Ardını oxu...
Aparıcı Xoşqədəm Hidayətqızı son günlər həyat yoldaşı, müğənni Doğuşla bağlı yayılan məlumatlardan danışıb.

Teref.Az Lent.Az-a istinadla xəbər verir ki, o, canlı efirdə Doğuşa zəng edib.

Aparıcı Doğuşdan haqqında yayılan məlumatlara görə açıqlama istəyib. Lakin Doğuş iclasda olduğunu, danışa bilmədiyini deyib. Xoşqədəm Hidayətqızıdan bir müddət sonra zəng etməsini xahiş edib.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün iki övladı var. Onların "ailə tablosu" çərçivəsində birgə apardıqları verilişləri də var.

Ötən gün Türkiyənin "SHOW TV" kanalında yayımlanan "Vaz Keçmə" adlı proqrama qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.

O bildirib ki, Doğuş bu münasibətlərini arvadı bilərsə, uşaqlarını onun əlindən alacağından qorxurmuş. Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının hikkəli xarakterli olmasından bəhs edib və ondan çəkindiyini deyib.

Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini susdurmaq üçün satdığını deyib. Çünki sevgilisi onun Doğuşla münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş. Esra Doğuşun ona boşanacağını və onunla evlənəcəyini vəd etdiyini deyib.

 

Ardını oxu...
 
Müğənni Roza Zərgərliyə ağır itki üz verib. 
Sənətçinin atası Zərgər Əliyev ötən gecə dünyasını dəyişib. 
O, xərçəngdən əziyyət çəkirdi.
  • Ardını oxu...
Ardını oxu...
 
Türkiyəli şoumen Mehmet Ali Erbil sevgilisi Gülseren Ceylandan ayrılıb. 

Türkiyə KİV xəbər verir ki, bu barədə Gülseren özü bildirib. 

Qeyd edək ki, bir müdət əvvəl Mehmet Ali Erbil 6-cı dəfə evlənəcəyini açıqlamışdı. 66 yaşlı Erbil özündən 40 yaş kiçik gənc sevgilisi Gülseren Ceylanla ailə quracağını bildirmişdi. Şoumen sevgilisinə üzük alaraq evlənmə təklifi də etmişdi. Türkiyədə yayımlanan verilişlərdən birinə telefonla bağlanan Ceylan Erbili çox sevdiyini və gözünün ondan başqa heç kimi görmədiyini demişdi.
Ardını oxu...
 
Ardını oxu...
Aşıq Əlinin efirdə “Qadın evdə ancaq uşağı tərbiyə edə, yeməyini bişirə bilər. Necə yəni qadın söz desin? Qadının özünə məsləhət lazımdır, o necə məsləhət verə bilər” məzmunlu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçinin bu sözləri xüsusilə, qadınlar tərəfindən sərt təpki ilə qarşılanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən Əməkdar artist Şölə Səfərəliyeva “mənəm-mənəm” deyən bir çox kişilərin evdə qadınları tərəfindən idarə olunduğunu bildirib:

“Hər kəs şəxsi fikir söyləməkdə azaddır, o cümlədən də Aşıq Əli. Amma ən azı onun ailəli xanım həmkarları arasında yetərincə ağıllı qadınlar var. Belə çıxır ki, heç kim işləməməlidir və evdə kişi nə deyirsə, qadın onun sözü ilə oturub-durmalıdır.

Bir vətəndaş olaraq mövqeyim budur ki, hər kəsin söz deməyə haqqı çatır və qadınları aşağılamaq qətiyyən lazım deyil. Bu gün “mənəm-mənəm” deyən bir çox kişilər özləri də bilmədən xanımlarının onlara şüuraltı göstərdikləri yolla gedirlər. Amma elə bilirlər bu, onların öz qərarıdır. Necə ki, deyirlər, kişi başdır, qadın boyun, elələrini evdə xanım idarə edir.

Təəssüf ki, cəmiyyətimizdə bəzi kişilər cahil və savadsız xanımlarla ailə qurmaq arzusundadırlar. Məqsəd də odur ki, təki qadın evdə öz sözünü deyə bilməsin. Amma bir neçə ildən sonra həmin xanımlar da evdə söz, ixtiyar sahibi ola bilirlər.

Sən necə deyə bilərsən ki, qadın yalnız uşaq böyütməlidir, söz demək haqqı olmamalıdır. Bəlkə sən elə bir səhv addım atacaqsan ki, kənardan bunu görən xanımın, yaxud da ailənin digər xanım üzvü o məqamda sənə məsləhət verə, kömək edə, yol göstərə və səni böyük bir bəladan qurtara bilər”.
 
 
 
Ardını oxu...
"Təsir dairəsi" ictimai-sosial verilişinin efirində qalmaqal yaşanıb.
Hurriyyet.az bizim media-ya istinadla xəbər verir ki, sözügedən proqrama problemi ilə bağlı müraciət edən Ramal adlı şəxslə verilişdə ekspert qismində iştirak edən şair və jurnaliat Anar Vəziroğlu arasında mübahisə düşüb.
İş o yerə çatıb ki, A.Vəziroğlu Ramal adlı şəxsə hücum çəkərək, onu nalayiq ifadələrlə təhqir edib. Tərəfləri ayırmaq üçün verilişin mühafizəsi studiyaya daxil olub.
Həmin anlar isə proqramın canlı efirində yayımlanıb:

 
Ardını oxu...
”Ayan Babakişiyeva oğlumu pis vərdişlərə cəlb edir, onlar əlbir olub 30 min pulumu oğurlayıb”
Bakı şəhər sakini Hacızadə Rövşən Azad oğlu Nərimanov rayon prokurorluğuna,oğlu,1995-ci il təvəllüdlü Hacızadə Rəşad Rövşən oğlunun, 1989-cu il təvəllüdlü Babakişiyeva Ayan Vidadi qızı ilə əlbir olaraq bu ilin yanvar ayında ona məxsuz ofisdən 30 min manat pulun oğurlanması barədə müraciət edib.
Ardını oxu...
Rövşən Hacızadə Nərimanov rayon prokurorluğuna etdiyi həmin müraciətdə,Bakı şəhər Nərimanov rayonu,Teymur Əliyev küçəsi “122-A” ünvanında yerləşən həmin ofisdə olan 30 min manat pulunun,oğlu Rəşad Hacızadə ilə müğənni Ayan Babakişiyeva tərəfindən oğurlanaraq ələ keçirildiyini iddia edib.

Ardını oxu...
Şikayət ərizəsində Rövşən Hacızadə müğənni Ayan Babakişiyevanın onun oğlunu, Rəşad Hacızadəni pis vərdişlərə cəlb etdiyini bildirib.
Azərbaycan Reallığı
 

 

Ardını oxu...
 
"Əslində, İbrahim Borçalı ilə toya getdik. Sonra başqa bir toy dəvəti gəldi. Qaldım, toylara getdim. Sonra da pandemiya başladı, qayıda bilmədim. 2 ay sonra Rusiyada toy başladı, Azərbaycanda isə olmurdu. Ona görə də qaldım Rusiyada və 4 ildirdən çoxdur oradayam".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın "Həmin Zaur" proqramında deyib.
İfaçı uzun müddət Rusiyada yaşamasının səbəbini açıqlayıb. 
Fədayə qardaşı ilə aralarında olan soyuq münasibətdən də söz açıb:
"Dalaşqan insan deyiləm. O, ögey qardaşımdır. Atamız bir, anamız ayrıdır. Hardasa görəndə "salam" verirəm, küsülü deyiləm".
Müğənni Əməkdar artist Könül Kərimovanın "Oğluma uzunsaç qız axtarıram" sözlərinə "Saçın nə fərqi var? Qızın daxili zəngin olsun. Ailə qurmaq üçün saç lazımdır?" təpkisini verib. 
Milli.Az
 
Ardını oxu...
Aktrisa, müğənni və model Paris Hilton Hollivudda ilk Helluin şənliklərindən birinə müğənni Britni Spirsin obrazında gəlib.

O, 2003-cü ilin məşhur “Toxic” klipində Spirsin açıq-saçıq stüardessa görünüşündə qatılıb.

Partidə həmçinin Castin Biber, Meqan Foks, Edvard Norton, Sindi Krouford, Kaya Gerber, Tobi Maquayr, Paris Cekson və digər məşhurlar da iştirak ediblər.
Ardını oxu...
Mənbə: gazeta.ru
 

Dünyapress TV

Xəbər lenti