Ağır xəstəyə lazımi tibbi qayğı göstərmədiyinə görə, Babək Rayon Tibbi Yardım Stansiyasının həkimi Xəlil Cəfərəliyev cəzalandırılıb. Onun səhlənkarlığı ucbatından 19 yaşlı gənc Ramal İmaməliyev ötən ay koma vəziyyətinə düşmüşdü. DİA.AZ bildirir ki, zərərçəkənin atası Məhəmməd İmaməliyevin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, həkimin cəzalandırılması ilə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyi onlara bildiriş göndərib:
“Müraciətlərimə cavab vermək istəmirdilər, ört-bastır edirdilər. Məsələ mətbutda işıqlandıqdan sonra əl-ayağa düşüb, gözdən pərdə asmaq üçün töhmət veriblər. Bu, çox yüngül cəzadır. Mən o həkimin işdən çıxarılmasını, cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm. Bununla bağlı prokurorluğa müraciət edəcəyəm. Belə həkimin işdə qalması, digər xəstələrin də həyatına təhlükə yaradır”.
Ötən ayın sonlarında ağır vəziyyətdə Babək rayon Təcili Tibbi Yardım Stansiyasına çatdırılan rayonun Naxışnərgiz kənd sakini 19 yaşlı Ramal İmaməliyev orada komaya düşmüşdü. Bu haqda „Gündəlik Naxçıvan“a məlumat verən xəstənin atası Məhəmməd İmaməliyev, ağ ciyər xəstəsi olan oğlunun bu vəziyyətə düşməsində staniyanın həkimi Xəlil Cəfərəliyevi günahlandırırdı. O deyirdi ki, həkim tibbi sığorta çərçivəsində göndərişi verməkdən imtina etdiyi üçün, oğlunu vaxtında Ağciyər Xəstəlikləri Dispanserinə çatdıra bilməyib və onun vəziyyəti daha da ağırlaşıb.
Texniki Universiteti bitirən Xalidə İbrahimova necə məktəb direktoru olub..?
Fenomen mekteb direktorunun fəaliyyəti araşdırılmalıdır?
Cənab Emin Əmrullayev,yığışdırın fenomen məktəb direktorlarını!
Bir media olaraq təhsil sahəsindəki problemləri zaman-zaman gündəmə gətiririk. Təhsil sistemindəki rüşvətxorluq, korrupsiya halları barədə mediada geniş araşdırma yazıları dərc olunur. Neçə illərdir ki, orta məktəblərdə süpürgə pulu, fond pulu, qayıb-qiymət pulu medianın gündəmindən düşmür. Bütün bunlar azmış kimi, məktəblərdə “ölü canlar”, adı olub özü olmayan işçilər də ciddi mövzudur. Təsəvvür edirsiniz, məktəb direktoru mühafizəçi, bağban, xadimə və s adı altında xeyli sayda işçinin əmək haqqı kartını cibində gəzdirir və hər ay xeyli miqdarda dövlət vəsaitini mənimsəyir. Bütün bunlar azmış kimi məktəb direktorları təmir-tikinti adı altında dövlətin ayırdığı xeyli vəsaiti müxtəlif şirkətlərə tender yolu ilə verərək, onlardan “otkat” alır. Bir sözlə, vaxtıilə MƏBƏD hesab etdiyimiz orta məktəblər rüşvət və korrupsiya məkanına çevrilir. Biz hələ orta məktəb direktorlarının repetitorlar üçün müəllimlərə ayırdığı sinif otaqlarından, gəlirləri 50-50 faizlə bölüşdürməsindən danışmırıq. Məktəblərin yeməkxanalarına verilən ərazq və qida məhsulları da başqa bir yazının mövzusudur. Sözün qısası uşaqlarımızın gələcəyi olan məktəblər əməlli-başlı biznes və rüşvət məkanına çevrilib. Məktəb direktorlarının necə təyin olunması, bu təyinatın qiymətləri lap dəhşətlidir. Bütün bunlardan əlavə ən dəhşətlisi odur ki, pedoqoji təhsili olmayan, pedoqoji təcrübəsi olmayan şəxslər məktəblərə direktor təyin olunur. Yeri gəlmişkən, bir müddət əvvəl məktəblərdən birinə aqronom olan bir şəxs direktor təyin olunmuşdu. Müzakirə zamanı sabiq deputatlardan biri demişdi ki, məktəb direktoru pedoqoq olmaya bilər. Guya Allah qoymasa məktəb direktorunun işi pedoqoji deyil, menecer işidir, yəni məktəb direktoru biznesmen olmalıdır. Bax, bu günümüzün reallığıdır. Bəli, məktəb direktoru menecer, biznesmen