Ardını oxu...
Müğənni Sevda Sanəliyeva üçüncü dəfə ailə qurmağa hazırlaşır.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda ifaçı özü məlumat yayıb. Belə ki, sənətçi nişanlandığını bildirib.

O, nişan üzüyünün və xonçaların yer aldığı görüntüləri yayımlayıb.

Qeyd edək ki, Sevda bundan əvvəl iki dəfə ailəli olub və ayrılıb. Onun ilk həyat yoldaşı polis olub. Sevdanın iki övladı var.


Ardını oxu...
Məşhur "Bəxtiyar" filmindəki populyar səhnələrdən biri Bakıda yaşanılıb desək, yanılmarıq. Bu barədə Cavid Gözəlov adlı musiqiçi "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edib.
Ardını oxu...
Narazı vətəndaş yazır: " Mən gitara və vokal ifaçısıyam. 31 dekabr 2022-ci ildə Zabitlər parkında yerləşən Xarı-bülbül adlı restoranda bir neçə saat çıxış etdim və mənə haqqım ödənilmədi. Ödənişi kart vasitəsilə 1-2 saat sonra edəcəklərini bildirdilər. Yol pulum belə yoxdur desəm də, mənə heç bir ödəniş olunmadı. Bayram günü gecə saat 4-ə kimi evə gedib çıxa bilmədim. 3-4 gün ard-arda zəng etsəm də, “göndərəcəyik” deyib dəstəyi asdılar. Polis qohumuma müraciət etdim, həll edəcəm desə də, heç nə etmədi. Kimə, hara müraciət edim, bilmirəm. Dəstəyinizə ehtiyacım var".

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Türkiyəli aktrisanın başına qəribə olay gəlib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Türkiyədə "Ciciş" ləqəbi bacılardan olan Ceyda Ersoyun öpüşərkən dili qopub. Bu barədə o, sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Məlumata görə, aktrisanın qopandilinə tikiş qoyulub. C. Ersoy paylaşımda bu sözləri dilə gətirib:

"Öpüşərkən dili qopan tək mənəm görəsən? Çox ağrıyır, çox. Bir normalı tapmaz məni onsuz. Dostlar sağ olun yaxşıyam. Dilim tikildi artıq. Çox yaxşı tanıya bilməmişəm demək. Bir ay öpüşməmişdik amma. Öpüşə bilmir, ya şorgözdür bilmədim. Sizə bir tövsiyə, əqrəb bürclərinə yaxın durmayın".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xalq artisti Könül Xasıyeva uzun müddət sonra paylaşım edib.

"DogruXeber.az" xəbər verir ki, xanəndə videoda "Təbrizim" mahnısını oxuyub.

"Burada otağımda içimdən gəldi ifa etdim. Hər birinizə gözəl günlər, xoşbəxtlik arzulayıram. İnşallah, yenə də Allah görüşməyi nəsib edər" deyə, Xasıyeva bildirib.

Muğam ifaçısı səhhəti ilə bağlı sualları isə cavabsız qoyub.

Qeyd edək ki, K.Xasıyeva bir müddət əvvəl beynində şiş aşkarlandığını və müalicə üçün 254 min manat lazım olduğunu deyib. Müğənni onun sevənlərin yardımı ilə məbləği toplayıb. O, müalicəsinin Almaniyada olacağını vurğulayıb. /Axsam.az

Ardını oxu...
“Atamın böyük arzuları var idi. Şeirlərindən ibarət bir kitab nəşr etdirmək istəyirdi. Əfsuslar olsun ki, yarım qaldı. Atamın “Bəxt üzüyü” filmində çəkildiyi maşın artıq antik avtomobildir. O şəxsi kolleksiyada saxlanılır, onunla bağlı bir layihə etmək istəyirəm. Təbii ki, hər bir şey maddiyata bağlıdır. Tək əldən səs çıxmır. Bir köməkliklə, təkanla nəsə yaratmaq lazımdır. Çünki o sənətkardır, onu yaşatmaq lazımdır, bu hamımızın borcudur. Rafael Dadaşov tək mənim atam olmayıb axı. Xalqın Rafaeli olub. O eldən getdi, evdən yox. Minlərlə insan onun arxasınca ağladı, göz yaşı tökdü. O balacadan böyüyə qədər ürəkləri fəth edən Rafael Dadaşov idi”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib.

“Bir məsəl var, “düz danışan, düzdə qalır”. Amma ən gözəli hər şeyi düzgün danışmaqdır. Hər zaman sözün düzünü demişəm, açıqsözlü olmuşam. Yalandan rol oynamaq uzaqbaşı iki gün çəkər. Sonra hər şey yavaş-yavaş üzə çıxacaq. Yalan baş alıb gedə bilməz. Başdan ayağa səhv addımlar atan və kinli, küdurətli insanlar düzgünlüyü qəbul edə bilməz. Amma normal düşüncəli insan sözün düzü ilə qəbullanır. Kimsə yalanından qalmırsa, mən niyə düzümdən qalım ki?” deyə müğənni bildirib.

“2023-cü ildə ailə üzvlərinizlə, yaxud sənət yoldaşlarınızla barışıqınız gözlənilirmi?” sualına isə müğənni belə cavab verib.

“Mən insanlara qarşı hər zaman səmimi olmuşam, səmimiyyətimlə də seçilmişəm. Məni bilən bilir ki, çox kövrək insanam. Baxır nəyi bağışlayırsan?! Allah bağışlayandırsa, sən də bağışla! Amma baxır kimi, niyə? Cüzi bir səhvə görə insan keçib, bağışlaya bilər. Amma kiminsə qəlbinə toxunanda bu mümkün olmur. Allah səni kimlərdənsə, kimlərisə səndən uzaqlaşdırırsa demək ki, belə məsləhətdir. Bu yalnız yaxşılığa doğrudur. Sənin gözün açılır. Heç vaxt bunun peşmanlığını çəkmirəm. Şükürlər olsun ki, heç vaxt yanılmamışam. Səmimi olmuşam, inanmışam, inandığım anda da dəfələrlə zərbə almışam. O insanı öz ailəmin içinə daxil etmişəm, amma getdikcə görmüşəm ki, bu mənə yalnız zərbə vurur. Bir neçə dəfə şans vermişəm, yenə də düzəlməyib” deyə müğənni bildirib.

Səidə Dadaşova bildirib ki, əksər insanlar yaxınlarının pis gününə sevinir.

“Ümumiyyətlə insanın xoşbəxtliyi, xoş yaşayışı çox adama qıcıq gəlir. Bilmirəm niyə?! Dırnaqarası insanlar var ki, onlar yazıq adamlardır. Atam belələrinə “nişşasniy” adamlar deyirdi. Elə mən də onları bu cür adlandırıram. Bir insan kiminsə ayrılığına, uğursuz ailə həyatına necə sevinə bilər ki?! Oturub sevinirlər! O vaxt ailə həyatı quranda vaxt qoymuşdular ki, bunlar boşanacaqlar! Sən kimsən axı kiminsə ailə həyatına qarışasan?! Arzuları ürəklərində qaldı. Onu da deyim ki, evliliyimizə vaxt qoyan insan özü bu dəqiqə 86 min dəfə ərə gedib, boşanıb. Toyu oldu, bir-iki ay sonra ayrıldı. Ona görə deyiblər ki, heç kimin həyatına, ailə işlərinə qarışma! Mən əslində belə şeylərə sevinirəm. Demək ki, mən varam ki, haqqımda danışırlar. Mən çox güclü insanam. Nə qədər haqqımda danışacaqlarsa, bir o qədər də mənə güc verəcəklər” deyə müğənni bildirib.
Ardını oxu...
Müğənni İlahə Fəda Tacir Şahmalıoğlunun onun haqqında dediklərinə münasibət bildirib.

"DogruXeber.az" Axşam.az-a istinadən xəbər verir ki, "Şou xəbər"ə açıqlama verən İlahə Tacirin Fədayə Laçın haqda danışmasına əsəbiləşib:

"Əl çəkmir: Fədayə elə, İlahə belə. Get, sənətlə məşğul ol. Mənim bacım sənətkardır. Tacir hər zaman onu aşağı çəkib. Biri var musiqiçi, biri də var "manıs". Onunla Fədayəni ayırdım, yaxşı da etdim".

Qeyd edək ki, Tacir İlahə haqda "Bacısı aranı qarışdırmaq istədi, alınmadı. Çünki qalmaqala gedən adam deyiləm. Od olan yerdə su olmaq lazımdır. Odun üstünə benzinlə getmək bir şey deyil. Adım var, hamı məni bir simada tanıyır" sözlərini demişdi.
Ardını oxu...
Türk olmaq istımirəm deyib türkçülüyü öz təbirincə bir qəbahət bilən Nadir Qafarzadənin 18+ fotoları üzə çıxb.

32gun.az başqalarını tənqid edən, öz gözündə tiri görməyən, insanlara əxlaq dərsi verməyə çalışan, müğənnin həmin fotolarını təqdim edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Rusiyanın Xalq artisti, aktrisa Tatyana Kravçenko itkin düşüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb. Bildirilir ki, aktrisa iki gün əvvəl baş rolunda ifa etdiyi tamaşaya gəlməyib.

Bundan başqa, onun həmkarı Stas Sadalski açıqlamasında deyib ki, aktrisa nə zənglərə cavab verir, nə də ondan bir xəbər var.

Qeyd edək ki, 69 yaşlı Tatyana Kravçenkonun aktyor dostu Ruslan Xasbulatovun vəfatından sonra səhhətinin pisləşdiyi və səhnəyə çıxmaqdan imtina etdiyi iddia olunur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Müğənni Ayan Babakişiyeva paylaşımı ilə gündəmə səs salıb.

TEREF.AZ xəbər verir ki, qış tətilini Türkiyənin İstanbul şəhərində keçirən sənətçi tarixi "Hürrəm Sultan Hamamı"na gedib.

Sənətçi hamamın içində böyük hovuza girərək, orada çimib.

Həmin anları isə A.Babakişiyeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Ayan hamamda yayımladığı görüntülərinə "Bura çox tarixi və hekayəsi olan bir məkandır. Yeni ildə bura gəlməyimin də özəl səbəbi var idi" şərhini yazıb.azinforum.az/

 
Ardını oxu...
Müğənni Xatun Əliyeva qış tətilinə Dubaya yollanıb.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi təyyarədən enər-enməz hava limanının çıxışında onu dəbdəbəli "limuzin" markalı avtomobil gözləyib.

Gül çələngi ilə qarşılanan Xatun daha sonra xüsusi olaraq onun üçün sifariş edilən lüks nəqliyyat vasitəsinə əyləşib.

"Limuzin"lə müğənni Dubayın mərkəzinə gəlib.

Həmin anları isə Xatun Əliyeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

VİDEO BURADA: https://player.bizim.media?v=13740&share_user_id=

Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti