Ardını oxu...
“Azərenerji” ASC-nin şefi Balababa Rzayevin vəzifədən-vəzifəyə yüksəltdiyi korrupsioner kadrı, qurumda İstehsalat üzrə Operator rəisi Üzeyir Yusifovun barəsində apardığımız arşadırmanın davamı olaraq qeyd etmək istərdik ki, geniş yayılmış yazı bəzi saytlardan silinib. Amma buna baxmayaraq Üzeyir Yusifovun işlədiyi kollektivdən onun barəsində daha maraqlı məlumatlar verilir.

Xatırladaq ki, Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə (XTQM ) rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə mərhum president Heydər Əliyevin birbaşa göstərişi ilə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 1 milyard 11 milyon manat ( manatın indiki kursuna görə 22 446 manat ) taladığı vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının ( O vaxtlar Ali Məhkəmədə hakimi olmuş Zeyqəm Hüseynovun) köməkliyi sayəsində azadlığa çıxmışdır. Yəni, 2003-cü ildə Ulu öndərin vəfatından süi-istifadə edən işbazların köməkliyi sayəsində. Üzeyir Yusifov azadlığa çıxdıqdan sonra bir müddət işsiz qalmış, sonradan“Azərenerji” şefi Balababa Rzayevin sayəsində işə qəbul edilmişdir. Hazırda sözügedən qurumda korrupsiya əməllərini davam etdirir və elə bu kimi xidmətlərinə görə o, Balababa Rzayevin təqdimatı əsasında 18 oktyabr 2019-cu ildə “ƏMƏK” ordeni də almışdır.

Ötən yazıda Üzeyir Yusifovun 2018-ci ildən sonra sürətlə əsassız varlanmasını təsdiq edən və ümumi dəyəri milyonlarla ölçülən varidatının bizə məlum olan siyahısını təqdim etmişdik. Qeyd etmişdik ki, bütün əmlakları şəxsi sürücüsü Rauf tərəfindən həyat yoldaşı Yusifova Suğra Hüseyn qızının adına sənədləşdirilib. Suğra xanım da bəyan edir ki, kim əmlaklarımızın mənbəyini soruşarsa cavab verəcəyəm ki, rəhmətlik atasından qalıbmış. O zaman təbii sual çıxır ki, ay Syuğra xanım sənin hazırda Mingəçevirdə yaşayan qardaşın evini hələ də təmir etdirməyə pul tapmır, bəs atan niyə doğma oğluna kömək etmədi, amma 2022-ci ilin Range Rover avtomobilinə 250 min manat pul saydı və qızına bağışladı? Və digər əmlaklara həmçinin. Axı Surğa xanım nə ali təhsilli mütəxəsis, nə də bizneslə məşğul olan bir iş adamı deyil. Nə də rəsmən bu günə qədər 3 günlük əmək stajı da yoxdur. Eləcə də qızı Aysunun. Cəmi 1 il pedaqoji staj yazdırıb özünə və dəyəri 600 000 manat olan Xətai rayonun 55 saylı orta məktəbin qarşısında özünə gözəllik salonu alıb.İş yoldaşlarının verdiyi məlumata görə Üzeyir Yusifov hətta kürəkəni Elnura da 110 000 dollara MERCEDES Maybək markalı yeni bahalı avtomobil alıb hədiyyə etməyi yaddan çıxarmayıb. Maraqlıdır, “Azərenerji” ASC-də adi bir idarə rəisi olan Üzeyir Yusifovda yaxınlarına yuxarıda sadaladığımız bahalı hədiyyələri almağa pullar hardandı? Bu hələ harasıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Üzeyir Yusifov görün aylıq mmaşı bəlli olmayan xanım işçisinə görün nə kimi hədiyyələr edib. Üzeyir Yusifovun eləcə də ən çox önəm və dəyər verdiyi “savadlı” işçisi olan 24 yaşlı Mehin Zeynalovaya bahalı hədiyyələr alıb. Üzeyir Yusifovun bu xanıma hədiyyə etdiyi əvvəlki KİA markalı avtomobilini 2022-ci ildə toyundan 1 ay əvvəl Zirə yolunda törətdiyi avtoqəzada yararsız hala düşmüşdür. Onun əvəzinə səxavətli rəis yeni 90 MY 290 dövlət nömrə nişanlı, SOUL markalı yeni avtomobili alıb hədiyyə edib ki, qız piyada qalmasın. Bütün sənədləşməni də Mehinin adından Üzeyirin etibarnaməsi ilə sürücüsü Rauf həyata keçirib. Niyə işçisinin avtomobil problemini Üzeyir Yusifovun xidməti avtomobilinin sürücüsü həyata keçirməlidir? Niyə Mehin Zeynalovanın anasının adına Masazır qəsəbəsində balaca villa alıb verməlidir? Saray qəsəbəsində yenə Mehinin anasının adına 12 sot torpaq sahəsi alıb hədiyyə etməlidir? Hardandı bu pullar Üzeyir Yusifovda?
Ardını oxu...
Bunlardan əlavə Üzeyir Yusifov iş vaxtı yalnız Mehin Zeynalovaya külli-ixtiyarı verərək işçilərin üstünə qışqırmağı, onları təhqir etməyi, hətta onlardan imtahan götürməyi də rəva bilir. İndi də müdiri onu doktoranturaya hazırlayır. Verilən məlumatda o da xüsusi vurğulanır ki, rəis bütün regionların QRES və DRES lərindən gələn hesabatları guya Mehin Zeynalova yüksək dəqiqliklə hesablayır. araq istehsal zamanı nə qədər yağ itkisi olduğu barədə rəsmi arayış hazırlayır və “Azərenerji” şefi Balababa Rzayevə hesabat verir. İşçilər qeyd edirlər ki, bütün bunları Üzeyir Yusifov əvvəlcədən hesabatı hazırlayır və kollektivə bəyan edir ki, bunu “Azərenerji”nin ən savadlı kadrı olan Mehin Zeynalova dəqiqliklə hesablayıb tərtib etmişdir. Budur, 2022-ci ilin iyun ayının 28-də müdir Üzeyir Yusifov bütün kollektivin hamısnı bir nəfər kimi Mehinin Neolit şadlıq evinin arxasında olan möhtəşəm restoranda toyuna dəvət etmişdi. İşçilərin də hamısı çörəklərinin xətrinə məcburən toya gəlib Mehinə köməklik göstərmişlər. Mehin xanım da bu toydan az sonra nə oldusa boşandı.
Kollektivdən onu da bildirirlər ki, Mehin Zeynalova bir neçə il əvvəl işə başlayanda ayağında rəngi pasdan bilinməyən krasovkası, əynində ağ köynəyi və könhə cins şalvarı vardı. İndi Mehinin təkcə həftədə makiyajına verdiyi pul bizlərin aylıq maaşı qədərdir. Maraqlıdır, görəsən Üzeyir Yusifovun aylıq əmək haqqı nə qədərdi ki, hamıya bahalı hədiyyələr almağa çatdırır?
DİA.AZ
Ardını oxu...
Bakı şəhəri, Qaradağ rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Qaradağ Rayon Yaşıllaşdırma İdarəsinin sahə rəisi Əhliman Alıyev rüşvət almaqda ittiham edirlər:

“Əhliman Alıyev fəhlələrdən rüşvət almaqla yanaşı, onları təhqir edir. Belə ki, o, fəhlələrin şəxsiyyətin alçaldaraq onlara ayaqqabısını yudurdur və s.”, - deyə sakinlər yazırlar.

O da qeyd olunur ki, Ə.Alıyev rüşvət alaraq ağacları kəsdirir, fəhlələri şəxsi həyətlərdə işlədir, onlar barəsində nalayiq ifadələr danışır: “Qeyri-iş saatlarında işçiləri qanunsuz olan işlərdə, yəni ağaz kəsimində işlədir. Lökbatanda 9 ildən çox yaşı olan ağacların kəsimi üçün 3 000 manat pul alır. Kəsilən ağacları isə odun kimi təndirxanalara satır, yenə pul qazanır.

Hörmətli redaksiya!

Sizdən xahiş edirik ki, bizim bu şikayətimizi işıqlandırın. Ekologiya Nazirliyi və s. qurumlar bu qanunsuzluqlara göz yumur. Sizə göndərəcəyimiz şəkillərdə bu dediklərimizi sübut edəcəyik”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızı növbəti dəfə redaksiyamıza müraciət ünvanlayıb. Üç gün əvvəlki müraciətində o Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edirdi. Biz bu müraciət əsasında "Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm suçlu, həm də güclüdür" sərlövhəli yazı dərc etmişdik.

YAZISI BURADA: AQTA-da CƏNGƏLLİK QANUNLARI... - BUNUN BAŞQA ADI YOXDUR...

Budəfəki müraciətində Validə xanım bir daha oğlunun haqsız olaraq təhqir olunub, döyülməsini xatırladır və hüquq-mühafizə orqanlarına müraciət etdiklərindən bəhs edir:

Oğlumun AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində iş otağında 28.12.2022-ci il tarixdə sektor müdiri tərəfindən döyülməsi ilə bağlı bütün qanuni müraciətlərimizə baxmayaraq biz heç cür həqiqətin aşkara çıxarılmasına nail ola bilmədik. Nə yaxşı ki, oğlum və mən həmin gün həkimə, hüquq-mühafizə orqanlarına müraciət etmişik. Həkimin verdiyi tibbi-ekspertiza rəyində oğlumun sifətində və gicgahında zərbə izi olduğu faktına görə sektor müdirinə inzibati tənbeh verildi. Lakin oğlum da “sən özün öl” cavab ifadəsinə görə inzibati tənbeh olundu. AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev oğlumu iş yerində işçilərin yanında döyüb-təhqir edən sektor müdiri haqqında “çox intizamlı, mədəni, öz üzərində çalışan” kadr olduğunu xarakterizə edən xasiyyətnamə verib, onun haqqında Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsilə açılmış cinayət işi məhz bu xassiyyətnaməyə əsaslanaraq bağlanılıb. Hətta oğlumun keçmiş iş yoldaşları belə Fərzəliyev tərəfindən təhrik edilərək bir-birini təkzib edən ifadələr veriblər. Belə ifadə veriblər ki, mən və oğlum orada dava-dalaş etmişik. Həmin ifadələrdən gələn nəticə budur: “Oğlum oturduğu yerdə birdən-birə öz-özünə qışqırıb, sektor müdirinə “sən özün öl” deyib, üzərinə gedib”. Qarşı tərəfin, yəni sektor müdirinin heç bir hərəkətini görməyiblər! Niyə ancaq şahidlərin ifadələrinə yer verilib? Bölmənin inzibati binasında, həyətində quraşdırılan müşahidə videokameraları niyə izlənmədi?
Həmin kameralardakı görüntülər əsasında bizimmi – yoxsa şahidlərinmi və sektor müdirininmi doğru deyib-demədiyi dəqiqliklə aydın olacaqdır. Həmin kameralardakı görüntülər incələnsəydi oğlumun iş otağının qapısından qaçaraq çıxdığını, dəhlizin divarına söykəndiyini, bu zaman çıxdığı iş otağından dəhlizə çay fincanı, stepler və digər yazı ləvazimatlarının “uçduğunu” görmək olardı. Mənim eşidib-bildiyimə görə üzərindən nə qədər çox vaxt keçmiş olsa da, mütəxəssislər vedeokameralardakı görüntüləri müəyyən texniki vasitələrlə təkrar geri qaytara bilər. Bəlkə həqiqəti aşkara çıxarmaq istərsiniz?! Həmin texniki vasitələrlə görüntülər geri qaytarılarsa, kimin doğru, kimin yalan dediyini aşkara çıxarmaq olmazmı?!
Bu hadisə baş verən zaman Bölmənin rəisi Fərzəliyev də orada olub. Bu niyə unudulub? Oraya kollektivə rəhbərlik etmək üçün göndərilməyibmi? Bu dəhşətli hadisə baş verir, lakin rəisə "gözün üstə qaşın var" deyilmir?! Oğlumun şərəf və ləyaqətinin təhqir olunmasına görə Şabran rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi də subyektiv mülahizələrə əsaslanaraq qəbul edilməyib. Apellyasiya Məhkəməsinə verdiyimiz şikayət də təmin olunmadı.
ƏLAVƏ SÖZƏ EHTİYAC VARMI?

Redaksiyadan: Müraciətdə yer alan iddialarla bağlı AQTA-dan açıqlama almaq istədik. Məsələni araşdırıb, mövqe bildirəcəklərini desələr də, olmadı(?).../yenixeber.org/
 
Ardını oxu...
Bütün zamanlarda ağsaqqallar və gənclər problemi olub. Söhbəti obrazlı desək gənclərin ağsaqqaları əvəz etməsindən, daha konkret desək, gənc nəslin yaşlı nəsli əvəz edə bilməsindən gedir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri də yaşlı nəslə hörmət etmək, onların öyüd-nəsihətlərini dinləməkdir. Söhbət təkcə öyüd-nəsihəti dinləməkdən getmir, həm də yaşlı nəslin həyat təcrübəsindən faydalanmaq, istifadə etmək gənclərimiz üçün çox vacibdir.
Son 10-15 ildə cəmiyyətimizdə belə bir sifariş var idi: yaşlı nəsil öz yerini gənc nəsilə verməli, ölkənin idarə olunmasında gənclərə meydan vermək lazımdır və s. Bütün bunlar hamısı təbii prosesdir. Amma bu asan məsələ də deyil.
Söhbət dövlətin idarə olunmasından gedir. Gənc nəsil buna hazırdırmı..? Axı, idarəetmənin gənclərə ötürülməsi, ucdantutma yaşlı, təcrübəli nəsli uzaqlaşdırıb yerinə gəncləri təyin etmək deyil ee... Çox təəssüf ki, bir çox sahələrdə, təhsildə, səhiyyədə, nazirliklərdə bu məsələ çox qeyri-ciddi formada aparıldı. Savadlı, təcrübəli, peşəkar, öz işini əla bilən təhsil, səhiyyə, o cümlədən digər sahələrin nümayəndələri vəzifələrdən uzaqlaşdırıldı və onları gənclər əvəz elədi. Bir daha deyirik ki, biz gənclərin önə çəkilməsinin əleyhinə deyilik. Çünki biz özümüzdə gənc nəslin nümayəndələriyik. Amma...
Təsəvvür edirsiniz, çox gənc bir oğlana 100-150 minlik rayonun idarəedilməsi həvalə edilir. Və bəh-bəhlə deyirlər kİ, bu cavan kadr ingiliscə əla bilir. Cənablar, Gədəbəyin, yaxud Qusarın ucqar kəndlərini idarə etmək üçün ingilis dilinə nə ehtiyac var..?
Əlbəttə, dil bilmək lazımdır. Amma əyalət rayonunda işləyən gənc rəhbər işçi ilk növbədə əkinin-biçinin, torpağın, bir az obrazlı desək qoyunun, keçinin, mal-qaranın, pambığın, baramanın dilini bilməlidir. Və ən əsası gənc kadr yerlərdə yaşlı nəsillə, ağsaqqallarla görüşməli, onların həyat təcrübəsindən faydalanmalıdır. Axı, bunlar üçün ingilis dilini bilmək, yaxud hansısa xarici universitetin sertifikatı bəs eləmir... Əgər gənc kadrın işi kabinetdə oturub tellərinə jele yaxmaq, sonra da fotioessiya keçirməkdirsə, vallah birazdan çox ciddi problemlərlə üz-üzə qalacağıq. Son günlər Gədəbəyin Söyüdlü kəndində baş verənləri görəndə, istər-istəməz gənc kadrlar problemi yada düşür.
Biz bu olaya müdaxilə etmək istəmirik, yəqin ki, yaxın zamanda hüquq-mühafizə orqanlarımız bu məsələ ilə bağlı ciddi materialı ortaya qoyacaqlar. Amma rayonun rəhbərliyi niyə məsələnin bu həddə qədər gəlib çatmasına imkan verib..? Biz kimisə ittiham etmək istəmirik ee.... Gəlin etiraf edək ki, yaşlı, təcrübəli icra başçıları pis-yaxşı rayonları idarə edirdi, rayon sakinləri ilə dil tapa, problemlərin qarşısını ala bilirdi...çıxış yolu tapırdı... Axı, ömründə ayağı Kəlbəcərə dəyməyən, əkin-biçinin nə olduğunu bilməyən Kəlbəcərin yeni icra başçısı, Cavid Qurbanovun qohumu Azər Qocayev deyəndə ki, mən Ağdaban kənd icra nümayəndəsinin müavini Teymur Kərimova söz deyə bilmirəm...adam deməyə, yazmağa söz tapmır. Əgər icra nümayəndəsi səni eşitmirsə, ay Azər Qocayev, niyə o kresloda oturmusan..?
Deməli, sən ya onun qarşısında başı aşağı, gözü kölgəlisən, ya da başqa məsələlər var. Necə yəni rayonun icra başçısı hansısa kəndin icra nümayəndəsinə söz deyə bilməsin... Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq demək deyil ee... Vallahi, bizi qınamayın, adamın yadına... Ə.Haqverdiyevin sözləri düşür: “De, sən öl Həsən ağanın qohumusan?”, “Sən Həzrət Abbas Həsən ağanın qohumusan?”, “Onda gəl min boynuma”...
İndi Azər Qocayevə deyən lazımdır ki, Cavid Qurbanovun qohumusan, gəl min boynumuza... Söhbət təkcə kiminsə qohumu olmaqdan, səriştəsizlikdən getmir ee.... Bizim əlimizdə bu məsələlərlə bağlı elə daşdan keçən faktlar, dəlil-sübutlar var ki...açıb sandığı töksək pambığı yer yerindən oynayar, hamı dəhşətə gələr... Eldar Həsənov Kəlbəcərlidir deyə, ətraf rayonlarda təxribat törətməlisiniz...? Siz bununla nələrə təsir etmək istəyirsiniz..?
İçinizdəki Eldar sevgisini bu yolla çıxartmaq istəyirsiniz..? Kəlbəcərin polis rəisi, Eldarın qohumu Haqverdi Əkbərov nə məqsədlə ətraf rayonlarda, Gədəbəydə, Daşkəsəndə problem yaratmaq istəyirdi, amma məqsədinə nail ola bilmədi...
İcazə verin düşünək ki, bütün bunlar hamısı bir mərkəzdən idarə olunur. Və məqsəd ölkədə qarışıqlıq yaratmaq...necə deyərlər bulanıq suda balıq tutmaq sevdası... Buna nail ola bilməyəcəksiniz....Dövlətin başında döyüşdən çıxmış Müzəffər Prezident dayanır. Biz hamılıqla cənab Prezidentimizin ətrafındayıq.
P.S. Günün birində onsuzda cənab Prezidentlə görüşəcəyik, əgər bizi öldürməsələr. //gundelik-baku.com//

Ardını oxu...
Həyat yoldaşım, Daxili Qoşunların istefada olan xüsusi təyinatlı polkovnik-leytenantı Əhmədov Mərdan Rəhman oğlu 19.11.2022-ci il tarixində İsmayıllı şəhəri Heydər Əliyev prospektində piyada keçidində surət heddini aşaraq avtoxuliqanliq edən Mirzəyev Arif Afiq oğlu tərəfindən vurulması nəticəsində yerindəcə dünyasını dəyişib. 7 ay keçməsinə baxmayaraq, hadisəni törədən Mirzəyev Arif Afiq oğlu hələ də azadlıqdadır.

11 may 2023-cü il tarixində keçirilən məhkəmə iclasında məhkəmə istintaqının yekunlaşdırılmasına baxmayaraq, sonrakı təyin olunmuş iki prosesdə məqsədli olaraq süründürməçiliyə yol verilir və məhkəmə iclasları bilerekden təxirə salınaraq uzadılır. Məhkəmə istintaqı yekunlaşıbsa, işin uzadılmasının nə mənası var? Uzatmaqda maraqları nədir?

Hadisə anının video görüntüləri, avtomobilin sürəti və digər sübutlar olmasına baxmayaraq, İsmayıllı rayon məhkəməsi geridə qalan müddət ərzində heç bir iş görməyib. İsmayıllı rayon məhkəməsinin hakimi İlqar Hüseynovun bu işdə maraqlı olduğunu və qatili himayə etdiyini herektleriye gösterir. Hər dəfə müxtəlif bəhanələrlə məhkəmənin təxirə salınması, hakimin davranışları məni belə düşünməyə sövq edir.

Ömrünü vətənə, dövlətə həsr edən, hər zaman ən çətin əməliyyatlarda iştirak etmiş, Azərbaycan ordusuna savadlı və peşəkar zabitlər yetişdirmiş birinin ölümünə bu qədər biganə münasibətin göstərilməsi, qatilin hələ də azadlıqda olması məni dərindən yaralayır. Ən qısa zamanda qatilin cəzasını almasını tələb edirəm. Ümid edirəm ki, İsmayıllı rayon məhkəməsi cinayətkarı himayə etməyi dayandıracaq və ona layiq olduğu cəzanı verəcək.
 //azerinfo.media//

Ardını oxu...
 

      

Ardını oxu...
Dövlət Əyar Palatasına sədr keçmək üçün Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadova 2014-cü ildə 500 min dollar verdyini iddia edən Nağı Kəngərli ilə həmsöhbət olduq.

O bildirdi ki, N. Cavadov həmin pulu Heydər Əliyev Fonduna köçürmək adı ilə ondan alıb, ancaq o, vəzifəyə təyin olunmayıb.
Kanal 13

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
DogruXeber.az: - Birinci Qarabağ Müharibəsinin qazisi Ağayev Teymur İmran oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2000-ci ildə Xətai rayon rəhbərliyi tərəfindən ev tikmək məqsədilə ona ayrılan torpaq sahəsini hazırda rəsmi şəxslər ələ keçirməyə çalışırlar:

“Mən birinci qrup Qarabağ Qazisiyəm. Xətai rayon İcra Hakimiyyətinin baş memarı məni intihara sürükləyir.

Belə ki, 14.09.2000-ci il tarixdə, 271 saylı sərəncamla fərdi ev tikintisi üçün mənə üç sot torpaq sahəsi ayrılıb. Yaşayış yerim yoxdur, həmin ərazidə fərdi yaşayış evi tikmək istəyirəm. Lakin memar mənə ayrılan torpaq sahəsinə göz dikib və yerləşmə cizgisini təsdiq etməkdən imtina edir.

Mən Ağayev Teymur İmran oğlu, intihar etməyə məcburam. “Bomj” kimi yaşamaq Qarabağ Qazisinə yaraşmır.

Xahiş edirəm, fəryadımı eşidib, bu problemin həllinə dəstək olun”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.//dia.az

       
Ardını oxu...
Biz bir media olaraq illərdir ki, ölkədə baş verən ən xırda müsbət halları təqdir edirik, müsbət halların çox olmasını təbliğ edirik...
Yəni hər şeyi qaralamaq, hər şeyin üstündən qara xətt çəkmək, hər şeyi inkar etmək bizim bir media olaraq dəsti-xəttimizə uyğun deyil.
Sözün qısası, biz bir media olaraq sağlam, obyektiv, qərəzsiz tənqidin tərəfindəyik. Biz Fövəqadə Hallar Nazirliyi ( FHN) barəsində yazanda da bu prinsiplərə həmişə sadiq qalmlşıq. Yəni biz kimləsə, hansı qurumlasa münasibətlərə ŞƏXSİ MÜSTƏVİDƏN deyil, ÜMUMİLLİ MARAQLAR müstəvisindən, dövlətçilik prizmasından yanaşmağa çalışırıq. Ona görə də dəfələrlə FHN-lə bağlı yazmışıq ki, cənab nazir Kəmaləddin Heydərov yox yerdən nazirlik yaratdı, olmayan qurumu ərsəyə gətirdi.
Qısa izahat üçün qeyd edək ki, Azərbaycan müstəqilliyini elan edəndə ölkədə təhsil, səhiyyə, daxili işlər, hətta formal olsa da XARİCİ İŞLƏR NAZİRLİYİ var idi. Amma FHN yox idi. Nə isə, cənab Kəmaləddin Heydərov qısa vaxtda belə bir qurumun yaradılmasını reallaşdıra bildi. Amma sonrakı illərdə məlum oldu ki, yanğın söndürməyə gedən maşınların suyu yoxdur, hətta bəlli oldu ki, FHN əməkdaşlarının hündür mərtəbəli binalara çıxması üçün nərdivanlar yoxdur. Heç kimə sirr deyil ki, FHN-nin texniki bazasının yaradılması üçün cənab Prezidentimiz külli miqdarda dövlət vəsaiti ayırıb. Bəs belə olan halda bu dövlət vəsaitləri hara və kimlərin cibinə gedib..?
Təəssüf ki, FHN-dəki vəzifəli şəxslərlə bağlı sosial şəbəkələrdə yayılan videolar qurum haqqında haqlı olaraq cəmiyyətdə neqativ fikirlər formalaşdırdı. Ancaq qurum öz-özlüyündə mənfi reputasiya qazana bilməzdi. Bunu yaradan konkret kadrlar var. Belə mənfi reputasiyalı kadrlardan biri də Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevdir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi keçmişi ibtidai sinif müəllimi olan Orucəli Hacıyev qısa vaxtda FHN-nin genaralı mərtəbəsinə DIRMAŞA bildi. Bəli, məhz DIRMAŞA... Adamlar var ki, illər uzunu bir sahədə ləyaqətlə çalışır, işə can qoyur, amma 30 ildə 3 mərtəbə yüksələ bilmir. Amma kimlərsə 4-5 ilin içərisində obrazlı desək, “praporşiklikdən generala” qədər yüksələ bilir.
Bəli, məhz Orucəli Hacıyev FHN-ə ibtidai sinif müəllimi kimi, yəni “praporşik” kimi gəlmişdi. Çox qısaca onu qeyd edək ki, Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirən, İBTİDAİ SİNİF MÜƏLLİMİ olan və sonradan qara metal alveri ilə məşğul olan, İranla bines quran, Əli Həsənovla, “Quska” ilə dost olan, Ukraynadan İrana metal ixrac edən Orucəli bir neçə il sonra FHN-də peyda oldu. Bu adamın adı hansı cinayət əməllərində hallanmır..?
Bəli, mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu general Rövşən Əkbərov öldürüb…Amma sonra sözünü dandı. Bu əməlin adı Cinayət Məcəlləsində cinayəti bilib gizlətməkdir. Mediada yayılan digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev Pirşağıda vətəndaşları aldadaraq 2 hektar torpaq sahəsini ələ keçirib. Belə ki, Orucəli Hacıyev 16 nəfər şəxsin 2 hektar torpaq sahəsini alıb orada istirahət kompleksi tikmək istəyib. Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib. Bu işdə Orucəlinin yaxın dostu “Axund” FTKA şirkətinin sahibi Fuad Axundov vasitəçilik edib. Orucəli Hacıyev nazir müavini olmaqla yanaşı “Babək-97” şirkətini yaradaraq ölkədə sement satışını demək olar tam mənada inhisara alıb. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Orucəli Hacıyevin adı mediada həm də ayı ovlamaq məsələsində hallanır.
Bəli, Orucəli Hacıyev Şamaxıda böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta deyilənə görə qoruq ərazilərində ayı ovlayır. Hətta bir vaxtlar Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı mediada video yayılmışdı, sonradan hamısını pul verib sildirdi. Orucəli Hacıyevin adı həm də mediada dəhşətli intihar hadisəsində hallanır.
Belə ki, sahibkarın həyat yoldaşı Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal ) alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu sahibkarı müflis vəziyyətinə salıb. Və sonda sahibkar özünü güllə ilə vuraraq öldürüb. Ancaq bütün bunlarla bağlı Orucəli Hacıyev mətbuata heç bir açıqlama verməyib, susmağa üstünlük verib.
Onu da qeyd edək ki, Orucəli Hacıyevin oğlu Elvin Hacıyev də atasından geri qalmır. İndi isə Elvin Hacıyevin şirkətlərinin və mülklərinin siyahısına nəzər salaq: – “BOL SÜFRƏ” MMC – “BABYLON-GROUP” MMC – “BABYLON AQRO” MMC – “BT PROJECT” MMC – “APİ DELTA GROUP” MMC QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb). – Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC); – Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group); – Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”); – SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”); – SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”); “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib. – Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC). – Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”) – TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir. – Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dolları aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.
İndi özünüz düşünün. İbtidai sinif müəlliminin FHN-də general olması bir rüsvayçılıq...Məmurun ayı ovlaması başqa bir qanunsuzluq... Nazir müavini Orucəli Hacıyevin qanuna zidd olaraq bu boyda biznes fəaliyyəti ilə məşğul olması, İranla biznes əlaqələri onu deməyə əsas verir ki.... Orucəli Hacıyevin yaxın zamanda həbsi qaçılmazdır...
P.S. Orucəli Hacıyevin vasitəsilə FHN-də lövbər salan Ramiz Mehdiyevin qohumları başqa bir yazının mövzusudur.
 
 
 
Ardını oxu...
Abşeron Rayon İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyi (FHN) qanunsuz tikililərlə bağlı heç bir addım atmır.

Bu məsələni müntəzəm diqqətdə saxlayan Yenicag.az-da bir neçə gün əvvəl belə bir tikili barədə material dərc olunub. Həmin yazıda dövlət başçısının il ərzində ən azı 4-5 dəfə istifadə etdiyi, ölkənin ən strateji magistrallarından sayılan Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən keçən hissəsinə yaxın ərazidə fərdi ev adı altında dövlət qeydiyyatına alınan, reallıqda isə ticarət mərkəzi kimi inşa edilən tikilidən bəhs edilib.

Haqqında danışılan tikili ilə bağlı əldə etdiyimiz yeni məlumata əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınan o tikilinin sahibi rəsmi sənədə görə, Fərzəliyev Bəhruz İsfəndiyar oğludur. Bununla belə, sözügedən obyektin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsus olduğu iddia edilir.

Maraqlı və təəccüb doğuran məqam isə budur ki, qanunsuz tikililərə cavabdeh olan Abşeron Rayon İcra Hakimiyyəti və Fövqaladə Hallar Nazirliyi (FHN) hələ də bəhsi keçən məsələyə reaksiya verməyə tələsmir. Adları çəkilən rəsmi dövlət qurumlarının Abşeron rayonunda aparılan qanunsuz tikiliyə göz yummasına səbəb isə həmin obyektin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məxsus olması barədə səslənən iddiaların ciddiliyini xeyli artırır.

Hazırda Abşeron rayonunda aparılan qanunsuz tikililərin sayının yüzlərlə olduğu bildirilir.

Onu da qeyd edək ki, tikintisi davam etdirilən ticarət obyekti Bakı-Sumqayıt magistral yolunun cəmi 4-5 metrliyində yerləşir. Sutkanın səhər və axşam saatlarında daim sıx tıxacların müşahidə edildiyi o ərazidə belə bir obyektin inşası yaxın gələcəkdə magistralda hərəkətin daha dözülməz vəziyyət alacığını əminliklə söyləməyə imkan verir.

Mövzunu davam etdirəcəyik.
 

Dünyapress TV

Xəbər lenti