35 yaşlı “işıqçı icra başçısı”nın qaranlıq əməlləri... -
Azərbaycan cəmiyyətində belə bir fikir var idi ki, yaşlı nəsil tədricən öz yerini gənc nəsilə verməlidir, vəzifələrə gənclər gəlməlidir. Yəni bu bir ictimai sifariş idi. Və son illər bu proses sürətləndi. Xeyli sayda gənclərimiz mühüm vəzifələrə təyin olundu.
Bu gün onlarla gənc icra başçısı, nazir, komitə sədri, nazir müavini kimi mühüm vəzifələrdə çalışır. Hətta onların tərcümeyi-halında xarici dilləri bilmələri də xüsusi olaraq vurğulanır.
Biz gənclərimizin irəli çəkilməsinin əleyhinə deyilik, onsuz da tədricən idarəetmədə nəsildəyişmə prosesi getməlidir. Amma...
Əmması odur ki, gənc icra başçısının əcnəbi dili bilməsi yaxşıdır. Amma icra başçısı hər şeydən öncə kəndlinin, çobanın, torpağın, suyun, əkinin, biçinin, ağacın, otun, pambığın, tütünün, baramanın, arının, mal-qaranın və s dilini bilməlidir. Gənclər dalğasında yüksək vəzifəyə gələnlərdən biri də Kəlbəcər rayonunun icra başçısı Azər Qocayevdir. Bu şəxs 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirib, ixtisasca energetikdir. Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb. Sonradan “Azərbaycan Dəmir Yolları”QSC-də elektrik satışı işlərinə baxıb. Vəssəlam.
Və 13.05.2020-ci il tarixdə 35 yaşında Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yəni bu şəxs nəinki kəndlinin, torpağın dilini bilmir, hələ üstəlik bir günlük idarəetmə təcrübəsi də yoxdur. Sözün qısası, indi isə 3 ildir icra başçısı kreslosunda oturan işıqçı icra başçısının qaranlıq əməllərinə nəzər salaq. Bu adam qısa müddətdə Kəlbəcər camaatının gözündən düşdü, nufuz qazana bilmədi. Gənc icra başçısı kresloya oturan kimi məktəb direktorlarını çağırıb bazarlığa başladı. Çünki icra başçıları bilir ki, məktəblərdə xeyli ölü canlar, müftə maaş alanlar var.
Azər Qocayev də bu məqsədlə ilk işini məktəblərdən başladı.
Yəni alırsınız, mənimlə bölüşməlisiniz. Beləcə hər məktəb direktoruna 500 manat “aylıq” qoyuldu.
Hətta mediada yayılan xəbərlərdən belə məlum olur ki, Azər Qocayev vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısının Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəblərin direktorlarının hər birindən 500 manat rüşvət alması ilə bağlı müvafiq qurumlarda sübutlar var. Bu barədə mediada məlumat yayılıb və qarşı tərəf bunu təkzib etməyib. Hətta mediada yayılan xəbərə görə, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib.
Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir. Və məktəb direktorları yazılı izahat veriblər. Biz dəfələrlə cənab Qocayevdən soruşmuşuq ki, əgər bu xəbərlər yalan, böhtandırsa, niyə təkzib etmirsən..?
Gənc icra başçısının özünü idmançı kimi aparması, vətəndaşlara kabinetində əzələ nümayiş etdirməsi barədə də çox yazılıb. Amma bu adamdan soruşan olmayıb ki, səni o boyda rayona icra başçısı təyin edən cənab Prezident səni xalqa xidmət etməyə göndərmişdi, adam döyməyə yox. Gənc icra başçısı qısa vaxtda xeyli sayda məcburi köçkünün müavinətlərini də mənimsəyib. Bu hələ harasıdır..? Məlumdur ki, hər rayonun icra başçısının İANƏ FONDU olur. ( Bu özü də maraqlı mövzudur ).
Deməli, Azər Qocayev köhnə icra başçısının dövründən qalan ianə fondunu basıb yeyib və izi itirmək üçün fondu ümumiyyətlə ləğv edib. Son günlər redaksiyamıza Azər Qocayevin daha bir qara əməli barədə məlumat daxil olub.
Məlumdur ki, rayon daxilində yığılan vergilər rayonun büdcəsinə daxil olur. Məlumata görə, rayonun büdcəsinə şəxsən Azər Qocayevin özü nəzarət edir. Və icra başçısı qanunsuz olaraq büdcədən kimə istəyirsə yardım etməklə bağlı sərəncam verir. Amma icra başçısı Kəlbəcərdən olan şəhid və qazi ailələrinə kömək etmir.
Cənab Azər Qocayevdən soruşan lazımdır ki, sənin babanın erməni tapdağı altında olan qəbrini şəhidlər və qazilər azad ediblər. Gənc icra başçısının tez-tez köməkçi və katibə dəyişdirməsi isə başqa bir yazının mövzusudur.
gundelik baki.com

Bölmənin digər xəbərləri

18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...

Dünyapress TV

Xəbər lenti