b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_53fa9be6201afe8898a62ec587cc9591.jpeg
  

 

"Ayrılmışam. Çox xoşbəxtəm. İndi daha rahatam, əsəbi deyiləm. Dostlarım sayəsində depressiyadan tez çıxdım. Oğlumla bərabər yaşayıram".

Bu sözləri aktrisa Xuraman Əlizadə "Tam səmimi" verilişində deyib. O, həyat yoldaşı Murad Xankişiyevlə ayrıldığını təsdiqləyib:

"Allah hamının yolunu açıq eləsin. Qarşı tərəfi də Allah xoşbəxt etsin ki, biz ümumiyyətlə onun yadından çıxaq. Və Allah məni o qədər xoşbəxt etsin ki, yaşadığmız gözəl günləri belə unudum. Hər şey silinsin istəyirəm. Elə şeylər yaşadım ki, bəlkə də heç bir qadın bunları yaşamayıb. Ayrılanda da insan elə ayrılmalıdır ki, xoş münasibət olsun, dost kimi. Çünki mən onun ailəsi, övladının anası olmuşam. Düzdür, o pis insan deyil. Amma ola bilər də insandır, fikri harasa yönələ bilər. Allah onu məndən də xoşbəxt etsin, başı özünə qarışsın. Bəzi şeylər baş verdi, dözə bilmədim. Əslində çox şey danışa bilərəm, amma efirdir". 

Xuraman ayrıldıqdan sonra depressiyaya düşdüyünü bildirib:

"Adi insanın evində baxdığı heyvan 5 ildən sonra öləndə ağlayır. O ki, qaldı belə bir insan həyatından çıxır gedir: sevdiyin, nikahlı həyat yoldaşın. İnsan necə depressiyaya düşməyə bilər? Bu gün gülə-gülə danışıram, heç cür məni ağlada bilməzsiniz. Çox şükür Allaha ki, bu gün rahatam. Artıq evimi sevməyə başlamışam. Bir ara ümumiyyətlə evə getmək istəmirdim. İnsan sənin həyatına gəlirsə, o bir missiya yerinə yetirir. Onun da missiyası oğlumu mənə bəxş etmək idi. Ən gözəl missiya. Bu gün övladımla xoşbəxtəm. Qətiyyən ona demirəm ki, atanla görüşmə. Onunla barışmaq üçün mənə əl yeri qalmayıb. Sadəcə alınmadı deyək. Övladımla bir-birilərini sevirlər. Oğlum zatən böyüyəndə hər şeyi dərk edəcək. Zatən bilir". 

Xuraman bir müddət əvvəl "xəyanətə görə ailəmi dağıtmaram" sözlərinin hələ də keçərli olduğunu deyib:

"Mən əvvəl də demişəm, insan hər şeyə görə ailəni dağıtmaz. Buna görə xanımlar məni daşqalaq etmişdi. Amma yenə də deyirəm, adi bir xəyanətə görə bunu etməzlər. Çünki kişilər beyinləri ilə yox, bədənləri ilə xəyanət edirlər. Çünki adi bir xəyanətə görə ailəni dağımağa dəyməz. İnsan sonra çox peşman olur. O vaxt ailəni dağıdaram ki, bəy kənarda kimisə sevir, onsuz qala bilmir, səni evdə ilan kimi görür, səni danışdırmır, onu üçü artıq bir heç olursan. O başqa bir şey. Amma xırda xəyanətlərə görə ailənizi dağıtmayın, xanımlar. İndi çoxları yenə danışacaq. Amma o xanımların çoxlarının həyat yoldaşı xəyanət edir, mədəni surətdə gözlərini yumurlar. Amma bilsəniz belə ailənizi dağıtmayın, ondan gözəl heç nə yoxdur. Mən həmişə ailə arzulamışam". 

Aktrisa gələcəkdə yenidən ailə qurub-qurmayacağı ilə bağlı suala isə belə reaksiya verib:

"Onu deyə bilmərəm. Oğul böyüdürəm. Amma təklik Allaha məxsusdur. Onu biz heç vaxt deyə bilmərik. Deyir, heç vaxt "heç vaxt" demə. Həyatdır".

Qeyd edək ki, Xuramanın bu evlilikdən Əli adlı bir oğlu var.  (Axşam.az)

Bölmənin digər xəbərləri

01 Aprel 2025 Məşhur ukraynalı müğənni könüllü müharibəyə getdi
01 Aprel 2025 Şuradan "Atası olmayan qız almaram" deyən aparcıya REAKSİYA
31 Mart 2025 Aysun İsmayılova heç vaxt görüşmədiyi atasından DANIŞDI
31 Mart 2025 Özünü erməni sayan müğənninin Bakıda konserti keçiriləcək
30 Mart 2025 “İllərdir “şizofren” əlində qalmışam” - FOTO
30 Mart 2025 Bakıya gələn erməniəsilli müğənni – Bilet qiymətləri rekord həddə
30 Mart 2025 Şəbnəm Tovuzlunun sosial şəbəkələrdə videosu yayıldı
30 Mart 2025 "Bizneslərimin hamısı batdı, bərpa edə bilmədim"
29 Mart 2025 İrem Derici xəstəxanalıq oldu
29 Mart 2025 Nüşabənin Avropada yaşayan övladları - FOTO
28 Mart 2025 Pərvinin lüks villası - VİDEO
27 Mart 2025 “Yalı Çapkın”ın ulduzundan İmamoğluya dəstək gəldi
27 Mart 2025 Ben ilk dəfə Cenifferlə ayrılıq səbəbindən danışdı – Foto
26 Mart 2025 “Yaşıdlarımı görəndə deyirəm ki, özünüzü niyə bu günə qoymusunuz?” – VİDEO
26 Mart 2025 “4 qabırğam qırılıb” – VİDEO
25 Mart 2025 "Bu, dağ kimi dərdinə sinə gərən gücündən bəllidir"
24 Mart 2025 "İnanmazdım ki, övladım sənətdə olan adamla ailə qurar"
24 Mart 2025 “Əl-ayağa dolaşmaqdansa, evində otursun” - Elnarədən qızına
24 Mart 2025 Nazilə Səfərlidən ŞOK AÇIQLAMA: "Gürcüstan toylarına gedən həmin müğənnilər quldurlarla əlbirdir"
24 Mart 2025 Azadlığa buraxılan müğənni: "Günahsız olduğumun ortaya çıxması..."

Dünyapress TV

Xəbər lenti