlət Xidmətinin rəisi, Elçin Mustafa oğlu Yusubov – Xidmətin rəis müavini,  Eldəniz Qəzənfər oğlu Qafarov – Xidmətdə “Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavinidir, həm də şöbə müdiri vəzifəsini icra edir,  Taleh Arif oğlu Bəşirov – Xidmətdə “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edir”. İndi isə keçək əsas mövzuya. 

Onu da qeyd edək ki, Eldəniz Qafarov əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində “Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi”nin direktorunun müavini vəzifəsində işləyib.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin  iyun ayında Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən İldırım Məmmədov, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov və qurumun bir neçə rayon şöbəsinin müdiri saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Amma… 

Əmması odur ki, bu hadisələr ilə bağlı işin başında Elçin Yusubov durur. Onun xəbəri olmadan yuxarıda tutulan insanların hər hansı bir cürəti çatmazdı ki, qanun pozuntusu etsinlər. Dövlət Əmlak Xidmətinin “Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya” şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbəri olmadan onun tabeçiliyində olan şəxslər bu boyda cinayət əməllərinə yol verə bilməzdilər. 

Yəni bütün bu cinayət əməlləri Eldəniz Qafarovun göstərişi ilə baş vermişdi. Həm də İldırım Məmmədov birbaşa Eldəniz Qafarovun kadrıdır. Hətta bəzi məlumatlara görə, istintaq zamanı Eldəniz Qafarov da sorğu-sual edilib. Amma o həbs olunmaqdan xilas ola bilib. 

Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis  müavini   Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov  İldırım Məmmədov  həbs olunmayanadək  hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra  Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar  axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir.

Şəmkirdən olan sakinlər deyir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və  kiməsə  1 saxta  sənəd vermək üçün az qala 1 “meşok” rüşvət  alır. Eldəniz  Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib. Onun Şəmkirdə  bazarı da var. Elçin Yusubovun şəriklərindən biri də Talehdir. Söhbət  Xidmətdə “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən  Taleh Arif oğlu Bəşirovdan gedir. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. 

Taleh Bəşirovun  Sumqayıtda “Yaşıl dərə”  deyilən ərazidə  vaxtilə kiçik bir evi var idi, indi  onu sökərək  yerində milyonluq villa tikir. Bu yaxınlarda ona  Range Rover  avtomobili bağışlayıblar.

Bəli, Əmlak Xidmətində çalışdığı qısa müddətdə Taleh Bəşirov milyonlara sahib olub.

Taleh Bəşirova bu yaxınlarda kim və nə üçün son model Range Rover  bağışlayıb..? Sürdüyü maşını indiki dövlət qulluğu ilə almaq qeyri mümkündür. O, isə bu cür bahalı maşını ona hədiyyə olunduğunu bildirir. 

Xidmətin tutulmuş əməkdaşları məhkəmədə dilə gələrək onlara göstərişin yuxarıdan verildiyini tələb etdikdə E. Yusubov cənabları necə canını qurtaracaq?... 

Xidmətin səkkiz ərazi şöbəsinin müdirləri torpaqlara rəy verilməsi tapşırığını xidmət rəisinin müavini E. Yusubovdan onun kurasiyasında olan T.Bəşirov, söhbət Eldəniz Qafarovdan aldığı halda bu yoldaşlar məsuliyyəti boyunlarından atırlar. 

Necə ki, içəridə olan səkkiz ərazi şöbəsi müdirləri çöldəki yoldaşlara xəbərdarlıq göndərir. 

Bu və diqər məslələrlə bağlı adı çəkilən şəxsləri nə qədər axtarsaqda heç birini tapa bilmədik. Tükürpədici məlumatları növbəti yazımızda açıqlayacağıq. Bizi izləyin.


