Ardını oxu...
Cəbrayıl camaatının icra başçısı sarıdan bəxti heç gətirmir. ( Guya o biri rayonların bəxti fontan vurur ).
Yəqin oxucuların yadında olar.
Cəbrayıl rayonunun 1993-cü ildə bir futbolçu, deputat icra başçısı var idi –Kərəm Əliyev.
Mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərlə görüşü zamanı Kərəm Əliyevin ünvanına “Ay kişi, vicdanın olsun..” deyərək onu çox sərt tənqid etməsi çoxlarının yadında olar.
Futbolçu icra başçıdan sonra kinomexanik Mahmud Quliyev 2016-cı ilədək Cəbrayılın icra başçısı oldu.
Onun da adı mətbuatda rüsvayçı icra başçısı kimi çox hallandı.
Təsəvvür edirsiniz vətəndaşları söyüb təhqir edən icra başçısı Mahmud Quliyev öz açıqlamasında demişdir: “ Mən orada axmaq köpək oğlu burda nə axtarırsan demişəm. Köpək oğlu bizdə adi söz sayılır”.
İndi özünüz düşünün, bu ağılda adam düz 17 il, yəni 2016-cı ilədək Cəbrayıl rayonunun icra başçısı olub.
Və vətəndaşların torpaq sahələrini zəbt etməklə yadda qalıb. Mahmud Quliyevin qardaşı uşaqları vətəndaşlara məxsus 1000 hektar örüş sahələrini zorla əllərinə keçirib pul qazanırdılar. Vətəndaşlar isə mal-qarasını otarmağa yer tapmırdılar. Amma zavallı camaat icra başçısının qorxusundan səsini də çıxara bilmirdi.
Bütün bunlar azmış kimi Mahmud Quliyev Biləsuvarda yaşayan 10 min qaçqına dövlət tərəfindən verilən 40 litr yanacağın 10 litirini kəsib satırdı. Və 10 min tonlarla yanacağı oğurlayırdı. Vətəndaşlar Milli Məclisə, Baş prokurorluğa müraciət etsə də nəticə olmurdu. Çünki Mahmudun arxasında dağ kimi dayananlar var idi, amma indi çoxu içəridədir. Bu başqa bir yazının mövzusudur, söhbət "ELMED" klinikasından gedir.
Mahmud Quliyev fəaliyyət göstərən 1 uşaq bağçasının yerinə 10 uşaq bağçası “oformit” edərək, pulları mənimsəyirdi.
Mahmud Quliyev icra başçısı olduğu 17 il ərzində özünə böyük biznes şəbəkəsi qurdu, Biləsuvarda, paytaxtın Binəqədi rayonunun ərazisində ticarət obyektləri, şadlıq evləri, bahalı mülkləri və s.
İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyevin Tibb mərkəzinin 4-cü mərtəbəsində qəbulxana açması isə əsl rüsvayçılıqıdr.
Sözün qısası, 2016-cı ildə Mahmud Quliyevin vəzifə erası bitdi. Sonradan isə eşitdik ki, Mahmud Quliyev dünyasını dəyişib. Allah rəhmət eləsin!
Camaat fikirləşdi ki, rayona normal bir rəhbər gələr və camaatın qayğısına qalar. Gəldi və...
Bu dəfə gələn icra başçısı isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun dostu və şəriki Kamal Həsənov oldu.
Görək, Kamal Həsənov kimdir ?
Məlumat üçün qeyd edək ki, Kamal Cəbrayıl “Aqroprom”un keçmiş sədrinin oğludur, “Narxoz”u bitirib, sovet dövründə “komsomol”da çalışıb, sonradan düz 20 il Elman Rüstəmovun əlinin altında Mərkəzi Bankda “revizor”, şöbə müdiri olub.
Və 2016- cı il tarixdə Elman Rüstəmovun dəstəyi və Ramiz Mehdiyevin “xeyir-duası” ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunub.
Ötən 6 ildə görək, Kamal Həsənov Cəbrayıl camaatı üçün nə iş görüb ?

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal müəllim vəzifəyə gələndə düşündük ki, nəyisə dəyişəcək, ancaq, artıq 5 ildir ki, ortada heç bir müsbət fəaliyyət yoxdur.
Kamal Həsənov ilk olaraq icra hakimiyyətinin qarşısından keçən yolu bağlayaraq vətəndaşların gediş-gəlişinə mane olub. Yəni icra başçsı da sələfi kimi yolkəsəndir.
Buna deyən yoxdur ki, bəlkə sənə ayrıca bir yol çəkək?
Sən özünü nə hesab edirsən, Kamal Həsənov ?
Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü, 23 yaşlı Novruz Novruzov İkinci Qarabağ Müharibəsi qazisidir. Sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralanıb və ordudan tərxis edilib. Sağ ayağının dizdən aşağı hissəsini itirib. 45 gün M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müalicə alıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ayağı dizdən aşağı amputasiya olunub. Bundan başqa, gözündən də əməliyyat olunub. Sağlamlığını itirdiyi üçün indi özünə iş tapa bilmir. Və dəfələrlə müraciət etsə də icra başçısı Kamal Həsənov onu qəbul etmir.
Kamal Həsənov qazilərin işlə bağlı müraciətini qulaqardına vurur. Bu adam bu günədək bir şəhid, qazi ailəsinə baş çəkməyib.
Bu adama deyən lazımdır ki, sən şahoğlu-zad deyilsən ee, Prezidentimizin dediyi kimi xalqın xidmətçisisən.
Gundəlik-bakıya daxil olan məlumata görə, bir müddət əvvəl Elman Rüstəmov icra başçısı Kamal Həsənovu möhkəm danlayaraq, bildirib ki, mən artıq səni qoruya bilmirəm, işində dönüş yarat. Bir məsələni də xatırladaq ki, Kamal Həsənov camaata məxsus olan qəbristanlıqları özünün və ağsaqqalllarının qoyun sürülərinə otlaq sahəsi kimi istifadə edir.
Bizə elə gəlir ki, Kamal Həsənov Əşrəf Mehdiyevin ən yaxın qohumu olmaqla bərabər, onun ideyalarına da sadiq qalır. Bu və digər məsələlər haqda növbəti yazımızda.
gundelik baki.com
 

 
Ardını oxu...
 
Binəqədidə vətəndaş Elnur Əhmədovdan ona məxsus rəsmi sənədli torpaq sahəsini hasara almasına görə 1500 manat tələb olunur.... Çox təəssüf ki, "Təzadlar"a daxil olmuş şikayəti araşdırarkən qəribə hallarla rastlaşdlq... Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin dünənki tarixdə, saat 16:00-da başlayan vətəndaş qəbuluna nə rayon icra hakimiyyətinin müavini Hacıbaba Rzayev, nə də ictimaiyyətlə əlaqələr şöbəsindən Leyla xanım bu görüşdə medianın iştirakını təmin etməkdən ehtiyat etdilər, imkan vermədilər. Niyə? Səbəb nə idi görəsən??? Çünki qəbul zamanı vətəndaşların qarşılaşdığı problemlərin hansı səbəbdən qaynaqlanmağı, onlara qarşı edilən süründürməçilik və yaxud bürokratik əngəllərə dair suallar qoyulacaqdı. Çox təkidli cəhdlərimizdən sonra kameramıza və mikrafonumuza şikayətçidən müxtəlif bəhanələrlə daş hasarın tikintisi üçün pul tələb edərək qarşılaşdığı süni əngəllərin aradan qaldırılması məqsədilə bu məsələnin məhz icra Hakimiyyətindən adı çəkilən Orxan və Elnur adlı şəxslərin yersiz tələbi barədə müzakirəsi üçün vətəndaş Elnur Əhmədov qəbula yazılmışdır.
Elektron qrafikalı saycda beşinci olan Elnur Əhmədov Rayon İH- nin binasının vətəndaşlar üçün ayrılmış foyesində gözlədikdən sonra nəhayət, qəbul edildi. Lakin qəbul zamanı oradakı müzakirələr zamanı medianın bunları müşahidə etməməsi üçün bizə şərait yaradılmayaraq icazə vermədilər. Və bu da artıq bir daha başa düşülən idi. Çünki görüş zamanı müzakirədə vətəndaşı incidən, şikayət xarakterli müsahibədə adı keçən Orxan və Elnur adlı əməkdaşların yersiz pul tələb etmələrindən vizual debat baş tutacaq idi. RİH rəsmisi vıə MEDİA İLƏ İŞ QURMAQ VƏZİFƏSİ OLAN Leyla xanıma bütün bu xatırlatmaları İcra hakimiyyəti binasına daxil olarkən qapı ağzındakı qəbul şöbəsindən telefon rabitəsi zamanı bildirsəm dı o, məsələni həlledilməz etdi. Nəticədə peşə fəaliyyətimizə açıq şəkildə mane olundu. Hətta vətəndaşın pozulmuş hüququ ilə bağlı rayon icra hakimiyyətində nə hüquqşünas ştatında yer alan məsul şəxsi, nə də Təsərrüfat şöbəsinin rəisi Azər müəllimi belə bu məsələnin müzakirəsinə cəlb eləmədilər. Yalnız şikayətçinin Binəqədi İcra Hakimiyyətinin Başçısı Elxan Allahverdiyevin müavini Hacıbaba Rzayevin qəbuluna düşərək bu problemi danışmağına razı oldular.
XXX
Görüşdən sonra bizə açıqlamasını bildirən Elnur Əhmədov bunları dedi: "...Hacıbaba Rzayev mənim sənədlərimə baxıb "Çıxarış sənədini niyə gedib almırsan?" deyə soruşdu... Mən isə dedim ki, məni işçiləriniz neçə vaxtdır süründürürlər, istədikləri məbləğə gücüm çatmır."
Daha sonra Elnur Əhmədov Rİh-dən, sadəcə, sözügedən əraziyə bir daha müvafiq baxış keçirəcəklərini xatırlatmaqla görüşü bitiriblər.
İnanırıq ki, bu ictimailəşmədən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd olunan bu məsələnin müsbət həlli istiqamətində tədbir görülməsi üçün aidiyyəti üzrə ciddi tapşırıqlarını verəcəkdir.
Mövzuya qayıdılacaq və şikayətin araşdırılması nəzarətimizdədir.
XƏYYAM QURBANLI 
//tezadlar.az//

 
Ardını oxu...
 
Qulaq gündə bir söz eşitməsə kar olar. Bu gün nazirliklərə, komitələrə, icra hakimiyyətlərinə və başqa qurumlara rəhbərlik edən şəxslərin arasında elələri vardır ki, onlarla şəxsən üz-üzə oturmağın özü böyük bir cinayətdir.  
Biz bu gün nələrin şahidi olduq, İLAHİ. 
Biz gözlərimizlə gördüklərimizi, qulaqlarımızla eşitdiklərimizi təkrar-təkrar beyinlərimizdən keçirdərək bir daha inanmamağa çalışdıq ki, görəsən İLAHİ biz düzmü eşitdik və gördük. Amma bu sözlərin dövlət ərkanında təmsil olunan şəxsin dilindən eşitdiyimizə görə, çox təəssüf hissi keçirdirik. 
Bu yazıdan sonra hansı problemlərlə üzləşəcəyimizdən qorxmayaraq, üzümüzü ölkə başçısına tutaraq, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində köklü yoxlamaların aparılmasına start verilməsini bir vətəndaş kimi, xahiş edirik. 
Xahiş edirik ki, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Qaçqın və Məcburi Köçkünlərin işləri ilə maraqlanan şəxslərin kimliyi araşdırılsın, mövqeləri bəlli olsun. Kimlər tərəfindən yaradılan narazılıqlar araşdırılaraq, üzə çıxarılsın. Biz bu komitədə baş verənlərə heç vaxt susmayacağıq. 
Bu komitədə Vasif Talıbovun, Ramiz Mehdiyevin və başqa dövlətdən incik şəxslərin yaxın adamlarının Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparıcı vəzifələrdə olmaları bizi dəhşətə gətirdi. Dəhşət təkcə o deyildi. Müxalifət yazarları üçün, dədəsi öləndə ağlamayanlar necə göz yaşları tökdülər, onu gözlərimizlə gördük. 
Baxın, Rövşən Rzayev DTX-dan işdən qovulan, Rusiya meyilli, Qubadlı rayonundan olan, Mamed İsgəndərovun qohumu, Nizami Hüseynovu Analitik İdarəyə şöbə müdiri təyin etməsi necə başa düşülür?
Qatı Müxalifət yazarının qardaşını komitədə məsul vəzifəyə təyin etməsini, necə başa düşək? 
Məcburi köçkünlərin “çörəkpullarını” kəsmək hesabına Qənaət edilən büdcə yaradaraq, görüntülənmək nəyə hesablanır?
Məcburi köçkünlər arasında narazılıq yaradaraq, öz xislətlərini həyata keçirən istər Nizami Hüseynov, istər başqaları kimə xidmət edirlər?
Suallar çoxdur, cavablar isə dostlarımız bizdən inciməsin, faktlarla olacaq.
P.S. Eşitdik ki, Müxalifət yazarına böyük çadır və orada bütün şəraitlər yaradılıb. Həmin çadırda nə baş verib? Onu ancaq və ancaq həmin çadırı verənlər bilər. 
 

Ardını oxu...
Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki 30 illik zeytun bağları baxımsızlıqdan quruyaraq məhv olur. Ağacların yerləşdiyi parka gələn su kəsilib, icra hakimiyyəti problemlə maraqlanmır.

Binəqədi sakinlərinin Tribunainfo.az-a verdiyi məlumata görə, zeytun bağları taleyin ümidinə buraxılıb.

Ardını oxu...

“Bura Adil Məmmədov küçəsidir. Bura illərin məşhur zeytun bağlarıdır. 30 illərin bağıdır. Bura əvvəl daimi su gəlirdi, çünki arteziyan quyuları var, ağaclar sulanırdı. Uzun müddətdir ki, bağa gələn su kəsilib. Ərazidəki yaşıllıqlar susuzluqdan yanıb məhv olur. Zeytun ağaclarının bir çoxu da susuzluqdan məhv olmaq üzrədir” deyə, sakinlər bildirib.

Bağın və ağacların vəziyyəti sakinləri narahat edir. Onlar tezliklə bağdakı yaşıllıqların bərpa edilməsi, qorunması üçün tədbir görülməsini istəyirlər.

Sakinlərin sözlərinə görə, icra hakimiyyəti yaxın günlərdə bağa yol şəkdirib, abadlıq işləri adı altında iş aparıb aparıb, bağı isə pis hala salaraq gediblər:

“Yol çəkildi, oturacaqlar qoyuldu. Ancaq ətraf qurumuş, məhvolmaq üzrə olan ağaclardan ibarətdir. Bağa nə baxırlar, nə də ağaclar sulanır”.


 
Ardını oxu...
Milli Məclisin sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimlinin qardaşı, Rövşən İbrahimli ilə bağlı yazıya keçməzdən öncə vitse-spikerin barəsində ölkə mediasında yayılan xəbərlərə nəzər salaq. Yayılan xəbərlərdən bəlli olur ki, Fəzail İbrahimlinin FHN-də yüksək vəzifə tutan oğlu Tural İbrahimli 100 min dollar dəyəri olan avtomobili ilə vətəndaşı vuraraq xəsarət yetirib.
Mediada Tural İbrahimlinin zəngin həyat tərzindən bəhs edilir. İstər-istəməz sual doğur ki, bu cavan oğlanda bu qədər pul haradandır..?
Vitse-spiker Fəzail İbrahimli dəfələrlə parlamentdə çıxışı zamanı məmurları tənqid edən jurnalistlərin susdurulmasını tələb edib. Jurnalistlər haqlı olaraq soruşur ki, görəsən Fəzail İbrahimlinin oğlunun 100 min dollarlıq avtomobilinin mənbəyini soruşmaq nə vaxtdan qanunsuz hesab olunur..?
Sözün qısası, Milli Məclisin sədr müavini Fəzail İbrahimli ilə bağlı mediada yayılan köhnə xəbərlərdən sonra onun qardaşı Rövşən İbrahimli ilə bağlı yeni xəbərə keçək. Bir neçə saat öncə redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal rayon təşkilatının yeni sədri Rövşən İbrahimli vitse-spikerin qardaşıdır. Məsələyə aydınlıq gətirmək üçün qurumun https://yasamal.atiahi.org/ saytına daxil olduq.
Təsəvvür edirsiniz, saytın SEÇKİLİ ORQANLAR bölümündə KOMİTƏ ÜZVLƏRİ, RƏYASƏT HEYƏTİNİN ÜZVLƏRİ, TƏFTİŞ KOMİSSİYASININ ÜZVLƏRİ siyahısında bir nəfərin adına rast gəlmədik. Görəsən bu necə qurumdur, bunun saytı nəyə lazımdır..?
Sözün qısası, daxil olan məlumatdan bəlli olur ki, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal rayon təşkilatının sabiq sədri Elçin Həmidov bir müddət əvvəl dünyasını dəyişib. Kollektivin yüksək dəyər verdiyi mərhum Elçin Həmidovun dəfnindən bir müddət sonra onun kabinetində Fəzail İbrahimlinin qardaşı Rövşən İbrahimli gəlib oturub. Kollektivin üzvləri deyir ki, məlum olduğu kimi Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının və rayon təşkilatlarının üzvləri, sədrləri seçki yolu ilə müəyyən olunur. Bəs görəsən, heç bir seçki olmadan Rövşən İbrahimli necə Yasamal rayon təşkilatının sədri ola bilərdi..?
Söhbət təkcə rayon təşkilatının sədrindən getmir, yuxarıda qeyd etdiyimiz kimi, həm KOMİTƏ ÜZVLƏRİ, həm RƏYASƏT HEYƏTİNİN ÜZVLƏRİ, həm də TƏFTİŞ KOMİSSİYASININ ÜZVLƏRİ kollektiv tərəfindən seçki yolu ilə müəyyən olunmalıdır. Təəssüf ki, bütün bu prosedur qaydaları olmadan, Rövşən İbrahimli hazıra-nazir kimi gəlib oturub sədrin kabinetində. Görünür qardaşı Fəzail İbrahimliyə arxayın olan Rövşən İbrahimli üçün heç bir qanun-qayda, prosedur-zad yoxdur. Adam istəyir ki, Fəzail müəllimdən soruşsun ki, ay professor, bəs hər yerdə seçkidən-zaddan danışırsan..?
Daxil olan məlumatdan o da bəlli olur ki, Rövşən İbrahimli Yasamal rayonundakı 53 saylı məktəbin arxasındakı kabinetdə oturur... Görəsən bütün bu baş verən qanunsuzluqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Fəzail İbrahimlinin deputat həmkarı Səttar Möhbalıyevin münasibəti necədir..?
Yasamal təşkilatının üzvləri Səttar Möhbalıyevdən xahiş edir ki, qurumun rəhbər heyəti seçki yolu ilə müəyyən olunsun.
Təsəvvür edirsiniz, uzun gərgin əmək fəaliyyətindən sonra Yasamal rayonundakı 7000-ə yaxın təhsil işçisi həmkarlar hesabına istirahət etmək, müalicə olunmaq üçün putyovkalar gözləyir. Rövşən İbrahimlinin başı isə nəyə qarışıb bilən yoxdur... Daha doğrusu, Rövşən İbrahimlinin başı qarışıb axşamlar restoranlarda yeyib-içməyə, müxalifət qəzetlərini maliyyələşdirməyə və daha nələrə...
Bəli, bir zamanlar Əlikram Hümbətovların, Cəmil Həsənlilərin ətrafında dolananlar bu gün Həmkarlar Konfederasiyasında lövbər salıb. Amma bilmirlər ki, yerində qulağı var. Atdıqları hər bir addım dövlətimiz tərəfindən araşdırılır. Biz bütün məsələlərin araşdırılması üçün əlimizdən gələni edəcəyik. Mövzu fikirləşdiyimizdən də çox maraqlı olduğu üçün araşdırmalarımız davam edir.
Bizi izləyin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Samux rayonu, Sərkar kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onlar Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Təhmasib Əliyevdən şikayətçidirlər:

“Biz kənd sakinləri olaraq yazıb sizdən xahiş edirik ki, müraciətimizi işıqlandırasınız.

Bildirmək istəyirik ki, Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Təhmasib Əliyev sakinləri təngə gətirib. Bu insanın bütün çirkab işlərdə əli var. Ekologiyanı məhv edir, su çəkmək adı ilə kənd sakinlərindən pul yığır, amma su çəkilmir, bir sözlə, insanları aldadır.

Şikayətçilərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

 
 
 
Ardını oxu...
Mən Dadaşov Şakir Badaş oğlu 1973 cü ildə anadan olmuşam.Hal hazırda Şirvan şəhərində yaşayıram ailəliyəm 2 az yaşlı evladım var oğlum Dadaşov Murad 11 yaş qızım Dadaşova Mələk 9 yaşındadır həyat yoldaşım Cabbarova Ruqiyyə Əhmədağa qızı 2020 ci ildən ağır vərəm xəstəliyinə tutulub özüm 2006 cı ildən Şirvan İES də təmir tikinti sexinə çilingər vəzifəsinə işə durmuşam stansiyanın rəhbəri Süleymanov Fəzail tərəfindən və onun göstərişilə 2008 ci ildə hidrotexniki sexə sahil nasoslarına turbin avadanlıqları maşinisti işində işləmişəm əmək haqqım 335 manat olduğu halda mənə 250 manat əmək haqqı veriblər işim 12 saat növbəli olub 4 cu qurup maşinist və 8 faiz zərərli işim olub bunları əlimdə olan sənətlərdə təsdiq edir İES in baş mühasibi Rzayev Cəlal Rzayev Gülməmməd kadırlar şöbəsinin rəisi Qasımova Fatma və sex rəisim Vəliyev Rəhman tərəfindən əmək fəaliətimə aid olan bütün sənətlərim iştəmədiyim işlərlə həmdə işlədiyim işlərdə göstərilir sənədlərim saxtalaşdırılıb və 15 illik əmək haqqım bu adların çəkdiyim adamlar tərəfindən mənimsənilib və yeyilib 2018 ci ildə Yusifov Üzeyir Milan oğlu Mingəçevir şəhər su elektirik stansiyasının dövlət avadanlıqlarının dağıdılması ilə 6 il həbsxana həyatı yaşamış və həbsxanadan çıxandan sonra açıq səhimdar cəmiyyətinin pirezdenti Balababa Rzayev yenidən onu işə götürmüş Şirvan şəhəri Cənub elektirik stansiyasına dövlət avadanlıqlarının dağıdılması üçün elektitik stansiyasına drektor vəzifəsinə göndərilmişdir Yusifov Üzeyir Milan oğlu yuxarıda adların çəkdiyim şəxislərlə əlbir olaraq sahil nasosxanasında devran nasoslarının və köməkçi avadanlıqların dağıdılması üçün əlbir olaraq avadanlıqları dağıtmaq istəyirdilər 2018 ci ildən 2021 ci ilə qədər əmək haqqımın mənə düzgün verilməməsi üçün dövlət əmlakının dağıdılması üçün dəfələrlə açıq səhimdar cəmiyyətinin prezdenti Baba Rzayevə müraciətim olub bu əlimdəki sənətlərdə təsdiq edir 2020 ci il iyun ayınının 1 də 1 aylıq cənub elektirik stansiyasına imtahana hazırlığa göndərdilər məni 1 aydan sonra yox 5 aydan sonra məndən imtahan götürdülər bununda səbəbi məni bezikdirib öz istəyimlə ərzə verib məni işdən çıxartmaq istəyirdilər mən bütün əziyyətlərə dözərək dövlət əmək müfətdişliyinə müraciyət etməli oldum 07.10.2020 ci ildə və dövlət əmək müfətdişliyi mənim işimin araşdırılması üçün Səlyan regional əmək müfətdişliyinə Anar Xıdırova tapşırıldı Şirvan şəhər əmək müfətdişliyi Aydın Sarıyev mənim işimin saxtalaşdırılması və əmək haqqımın yeyilməsi və işdən çıxmağa ərzəmin olmadığını təsdiqlədi elektirik stansiyasının rəhbəri Yusifov Üzeyir Milan oğlunun cərmələdi amma işdədiyim işi gizdətdi və mənə hədə qorxu gələrək sən bu işlərin dalınca düşmə səni tutarlar dedi və mənim işdən çıxmağa ərzəm oldığını yazılı sənətlə təsdiq edərək mənə təqdim etdilər 2021 ci ildə yanvar ayının 21 də məni kadırlar şöbəsinin rəisi Qasımova Fatma yanına çağıraraq sən artıq işdə azadsan o gündən ta bu günə qədər məşğulluğda işsiz kimi qeydiyyatdayam heç bir mənə maiddi kömək olunmayıb mənə işdə vermirlər Şirvan Şəhər məhkəməsinə müraciət etmişəm Şirvan apilassiyasına müraciət etmişəm ali məhkəməyədə müraciət etmişəm Şirvan şəhər məhkəmasinin qətnaməsini qüvvədə saxlayırlar ki mən özüm öz ərzəmlə işdən çıxmışam məhkəmədən Elçin Qurbanovdan tələb edirəm ki mənim işdən çıxmaq ərzəmi mənə göstər mənə göstərmir ərzəm olmaya olmaya necə qətnaməni necə çıxarda bilərlər bu barədə ölkə prezdentinə və baş prakrora yazılı müraciət etmişəm heç kim mənim haklı olmağıma yaxın durmur sizdən xahiş edirəmki mənim işdən çıxmağıma ərzəmin olmadığı üçün hüç bir müqaviləni imzalamadığım üçün mənə raşot pulu kampensesiya ödənilməmişdir mənim işimə qayıtmağım üçün və mənə dəymiş ziyanı tam ödənilməsini və işimə qayıdmağım üçün mənə köməklik etməyinizi sizdən xahiş edirəm.
Şirvan Dövlət Rayon Elektrik Stansiyasının rəhbərliyi ilə məqalədə toxunulan iddialarla əlaqədar münasibət öyrənmək istəsəkdə cəhdlərimiz baş tutmadı.
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Kəlbəcər bu dəfə də " İşğal" altına düşdü

Qarabağ azad olunmamışdan əvvəl "Azəravtoyol" ASC-nin bahalı şefi Saleh Məmmədov Göygöl rayonu Aşıqlı kəndinin girişində özünə dəbdəbəli ailəvi istirahət mərkəzi ucaldıb. Dəyəri molyonlara varan məkanı S.Məmmədovun yolkənarı inşa etdirdiyi "SMS" adlı yanacaqdoldurma məntəqəsi də müşaiyət edir.
Ardını oxu...
Göygöl. Aşıqlar kəndi yaxınlığındakı SMS YDM-si

Əldə edilən məlumata görə, Saleh Məmmədov sözügedən istirahət mərkəzini sabiq icra başçısı Arif Seyidovun "xeyir-duası" ilə qanunsuz əsaslarla - yəni, təpəlikdə yerləşən hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz olaraq tikdirə bilib. Bunun müqabilində isə, ötən illərdə Göygöl-Aşıqlı yolunun həmin əraziyə düşən hissəsində yol infrastrukturunun abadlaşdırılması və genişləndirilməsi işini özünün (qurumun-O.N) vəsaiti hesabına həyata keçirib.
Məkanda 10-larla müasir tipli kotteclər, böyük otel-əyləncə binası, uşaqlar üçün ayrıca əyləncə mərkəzi, kupe və çardaqlar var. İstirahət mərkəzində təkcə yay mövsümü üçün deyil, qonaqların ilboyu istirahət etmələri üçün fəaliyyət nəzərdə tutulub.
Ardını oxu...
Göygöl. Aşıqlar kəndindəki dəyəri 18 milyon manat olan İstirahət Mərkəzi

Torpaqlarımız azad edilənədək Azərbaycanın hər yerinə səpələnmiş S.Məmmədovun obyektlərinin əksəriyyətini deyilənə görə “yollar kralı” nın ən sədaqətli işçisi olan, məclislərdə onun ayaqqabılarını əmr olmadan cütləyən Çıraqov Nizami adlı birisi idarə edir. Elə sədaqətinə və etibarlığına görə Çıraqov hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yaşıllaşdırma və Ekologiya İdarəsinin müdiri təyin edilmişdir. Amma onun rəsmi idarədə görən olmayıb. Budur, işğaldan azad olunmuş Kəlbəcərdə yolların çəkilişi zamanı AAYDA-nın bir çox texnikaları bu bölgəyə cəlb edilsə də, işlərin görülüb qurtarmasına baxmayaraq texnikalar burada dövlət büdcəsi hesabına qalmaqdadır və fiziki və hüquqi şəxslərə icarəyə verilərək pullar qazanılır. Hələ bu harasıdır? “Yollar kralı” Kəlbəcərin azad olunmasından sonrakı çətin günlərdə bütün yol strukturunu gecə gündüz bilmədən qaydasına qoyan rayon Yol İstismar İdarəsi MMC-nin müdiri olmuş Aqil bəyi özünün Çıraqov Nizami kimi ən yaxın bildiyi Firdövsi ilə əvəz etmişdir. Əvəzləmənin sirri isə kimsəyə aydın olmasa da, bizə məlum dur ki, on minlərlə mal-qaranın, qoyun quzunun Kəlbəcərdə otarılmasına, geniş arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün AAYDA-nın texnikalarından gen-bol istifadə etmək asan olsun. Kimsə etiraz etməsin ki, bəs dövlətin işi qaldı, və s. bəhanələr.
Ardını oxu...

Bəli, indi Çıraqovun başı Kəlbəcərdəki arılara, danalara, öküzlərə, inəklərə, qoyunlara nə qədər qarşısa da Göygöldəki, istirahət mərkəzini də, Aşıqlı kəndindəki, İmişli yolundakı SMS yanacqdoldurma məntəqələrini də əvvəlki kimi olmasa da hesabatlar vaxtı özünü obyektlərə yetirə bilir. Hesab edirik ki, bu adamı 2-ci dərəcəli “Əmək” ordeninin təltif edilməsi üçün AAYDA rəhbərliyi cənab Prezidentə tezliklə təqdimat yazacaqdır. Əvvəlcədən təbrik edirk.
İfadetv.com-un araşdırma qrupu
 
Ardını oxu...
Dünyada yayılan statistikaya görən ən az ömür sürən peşə sahibləri arasında jurnalistlər öndə gedir. Səbəbi jurnalistlərin hər gün mənfi, neqativ informasiya ilə yüklənməsidir.
Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin əməlləri barəsində də yazmaq istəyərkən, bu statistikanı öz üzərimizdə hiss elədik. Keçmiş nəsil rektor deyəndə savadlı, təcrübəli, həm də qayğıkeş insan obrazı göz önündə canlanırdı.
Saytlardan oxuduğumuza görə, müasir rektorlarımızdan biri olan AzTU-nun rektoru Vilayət Vəliyev isə tələbəni intihar həddinə çatdırıb. Adam oxuduqca dəhşətə gəlir. Tələbə yazır ki, özümü yandırmaq, ya da hündür mərtəbəli binadan atmaq istəyiriəm ki, mənə yaradılmış problemə diqqət yetirilsin.
Bəli, AzTU-nun “Nəqliyyat və Logistika” fakültəsini 2021-ci ildə bitirən, amma bu günə kimi diplomunu ala bilməyən Rəhim Davudov yazır ki, mən rektorun qərarı ilə fakültədən fakültəyə keçirilmişəm, 3 il Nəqliyyat və Logistika fakultəsində oxumuşam, 5200 manat təhsil haqqı ödəmişəm, bütün imtahanları vermişəm, dövlət imtahanını müdafiə eləmişəm, indi mənə diplom vermirlər ki, guya fakültədən fakültəyə keçəndə Təhsil Nazirliyinə göndərilən siyahıda mənim adım texniki-MEXANİKİ səbəbdən siyahıda olmayıb. İndi tələbə soruşur ki, əgər belə olubsa da bu mənim günahım deyil, universitet rəhbərliyinin günahıdır.
Bəli, Vilayət Vəliyev kimi rektorlar insan talehi ilə oynayırlar. Təhsil Nazirliyi də bu məsələ ilə bağlı susur. Tələbə, Təhsil Nazirliyinə, Texniki Universitetin rektoruna, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsman), Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevaya müraciət edərək xahiş edir ki, tapdanmış haqq və hüquqları bərpa edilsin. Amma eşidən yoxdur.
Təsəvvür edirsiniz, tələbə 1 ildən çoxdur ki, öz rektorunun qəbuluna düşə bilmir. Adam bilmir nə yazsın...
Cənab Prezident şəhərlərə, rayonlara, kəndlərə səfər edir, sıravi insanları dinləyir, adi bir rektor isə 1 ildən çoxdur ki, öz tələbəsini qəbul etmir. Bütün baş verənləri bir kənara qoyaq. Tələbəni 5 dəqiqə qəbul etmək rektor Vilayət Vəliyev üçün nə problemdir..?
Tələbə yazır ki, mənə diplom vermirlər yaxşı edirlər, bəs niyə mənə rəsmi cavab vermirlər ki, məhkəməyə müraciət edim..? Naçar qalan tələbə sonda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinə müraciət edərək, ona köməklik edilməsini xahiş edir. Tələbə bir daha deyir ki, mən Vilayət Vəliyevin qərarı ilə fakültəmi dəyişmişəm. Nə isə, yazmaqla qurtaran deyil. Amma tələbənin müraciətində bir məqam diqqətimizi cəlb elədi. Rektorluq deyir ki, texniki-MEXANİKİ səhv olub... Yadımıza bilirsiniz nə düşür..? 1-2 il öncə rayonlarımızın birində həkim narkoz altında olan xəstənin xəstə ayağının əvəzinə sağlam ayağını kəsmişdi. Və bu bütün ölkədə yayıldı. Həkim sonda nə desə yaxşıdır: Mexaniki səhv olub dəə...
Bəli, Vilayət Vəliyev də deyir ki, MEXANİKİ səhv olub... Bunlar insanların həyatını, talehini MEXANİKİ səhv hesab edirlər... Vilayət Vəliyevdən yazmaq istəyərkən bir neçə gün öncə Elm və Təhsil naziri Emin Əmrullayevin Milli Məclisdə dedikləri yadımıza düşdü: “ Minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada, necə oxuduğu bəlli olmayan şəxslər var”.
Təsəvvür edirsiniz, minlərlə saxta diplom...hələ üstəlik həkimin harada, hansı ali məktəbdə oxuduğu məlum deyil... Vallah belə təhsil naziri olan yerdə rektor da elə Vilayət Vəliyev kimi olar...
Biz bu yazıda Vilayət Vəliyevin AzTU-nu ailə şirkətinə çevirməsindən, savadlı, təcrübəli alimləri vəzifədən çıxarıb öz savadsız qohumlarını vəzifələrə doldurmasından, təmir-tikinti adı ilə yüz minləri mənimsəməsindən, həmkarların xətti ilə müəllimlərə verilən hektarlarla torpağı özününküləşdirməsindən, müəllimlərə verilən putyovkaları satmasından, villalar tikməsindən, laborant qohumunu dekan təyin etməsindən və başqa əməllərindən bəhs etmədik.
Bu barədə nə qədər yazmaq olar. Bizim yazdıqlarımızın 20 faizini oxuyaraq tədbir görülsə ölkəmiz yağ-bal içində yaşayar.
gundelik baki.com
 
 
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin vəzifələrindən biri də sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) yardımçı olmaq, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılmasına yönəlik tədbirlər görməkdir. Sözügedən Agentlik bu məqsədlə hər il dövlət büdcəsi hesabına minlərlə əlil, şəhid ailəsi və müharibə veteranlarını müxtəlif istirahət mərkəzlərinə, sanatoriyalara göndərir.

Yenicag.az xəbər verir ki, Agentliyə ayrılan büdcə vəsaitləri ildən-ilə artırılsa da, şəhid ailələrinin, qazi və əlillərin göndərildiyi sanatoriyalarda, istirahət mərkəzlərində xidmət və qidanın keyfiyyəti nədənsə artmaq əvəzinə azalır.

Məlum olduğu qədər, Sosial Xidmətlər Agentliyi tərəfindən minlərlə şəxsin hər il dövlət büdcəsi hesabına istirahətə göndərildiyi məkanlardan biri də “Möcüzəli Naftalan” Sanatoriyasıdır. Ancaq mediada yazılan və iaşə obyektlərində keyfiyyətə və xidmətə nəzarət edən rəsmi qurumlardan biri olan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamasında “Möcüzəli Naftalan” Sanatoriyasında xidmətin standartlara uyğun olmadığı bildirilir. Məsələn, AQTA əməkdaşları 2021-ci ildə Naftalan şəhəri, N.Gəncəvi 20 ünvanında fəaliyyət göstərən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçiriblər.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edilib. Araşdırmaya əsasən, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Eyni zamanda, müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb.

Bir müddət öncə Rəna Əliyeva adlı vətəndaş müəllim kimi göndərişlə getdiyi “Möcüzəli Naftalan” Sanatoriyasında başına gələnlər barədə mətbuat vasitəsilə ictimailəşmiş şikayətində narazılığını belə ifadə edib:

“Ondan başlayım ki, mərkəzə çatar-çatmaz gördüyüm qələbəlik məni təəccübləndirməyə bilməzdi. Çünki “Möcüzəli Naftalan” bölgədə daha əvvəl yaranan, digərlərinə nisbətən kiçik sanatoriyalardan sayılır. Buna baxmayaraq, mərkəzdə gələnə “yox” deyilmirdi. Hətta zirzəmidə də çarpayı qoyub müştəri qəbul edirlər.

Orada öyrəndim ki, sanatoriya 94 yerlikdir, amma yeməkxanada 60-dan çox masa qoyulmuşdu və birində 4-6 nəfər otururdu. Bu isə 200-300 nəfər deməkdir. Yeməkxanada nəinki oturmağa, durmağa belə yer olmur.

Zirzəmi və xəstələr üçün nəzərdə tutulmayan bütün yerlərdə çarpayı qoyulub. Məlumatsız adamları şəraitsiz yerlərdə qəbul edir, “putyovka” ilə gələnlər səs-küy saldıqda isə bir-iki gündən sonra yuxarı otaqlara yerləşdirirlər.

Təsəvvür edin ki, bir yeməkxana masasında əyləşən 4 nəfər üçün cəmi bir xiyar və bir pomidor qoyurlar. Otaqların şəraiti barədə isə danışmağa dəyməz. Yataq dəstləri sanki illərdir dəyişilmir. Hər gün dəyişilməli dəsmallar, yataq dəsti, prosedur üçün verilən üzlüklər 10 gün sonra dəyişdirildi. Yəni deməyənə qədər dəyişmirlər. Adam o qədər çoxdur ki, prosedurlar arasında hamı qaçaqaçdadı ki, dəqiqəsi keçməsin. Dincəlmək mümkün deyil”.

Standartlara cavab verməyən belə bir bərbad sanatoriyaya hər il dövlət büdcəsi hesabına Sosial Xidmətlər Agentliyi tərəfindən minlərlə vətəndaşın göndərilməsi olduqca düşündürücü məqamdır. Axı necə ola bilər, hər il müasir standartlara cavab verən onlarla istirahət mərkəzinin istifadəyə verildiyi Azərbaycanda büdcədən maliyyələşən dövlət qurumu ancaq özünün seçdiyi 4-5 sanatoriya ilə illərlə əməkdaşlıq edir?

Mövzunu davam etdirəcəyik.

www.yenicag.az
 

Dünyapress TV

Xəbər lenti