“Sərbəst yaşayım, amma pulunu sən ödə” -
"Azərbaycanda əksər gənclər uzun illər özləri qərar vermirlər. Onların həyatlarındakı bütün qərarları valideynləri verir".

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, buna görə də belə şəxslər böyüyəndə ailələrindən asılı vəziyyətə qalırlar:

"Əslində, ata-anası da zamanında şəxsi qərar verməyən övladlar bunun doğru olub-olmadığını bilmək üçün dünya görüşünün formalaşması mərhələsini keçməlidir. Lakin bu baş vermədiyi üçün valideynlər də övladlarının özlərindən kənarda sərbəst yaşamasını istəmirlər. Çünki azadlıq verəcəkləri təqdirdə, övladlarının "nə oyundan çıxa biləcəklərini" təxmin edirlər. Yəni valideynlər tərbiyədə yol verdiyi boşluqlara görə övladlarının nəzarətdən kənara çıxmasını istəmirlər. Başqa sözlə desək, onların "ipini boş buraxmağa" müsbət yanaşmırlar".

Mütəxəssis vurğulayıb ki, azadlıq sadəcə sərbəst olmaq deyil:

"Azadlıq həm də öz sərhədlərini bilərək, sərhədlərinin içində sərbəst olmaqdır. Lakin təəssüflər olsun ki, bizdə bu anlayış bir az yanlış anlaşılır. Bizdə hər kəsin içində istədiyi kimi azad ola biləcəklərini düşünürlər. Hərçənd ki, başqasının azadlığı başlayan yerdə sənin azadlığın bitir. Yəni hər kəs öz sərhədləri daxilində azad olmalıdır". Psixoloqun sözlərinə görə, əksər valideynlər övladlarına azadlıq vermək istəmirlər:

"Bizdə ailələrdə əsasən, "uşaq səs etməz" və ya "valideyn hər zaman haqlıdır" təfəkkürü olub. Bu şüurla böyümüş fərddən isə evində övladına özü ilə bərabər hüquq verməsini gözləmək mümkün deyil. Əslində, Azərbaycan ailələrində uşaqlar da azadlığı səhv başa düşürlər. Onlar elə bilirlər ki, azadlıq istədiyi hər yerə getmək və ya evə arzuladığı vaxta evə gəlməkdir. Yəni bizdə azadlıq belə ölçülür".

Lakin mütəxəssis qeyd edib ki, azadlıq həm də məsuliyyətdir:

"Gənclər başa düşməlidirlər ki, azadlıq həm də geyimlərini almaq, kommunal xərclərini ödəmək və çörək pulunu qazanmaqdır. Bu mənada azadlıq həm də məsuliyyət tələb edir. Ancaq əfsuslar olsun ki, bizdə azadlıq birtərəfli olur. Övlad istədiyini edir, amma onun kommunal xərclərini valideyn ödəyir, hətta evini də alır. Bu baxımdan, azadlıq yox, asılılıq var. Belə səbəblərə görə də gənclərin əksəriyyəti sərbəst yaşamağa meyil etmirlər". Əfsanə Rüstəmova fikirlərini belə əsaslandırıb:

"Gənclərin böyük əksəriyyəti maddi cəhətdən çətinlik çəkməmək üçün ailələri ilə birlikdə yaşayırlar və ayrı qalmağa meyil etmirlər. Bir növ bu məsuliyyəti almaq istəmirlər. Əziyyət çəkməkdənsə, ailələrinin yanında rahat yaşamağı seçirlər. Lakin düşünürəm ki, bu yanaşma insanın öz şəxsiyyətinə hörmət etmədiyini göstərir. Həmçinin, öz gücünə və potensialına bələd olmayan gənclər sərbəst yaşamağı uğurlu həyat hesab etmirlər".
 

Bölmənin digər xəbərləri

01 Aprel 2025 Prezidentdən MÜHÜM FƏRMAN - Bu uşaqlara birdəfəlik müavinət ödəniləcək
30 Mart 2025 Əfqanıstanda bayram qabağı əfv elan olundu
29 Mart 2025 Sənədsiz evlər probleminin həlli niyə gecikir?
28 Mart 2025 Ağcabədi sakini qızının pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - QARŞI TƏRƏF İSƏ...
28 Mart 2025 Naxçıvan İstilik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - "Bayram pulunun 70 faizini kəsib, 30 faizini verirlər"
28 Mart 2025 Vətəndaş evdən çıxmırsa, əmlakı uçurula bilər? – Tanınmış hüquqşünas açıqladı
28 Mart 2025 İşəgötürənlər çox hallarda bu sahədə işçilərin əmək hüquqlarını pozur.
26 Mart 2025 Etiraza tuş gələn ekspertə həmkarından dəstək: - “Aqressiyaya hesablanaraq...”
25 Mart 2025 “Balalarım acdır” deyib, zəhməthaqqını tələb edən fəhləni bayram günü necə həbsə göndərmək olar?!
24 Mart 2025 İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir
21 Mart 2025 Azərbaycanlılar niyə pul yığa bilmir? - HƏQİQƏTƏN DƏ...
19 Mart 2025 3 aydır fəhlələr maaş almırlar və ...
19 Mart 2025 Qeyri-neft sektorundakı ticarətdən kim daha çox qazanır: biz, yoxsa xarici ölkələr? - ARAŞDIRMA
18 Mart 2025 Əfv sərəncamıƏfv sərəncamı kimlərə şamil ediləcək? - AÇIQLAMA kimlərə şamil ediləcək? - AÇIQLAMA
18 Mart 2025 Sıfırdan zənginliyə: Böyük pullar kiçik ideyalardan doğur
17 Mart 2025 BU NƏDİ BELƏ: İllik təhsil haqqı 15-18 min manat olan məktəblərimiz... - Onları niyə seçirik?
16 Mart 2025 Bu şəxslərin müavinəti dayandırılacaq
16 Mart 2025 Leyla Əliyeva uşaqları ziyarət etdi- FOTOLAR
15 Mart 2025 Hökumətdən sənədsiz evlərlə bağlı açıqlama
14 Mart 2025 “Azpulmat” aztəminatlı vətandaşların 99,9%-ni sələmə otuzdurub?

Dünyapress TV

Xəbər lenti