Ardını oxu...
Məlumdur ki, bu gün dövlət-hakimiyyət orqanlarının əsas məqsədi şəhərlərdə, rayonlarda, qəsəbələrdə, iri yaşayış məntəqələrində, hətta ucqar dağ kəndlərində yaşayan sakinlərin üz-üzə qaldıqları problemləri qısa müddət ərzində aradan qaldırmaqdan ibarətdir. Belə bir səbəbdən də, indiyə kimi bu yöndə bir neçə dövlət layihə proqramları işlənib hazırlanmış və onların həlli mərhələli şəkildə həyata keçirilmişdir. Faktdır ki, həyata keçirilən layihə proqramlarının nəticəsi olaraq, artıq şəhərlə kənd arasında fərq kifayət qədər aradan qaldırılmış və yerlərdə sosial problemlərin çoxu həllini tapmışdır. Qeyd edək ki, istənilən sahədə əmələ gələn sosial problemlərin varlığı, ərazidə idarəetməni həyata keçirən şəxsin və ya şəxslərin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslədiyi münasibətin varlığından asılı olur və vəzifə sahiblərinin iş fəaliyyətinə, idarəçilik bacarığına ictimai münasibət də bəslənilir. Belə olan halda hərkəs məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin və rəhbərliyin ona göstərdiyi etimadı doğrultmağa çalışsın. Bütün bunlara baxmayaraq, Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin üz-üzə qaldıqları problemlərin varlığı hər kəsi fərqli formada düşünməyə sövq edir.

Qeyd edək ki, bu günlərdə gundemxeber.az saytının redaksiyasına Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər vəzifə sahiblərinə yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Şikayətçi sakinlər qeyd edirlər ki, “Bu gün bizim əsas narazılığımız, üz-üzə qaldığımız problemlərin varlığı Qarağac kəndinin də daxil olduğu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin qeyri-qanuni əməlləri ilə bağlıdır və bu şəxs 30 ildən çoxdur ki, bugünkü vəzifəsini daşımaqdadır. Ötən illər ərzində Mədət Nəzərlini kənd sakinlərinin dolanışığı, üz-üzə qaldıqları problemlərin varlığı deyil, yalnız və yalnız şəxsi maraqlarının həlli düşündürüb. Belə ki, Mədət Nəzərli indiyə kimi ayrı-ayrı şəxslərlə “separat danışıq”lar aparıb və Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini, kəndin örüş sahəsini kənar şəxslərə satıb. Bir sözlə, Qarağac kəndinin torpaq sahələri Mədət Nəzərli tərəfindən tamamilə “işğal olunub”. Kəndimizin ərazisinə aid olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi isə, Mədət Nəzərlinin “xeyr-duası” ilə Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən ələ keçirilib. Ona görə də bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinə etdiyimiz müraciət Əmlak Məsələləri Dövlət Xidmətində araşdırılır. Az sonra bu Xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə yerində lazımi araşdırmalar aparırlar. Həmin vaxt bəlli olur ki, Pərviz Ağacanov tərəfindən qanunla müəyyən olunmuş qaydada mülkiyyət, istifadə və ya heç bir icarə hüququ olmadan, Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsi metal torla çəpərlənib. Yəni, belə bir fakt aşkar olunur. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətlərinə uyğun gələn həmin halla bağlı zəruri tədbirlərin görülməsi üçün, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həm Daxili İşlər Nazirliyinə, həm də Cəlilabad Rayon İcra hakimiyyətinə məktub ünvanlanılır.

Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin əməlləri heç də bütün bunlarla yekunlaşmır. Yəni, Mədət Nəzərli elə bir xarakterik xüsusiyyətə, elə bir idarəçiliyə malik olan şəxsdir ki, o, hər zaman çalışır ki, rəhbərlik etdiyi ərazidə idarəçiliyi, atılan hər bir addımı şəxsi nəzarətində saxlasın. Məsələn, bu şəxs rəhbərlik etdiyi ərazi daxilində bələdiyyə seçkiləri keçirilərkən, kiminsə müstəqil şəkildə bələdiyyə şurasına üzv seçilməsinə heç cür imkan vermir. Belə bir səbəbdəndir ki, bugünkü bələdiyyə sədri də Mədət Nəzərlinin müavini vəzifəsini daşıyan Firudin müəllimin qızıdır. Bir sözlə, bu şəxs bələdiyyə seçkilərini şəxsi nəzarətdində saxladığından, hər zaman onun hökmü keçərli olur. Beş-altı il bundan öncə Xəlilabad kəndində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni tam orta məktəb binası tikilir. Bir ildən sonra isə rayonun maliyyə şöbəsinin rəhbərliyi ilə Mədət Nəzərli müqavilə sənədi imzalayır ki, guya həmin məktəbin əsaslı təmirinə ehtiyac yaranıb. Çox keçmir ki, belə bir ad altında külli miqdarda vəsait ayrılır və mənimsənilir. Bundan əlavə, bir neçə il bundan əvvəl Mədət Nəzərli Rusiya Federasiyası ərazisində həbsdə olan Xəlilabad kənd sakini Nemət adlı şəxsin, guya ki, kənddə yaşaması haqda arayış yazıb verir. Çox keçmir ki, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin belə bir əməli ilə bağlı prokurorluq orqanlarında cinayət işi qaldırılır. Bu şəxs Qarağac kəndi ərazisində 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və həmin ərazidə özü üçün üzüm bağları, taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Artıq Mədət Nəzərli elə bir formada dayağa, təsir imkanına malikdir ki, həm onun iki oğlu, həm də himayəsində olan iki bacısı oğlu hərbi xidmətə getmirlər.
Elə ki, bu kimi məsələlərlə bağlı Cəlilabad RİH-i başçısının 1-ci müavini Qalib Xudaverdiyevə müraciət edirik, o halda o, “Gedin, məhkəməyə müraciət edin” deyir və bununla da bir növ mətləbdən yayınmağa çalışırlar. Hansı ki, əslində RİH Aparatı öz səlahiyyəti daxilində müəyyən araşdırmalar aparıb, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin belə bir əməlləri ilə lazımi tədbirlərini görə bilərlər”.
Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində vəzifə sahibi olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını qadağan edən normalar olsa da, deyəsən Mədət Nəzərli həmin qadağalara heç bir halda əhəmiyyət vermir və bu gün də o, şəxsi maraqlarının həlli yöndə addımlarını atmaqla məşğul olur. Amma, onu da düşünürük ki, bu şəxs qol qoyduğu bütün hüquqpozmalara görə, gec-tez hüquqi müstəvidə ünvanlanan suallara cavab verməli olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Gundemxeber.az

Ardını oxu...
Gəncə Dövlət Filarmoniyasına direktor Rəşad Yusifov Filarmoniyada keçirilən tədbirlərin vergisini ödəməkdən yayınır.

Hesab edin ki, Rəşad Yusifov gün ərzində Gəncə Dövlət Filarmoniyasında hər hansı bir tədbirin keçirilməsi qarşılığında 1000-1500 manat mənləğində pul tələb edir. Lakin həmin tədbirin keçirilməsi ilə olan müəyyən pul məbləğinin vergisini ödəməkdən boyun qaçırır.

Son vaxtlar davamlı olaraq hər gün Gəncə Filarmoniyasında 3-4 tədbir olur. Bu tədbirlərin heç bir vergisi, Dövlət Vergi qanunlarına tələblərinə uyğun ödənilmir. Mədəniyyət Nazirliyi bilərəkdən, bu qara gözlü oğlana, qaşın üstə qara var deyən yoxdur.

Dövlət Təhlükəsizliyi Xidməti, Mədəniyyət Nazirliyinin tabeçiliyində olan, Gəncə Filarmoniyasının Drektoru Rəşad Yusifovu niyə yoxlamağını kölgədə saxlayır, sual altındadır?

Bəlkə, Gəncə Filarmoniyasının direktoru Rəşad Yusifov, Baş Prokurorun sabiq müavini Rüstəm Yusifovun ailə üzvüdür ondan çəkinir. Və ya xahişi olunub.

Verilən məlumatlara görə, Gəncə Filarmoniyasının Direktoru Rəşad Yusifov səhər 9-00 saatlarında işdə olmur. Onun işə gəlişi saat 11 radələrinə təsadüf edir.