olmalıdır. Sözün qısası, məktəblərimizdə vəziyyət dözülməz həddə çatıb. Bu yazıda konkret olaraq Bakı şəhərindəki Eldar Əliyev adına 93 saylı orta məktəbdən bəhs etmək istəyirik. Məktəbin direktoru Xalidə Səfər qızı İbrahimova barəsində qısaca bu qədər: Xalidə Səfər qızı İbrahimova 1976-cı ildə anadan olub. Tərcümeyi-halında Azərbaycan Texniki Universiteti bitirdiyi yazılıb. İstər-istəməz ortaya sual çıxır ki, Texniki Universiteti bitirən bir şəxs necə orta məktəbdə direktor ola bilər..? Amma düşünürük ki, əgər AQRONOM məktəb direktoru olursa, niyə Texniki Universitetin məzunu məktəb direktoru olmasın..? Xalidə İbrahimova 3 ildir ki, bu məktəbə rəhbərlik edir. Xalidə İbrahimova texniki təhsili ilə Təhsil Nazirliyində baş məsləhətçi işləyib, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümum təhsil sektorunun məsləhətçisi olub və hazırda 93 nömrəli tam orta məktəbin direktorudur. Onu da qeyd edək ki, məktəb burada təhsil almış şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır. Məktəbdə şagirdlərdən yığılan pullar, sinifdə qalmamaq üçün valideynlərin verdiyi rüşvət, repetitor müəllimlərdən alınan aylıq, hətta “arenda pulu” və s hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Sonda Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən soruşuruq ki, məktəb direktoru Xalidə İbrahimovanın bu əməllərini görmürsünüz..?
Bütün günü sakinlərin başına zəhərli fenol qarışıq beton palçıq tökülür... Bəlkə kimlərsə Yasamalda Gədəbəydə baş verən olayın yeni ssenarisini işə salıb..? FHN, Ekonazirlik, Arxitektura Komitəsi niyə əraziyə gəlmir, sakinlərin şikayətini dinləmir..? “Bizim Ev” MTK-nın qanunsuz əməlləri, hətta şirkətin idman stadionunun ərazisini zəbt etməsi barədə biz və digər media qurumları uzun müddətdir ki, yazırıq. Qısa məlumat üçün qeyd edək ki, vaxtilə adı “Məhsul” olan stadion indi Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır. İkinci vacib məqam isə bu kompleksin kimə məxsus olmasıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( sədri, millət vəkili Səttar Möhbalıyedir ) “Məhsul” stadionu ilə bağlı yaydığı RƏSMİ açıqlamada qeyd olunur: “Yasamal” İdman Sağlamlıq Klubunun istifadəsində olan keçmiş “Məhsul” stadionu adlanan ərazi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bəyan edir ki, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionunun ərazisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇIXARIŞ verilib və həmin ÇIXARIŞ indi də qüvvədədir. Bildiririk ki, adı çəkilən stadionun ərazisi ilə bağlı heç bir alqı-satqı prosesləri həyata keçirilməyib. Çünki stadion və ərazisi AHİK-in MÜLKİYYƏTİNDƏDİR”. Bizə elə gəlir ki, ərazinin hansı quruma, kimə məxsus olması barədə mübahisələrə bununla son qoyulur. Yəni “Məhsul” idman stadionu AHİK-in mülkiyyətidir. Bəs görəsən, “Bizim Ev” MTK bu stadionun ərazisini zəbt edəndə AHİK-in niyə səsi çıxmayıb və niyə bu gün də susmaqda davam edir..? Təsəvvür edirsiniz, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında hündürmərtəbəli bina tikən “Bizim Ev” MTK nəinki stadionun ərazisini, hətta idmançıların soyunub-geyinmə otağını da zəbt edib. Bu hələ harasıdır..? Bu MTK ətrafdakı yaşıllıqları, ağacları məhv edib. Ətraf binalardakı sakinlərin istirahət hüququnu pozur. Görəsən yaşıllıqların məhv edilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( nazir Muxtar Babayev ) görmür..? Axı, mənzil tikintisi haqqında qanunda məhəllədaxili tikintlərə qadağan qoyulub..? Bəs Arxitektura Komitəsi, Yasamal İcra Hakimiyyəti, FHN hara baxır..? Bu qədər dövlət qurumu necə susa bilər..? Ətrafda yaşayan sakinlər dərdini kimə desin..? Bəlkə kimlərsə bilərəkdən Yasamalda da Gədəbəydə baş verən hadisəyə oxşar ssenari hazırlayır..? Sabah bezmiş, cana doymuş sakinlər etiraz aksiyası keçirsə, kim məsuliyyət daşıyacaq..? Təsəvvür edirsiniz, binanın tikintisində istifadə olunan zəhərli fenol maddə qatılmış beton palçıq, qum-çınqıl, sement tozu gecə-gündüz ətrafda yaşayan sakinlərin başına tökülür. Ətrafda yaşayan sakinlərin avtomobilləri “Bizim Ev” MTK-nın palçığından, toz-torpağından məhv olub gedir. Tikintiyə beton daşıyan ağır maşınların ucbatından məhəllədaxili yollar dözülməz vəziyyətə düşüb. Yaxud sabah iraq olsun beton qırıntıları həyətdə oynayan uşaqların başına düşüb öldürsə, buna kim cavab verəcək..? Hazırda “Bizim Ev” MTK ikinci bir stadionu da zəbt eləyir. Adi bir müşahidə nəticəsində görmək olur ki, tikintidə köhnə, yerdən qazılıb çıxardılmış paslı armaturlardan istifadə edilir. Görəsən, tikintiyə məsul dövlət qurumları qardaş Türkiyədə baş verən o boyda faciəni nə tez unutdular..? Biz bir media olaraq dəfələrlə özümüzə əziyyət verib Mənzil tikintisi haqqında Qanunun maddələri lap sadə dildə vətəndaşlara yazıb çatdırmışıq ki, öz hüquqlarını qoruya bilsinlər. Bəs bu işi öhdəsinə götürən dövlət qurumları nə edir..? İnsanlar gecə-gündüz tikintinin səs-küyündən nevroz vəziyyətinə düşüblər. Buna son qoyulmalıdır. Və təcili olaraq AHİK səsini qaldırmalı, FHN tikinti ərazisinə gəlib tədbir görməli, cənab ekonazir bura təşrif buyurmalıdır. Artıq ətrafda yaşayan sakinlərin səbr kasası DAŞMAQ ÜZRƏDİR, CƏNABLAR. Başa düşdünüzmü..? Əgər dövlət “Bizim Ev” MTK-nın sahibi, Mürşüdün öhdəsindən gələ bilmirsə... Gerisi bizlik deyil. Bir media olaraq bizim işimiz yazmaqdır..
1.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 2.İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirinə 3.Media Orqanlarının rəhbərlərinə Tovuz rayonu,Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Müraciət. Cənab Prezident! Hörmətli Səfir. Hörmətli Media Orqanlarının rəhbərləri. Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xdmətlər Agentliyinin Laboratoriya, Ekspetiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru, ixtisasca neft mühəndisi olan, işlədiyi təşkilatı tamamilə rüşvətxorluq və korrupsiya yuvasına çevirərək bərbad vəziyyətə salan, dövlət büdcəsini rəsmən qarət edən Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilmədiyimizə görə peşəkar mütəxəssis, alim-aqronom olan oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə 01.10.2021-ci il tarixindən müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam veriblər. Qeyd edim ki, oğlumun üç azyaşlı uşağı var və qoca, xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası onun himayəsində yaşayır, ailədə yeganə işləyən oglum idi. Min dəfələrlə qeyd etdiyim kimi bu qeyri- qanuni hərəkətdir. Çünki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9 bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. Bildirirəm ki, Nazirlər Kabinetinin, yəni hökumətin qərarında yazılanlara istisnasız əməl edilməlidir və qeyd edirəm ki, oğlumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib, əksinə idarə daha da genişləndirilib və oğlumun yerinə heç bir təcrübəsi olmayan, vətən müharibəsində iştirak etməyən, Rəşad Vahabzadənin maraqlarını ödəyən birini təyin ediblər.
Mənə pis təsir edən isə odur ki, həmin təşkilatda yeganə şəhid və Qarabağ veteranı qardaşı mənim oğlum idi və onu da işdən azad etdilər. Əksinə müharıbədə iştirak etməyənlər, qeyri-peşəkarlar, qeyri- ixtisas sahibləri, neft mühəhdisləri və hətta hərbi xidmətdə belə olmayanlar həmin təşkilatda iş başındadırlar. Bu isə məndə belə bir şübhə yaradır ki, yəqin mənim övladlarım ermənilərə güllə atmaqda səhv ediblər və ona görə də şəhid ailəsini cəzalandırırlar. Bildirirəm ki, bu günə qədər etdiyimiz minlərlə müraciətimizə cavab olaraq Kənd Təsərrüfatı nazirliyinin sabiq Aparat rəhbəri, hal-hazırda Aqrar Xidmətlər Agentliyinin sədr müavini, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara kassası, Biləsuvar rayonunda min hekterlarla torpaq sahəsini qucaqlayan, Bakı şəhərində 150000 manat dəyəri olan maşınla at oynadan oğlunu «komissovat» etdirib «neqodnı» hərbi bilet alan, həmin oğlunu Dövlət Qulluğu haqqında qanunun tələblərini pozaraq Kənd Təsərrüfatı nazirliyinin kadrlar şöbəsinə baş məsləhətçi təyin etdirən, sonra isə bu məsələnin içtimailəşməsindən çəkinərək oğlunu Milli Banka köçürmə yolu ilə işə düzəldən Rəfael Quliyev bildirir ki, oğlunuzun əmək müqaviləsinin uzadılmasını məqsədə uyğun hesab etmirik, amma vətən uğrunda ölməyiniz məqsədə uyğundur. Cənab Prezident! Artiq Rəşad Vahabzadə və Rəfaei Quliyev kimi üzdəniraq məmurlar bizim uğrunda canımızı verdiyimiz ölkəmizdə yaşamağımıza imkan vermirlər. Ona görə Sizdən xahiş edirəm ki,mənim və ailə üzvlərimin ölkə vətəndaşlığından imtinamızı qəbul edəsiniz. Cənab Səfir! Xahiş edirəm mənim və ailə üzvlərimin İsrail Dövlətinin vətəndaşlığına qəbul edilməyimizə köməkdarlıq edəsiniz. Həsənova Ceyran Məhəmməd qızı. Şəhid və Qarabağ veteranı anası. Tovuz rayonu, Vahidli kəndi. Deryaz.az
Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi "MM İnşaat Group” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 53.586,28 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "MM İnşaat Group” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-də yelərşir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.
Açıq mənbələrdə "MM İnşaat Group” MMC barəsində heç bir məlumata rast gəlinmir.
Mirkamal Ağayevə gəlincə, mediada gedən məlumatlara görə, o, həm də "MM İnşaat Company” MMC-nin qanuni təmsilçisidir. Araşdırmalarımız zamanı məlum olub ki, bu şirkət artıq fəaliyyətini dayandırıb. Hər halda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında şirkətin adına rast gəlinmir.
"MM İnşaat Group” MMC 2 ildir fəaliyyət göstərməsinə baxmayaraq, satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət ötən il müxtəlif dövlət qurumları ilə toplam maliyyə dəyəri yarım milyona yaxın satınalma müqavilələri imzalayıb.
"MM İnşaat Group” MMC-nin hazırda 27354.97 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur. O, 2019-cu ildə bu vəzifəyə təyin edilib. Rüstəm Xəlilov həm də üçüncü çağırış Milli Məclisin deputatı olub.
Rüstəm Xəlilov 2017-ci ildə Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında atasına heykəl qoydurmaqla gündəmə gəlmişdi.
GundemXeber.Az-ın redaksiyasına Beyləqan rayon sakini Səfərov Şükür Nazar oğlu tərəfindən müraciət daxil olub. Adı çəkilən bu şəxs qeyd edir ki, “Beyləqan RİH-nin qarşısındakı ağaclar məqsədli şəkildə kəsilir, biz isə bu haqda ekologiya idarəsinə rəsmi qaydada müraciət edirik.
Bu haqda video-çəkiliş də həyata keçiririk və etdiyimiz çəkilişlər televiziyalarda yayımlanır, o halda çox keçmir ki, icra hakimiyyətinin əməkdaşları, ələlxüsus Telman Məstanov və “kamxoz”un müdüri Arzu Bəndəliyev əlbir olaraq məni məhkəməyə verirlər. Bu şəxslərin başlıca məqsədləri məndən təzminat almaqdır və onlar mənə onu da deyirlər ki, “nə üçün çəkilişlər həyata keçirirsən? Məgər, Heydər Əliyev adına parkda baş verənləri səndən savayı heç kim görmür?” Mən ağsaqqal adamam, bu gün çoxları mənə yaxınlaşır və bu işlərin yoluna qoyulmasını istəyirlər.
“Kamxoz”un texnikaları yerli sakinlərə aid işlərə cəlb olunurlar. Bu idarədə işləyənlər deyirlər ki, “Kamxoz”da neçə-neçə şəxslər var ki, onlar heç vaxt işə gəlmirlər. Elə ki, hardansa yoxlamalar gəlir, o halda həmin şəxslər iş başında peyda olurlar. Bu birbaşa cinayət deyilmi? Magistral yolun üstündə Şəhidlərin şəkilləri birgə yerləşdirilmişdi. Həmin plakatı cırıb ləğv etdilər. Bir şəhid ailəsi mənə dedi ki, “ağsaqqal o plakatı cırıblar.
Xahiş edirik ki, bu işlə maraqlan”. Mən RİH-nin əməkdaşlarını bu haqda məlumatlandırdım və onlar mənə cavab verdilər ki, “plakatı özümüz təmir edəcəyik, sən bu işə qarışma”. Hər kəs görür ki, magistral yolun kənarında şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq plakatlar qoyulub, amma bu gün həmin plakatlara bir kimsə nəzarət etmir. Mən RİH-nin əməkdaşlarına deyirəm ki, şəhidlərə hörmət edin və onlara məxsus plakatın ətrafını təmizləyin.
Mən bunu onlardan tələb edirəm, onlar isə məni şantaj edirlər, məhkəməyə verirlər. Məqsədləri məni aradan çıxarmaqdır. Bir ağsaqqal, bir vətəndaş olaraq hər kəsdən soruşmaq istəyirəm ki, bu kimi işləri RİH-dən tələb etmək hüququm var, ya yox?
Düşünürəm ki, tam əksəriyyət mənim haqlı mövqeyimi müdafiə edəcək və ünvanladığım sualı cavablandıracaqlar. Şəkildə görünən yolların kənarındakı küçələr Birinci Qarabağ müharibəsi şəhidi Akif Əliyevin və Vətən müharibəsi şəhidi Vüqar Məmmədovun adınadır. Düz yol isə “20 Yanvar” küçəsidir. Bəli, bütün bunlar real mənzərədir. Bütün bunlar haqda geniş yazımız işıq üzü görəcək. Bizi izləməyi unutmayın.
“Qırmızı tuman” söhbəti Rövşən Rzayevə baha başa gələcəkdir…. Siyasi mətbəxə az-çox bələd olanlar bilir ki, çox vaxt hakimiyyətin içərisində özünü “ayrıca hakimiyyət”, necə deyərlə “dövlətin içində dövlət” kimi aparmaq istəyən iddialı qruplar olur. Bunların məqsədi hakimiyyətə təsir gücünü, rıçaqları öz əllərində saxlamaq, yəni söz sahibi olmaqdır. Bu tiplər millət və dövlət üçün MƏSULİYYƏT altına girmək istəmirlər, necə deyərlər, “ortada yeyib qıraqda gəzmək” istəyirlər və sabah da “süddən çıxan qaşıq kimi” təmiz olmaq istəyirlər. Başqa sözlə, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”. Bunlardan soruşan lazımıdır ki, ölkənin çətin günlərində, özünüz, yaxud atalarınız harada idi, hansı cəbhəyə qulluq edirdi…? Belə qüvvələrin Azərbaycanda ən bariz nümayəndələri kimi Prezident Administarsiyasının ( PA ) sabiq rəhbəri Ramiz Mehdiyev, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, PA-nın sabiq şöbə müdiri Əli Həsənov və digərlərini göstərmək olar. Məlumdur ki, bu “troyka” xeyli vaxtdır ki, kənarda qalıblar və öz təsir gücləri əvvəlki ilə müqayisədə xeyli azalıb. Müdriklər deyib ki, “müqəddəs yer boş qalmır”. Bəli, hazırda Azərbaycanın siyasi məkanında boş qalan bu yeri tutmaq, bu boşluğu doldurmaq üçün çalışanlar var. Belələrinə xaricdən də “yel verənlər” də var. Və bu məqsədlə hər cür vasitədən, məmurlardan, daxildəki müxalifət qüvvələrindən, xaricdəki radikallardan, hətta qatı dindarlardan istifadə etmək istəyənlər var. Müşahidələr göstərir ki, bu məsələdə son zamanlar xeyli fəal olanlardan biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. Vaxtilə Şuşada Ermənistan prezdnti Serj Sərkisyanla əl tutub görüşəndə başını aşağı salan, günahkar görkəmdə dayanan Rövşən Rzayev son vaxtlar Ramiz Mehdiyevin rolunu öz üzərinə götürməyə çalışır. Belə ki, on minlərlə məcburi köçkünü, Qarabağ qazisini, şəhid ailəsini, təqaüdçüləri dövlətdən narazı salmağı bacaran Rövşən Rzayev özünə müxalifət arasında da xeyli tərəfdar tapa bilib. Rövşən Rzayev müxalifətçi dostlarına deyir ki, sizə sosial baza hazırlayıram, narazı kütlə hazırlayıram, sizin bacarmadığınızı mən eləyirəm, sizin MEYDANI genişləndirirəm və s. Doğrudan da, hakimiyyətdə yüksək vəzifə tutub arxadan zərbə vuran Rövşən Rzayevlərin əməlləri dövlətimizə, dövlətçiliyə zərbədir. Bunun başqa adı yoxdur. Məlumat üçün qeyd edək ki, bu, ümumiyyətlə, təzə məsələ deyil. Tarixən saraydaxili qüvvələr olub. Bir daha deyirik ki, onların məqsədi xalqa, dövlətə qulluq etmək deyil, öz nüfuzlarını qorumaqdır, yəni təsir rıçaqlarını əllərində saxlamaq istəyirlər. Bunun bir adı da loru dildə desək, “Çörəyini yediyi qaba tüpürməkdir”. Nə isə, indi keçək əsas mətləbə. Deməli, Rövşən Rzayev və onun şəbəkəsi radikal müxalifət nümayəndələri, müxalifət mediası ilə gizli əməkdaşlıq edir, hətta dövlətdən oğurladığı milyonları müxalif medianın maliyyələşdirməsinə ayırırlar, hətta onlara sponsorluq edirlər. Məlumdur ki, bir neçə gün öncə “Moderator.az” saytının rəhbəri, jurnalist Zülfüqar Hüseynzadə Kəlbəcərdə 52 yaşında vəfat etdi. Bu haqda "Müsavat"-da geniş məqalə dərc olunmuşdur. Əldə etdiyimiz məlumata görə, Zülfüqar Hüseynzadənin Kəlbəcərə səfəri zamanı Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ona himayədarlıq edib. Hətta Zülfüqar Hüseynzadənin bütün rayona getmək xərclərini Rövşən Rzayev çəkib. Rövşən Rzayevin dediklərinə görə, gediş xərclərini çəkməklə bərabər, Kəlbəcərə gedən kompaniyaya hətta hər bir texniki vasitə ilə təchiz olunmuş böyük çadır da verilib. Bütün jurnalistlər Qarabağa səfər edib, içi biz qarışıq. Nə üçün Rövşən Rzayev bizə, bir çətir belə vermədi başımıza tutaq? Amma mərhum Zülfüqar Hüseynzadəyə bütün texniki vasitələrlə təmin olunmuş bir neçə şəxsin müzakirə apara biləcəyi çadır verilir. Məqsəd nə idi? Sabah isə Rövşən Rzayev şəxsən özü yasda iştirak edəcək. Biz sevinirik ki, Rövşən Rzayev Müxalif yazara belə qayğı göstərir. Hətta, Zülfüqar Hüseynzadənin qardaşı İbrahim, Rövşən Rzayevin mətbuat xidmətidir. Rövşən Rzayevdən yaxın zamanda soruşacaqlar, daha doğrusu, sorğu-sual edəcəklər ki, mərhum müxalifətçi jurnalist Zülfüqar Hüseynzadəni hansı tapşırıqla Kəlbəcərə göndərmişdin..? O hansı tapşırıqları yerinə yetirməli idi..? Ay Rövşən Rzayev, sənin Zülfüqar Hüseynzadəyə verdiyin çadır çox şey danışacaq… O çadırda nələr quraşdırılmışdı…O çadırda hansı müasir texniki vasitələr var idi… Bəli, mərhum Zülfüqar Hüseynzadənin qardaşı İbrahim Rövşən Rzayevin mətbuat xidmətində çalışır və Rövşən Rzayev onu Departamentə rəhbəri təyin etmək istəyir… Rövşən Rzayev söz verib ki, 6-cı gün mütləq mərhum Zülfüqar Hüseynzadənin yas mərasimində iştirak edəcək… Rövşən Rzayev çox təlaş keçirir ki, birdən çadır məsələsinin üstü açılar… Bəli, bu sirrli çadır xaricdəki müxalifətçilərlə gizli, həm də konfidensial danışmaq üçün bir vasitə idi… Onu da qeyd edək ki, əslən Kəlbəcərdən olan müxalif yazarlar hakimiyyət ərkanında təmsil olunan iri məmurlarla çox yaxın, sıx münasibətdədirlər. Hətta Kəlbəcərdən olan müxalif yazarlar və məmurlar gizli planlar quraraq nazirləri şantaj etməkdən çəkinmirlər, topladıqları şantaj materiallarını xaricə ötürərək bəzi ünvanlara siqnallar göndərirlər ki, səndən yazırlar haa…. Rövşən Rzayevin nəinki dövlət adamına, hətta dosta yaraşmayan “Qırmızı tuman” söhbəti isə daha ciddi və barışmaz mövqe tələb edir. Biz bu mövqedən geri çəkilən deyilik… Əmin ola bilərsən, Rövşən Rzayev… Amma bir xatırlatma da edirəm. Heç başqa fikirlərə düşməyin. P.S. Kəlbəcərdən olan o biri yazara demək istəyirik ki, Teymur Kərimov haqqında dediyin təhqiramiz fikirləri deyəsən yayımlamaq vaxtı çatıb. Görürsən biz vaxtsız heçnə etmirik.
Cəlilabadın Kazımabad kəndinin bir qrup sakini – Birinci və İkinci Qarabağ əlilləri, şəhid ailələri etiraz edirlər.
Narazılıqları isə həmkəndliləri Zakir Ağayevdəndir.
Vətəndaşlar iddia edirlər ki, Zakir Ağayev 2007-ci ildə kənd bələdiyyəsinin ehtiyat fondunda olan iyirmi iki hektar torpağı qanunsuz mənimsəyib.
Birinci Qarabağ mühribəsində həlak olan Vidadi Ağayevin qardaşı Nəhməd Ağayev Meydan TV-yə deyir ki, ötən il ailəsinə icra hakimiyyəti tərəfindən kəndin örüş sahəsindən torpaq verilib. Lakin həmin torpaq istifadəyə yararsızdır:
“Kənd bələdiyyəsinin ehtiyat fondundan torpaq istəyirik. Bələdiyyə deyir ki, Zakir Ağayev ehtiyat fondunun iyirmi iki hektar torpağını özbaşına zəbt edib. Bir dəfə məhkəmə yolu ilə torpaqları aldıq. Nə hoqqa işlətdilərsə, təzədən həmin torpağı ona icarəyə verdilər. Əvəzində də kəndin örüş sahəsindən əkinə yararsız torpaqdan şəhid ailələrinə pay veriblər. Bələdiyyəyə müraciət edirik, sədr deyir ki, mən qol çəkməmişəm, bizim xəbərimiz yoxdur. Şikayət edirik, aidiyyəti qurum da deyir ki, torpağı bələdiyyə verib. Zakir Ağayev də deyir ki, mən torpağı icra nümayəndələrindən qanuni icarəyə götürmüşəm”.
İkinci Qarabağ müharibəsində həyatını itirən Murad Bədirovun atası Qismət Bədirova isə bələdiyyə torpaqlarından iki sot ayrılıb:
“Lakin hələ də o torpağı ala bilməmişik. Zakir Ağayev torpaqları zəbt edib, vermir. İki ildir ki, məni incidir. İyunun 13-də məni döyüb, xəstəxanalıq etdi. İki hektar torpağı prezident mənə həlak olan uşağıma görə verib. Onu əlimdən almaq istəyir ki, mənimdir. Daxili İşlər Nazirliyinə, yerli icra hakimiyyətinə müraciət etmişəm. Heç kim də şikayətimizə qulaq asmır, baxmır. Yalandan gəlib, hay-küy salırlar, sonra da gedirlər. Məni döydüyünə görə polisə şikayət etmişəm, heç baxan da yoxdur. Məni vurduğu üçün qanun qarşısında cavab verməlidir, torpağımı qaytarmalıdır”.
Füzuli istiqamətində gedən döyüşlərdə yaralanan, üçüncü qrup əlil Kənan Ağayev də deyir ki, ona da torpaq verilib. Lakin hələ də torpağından istifadə edə bilmir:
“Ötən il payız aylarında mənə əlli sot torpaq verilib. Həmin yerdən şəhid ailələrinə, digər qazi və veteranlara torpaq verilib. Zakir Ağayev də gəlib şəhid atasının torpağını, ümumi kəndin torpaqlarını mənimsəyib. Neçə illərdir ki, belədir. Biz də torpaq istəyəndə aidiyyəti qurumlar deyirlər ki, bacara bilmirik. Onun arxasında kimlərsə var ki, bu hərəkəti edib. Otuz ildir ki, torpaqlarımız işğal altında idi. Biz onu canımız, qanımız bahasına aldıq. İndi kənd torpağından istəyirik ki, dolanışığımızı düzəldək, vermirlər”.
Birinci Qarabağ müharibəsi əlili Rövşən Ağayev dəfələrlə rayon icra hakimiyyəti başçısının yanında olduğunu qeyd edib:
“Biz qazilər, veteranlar, şəhid ailələri torpaqsız qalmışıq. Bizə kəndin mal örüşü torpağından verilib. Həmin torpaq da şorandır, əkinə yararlı deyil. Bitki əkirsən, həmin torpaqda inkişaf edə bilmir. Əkinə yararsızdırsa, mən o torpağı neynirəm? Yalandan ad olur ki, qazilərə, şəhid ailələrinə torpaq verilib. Bələdiyyənin ehtiyat fonduna aid olan iyirmi iki hektar torpaq da əkinə yararlıdır. Onun üstündə böyük mübahisələr gedir. Rayonda icra hakimiyyətindən böyük struktur yoxdur. İstəyirik ki, icra başçısı köməyimizə gəlib, bizim torpağımızı versin. Bu torpaq uğrunda sağlamlığımızı itirmişiksə, bizə əkinə yararlı torpaq versin. Heç olmasa istifadə edək, maddi durumumuzu yaxşılaşdıraq”.
Meydan TV Cəlilabad Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbələrinə dəfələrlə zəng etsə də, cavab verən olmayıb.
Kazımabad kənd bələdiyyəsinin sədri Arif Əliyev Meydan TV-yə deyib ki, bələdiyyənin 22 hektar torpağının 20 hektarını 2003-cü ildə Zakir Ağayev alıb:
“Vətəndaş həmin torpağın iyirmi hektarını alıb, əlində çıxarışı var. Oradan iki hektar ayırıb, şəhid atası Qismət Bədirova vermişəm. Məsələ ondadır ki, Zakir Ağayev öz torpaqları ilə kifayətlənmir, bələdiyyənin örüş sahələrini də zəbt edir. Torpağın relyefini pozur. Kənar yerdəki torpaqlara müdaxilə etdiyi üçün də əhalidə qıcıq yaranır”.
Zakir Ağayev açıqlamasında deyib ki, həmin torpaqla əlaqədar əlində sənədləri var.
“Aidiyyəti qurumların nümayəndələri tərəfindən yoxlanılıb, sənədlərimin qaydasında olduğu bildirilib”, – Zakir Ağayev deyib.