Ardını oxu...
Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinləri yaşadıqları ərazidə hökm sürən problemlə bağlı "Ednews"a şikayət məktubu ünvanlayıblar.

Oqtay Şabanov küçəsində yaşayan sakinlər piyada yolundan, kanalizasiya sisteminin yoxluğundan, gölməçəyə çevrilmiş yollardan, evlərini basmış çirkli sulardan şikayətlənirlər.

Getdikcə sayı artan fərdi evlər isə bu durumu daha acınacaqlı hala salır.

Sakinlərin bildirdiyinə görə, bir ayda şambonun boşaldılması üçün ən azı 80-90 manat xərc çəkirlər.

Məvacibi aşağı olan ailələr bu pulu ödəməkdə çətinlik çəkdiklərini deyirlər. Üstəlik, istər yay, istərsə də qış aylarında üfunətdən ərazidə nəfəs almaq olmur.

Onların dediyinə görə, yaranmış vəziyyət yağışdan sonrakı Hövsanın həmişəki halıdır.

Onlar bununla bağlı dəfələrlə Suraxanı rayonundakı aidiyyəti qurumlara müraciət ediblər, lakin mənzərə olduğu kimi qalır.

Qəsəbənin sakinləri deyir ki, bu ərazidə heç vaxt kanalizasiya sistemi olmayıb. Ancaq bununla sakinlərin problemi bitmir. Ərazidə yaşayanların ikinci əsas problemi yoldur.

Asfalt yolun bərbad vəziyyətə düşməsi sakinlər üçün yağışdan sonra ciddi problemlər yaradır.

Uşaqlar məktəbə, sakinlər isə işə getməkdə narahatlıq yaşayırlar.

Oqtay Şabanov küçəsinin qarşısındakı yolu isə asfaltlayıb, abadlaşdırıblar. İki küçə arasındakı fərq aydın şəkildə özünü göstərir.

Məsələ ilə bağlı "Ednews"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, bu il üçün həmin ərazidə layihə mövcud deyil:

"Gələn il üçün də dövlət layihə təqdim etsə iş başlayacaq. Yox əgər hökumət təsdiqləməsə gələn il üçün də vəziyyət eyni qalacaq. Azərsunun daxili imkanları ilə həll olunası məsələ deyil. Dövlət layihə təsdiq etməlidir. İnvestisiya ayrılmalı, ondan sonra icra olunmalıdır. Oqtay Şabanov küçəsinin sakinləri demək olar ki, hər il bu məsələ ilə bağlı müraciət edirlər. Müraciətlə həll olunası məsələ deyil. Bakı ətrafı ərazilərinin 80-90 faizi o gündədir, yəni sakinlər şambolardan istifadə edirlər”.

Suraxanı İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Bələdiyyədən bir nəfər bizi başqa şəxsə yönəltdi. Lakin o şəxslə də əlaqə yarada bilmədik.

 

Ardını oxu...
Azərbaycan vətəndaşı, Bakıda məktəblərin birində tarix fənnindən dərs deyən stajlı müəllimə S.Şirvanovanın müdhiş mənzil cinayətləri ilə məşğul olan dələduz dəstənin qurbanına çevrilməsi haqda yazmışdıq.

Apardığımız araşdırmalardan məlum olur ki, müəllimənin 70 min manatını alıb ona 46 saylı notariusun əli ilə saxta sənədlər verən küçədən keçən adi dələduzlar deyil. Bakıda müdhiş mənzil cinayətlərini himayə edən məmur dəstəsi fəaliyyətdədir. Bu dəstə məşhur qanster Hacı Məmmədovun dəstəsi tək insanların başına güllə vurub həyatdan məhrum etmir. Amma törətdikləri cinayət faktiki olaraq Hacı Məmmədovun cinayətindən nəticə etibarı ilə ciddi fərqlənmir. Vəzifəli şəxslərin himayə etdiyi dəstə Azərbaycan vətəndaşlarını evsiz-eşiksiz qoymaqla faktiki olaraq elə yaşayış hüququndan, həyatdan məhrum edir.

Ötən sayımızda “Bakıda "Əzizbəyov KM" MMC-də müdhiş mənzil cinayətləri, 1 mənzili 11 nəfərə satıb azadlıqda gəzirlər" sərlövhəli araşdırma yazı dərc etmişdik. Zərərçəkən S.Şirvanova bildirmişdi ki, “Əzizbəyov KM” MMC-nin 46 saylı notariusla əlaqəsi var və həmin notariusda onun aldığı əmlakla bağlı sənədlər arxivdən yoxa çıxarılıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının “Əzizbəyov KM” MMC-dəki müdhiş mənzil cinayətlərini araşdırmaqdan yayınmalarına dəlalət edən faktlar da üzə çıxmışdı.

İndi isə bəlli olur ki, “Əzizbəyov KM” MMC illərdir ki, “Etalon” MTK ilə birgə dələduzların oylağı şəklində fəaliyyətdədir və onun daimi, mütəşəkkil qaydada fəaliyyətinin təmini də Azərbaycanda vəzifə daşıyan şəxslərin marağındadır. Həmin vəzifəli şəxslərin kimliyi ilə bağlı bəzi ipucları əldə etmişik və yaxın saylarımızda barələrindəki məlumatları bölüşəcəyik.

İndilik isə 2018-ci ilin oktyabrında “Əzizbəyov KM” MMC və bərabər fəaliyyətdə olan “Etalon İnşaat” MTK rəsmiləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə tanış olaq.

Həmin vaxt vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Azad Həsənov və 1980-ci il təvəllüdlü Elnur Vəliyevin cinayət işi hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə Azad Həsənov 8 il, Elnur Vəliyev isə 10 müddətinə azadlıqdan məhrum edilib.

O zaman iş üzrə vətəndaşların şikayətlərinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb. İdarə rəsmiləri “Etalon İnşaat” MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılmasını aşkar edib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Əzizbəyov-KM” MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil “Etalon İnşaat” MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina “Etalon inşaat” MTK tərəfindən tikilib. Bina tam başa çatmamış “Əzizbəyov-KM” MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıb. Ancaq “Əzizbəyov-KM” MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. O zaman cinayət işi üzrə 50-dən çox zərərçəkmişdən dələduzluq yolu ilə 600 min manatdan çox vəsait alındığı üzə çıxmışdı.

“Əzizbəyov-KM” MMC və “Etalon İnşaat” MTK-nın rəhbər şəxsləri Elnur Vəliyevlə Azad Həsənov həbsdə ola-ola eyni cinayətlərin törədən kimlərdir? Kimdir mütəşəkkil cinayətkarlığın bu növünün yenidən ayaq açmasında maraqlı olan məmur?

Mövzuya qayıdacağıq.
“Yeni Müsavat”
 
Ardını oxu...
Bu gün ölkəmizin əleyhinə şər-böhtan yazanların, iftira atanların dəqiq koordinalarını müəyyən etməyin və onlara qarşı konkret tədbir görməyin zamanı çoxdan çatıb.
Bilmək lazımdır ki, bu işdə bu iqtidarın “çörəyini yeyənlər”in, bütün hakimiyyət imtiyazlarından istifadə edənlərin sayı heç də az deyil, əksinə daha çoxdur.
Bunun bir adı var: arxadan zərbə. Son günlər aktuallığı ilə seçilən mövzular arasında Kəlbəcərin Ağdaban kəndinin adı da çox hallanır. Çox maraqlıdır ki, bu hakimiyyətdən ən çox fayda görən bölgələrdən biridə Kəlbəcərin tanınmış şəxsləridir.
Bu gün hakimiyyətin yüksək, orta səviyyəsində xeyli Kəlbəcərli var. Ölkə rəhbərliyinin də Kəlbəcər sakinlərinə xüsusi qayğısı göz önündədir. Bəs görəsən ölkədə aparılan siyasətin həmin şəxslərə mənfi təsiri nədir?...
Əlimizdə olan dürüst məlumata görə, ölkəmizin əleyhinə kənardan aparılan bütün işlərin kökündə konkret olaraq Kəlbəcərin Ağdaban kəndindən olan məmurun dayandığı sübuta yetirilir... Bu tip mənfur şəxslər zaman-zaman olub. Bunlar xarici qüvvələrin muzdlu nökərləridir. Bir vaxtlar bu mənfur əməlin başında Ramiz Mehdiyevlər, Əli Həsənovlar dayanırdı.
İndi deyəsən baş rollar dəyişib, ortaya yeni muzdlu fiqurlar çıxıb. Və bunların statusu titullu şəxslər səviyyəsindədir. Güman edirik ki, Cavid Qurbanovun bu məsələ ilə bağlı öz mövqeyini açıqlaması tələb olunacaq. Bir neçə gün öncə başlanan araşdırma nəticəsiz qalmamlıdır.
Bu məsələdə yəqin ki, Kəlbəcərin icra başçısı Azər Qocayevin də başı ağrıyacaq. Görəsən, bu məsələdə Cavid Qurbanov, qohumu Azər Qocayevə kömək edə biləcəkmi..?
Əlimizdə tutarlı məlumatlatın olmasına baxmayaraq məsələnin yüksək dairələrdə müzakirə olunmasının nəticəsini gözləyirik.
Məsələnin aktuallığını nəzərə alaraq mövzunu diqqətdə saxlayacağıq.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Teref.az yazır ki, Yasamal Rayonunun ərazisi sayılan 2-ci alatava qəsəbəsində sənədsiz evlərin bəzi sahibləri qanunsuz olaraq evlərin damını sökərək ikinci mərtəbə tikirlər.

Maraqlısı budur ki, əraziyə nəzarət edən polis və icra hakimiyyəti orqanları məsələ ilə bağlı vətəndaşlara xəbərdarlıq etmirlər. Qanunsuz ev tikənlər görünür ki, icra hakimiyyə orqanlarını hər hansı bir vasitə ilə susdura biliblər. Hal-hazırda şaiyələr gəzir ki, alatava qəsəbəsində yerləşən sənədsiz evlərin hər an plana düşəcəyi və söküləcəyi şaiyələri yayılmışdır. Bununla bağlı sakinlər ciddi narahatçılıq keçirir, həcmi dəfələrlə kiçik olan və uzun illər öncə tikilmiş köhnə tək qat və heç bir köməkçi sütunu olmayan evlərin damlarını sökərək kərpicdən üzərində qanunsuz tikililər tikirlər.
Ardını oxu...
Qeyd edək ki, bu tikililərin tikilməsində Azərbaycan Respublikasının Şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməyib. Ölkə rəhbəri çıxışlarında her zaman bildirib ki, "Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir tikili həyata keçirilə bilməz.

Məsələ ilə bağlı Yasamal Rayon İcra hakimiyyətinin qaynar xətti ilə əlaqə saxlanılsa da məsələdən xəbərsiz olduqlarını bildirdilər.

Qəsəbədə tikilən evlərlə bağlı fotofaktı sizə təqdim edirik:
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir müddət əvvəldən Maliyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt şəhərində kompleks yoxlamalar həyata keçirirlər. Həmin yoxlamalar zamanı Sumqayıt Səhiyyə Şöbəsində 6.425 min manat yeyinti və vəsaitin təyinatı üzrə xərclənmədiyi aşkarlanıb.
Belə ki, həmin vəsaitin xəstəxana və poliklinikaların yenidən qurulması və əsaslı təmiri üçün ayrıldığı, lakin bu istiqamətdə yalnız kosmetik işlərin görüldüyü dəqiqləşib. Məsələ ilə əlaqədar şöbənin müdiri Səkinə Sadıxova isə ifadəsində qeyd edib ki, onun həmin pullardan xəbəri yoxdur, bununla bağlı hər hansı sənədə də imza atmayıb. İddiaya görə, Sadıxova icra başçısı Zakir Fərəcovu nişan verərək, sualların ona verilməsini qeyd edib.

Bununla bağlı qeyd edilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov məsələni “dinc yolla” həll etməyə çalışsa da, nə Baş Prokurorluq, nə də Maliyyə Nazirliyi onu yaxına buraxmayıb. Ondan tələb olunub ki, həmin vəsait ödənilməlidir. Belə olan halda öz cibindən pul vermək istəməyən icra başçısı, səhiyyə üçün ayrılmış, lakin sonradan mənimsənilmiş pulların ödənilməsini müavinləri və şöbə müdirləri arasında bölüşdürüb.

Redaksiyamıza verilən məlumata görə, bölgü zamanı Sumqayıtda tenderləri və pul yığma prosesini həyata keçirən əsas firqurlardan birinə daha çox “yük” düşüb. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin üzərinə həmin pulun 1.5 milyon manatını ödəmək öhdəliyi qoyulub. Deyilənlərə görə, Zakir Fərəcov iclasda Gündüz Əliyevə deyib ki, səhiyyədki təmir-tikinti işlərinə o rəhbərlik edib, pul məsələsindən də o məsul olub. Lakin həmin məsələnin üstü açılıb və buna görə də, tələb olunan məbləğin 1.5 milyon manatlıq hissəsini o ödəməlidir.

Gələn son xəbərlərə görə, Gündüz Əliyev bir ayın içində həmin pulun 800 min manatını ödəyib. Bu pulu haradan, necə, hansı şəkildə əldə etdiyi barədə məlumat yoxdur. Şöbə müdirinin bu qədər pulu necə əldə etdiyi də bir ayrı sualdır. Lakin yerdə qalan 700 min manatı ödəmək məsələsində problem yaranıb. Ödənişlə bağlı vaxt isə daralmaqdadır və toplam pulun deyilən vaxt büdcəyə geri verilməməsi, Fərəcov üçün ciddi başağrısına çevriləcək.

Ona görə də, Gündüz Əliyevlə Zakir Fərəcov arasında nəinki narazılıq, hətta qalmaqal da yaşanıb. Etibarlı mənbələrin bildirdiyinə görə, bir neçə gün əvvəl İcra Hakimiyyətində keçirilən görüşdə Fərəcov şöbə müdirindən həmin pulu iki gün ərzində taparaq, gətirməsini tələb edib. Gündüz Əliyev isə 700 min manatın kiçik rəqəm olmadığını, qısa zamanda tapmağın çətin olduğunu bildirib və etiraz edib. Elə bu səbəbdən də qalmaqal yaşanıb. İcra başçısı iclasdaca şöbə müdirini bərk acılayıb və belə davam edərsə, onu işdən qovduraraq, həbs etdirəcəyi ilə təhdid edib.

Həmin məlumatlara görə, Gündüz Əliyev rəhbəri olduğu şöbənin bütün əməkdaşlarını yığaraq, vəziyyəti izah edib və onlardan həmin məbləğin düzəlməsi üçün bütün şəhərdə çalışmalarını tələb edib.

Qeyd edək ki, Gündüz Əliyev Sumqayıtda “qara işlərin” əsas ustası kimi tanınır. Onu adı tender məsələlərindən tutmuş, obyektlərdən pul yığmasına qədər bir çox işlərdə hallanır.(jamaz.info)

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Qafar Sadıxov: "Oğurluğun və təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini çəkib "Hürriyyət TV"yə göndərdiyimə görə Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır"

"QSC sədri Rövşən Rüstəmova, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm"

Bu gün Hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi ünvanında yaşayan Qafar Əsgər oğlu Sadıxov "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında yaşanan özbaşınalığı, yeyinti, dövlət əmlakını talama hallarını videolentə alıb "Hürriyyət TV" kanalına göndərdiyi üçün rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığını bildirib.

Şikayətçi iddia edir ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında hökm sürən oğurluğun, o cümlədən gələcəkdə yaşana biləcək təhlükənin qarşısını almaq məqsədiylə atdığı addım sonda ona baha başa gəlib, heç bir səbəb olmadan işdən azad edilib: "Təxminən, 2 ili yaxındır ki, "Azərbaycan Dəmir Yolları" QSC Yeni Ələt stansiyasında 100 ədəddən çox refrigerator vaqonların soyuducu hissələrini, 200 ədəd ağır dəmir qapılarını, 200 ədəd vaqonların bir-birinə qoşulması üçün avtoqoşquları, buksları, resorları və altından təkər cütlərini çıxardaraq vaqonları təhlükəli vəziyyətdə saxlayıblar. Bu səbəbdən də mən həm oğurluğun, həm də təhlükənin qarşısını almaq məqsədiylə oradakı mənzərini mobil telefonla çəkərək, "Hürriyyət TV" kanalının "WhatsApp" nömrəsinə göndərdim ki, həqiqəti üzə çıxarmaq üçün efir vasitəsiylə ictimaiyyətə çatdırılsın. Məhz bundan sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynov oğurluqda əli olan bəzi rəhbər işçilərin tapşırığı ilə məni işə buraxmır".

Elektrik qatarında 20 il 2-ci dərəcəli maşinist vəzifəsində çalışdığını qeyd edən Qafar Sadıxovun sözlərinə görə, 28.01.2021-ci tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətinin rəisi İlham Hüseynovun şər-böhtanıyla maşinist vəzifəsindən çıxarılaraq, maşinist köməkçisi vəzifəsinə təyin olunub: "Lakin həmin gündən indiyə kimi oğurluqda əli olan "Azərbaycan Dəmir Yolları" QSC-nin bəzi rəhbər işçilərinin tapşırığı ilə İlham Hüseynov məni işə buraxmır. Bu haqda 06.06.2023-cü il tarixdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov cənablarına ərizə ilə rəsmi qaydada müraciət etmişəm və ondan işimə qaytarılmağıma köməklik göstərməsini xahiş etmişəm. Lakin bunun da heç bir faydası olmayıb. Odur ki, sizin vasitənizlə yenidən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmova, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə müraciət edir, onlardan üzləşdiyim problemin həllində yardımçı olmalarını, səbəbsiz yerə işdən çıxarıldığım üçün yenidən tutduğum vəzifəyə qaytarılmağımda köməklik göstərmələrini xahiş edirəm".

Hurriyyet.az
 
 
 

Ardını oxu...
Mingəçevir şəhər sakini Məmmədova İlahə Seyfəl qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. O, bacısı Məmmədova Mətanət Seyfəl qızının pensiyasının kəsilməsinə etiraz edir:

"Mən, Məmmədova İlahə Seyfəl qızı, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.

Bacım Məmmədova Mətanət 1984-cü ildə anadan olub. 5 il Maştağa ruhi əsəb dispanserində, daha sonra Şəki ruhi və əsəb dispanserində yatıb. Hal-hazırda Mingəçevir şəhəri Ruhi əsəb dispanserində qeydiyyatdadır.

2003-cü ildən pensiya alırdı. 2020-ci ilin fevral ayından bacımın pensiyası kəsildi. Bununla yanaşı, dərmanlarını da vermədilər.

Mingəçevir şəhər ruhi dispanserin həkimi Rafael Zeynalovun yanına getdim, bacımın vəziyyətinin necə olacağını soruşdum. Mənə “bacınızın pensiyası kəsilibsə, dərmanları da verə bilməyəcək”, - dedi.

Anam Rafael Zeynalovun qəbulunda oldu, 1000 manat pul verdi və xahiş etdi ki, sənədi düzgün yaz, sən bunun necə xəstə olduğunu bilirsən. 1000 manatı götürdü, amma sənədi düzgün yazmadı. Belə bir xəstəni dərmansız mən necə saxlayım?!

Bacımı Bərpa Mərkəzinə apardım, orada da sənədlərimizə baxmadılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub yazdım. Cavab gəldi ki, xanıma kömək edilsin. Rafael həkim buna məhəl qoymayaraq, “Mehriban xanım mənə nə edə bilər?”,- dedi. Xahiş etdim, yalvardım ki, Mehriban xanımdan yox, Allahdan qorx, bu sənədi olduğu kimi yaz. Çünki xəstənin vəziyyətini o, yaxşı bilir. Dərmanları kəsilib, hər yerdən almaq olmur. Aptek icazə olmadan satmır, satanlar da baha satır, almağa imkan yoxdur.

10 ildən sonra ömürlük olmalı idi, kəsdilər. Biz kimə hara müraciət edəcəyimizi bilmirik”.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
DİA.AZ: - Şəki regional təhsil idarəsinin müdiri Bəhruz Mehdiyevə ağılr ittihamlar var. DİA.AZ bildirir ki, RTİ rəhbəri konkret olaraq müəllimənin xəstəlik pulunu mənimsəməkdə suçlu bilinir.

Bu barədə şikayətçi düşən Zaqatala rayon sakini Musayev İbrahim Osman oğlu bildirir ki, həyat yoldaşı 30 ildir orta məktəbdə dil-ədəbiyyat dərsi deyir. DİA.AZ onun açıqlamasını təqdim edir:

"Yoldaşım Musayeva Mətanət Qarakişi qızı ağır xəstədir. Amma ona ayrılan dövlət tərəfindən ödənişləri ala bilməyib..."

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
Tovuz Rayon İcra Hakimiyyətinin 2022-2023-cü illərdə keçirdiyi tenderlər araşdırma yazısını təqdim etmişdik. Həmin yazıda qeyd edilirdi ki, 2022-2023-cü illərdə Tovuzun yollarına 2 milyon manata yaxın vəsait xərclənsə də, reallıq bunun əksini göstərir. Tovuz sakinləri yolların bərbad olduğunu, heç bir təmir işlərinin aparılmadığını bildirmişdi.

Reportyor.info bu dəfə Tovuz Rayon İcra Hakimiyyətinin 2021-ci ildə keçirdiyi tenderləri araşdırıb. Araşdırma nəticəsində aydın olub ki, qurumun müqavilə imzaladığı şirkətlər tender oyunlarında ad çıxarmış biznes subyektləridir. Məsələn, icra hakimiyyəti rayonda abadlıq işlərinin görülməsi ilə bağlı 2021-ci “Raul-2014” MMC ilə maliyyə dəyəri 169 336, 48 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

“Raul-2014” MMC 12 oktyabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin hüquqi ünvanı Tovuz rayonu, Qovlar şəhəri, Ş.Qurbanov küçəsi, ev 42-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundov Məhəmmədəli Fərhad oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumata rast gəlinmir.
Dövlət satınalmalarının elektron portalında yerləşən məlumatlardan aydın olur ki, bu şirkət əsasən Tovuz Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur. Yeri gəlmişkən, “Raul-2014” MMC ilə satınalma müqaviləsi imzalayanda şirkətin yaranmasında 1 il ötüb.
“Dövlət satınalmaları haqqında” Qanunda satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 1 ilin şirkətinin bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür.

Tovuz Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindən biri də “Günay-88” MMC-dir. Qurum Əsrik Cırdaxan, Yanıqlı, Qəribli və İbrahimhacılı kəndlərində yağan leysan yağışların, dolu və sel sularının sakinlərin kəndli təsərrüfatlarına və məişət əşyalarına vurduğu ziyanın aradan qaldırılması işlərinin satın alınması ilə bağlı şirkətlə 41.092 manatlıq müqavilə imzalayıb. Bu şirkət 13 aprel 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonu Qovlar şəhəri, vağzal, ev 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Rasim Əhməd oğludur. Göründüyü kimi 2021-ci ildə yaranan şirkət elə həmin ildə də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Bu arada qeyd edək ki, icra hakimiyyəti bu şirkətlər Şəhidlər Xiyabanında təmir işləri ilə bağlı da satınalma müqaviləsi imzalayıb. Müqavilədən aydın olur ki, təmir işlərinə 106.227,28 AZN xərclənib. Tovuz sakinləri isə iddia edir ki. təmir işləri icra nümayəndələrinin hesabına həyata keçirilib. Özü də vəsait xeyli şişirdilib.

“Günay-88” MMC-nin şübhəli şirkət olduğuna dair daha bir fakt onun qanuni təmsilçisi Rasim Əliyev başqa bir MMC-nin də qanuni təmsilçisi olması ilə bağlıdır.
Söhbət “Taleh-RT” Un Sənayesi Birgə Müəssisəsindən gedir. Bu şirkət 1998-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı barədə bəlumat yoxdur.
“Taleh-RT” MMC “Günay-88” MMC ilə eyni ünvanda qeydiyyatdadır. Bu şirkət də Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Qurum Bozalqanlı, Düz Qırıqlı, Abulbəyli və Aşağı Quşçu kəndlərində tikintisi nəzərdə tutulan uşaq bağçası-körpələr evinin layihə-smeta sənədlərinin hazırlanması işlərini “Taleh-RT” MMC-yə sifariş edib. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 61.065,24 AZN-dir.
Beləliklə, göründüyü kimi “Raul-2014” MMC, “Günay-88” MMC və “Taleh-RT” MMC-nin hüquqi ünvanı Tovuzun Qovlar şəhərində yerləşir.
Bu şirkətlərin yerli məmurlara, yaxud icra başçısı Məmməd Məmmədova yaxın şəxslərə məxsus olması barədə şübhələr var.
 //Reportyor.info//

Dünyapress TV

Xəbər lenti