Redaksiydan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Dunyaninsesi.Az
 

Ardını oxu...
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baş verən qanunsuz əməllərlə bağlı yazıya keçməzdən əvvəl yazıda adı keçən şəxslər barəsində qısa məlumat verək: Mətin Balasən oğlu Eynullayev- Dövlət Xidmətinin rəisi, Elçin Mustafa oğlu Yusubov – Xidmətin rəis müavini, Eldəniz Qəzənfər oğlu Qafarov – Xidmətdə “Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavinidir, həm də şöbə müdiri vəzifəsini icra edir, Taleh Arif oğlu Bəşirov – Xidmətdə “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edir”. İndi isə keçək əsas mövzuya.

Onu da qeyd edək ki, Eldəniz Qafarov əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində “Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi”nin direktorunun müavini vəzifəsində işləyib.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin iyun ayında Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən İldırım Məmmədov, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov və qurumun bir neçə rayon şöbəsinin müdiri saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Amma…

Əmması odur ki, bu hadisələr ilə bağlı işin başında Elçin Yusubov durur. Onun xəbəri olmadan yuxarıda tutulan insanların hər hansı bir cürəti çatmazdı ki, qanun pozuntusu etsinlər. Dövlət Əmlak Xidmətinin “Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya” şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbəri olmadan onun tabeçiliyində olan şəxslər bu boyda cinayət əməllərinə yol verə bilməzdilər.

Yəni bütün bu cinayət əməlləri Eldəniz Qafarovun göstərişi ilə baş vermişdi. Həm də İldırım Məmmədov birbaşa Eldəniz Qafarovun kadrıdır. Hətta bəzi məlumatlara görə, istintaq zamanı Eldəniz Qafarov da sorğu-sual edilib. Amma o həbs olunmaqdan xilas ola bilib.

Eldəniz Qafarovla şərikli biznesi olan, Xidmətin rəis müavini Elçin Mustafa oğlu Yusubovun Tarqovıda və Mərkəzi Univermaqda qızıl mağazaları var. Onu da qeyd edək ki, Elçin Yusubov İldırım Məmmədov həbs olunmayanadək hətta öz rəisi Mətin müllimi də saymırmış. Amma İldırımın həbsindən sonra Elçin Yusubov Mətin müəllimə yaxınlaşmaq üçün yollar axtarır. Eldəniz Qafarov haqqında onu deyə bilərik ki, o əslən Şəmkirin Zəhim kəndindəndir.

Şəmkirdən olan sakinlər deyir ki, Eldəniz Qafarov nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb. Və kiməsə 1 saxta sənəd vermək üçün az qala 1 “meşok” rüşvət alır. Eldəniz Qafarov rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib. Onun Şəmkirdə bazarı da var. Elçin Yusubovun şəriklərindən biri də Talehdir. Söhbət Xidmətdə “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdan gedir. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib.

Taleh Bəşirovun Sumqayıtda “Yaşıl dərə” deyilən ərazidə vaxtilə kiçik bir evi var idi, indi onu sökərək yerində milyonluq villa tikir. Bu yaxınlarda ona Range Rover avtomobili bağışlayıblar.

Bəli, Əmlak Xidmətində çalışdığı qısa müddətdə Taleh Bəşirov milyonlara sahib olub.

Taleh Bəşirova bu yaxınlarda kim və nə üçün son model Range Rover bağışlayıb..? Sürdüyü maşını indiki dövlət qulluğu ilə almaq qeyri mümkündür. O, isə bu cür bahalı maşını ona hədiyyə olunduğunu bildirir.

Xidmətin tutulmuş əməkdaşları məhkəmədə dilə gələrək onlara göstərişin yuxarıdan verildiyini tələb etdikdə E. Yusubov cənabları necə canını qurtaracaq?...

Xidmətin səkkiz ərazi şöbəsinin müdirləri torpaqlara rəy verilməsi tapşırığını xidmət rəisinin müavini E. Yusubovdan onun kurasiyasında olan T.Bəşirov, söhbət Eldəniz Qafarovdan aldığı halda bu yoldaşlar məsuliyyəti boyunlarından atırlar.

Necə ki, içəridə olan səkkiz ərazi şöbəsi müdirləri çöldəki yoldaşlara xəbərdarlıq göndərir.

Bu və diqər məslələrlə bağlı adı çəkilən şəxsləri nə qədər axtarsaqda heç birini tapa bilmədik. Tükürpədici məlumatları növbəti yazımızda açıqlayacağıq. Bizi izləyin.
 //gundelik-baku.com//

Ardını oxu...
Bu gün eşidəndə ki, Xəqani Cəbrayılov hər yerdə deyir ki, bizim nəslimiz generallar nəslidir... yadıma 1993-cü il düşdü. Daha doğrusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdanda güc nazirlərini qaldırıb sorğu-sual edirdi.
Növbə Milli Təhlükəsizlik Naziri general Fəxrəddin Təhməzova çatanda cənab nazirin dili-dodağı dolaşdı, özünü itirdi, nə danışdığını bilmədi və... Cənab Heydər Əliyev sərt şəkildə ona "Otur aşağı..səndən general olmaz.." dedi.
Bəli, Xəqani Cəbrayılov kimiləri general rütbəsi daşıya bilər ee...amma əsl general ola bilməzlər. Generalın təkcə boy-buxunu deyil eee, yerişi də, duruşu da, səsi də general adına layiq olmalıdır. Xəqani Cəbrayılov danışanda sanki elə bil sərçə cikkildəyir.
Yəqin ki, çoxlarının yadında olar ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları bir qrup yüksək çinli hərbçiləri, generalları qəbul edərkən, hərbçilər növbə ilə ad və soyadlarını deyərək cənab Ali Baş Komandanı salamlayaraq keçirdilər. Növbə general-mayor Xəqani Cəbrayılova çatanda...
Bəli, general nazik-cır səsi ilə salam verdi və ən dəhşətlisi odur ki, adını və soyadını səhv salaraq Xəqani Cəbrayilov əvəzinə... Cəbrayıl Xəqaniyev deyərək aləmi qarışdırdı. Rəsmi tədbirdə özünü itirən, çaş-baş qalan, ad ilə soyadını qarışdıran ( yaxşı ki atasının adını demədi ) generalın döyüş meydanında, tankların, raketlərin nəriltisi altında özünü necə aparacağını təsəvvür etmək bəlli oldu.
İndi Xəqani Cəbrayılovdan soruşan lazımdır ki, sənin nəslindən necə general ola bilər...
Əslində Xəqani Cəbrayılov kimi hərbçilər 1993-cü ildə Nəcməddin Sadıkovun sifarişi ilə Azərbaycana gəlmişdilər. Və məqsədləri də dövlət vəsaitini talamaq, Milli Ordunu deyil, özlərinin şəxsi biznesini qurmaq idi. Bəli, Nəcməddin Sadıkovun “sağ əli” olan Xəqani Cəbrayılov kimi bəzi generallar Azərbaycan ordusuna biznes- gəlir mənbəyi kimi baxırdı.
İndi gəlin Azərbaycan ordusunun hesabına Xəqani Cəbrayılovun əldə etdiyi biznesə nəzər salaq: Sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir, Sumqayıt şəhərində restoran, kafe və marketləri, Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoranı, Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması, Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi, Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı. Bu adamın təkcə 5000 baş mal-qarası və 10000 baş qoyun-quzusu var. Hələ xaricdəki biznesini, yaxud Şəhrizad xanımın əli ilə MAXE düzəltdiyi şəxslərdən yığdığı pulları demirik.
Biz hələ generalın əmisi oğlunun Şəmkir və ətraf rayonlardakı qospitallarda, hərbi hissələrdə ona məxsus olan kafe və çay evlərini işlətməsini, qazandığı pulları generala göndərməsini demirik. Biz hələ generalın ləkələdiyi hərbçi-snayper qızlardan bəhs eləmirik. Bir gün Xəqani Cəbrayılov bu suallara cavab verməli olacaq. Bir gün soruşacaqlar ki, cənab Cəbrayılov, sən dövlətdən aldığın maaşla bu yüz milyonluq mülkləri necə əldə etmisən..?
İndi isə keçək Xəqani Cəbrayılov barəsində yeni məlumatlara. Redaksiyamıza daxil olan son məlumata görə, Xəqani Cəbrayılovun Penitensiar Xidmətdə çalışan Ruslan adlı qaynı onun donuz fermaları üçün yaxşı yem yeri tapıb. Belə ki, həbsxanalardakı “otxod” məhsulların hamısını generalın donuz fermalarına göndərir. Yaxın zamanda genaralın qaynının başqa əməlləri barədə əlavə məlumat verəcəyik. Bizi izləyin.
 //gundelik-baku.com//

Ardını oxu...

Kardiologiya İnstitutunda baş verənləri heç bir rənglə ört-basdır etmək mümkün deyil. Hətta “Sobsan” boyaları belə acizdir…

Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətdə olması kimsəyə sirr deyil. Bataqlıqda çabalayan sistemin ürəkdağlayan sahələrindən biri də C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Yarıtmaz idarəçilik səbəbindən burada acınacaqlı durum yaranıb. Kollektivdə hökm sürən narazılıq, kütləvi şəkildə kadrların işdən qovulması, heç bir imtahansız, vakansiya elan edilmədən onlarla şəxsin işə qəbulu burada korrupsiyanın və rüşvətin göstəriciləridir.

Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən Gülnaz Dadaşova bu gün də eyni ampuladadır. Görünür toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi nazirlərin yerini dəyişəndə də G.Dadaşova üçün fərq eləmir.

Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya institutunda “kadrları məhv etmə” əməliyyatı aparılmağa başlanıldı. G.Dadaşova ağına-bozuna baxmadan savadlı, illərlə təcrübə toplayaraq mütəxəssis kimi formalaşan kadrları işdən çıxarır, əvəzində isə qohum-əqrabasını, biznes maraqlarına cavab verənləri işə almağa başladı. O cümlədən vaxtilə işdən çıxardığı elm adamları qanunsuz işdən çıxarılma ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmələri udurlar. G.Ddadşovaya isə «güldən ağır söz» deyən olmur. Nəticədə qocaman bir elm-səhiyyə ocağı bir neçə nəfərin özəl müəssisəsinə, biznes strukturuna çevrilib. Burada hər şey G.Dadaşova və komandasının maraqlarına tabe edilib.

Verilən məlumatlara görə, Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb.

G.Dadaşova Kardiologiya İnstitutunu “dərman mafiyası”nın oylağına çevirib. Məlumata görə, direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını 3-4 min manatdan başlayan qiymətlərə almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

Gülnaz Dadaşovanın tibb elmində “inqilab” edən “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiat olduğu bildirilir . Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da, sonradan hansısa yollarla “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib.

Təsadüfi deyil ki, G.Dadaşova elmi işini necə “yazıbsa” rəhbərlik etdiyi institutu da məhz həmin tərzdə idarə edir. Bu idarəetmə isə Kardiologiya institutunu uçuruma aparıb. Nahaq deyil ki, bu cür hədsiz biabırçılıqlarla üzləşən həkimlər və xəstələr İnstitutun əvvəlki rəhbərliyinin atasına rəhmət oxuyurlar.

Qəribəsi odur ki, Səhiyyə Nazirliyində hələ də onu müdafiə edən qüvvələr var. Məhz bu arxayınçılıq G.Dadaşovaya bu qədər özgüvən,əminlik verir. Əks təqdirdə bir elm-səhiyyə ocağını bu qədər amansızcasına məhv etmək olmazdı.

Görünür İcbari Tibbi Sığorta Agentliyini və şəxsən Zaur Əliyevi də susduran “səbəblər”, yaxud da rənglər mövcuddur. Ölkə səhiyyəsində inqilabi islahatlar aparmalı olan agentliyin və onun “islahatçı” rəhbərinin Kardiologiya institutunda baş verənlərə seyriçi qalması, heç bir reaksiya verməməsi haqlı suallar doğurur. Əcaba burada daha hansı eybəcərliklər baş verməlidir ki, cənab Z.Əliyev münasibət açıqlasın. Qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları, həkim tibbi rəyləri saxtalaşdırılır və arayışların verilməsi üçün bazar açılıb, amma nə Səhiyyə nazirliyi, nə TƏBİB, nə də cənab Zaur Əliyev qımıldanmır.

Direktor-həkim G.Dadaşovanın bahalı «Porche» avtomobili işə gəlib-getməsi, avtomobili saxladıqda mühafizəçilərin qaçaraq qapını açması adamın elm adamından çox «kraliçalar» kimi yaşamasından xəbər verir. Yəni doğrudan da ölkə səhiyyə sisteminin cavabdehi Zaur Əliyev bu institutda baş verənlərə göz yumacaq?

Bu birbaşa Dövlət başçısının, şəxsən Birinci vitse-prezident Mehriban xanımın səhiyyə sahəsində apardıqları islahatlara qarşı sabotajdır. Zəfər ilində müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətə qarşı belə sayğısızlıq, görülən işlərə badalaq vurmaq kimlərin maraqlarına xidmət edir, kimlərin sifarişidir? Hər halda baş verənlərə başqa ad vermək mümkün deyil. Bütün bu eybəcərlikləri heç nəylə, heç bir rənglə ört-basdır etmək mümkün deyil. Hətta “Sobsan” boyaları belə bu dəfə acizdir…

Yazıda səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
DİA.AZ: - Neçə müddətdir ki, DİA.AZ olaraq Naxçıvan təhsilinin eybəcər üzünü əks etdirən faktları təqdim etməkdədyik. Bildirək ki, açıqlanan materiallar MR-də geniş rezonans doğursa da, nədənsə əlaqədar qurumların diqqətini cəlb etməyib. Çünki ortada nə bir tənbeh var... nə də bir cəza. Görünür, kimlərəsə Naxçıvan təhsilinin Vasif Talıbovdan qalma əndrəbadi qaydalarla idarə olunması sərf edir. Hər halda, görünəni budur...

İndi isə keçək yeni faktlara... Əslində aşağıda təqdim edəcəyim faktlar Naxçıvan camaatı üçün çoxdan bəllidir...

Bu dəfə dia.az olaraq Naxçıvan şəhər 10 saylı məktəbində - yəni bir məktəbdə cərəyan edən qanunsuzluqlardan danışacağıq. Elə bu fakt yetərlidir ki, MR-dəki təhsilin halını təsəvvür edəsən...

Beləliklə, oxucularımızdan biri DİA.AZ-a yazır:

"Sizə deyim Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdən. Yeni təyin olunan direktor Fərqanə Əliyeva və onun sifarişi əsasında qeyri qanuni şəkildə Küznüt məktəbindən birbaşa məktəbə həm müəllim, həm də təlim -tərbiyə işləri üzrə direktor müavini təyin olunan Vüsalə Qənbərovadan(bu arada qeyd edimki ,hər ikisidə Isa Həbibbəylinin qardaşı Əli Həbibbəylinin kadrlarıdır,Vüsalə Qənbərova həmdə təhsil nazirliyinin aparat rəhbəri Rəşad Əlizadənin qohumudur).Demək hər iki şəxsin məktəbdə etdikləri qanunsuzluqlarin həddi hesabı yoxdur, nədənsə şikayət edəndə nazir bilir ,nazirin xəbəri var icazəsin almişiq cavabını verirlər.Məktəbdə V-Xl siniflər üzrə 16 sinif var, bu siniflərin sinif rəhbərlərinin demək olarki əksəriyyəti məktəbin vəzifəliləridədir.Sinif rəhbərləri 5a -kitabxana müdiri,6a təlim -tərbiyə işləri üzrə direktor müavini,6b-8a -psixoloq,8b-direktor,7c-uşaq birliyi,9a-təşkilatçı,11b-hərbi rəhbər kimi icra edirlər ,sənəd üzrə sıravi müəllimlərin adına yazılib pulları müəllimlər alıb çatdirirlar sadaladiğım şəxslərə.Bundan əlavə uşaq birliyi rəhbəri Məmmədova İlahə iki dəfə sertfikasiya imtahanından kəsildiyi halda həm 12 saat dərs yükü əlavə olaraq 12saat məktəbəhazırlıq qrupun və 7c sinifinin sinif rəhbəridir.Məktəb üzrə Naxçıvan ,Ortaq türk və Zəfər tarixi dərsdənkənar məşğələ saatlarını direktor mənimsəyib üstəgəl tədris etmir.Məktəb üzrə şahmat dərslərinin bir qismi ibtidai sinif müəllimi Əliyeva Leylanın adina yazılir psixoloq Pərvanə Vəliyeva nəzarət edir sənədləşməsini aparır jurnalları işləyir, onunda pulu direktora çatır(bu arada qeyd edimki Pərvanə müəllimə Isa Həbibbəylinin gəlinin daycanısidir).Məktəbdə olan 4 ölü can yanvar ayından dirilib işə çıxırlar.Bu sadaladıqlarım məktəbdə baş verən qanunsuzluqların bir qismidir..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri də dinləməyə hazırıq...
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr əvəzi və sədrinin birinci müavini Azər Zeynalovla bağlı Hurriyyet.az-ın redaksiyasına şok faktlar daxil olub.

Etibarlı mənbələrdən daxil olun məlumata əsasən, A.Zeynalov kürəkəninə dəyəri 10 milyon manat olan obyekti “çehiz verib”. Söhbət Naxçıvan şəhərində yerləşən “Əlincə Servis”dən gedir(FOTO).

Mənbə deyir ki, bu obyekt vaxtilə Naxçıvanın keçmiş maliyyə naziri, Culfanın Əlincə kəndindən olan Xalid İskəndərovun ailəsinə məxsus olub. O, 2016-cı ildə “Naxçıvan xanı”nın qəzəbinə tuç gəldiyindən, həmin obyekti ondan alıb, Azər Zeynalova satıblar. A.Zeyanalov isə “Əlincə Servis”i kürəkəni və əmisi oğlu olan Əsədulla Zeynalova bağışlayıb. Bundan əlavə, kürəkənə daha bir villa hədiyyə olunduğu da bildirilir(FOTO).

Qeyd edək ki, bu servisin çox böyük ərazisi var, içində hər cür avadanlıqlarla təchiz olunmu avtomobiul təmir sexləri, moykalar, anbarlar və s. var. Yanında isə ona aid olan, hazırda icarədə olan “İstedad kursu” fəaliyyət göstərir.

O ki qaldı “Əlincə Servis”in sabiq maliyyə nazirindən alınmasına, mənbə deyir ki, bu, heç də səbəbsiz olmayıb. Belə ki, 2015-ci ildə Xalid İskəndərovun bir neçə milyonluq maliyyə maxinasiyası aşkara çıxarılıb. O, “obşak”dan pul oğurlamaqda ititham edilərək, “xan”ın qəzəbinə gəlir. Nəticədə bütün sərvəti əlindən alınaraq, vəzifədən qovulur. Üstəlik, bu məsələdən sonra Gömrük Komitəsində çalışan oğlu Sadiq İskəndərovun da həbs edildiyi bildirilir.

Onu da qeyd edək ki, mənbə Azər Zeynalovun yeni obyektlərinin siyahısını da redaksiyamıza təqdim edib. Onları oxucularımızla bölüşürük:

1.“Qara Dəniz” restoranı.

2. “Dəyirmançı” restoranı.

3. Tələbə qızlar üçün böyük yataqxana.

4. Qadınlar üçün idman zalı.

5. “Karvan” restaranı.

6. “Badaşqan” restoranı.

7. “Əlincə Servis” – Kürəkəninə bağışlayıb.

8. “İstedad” kursları (FOTO).

9. Kişi və qadın gözəllik salonları.

10. Poliklinka və s.

Bütün bunlardan əlavə, Azər Zeyanlovun Şərurda, Batabatda dəyəri milyonlarla manat olan çox sayda villasının olduğu da vurğulanır.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti