Müğənni Xatun Əliyeva qış tətilinə Dubaya yollanıb.
DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçi təyyarədən enər-enməz hava limanının çıxışında onu dəbdəbəli "limuzin" markalı avtomobil gözləyib.
Gül çələngi ilə qarşılanan Xatun daha sonra xüsusi olaraq onun üçün sifariş edilən lüks nəqliyyat vasitəsinə əyləşib.
"Limuzin"lə müğənni Dubayın mərkəzinə gəlib.
Həmin anları isə Xatun Əliyeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.