Ardını oxu...
Aparıcı və aktyor Şəhriyar Əbilov plastik əməliyyat etdirib.
Bizim.Media xəbər verir ki, bu haqda Şəhriyar sosial şəbəkə hesabında məlumat yayıb.
Əbilov bildirib ki, o illərdir kompleks çəkdiyi qarın nahiyyəsində olan artıq piylərdən "liposaksiya" (piy sovdurma - red.) əməliyyatı ilə azad olub.
Şəhriyarın əməliyyatı yerli klinikaların birində icra olunub.

 
Ardını oxu...
Tiktok sosial şəbəkəsinin rəhbərliyi aylıq abunələri sınaqdan keçirməyə başlayır.

Teref.az axşam.az-a istinadən bildirir ki, premium giriş sınaq zamanı 4,99 dollara başa gələcək. Ödəniş edən istifadəçilər tiktok videolarına reklamsız baxa biləcəklər.

Abunəliyi olan istifadəçilərin başqa hansı üstünlükləri əldə edəcəyi isə hələlik açıqlanmayıb.
 

 
Ardını oxu...
 
“Azad Azərbaycan” telekanalının məşhur aparıcıları işdən çıxıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, “Bağ mövsümü” və “ATV səhər” proqramlarının aparıcısı Murad Əzimzadə, “Qonağım ol” verilişinin aparıcısı Günay Firuddinqızı və “Axşamın oyunu” verilişinin aparıcısı, aktyor Azər Axşam telekanalla yollarını ayırıblar. 

Onların bundan sonra hansı kanalda çalışacaqları sual altındadır. 

Qeyd edək ki, ötən mövsüm Vüsalə Əlizadə “ATV” kanalında yayımlanan, aparıcısı olduğu “7 canlı” proqramından ayrılıb.
O, daha sonra öz xahişi ilə çalışdığı ATV kanalından çıxıb. Aparıcı bu mövsümdən etibarən fəaliyyətini “Xəzər” televiziyasında davam etdirəcək. Əlizadə sözügedən kanalda “İncə səhər” proqramı ilə tamaşaçıların qarşısına çıxacaq. 
Ardını oxu...
Tıvorlu İsmail adı ilə tanınan fenomen müğənni İsmail Aşkan oğlu Mazlum Aşkana toy edib.

İfaçının övladı İraqdan olan Zine Ataman adlı qadınla evlənib. Cütlük Şırnakda 2 gün 2 gecə toy edib.

Toydan isə 6,9 milyon lirə (təxminən 384 min manat) dəyərində qızıl və pul yığılıb.

Gevdan əşirətinin üzvü olan İsmail toya bir çox bələdiyyə sədrini, əşirət rəhbərlərini dəvət edib. Gələn qonaqlar üçün 2 ton yemək hazırlanıb. Toyda bəyə 5 milyon 200 min lirə dəyərində qızıl və pul, gəlinə isə 1 kiloqram qızıl və 75 min lirə taxılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

 

Ardını oxu...
 
Təxminən 5 ay əvvəl misirli Məhəmməd Əlsaloussi  ilə evlənən Şeyma Subaşı bu gün Beykoz Ədliyyəsində keçirilən məhkəmədə boşanıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 
Xatırladaq ki,  Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı mayın 2-də misirli Məhəmməd Əlsaloussi ilə ailə həyatı qurub. Evlilikdə psixoloji zorakılıq iddialarından sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.
Bu gün boşanan cütlükdən hələlik heç bir açıqlama verilməyib.
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
  • Ardını oxu...
Ardını oxu...
Так уж случилось, что в последнее время Маргарита Симоньян и ее супруг Тигран Кеосаян активно обсуждают Максима Галкина и его семью. Им не нравится тот факт, что юморист осудил действия правительства и переехал в Израиль.
Кеосаян, в отличие от Галкина, поддерживает Россию и оправдывает все ужасные действия, которые происходят на территории соседней страны.

Против Галкина ополчились все поклонники Тиграна, хотя юмористу как-то плевать на это положение дел. Он знает, что отвечать таким недоброжелателям.
Зная о том, насколько продажным человеком является супруг Симоньян, он сказал, что его цена — 7 копеек.

Ответ достойный. Не находите?
Чем закончится перепалка Тиграна и известного юмориста, пока неизвестно. Но, возможно, юмористу не стоит вступать в конфликт с Галкиным?
/vottaktak.ru/
 
 
Ardını oxu...
Son günlər bir çox toyların təxirə düşməsi ilə bağlı xəbərlər eşidirik. Toyu edənlər də bunun üçün kənardan bir qədər xəcalətli görünür sanki.
Bu əsasən də sentyabrın 20-si ölkəmizin Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbiri keçirməsi ilə bağlıdır. Bunun nəticəsində arzusunda olduğumuz torpaqlarımızı qovuşub, ölkəmizin suverenliyini təsdiqləndi. Qələbə sevinci yaşasaq da, bir tərəfdən şəhid xəbərlərinə hüznləndik.

Bununla yanaşı, bu ərəfələrdə Məhərrəmlik ayı bitib, toylar başlayıb. Lakin şəhid xəbərlərindən sonra bəzi toylar təxirə salınıb.
Maraqlıdır, belə bir vəziyyətdə müğənnilərin yeni mövsümlə bağlı planları nədir və hansı yenilikləri var?

Teref.az bildirir ki, Lent.az saytı bu barədə bir neçə müğənniyə müraciət edib.

Müğənni Manaf Ağayev yeni mövsümün açılmasına baxmayaraq, şəhidlərə görə toylarını təxirə saldığını bildirib:
“Yeni mövsümdə iki yeni mahnı təqdim edəcəm. Mahnıların təqdimatını noyabr ayına planlaşdırıram. Məhərrəmlik ayı bitsə də, toyları şəhidlərə görə təxirə salmışam”.

Müğənni Abbas Bağırov yaradıcılıqla bağlı hələlik heç nə danışa bilməyəcəyini deyib:

“Çünki bu dəqiqə maraqlarımız ölkəmizdə baş verən hadisələrdədir. Təbii ki, həm sevinirik, həm də kədərlənirik. Sevinirik ona görə ki, Azərbaycanımızın ərazi bütövlüyü tamamlanıb. Eyni zamanda kədərlənirik çünki igid oğullarımızı itirdik. Allah şəhidlərimizə rəhmət eləsin. Amma toylarla bağlı hələ ki, heç bir planım yoxdur”.

İfaçı Əflatun Qubadov yeni mövsümdə toylara davam etdiyini bildirib:
“Bəli, artıq Məhərrəmlik ayı bitdi, toylar davam edir. Mən də dəvət aldığım toylarda iştirak edirəm. Yeni mövsümdə sizlərə yeni mahnılar da təqdim edəcəm. Mahnıların təqdimatını “Yeni il”-ə yaxın bir tarixə planlaşdırıram”.

Məşhur müğənni Zamiq Hüseynov isə hər zaman öz üzərində çalışdığını deyib:

“Mən hər zaman kariyeram üzərində çalışıram. Son zamanlarda Cəlal Qurbanovla birlikdə üzərində çalışdığımız “Mənim Atam Qəhrəmandır” mahnısını sizlərə təqdim etdik. Bu mahnı bizlər üçün də çox özəl bir layihə oldu, çünki bu şəhid övladları ilə birlikdə hazırlanıb. Təbii ki, yeni mövsümdə də hər zaman olduğu kimi sizlərə yeni mahnılar təqdim edəcəm”.

Müğənni Əlikram Bayramov toylara getmədiyini bildirib:

“Xeyir, toylarda iştirak etmirəm. Hazırda ölkəmizdə qələbə ilə birlikdə hüzn də var. Bir yerimiz sevinsə də, bir yerimiz kədər doludur, çünki şəhidlərimiz var. Belə halda insanın vicdanı yol vermir toylara getməyə. Mənim də yaxın dostumun oğlu şəhid olub. Acı hamımızın acısıdır. Allah şəhidlərimizə rəhmət eləsin”.

Müğənni Nazənin toylara dəvət aldığını qeyd edib:

“Bəli toylara dəvət alıram. Yeni mövsümdə sizlərə iki yeni ifa təqdim edəcəm. Mahnıların təqdimatını oktyabr ayına planlaşdırıram”.

Nüşabə Ələsgərli indi başının qarışıq olduğunu bildirib:

“Yeni mövsümdə biraz başım qarışıqdı. Məktəblər təzə açılıb yeni-yeni alışırıq. Noyabr ayına yeni mahnılar təqdim edəcəm”.
 
 
 
Ardını oxu...
“Geyimimlə bağlı mənə yazılan tənqidi rəylərin heç birini qəbul etmirəm. Onların yazdıqlarına əhəmiyyət belə vermirəm. Geyinmişəm, geyinirəm, geyinəcəm də. Əcəb edirəm, yaxşı edirəm. Yaşar Nurinin adını az hallandırın! Elə etməyin ki, sizin başqa cür, məhkəmədə görüşək! Yaşar Nurinin sağlığında da belə geyinirdim! Mənim atam kişi kimi yaşayıb, kişi kimi öldü. Bir şey olmamış yazırlar ki, Yaşar Nurinin qızı açıq-saçıq geyindi! Yaşar Nurinin qızı geyinə bilməz?! O qədər məşhurlar var ki, az qalırlar səhnəyə lüt çıxsınlar! Yazsınlar da onlar haqda, niyə yazmırlar?! Bəzi səhifələr, saytlar özlərinə reytinq qazanmaq istəyirlərsə icazə verirəm. Təki mənim məşhurluğumdan reytinq qazansınlar”. Teref.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı deyib.

O daha sonra əlavə edib.

“Mən müğənniyəm! Bu mənim öz həyatım, düşüncəmdir. Geyimin insanın əxlaqı ilə heç bir əlaqəsi yoxdur. Geyimə görə insana dəyər vermirlər. Yaşar Nurinin qızının əsgərlərə verdiyi konsertləri, şəhid anaları ilə görüşlərini gündəmə gətirsinlər. Yaşar Nurinin qızının etdiyi yaxşı şeyləri işıqlandırsınlar da. Bu axı onlara sərf etmir!” deyə o bildirib.

Ülkər Yaşarqızı bildirib ki, indiyə qədər heç kimdən dəstək görməyib.

“Atamın heç bir sənət dostu mənə dəstək olmayıb. Heç gözləmirəm də, istəmirəm də. Dəstəkçim yoxdur, göydə Allah, yerdə özüməm. Özümə sponsor da axtarmıram. Allah qismət edərsə həyatıma gələn biri mənə dəstək olar. Mən nəyəsə görə kimlərinsə qabağında əyilməmişəm. Əyilsəydim bu dəqiqə 5 villam, 10 maşınım, hər cür şəraitim olardı. Bu günki şəraitimə də çox şükür edirəm. Hər şeyi özüm əldə etmişəm. Şükür Allaha sevilirəm, məni öz məclislərinə dəvət edənlər də var. Oramı-buramı şişirtməmişəm, hər şeyim təbiidir, özümünküdür. Allah nə veribsə odur” deyə müğənni bildirib.
Ardını oxu...
Aparıcı Xoşqədəm Hidayətqızı efirə qayıdacağı günü açıqlayıb.
Teref.az Manset.az-a istinadla xəbər verir ki, yay tətilinə yollanan aparıcı sentyabrın 25-dən yenidən tamaşaçıların qarşısına çıxacağını bildirib.

Xoşqədəm "Səni axtarıram" proqramının yeni mövsümdə də ARB kanalında yayımlanacağını qeyd edib.
 

Ardını oxu...
“Allahdan şəhidlərimizə rəhmət diləyirəm. 37 saatlıq döyüşü mən onların intiqamı sayıram. Cənab prezident, Ali Baş Komandan bir daha Azərbaycan dövlətinin qüdrətini və xalqla dövlətin birliyini nümayiş etdirdi. O dəfələrlə təkrar etdi ki, dəmir yumruq yenə də öz yerindədir. Bunu başa düşən xalq ermənilər kimi rəftar etməzdi. Amma bu dəfə belə izah etdilər ki, onlarda silahlı qruplardır, falan. Neynək? Eybi yoxdur! Sabahkı danışıqdan çox şey asılıdır. Amma onu bilirəm ki, erməni heç vaxt türkü qəbul etməyəcək, türklə dostluq etməyəcək. Onların bağladıqları sazişlər də, verdikləri sözlərin də hamısı yalan olacaq”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.

“Allah böyükdür, hər dəfə yalnış addım atanda bizi ayıldır ki, onlara inanmayın. Həqiqətən də onların insan olduğuna, onların da Allah tərəfindən yaradıldığına bəzən şübhə ilə yanaşıram. İnanın! Əlbəttə ki, həm sevinirəm ki, lokal hərbi əməliyyatlar dayandırıldı, həm də şəhidlərimizə kədərlənirəm. Hətta Şuşada mülkü vətəndaşı belə iş başında öldürdülər. Güc-bəla ilə qurub-yaratdığımız Şuşanı da yaraladılar. Bu yaralar sağalar, şəhid yarasından başqa. Təki vətən bütöv olsun. Təki Ali Baş Komandanın yanında olmağımız, ona olan sədaqətimiz, ona olan inamımız sarsılmasın. Həmişə Azərbaycanımız üçün atdığımız addımların daha möhkəmini, daha iradəlisini ataq. Torpaqlarımız bizim nəzarətimizə keçəndən sonra əlbəttə ki, ora ilk gedənlərdən biri də mən olacağam” deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlər tarixin yaddaşından silinməyəcək.

“Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünü başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, o niyə belə deyir? Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir?! Mən bu faciəni bütün nəslimə, övladlarıma, ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti