Ardını oxu...
“Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir ki... Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir”.

Aktrisa Pərvin Abıyevanın sosial şəbəkə hesabında açdığı son canlı yayımlardan birində dinlə bağlı dediyi bu fikirlər müzakirələrə səbəb oldu.

O Quran və dini qaydalar haqqında çox ehtiyatla danışıb:

“Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir. Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə, Quranı oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənizə yollanım. Düşünürəm ki, Quran oxuyanda başqa olmalısan.

Başımı bağlayım, Quran oxuyum, sonra gedib başqa şey edim... Adam tanıyıram ki, Quran oxuyur, gedib içki də içir, namaz da qılmır. Mən o vaxt oxuyacağam ki, bütün qaydalara əməl edə bilim. Dediklərim, bir az da indiki saxta hacılara aiddir. Həccə gedib, başqası ilə gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb müğənniləri... Elə olur ki, iki sevgilisini bir stolda əyləşdirir. Gözümlə şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisidir”. Məsələyə ilahiyyatçı Turan İrfanın fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Pərvin Abıyeva əslində düz deyir:

“Görünür səmimi adamdır. Başqası olsaydı, yalandan deyəcəkdi “gecələr qalxıb namaz qılıram, Məşhədə 5 dəfə getmişəm, 18 adamı da Həccə göndərmişəm və s.”

Yəni, adamın bir mövqeyi var.

Haçansa özünü hazır hesab etsə, ola bilsin ibadət də etsin.Yəni dünya malı üçün, yaxud reklam üçün ibadət edib ziyarətə getməkdənsə elə Pərvin xanım kimi etmək yaxşıdır. Çünki din riyakarlığı, göstərişi sevmir. Göstəriş üçün edənlər bir vaxt ifşa olurlar. Peyğəmbər bir hədisində buyurur ki, "bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur."

Quran oxuyub ev yıxmaqdansa, oğurluq etməkdənsə, insanlara ziyan vurmaqdansa, oxumayıb düz olmaq, halal yaşamaq daha yaxşıdır. Çünki elə Quranın dediyi və tələb etdiyi də məhz düzlükdür”. İlahiyyatçı təəssüflə qeyd edib ki, bəziləri şan-şöhrət üçün, yaxud pulları çox olduğundan gəzmək üçün Həcc ziyarətinə gedib, özlərinə titul taxdılar və sonra da xoşagəlməz işlər görüb o adı ləkələdilər:

“Əvvələr "hacı" deyəndə rəhmətlik xeyriyyəçi Hacı Zeynəlabidin Tağıyev yada düşərdi, indi isə "hacı" deyəndə müğənni saxlayan oliqarxlar yada düşür. Onu da demək lazımdır ki, dində "hacı, kərbəlayi, məşədi..." kimi rütbə və ya titullar yoxdur. Bunu həmin ziyarət əsnasında insanlar adlarını bilmədikləri ziyarət yoldaşlarına xitab edəndə deyirlər.

Məsələn, "Hacı, zəhmət olmasa mənə yol verin", "Məşhədi, siz də Bakıdan gəlmisiniz?" Ancaq ziyarətdən döndükdən sonra bu kimi təbirlər dinimizdə yoxdur. Ona qalsa ilk "hacı" Həzrət Peyğəmbərimiz özü olub. Yaxud İmamlar olub. Hardasa eşitmisiniz ki, yazsınlar yaxud desinlər "Hacı Məhəmməd əleyhissəlam?" ya da "Hacı İmam Əli əleyhissəlam?" Bunu görə bilməzsiniz.

Deməli, belə nümunə tarixdə yoxdur.

Həccə gedib gələn adam gərək bütün davranışlarına diqqət etsin. Çünki Həcc kiçik Qiyamət hesab olunur. İnsanların yaradanı ilə sanki görüşməsi timsalındadır. Həccə gedib, hələ o adı da üzərinə götürüb aşkarda günah işləri reklam etmək yalnız dini hörmətdən salmaqdır. Din arvadbazlıq, eşqbazlıq vasitəsi deyil. Din əxlaqdır, mənəviyyatdır.

Adam həm namaz qılıb, Quran oxuyub, həm də pis işlərlə məşğul olursa, günahını reklam edirsə o mömin yox, münafiqdir. Yəni, ikiüzlüdür. Adamın yolu bir olar. Ya o tərəfə keç, ya bu tərəfə. Quranı oxumaqdan çox, əməl etmək lazımdır. Bəlkə adam elə bir xeyirxah iş görür ki, hər gün oturub Quran oxumaqdan daha çox savab qazanır. Yəni din təkcə namaz qılıb, Quran oxumaqdan ibarət deyil”.

 

 
Ardını oxu...
 
Türkiyədə yaşayan Azərbaycan əsilli müğənni Tuğba Ekinçi həmkarı Seda Sayan haqqında şok ifadələr işlədib.
Türkiyə mediasının xəbərinə görə, Tuğba Seda Sayanın istifadə olunan qadın olduğunu, ərinin onu pulu üçün sevdiyini bildirib.
“Kişinin pulu, imkanları qadınınkından çox olmalıdır. Qadın varı, şöhrəti, pulu ilə kişidən üstündürsə, kişi o qadının yanında ondan istifadə etmək üçün dayanıb. Üstəlik aralarında çox böyük yaş fərqi var. Seda Sayanı çox sevirəm, amma inciməsin, o, istifadə olunan qadındır, evliliyinin sevgi üzərində qurulmasına inanmıram”,- deyib.
Qeyd edək ki, Seda Sayanın yeddinci əri Çağlar Ötken özündən 25 yaş kiçikdir.
Ardını oxu...
 
Ardını oxu...
Xalq artisti Cavan Zeynallı ilə ailə qurmaq üçün Lətifə adlı xanım efirə çıxıb.

Sözügedən hadisə “Elgizlə izlə” verilişində baş verib.

Lətifə C.Zeynallının gənc yaşlarından pərəstişkarı olduğunu söyləyib:

“Siz əsl cazmensiz. Siz royalda mükəmməl ifa edirsiniz. Cavan müəllim çox alicənab, gözəl insandır. Allah Röya xanıma rəhmət eləsin. Çox üzüldüm və məyus oldum onun vəfatına. Cavan müəllim sadiq və vəfalıdır. İnsanlar sizi çox sevirlər”.

Onun bu sözlərinə isə C.Zeynallı belə cavab verib:

“Ayrı yolu yoxdur. Mən uşaqlıqdan beləyəm. Mən tək deyiləm. Mənim həm Qusarda, həm də Bakıda qohumlarım var. Onlar mənimlə ünsiyyətdə olurlar, zəngləşirik, görüşürük. Evimə gəlib yeməklər bişirirlər. Hərdən mən özüm yemək hazırlayıram. Bizim Lətifə xanımla münasibət qurmağımıza zaman, vaxt lazımdır. Siz isə tələsirsiniz. Bu işlər tələsməklə olmur”.

Mənbə: musavat.com
 
Ardını oxu...
“Qalmaqalın içindən çıxırdım ki, ora düşməyim (gülür). İndi verilişim yoxdur deyə başım sakitdir. Amma hazırlaşıram. İmmunitetim hazırdır. Bütün sinir sistemim pisləşmişdi. Elə səhhətimdəki problemlər bundan sonra yarandı. Hər verilişdən sonra zənglər gəlirdi ki, bunu və bunları niyə efirə verdiniz?”

Bizim.Media-nın məlumatına görə, bu sözləri aparıcı Afaq Gəncəli qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.

Televiziya ulduzu aparıcısı olduğu maqazin verilişinə görə ölümlə hədələndiyini açıqlayıb:

“Uzağa getməyək, Türkiyə və Rusiyanın maqazin verilişlərinə baxanda hamımız deyirik ki, nə gözəldir, ulduzların şəxsi həyatından tutmuş, villasını, qarderobunu, evində çalışan işçisinə qədər hər şeyini göstərirlər. Hamıya bunlar maraqlı gəlir və onlardan danışırlar. Sıra gəlir, çatır bizə. Hər birimizin həyatında nələrsə baş verə bilər. Biz insanıq, ikinci dəfə ailə həyatı da qura, evimizdə hər şeyi göstərə də bilərik. Bizdə hər şey təəccüb və heyrətlə qarşılanır və dərhal “olmaz” sözü deyilir. Əgər biz hər şeyi olduğu kimi, normal qəbul etsək, real həyatda hamımız hər şeyi artıqlaması ilə ifratına qədər belə hər şeyi qəbul edirik. Amma sıra təqdimata gəlib çatanda “aydan arı, sudan duru” məsələsi ortalığa çıxır. Sənin abırın imkan vermir ki, ona deyəsən ki, ay insan, bu axı belə deyil. Amma o utanmır sənə desin ki, bu belə deyil. Çox çətin məsələlərdir. Hətta mənə zəng vurub, ölümlə hədələyiblər. Sən çıxıb bunu desən, biz səni öldürəcəyik. Bunlar boş söhbətlərdir”.

Qeyd edək ki, Afaq Gəncəli illər əvvəl ATV kanalında 10lar” və “ATV maqazin 10larla” şou-biznes xəbərlərindən ibarət olan verilişlərin aparıcısı olub. Afaq ATV kanalından ayrılıb fəaliyyətini “Xəzər” kanalında davam etdirdikdə “Şourum” maqazin verilişinin aparıcısı olub.

Daha sonra veriliş yayımdan qaldırılıb. Afaq üç ilə yaxın həmkarı Tural Əsədovla “Səhər mərkəzi” verilişini aparıb. Səhhəti pisləşdikdən sonra aparıcı verilişdən ayrılmaq məcburiyyətində qalıb.

 
Ardını oxu...
"Mənim üçün apardığım verilişin maraqlı olması önəmlidir. Nəinki bəzənib-düzənim, pomada vurum, çıxım efirə, camaat da desin ki, "nə deyəcək ki, o bizə?". Həddindən artıq efirdən öncə görünüşünə vaxt sərf edən aparıcılar var. Onlar peşkar deyil. Müəyyən vaxt çərçivəsində aydındır ki, saçı da düzəldərlər, amma həddən aşırı: Bu pencəyin rəngi xoşuma gəlmədi, filan pomada yox, bunu belə edək, saçımı bir az da buraq, havalı edək. İllər ərzində təcrübələrimə əsaslanaraq deyirəm ki, belə aparıcılar efirdə yadda qalmayıblar, orada deyillər".

Axşam.az bildirir ki, bu sözləri aparıcı Aytən Səfərova "Mirinin dibçəyi" yutub layihəsində deyib. O, verilişlərinin reytinqlərinə və aparıcıların proqramlarda müğənnilərin şəxsi həyatlarına toxunmasına münasibət bildirib:

"Bəzən də baxırsan ki, ağzının danışığını bilməyənlər, "adə", "hıı" deyə danışanlar olurlar reytinqdə. Bəlkə də insanlar ona sirk kimi baxır. Bu gün brifinqlərə jurnalistlər çağırılır, bəzən qurumlardan deyirlər ki, sual verməyin. Sən brifinqə jurnalisti çağırmısansa, ona bunu necə deyə bilərsən? Deməli, jurnalistə hörmət etmirsən. Mən olsam orada çıxıb deyərəm ki, jurnalistin işi sual verməkdir. Və məni narahat edən sualı verərəm. Bu gün qurumların münasibəti də, bilmirəm naşı jurnalistləri çox görüblər, peşəkar olmayan müxbirləri görüblər. Bəzən gənc nəsilə deyirsən ki, bunu elə yox belə et, görürsən ki, xətrinə dəyir. Polad döyüldükcə bərkiyir. Elə bilirsiniz, məni 26 ildə tənqid etməyiblər, ağlamamışam? Efirlərdən kənarlaşdırılmışam, ağlamışam da. Amma bu günə qədər bir dənə də olsun reytinq verməyən veriliş aparmamışam. Aydındır ki, aparıcın görkəmi səliqəli olmalıdır. Amma verilişin məğzi olmalıdır, məzmununu düşünmək lazımdır.

Aparıcı var, deyir ki, studiyam pisdir, ona görə reytinq az gəlir. Xeyr, sən bir çəlləyin içində efir apar, əgər maraqlı danışırsansa, ağzını açanda faktlara əsalanırsansa, söz azadlığı olsa da, söz özübaşnalığı olmamalıdır. Dünyanın istənilən yerində azadlıq müəyyən çərçivəyə qədərdir. İnsanın öz daxili çərçivəsi olmalıdır. Filankəsin anası, bacısı demək, şəxsi həyata müdaxilə jurnalistika deyil. Heç kimin ixtiyarı yoxdur, ailə içinə, şəxsi işə qarışsın".

Aytən "aparıcı Zaur Kamal və ya başqası olsun, qoyur sənət adamını qabağına şəxsi həyatından tut hər şeyə toxunur" sualına belə reaksiya verib:

"Bayaq dediniz, bayağılıq. Bax, bu odur. Zauru efirə çıxaran adamlar var. Bu qədər".
 
Ardını oxu...
"Təsir dairəsi"nin 3 gün əvvəl yayımlanan buraxılışında müğənni Tacir Şahmalıoğlu 31 il sonra qardaşının övladı ilə görüşüb.

Studiyada İntiqamı Tacir Şahmalıoğlu ilə yanaşı, sənətçinin oğlu və digər əmisi qarşılayıblar.

Onlar görüşərkən göz yaşlarını saxlaya bilməyiblər.

Qeyd edək ki, bu olay sosial şəbəkələrdə heç də birmənalı qarşılanmayıb.

Şəhid qardaşı, ictimai fəal Elyar İslamoğlu da müğənniyə sərt reaksiyası ilə diqqətə gəlib:

"Müğənni Tacirin 31 ildir tapıb görüşə bilmədiyi şəhid qardaşının oğlunu verilişdə 31 dəqiqəyə tapıblar.

Adam ən azından qanından, canından olan şəhid yadigarına illərlə sahib çıxmadığı üçün utandığından efirə çıxmaz".


Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Aparıcı-aktrisa Aysel Nazim şəxsi həyatı ilə bağlı heç yerdə danışmadığı faktları açıqlayıb.
Yenicag.az-a danışan aktrisa başına dəhşətli hadisələr gəldiyini, ona cadu olunduğunu, ailəsinin də buna görə dağıldığını deyib:

“Həyat yoldaşımın yaxın qohumlarından biri paltarımı aldı ki, geyinim, sonra qaytaracam. Paltarımı geri alandan sonra ağır xəstəlik keçirtdim, yatağa düşdüm. Həmin ərəfədə bətnimdəki üçaylıq körpəmi itirdim. Hara gedirdimsə, həkimlər əlac edə bilmirdi. Yuxuda bir nurani insan mənə dedi: “Sənin paltarına cadu olunub ki, xəstəlik tapasan, ailən dağılsın”.

Həqiqətən də paltarıma baxdım ki, ləkə var, dedilər ki, qurd yağı çəkiblər. Buna görə də ikinci övladıma hamilə olanda hamıdan gizlətdim. Qorxdum ki, yenə cadu edərlər və övladımı itirərəm. Dəfələrlə həyat yoldaşımla aramızda qovğalar yaşandı, bir neçə dəfə ayrılıb-barışdıq. Axırda ailəmiz dağıldı. Amma mənə pislik edən həmin qadının da başına olmazın müsibətlər gəldi, onun da ailəsi dağıldı. Cadu-piti etdirən insan sonda özü də ziyan çəkir”.
 

Ardını oxu...
Müğənni və bəstəkar Pərviz Mahmudov yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.
“Ağrısı mənim” adlı yeni mahnının musiqisi sənətçinin özünə, sözləri Mətanət Pirquliyevaya, aranjimanı isə Camal Qurbanova məxsusdur.

Ardını oxu...
Ardını oxu...

Fotoqraf Azad Qasımzadənin kamerası önünə keçən Mahmudov yeni mahnısı üçün xüsusi fotosessiya etdirib.
Mahnı Pərviz Mahmudovun rəsmi “YouTube” kanalında yayımlanıb.

 

 

Ardını oxu...
 
“Təbliğatda ən böyük rol televiziyaların payına düşür. Nəyi televiziyada təbliğ etsələr, tamaşaçılara nəyi “yedizdirsələr” o da “yeyiləcək”, təbliğ olunacaq, o zövqüdə formalaşdıracaq”. 
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib.
Sənətçi bayağı müğənnilərin və onların oxuduğu bayağı mahnıların bu qədər populyar olmasında günahı televiziyada gördüyünü bildirib:
“O zamanlar televiziyalarda hər yoldan keçəni efirə buraxmırdılar. Çox ciddi nəzarət vardı. Lakin indi belə deyil”. 
Proqramın aparıcısı Zaur Baxşəliyev “O dövrdə “ABBA” kanalında bayağı dediyimiz musiqilərə az kliplər çəkilmişdi?” deyə Elnarəyə sual ünvanlayıb.
Xəlilova isə cavabında “O mahnıları tənqid edən “ABBA” kanalında “Qatıq kliplər” adlı rubrika vardı” sözlərini dilə gətirib.
Aparıcı bu anda “Elə o “Qatıq kliplər” dediklərinizi – “qatıqlaya-qatıqlaya” gəlib populyar edirlər də... İnsan necə populyar olur, “qatıqlaya-qatıqlaya”. Yəni belə populyar olurlar da... Ağılla-başla populyar ola bilmir axı... ” kəlimələri gülərək ifadə edib. 

Dünyapress TV

Xəbər lenti