Ardını oxu...
“Bu gün repetitor köməyi olmadan abituriyentin ali məktəbə qəbul olması qeyri-mümkündür”.

Bu fikirləri məktəblərdə buraxılış imtahanlarının tədris ili tam bitmədən keçirilməsi barədə danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, tədris edilməyən mövzular imtahana salınmır:

“Dövlət İmtahan Mərkəzi 2024 cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb. İmtahanların buraxılış siniflərində keçirilməli olan bütün mövzuların tam tədris edilmədən keçirilməsi valideynlər, şagirdlər və eləcə də müəllimlər tərəfindən birmənalı qarşılanmır. Lakin bu məsələ qorxu, narahatlıq və çaşqınlıq yaratmamalıdır. Çünki tədris edilməyən mövzular imtahana salınmır. Bu təcrübə xarici ölkələrdə də var.

Xatırladım ki, buraxılış imtahanlarına salınan fənlərdə əsas bilik-bacarıqlar formalaşmış olduğuna görə imtahanın mart-aprel aylarında keçirilməsi problem yaratmır. Nəzərə almaq lazımdır ki, buraxılış imtahanlarında şagirdlərə təqdim edilən açıq tipli qiymətləndirilmə vəsaitlərinin yoxlanılması çox müddət aldığı üçün imtahanların mart ayında keçirilməsi həm də zərurətdən ortaya çıxır.

Biz düşünürük ki, imtahanların tədris ili yekunlaşmadan keçirilməsi şagirdləri dərsdən kənarlaşdırır. Buraxılış imtahanlarının tədris ilinin yekunlaşmadan keçirilməsi şagirdlərin dərsə getməməsi üçün bəhanə olmamalıdır. Tədris ili iyun ayının 14-ü başa çatır və şagird həmin dövrə qədər dərslərinə davam etməlidir ki, onun illik qiymətləndirilməsi aparılmaqla yekun attestat sənədi təqdim olunsun.

Bu gün repetitor köməyi olmadan abituriyentin ali məktəbə qəbul olması qeyri-mümkündür. Hazırda orta məktəb abituriyentin ali məktəbə qəbul olmasında maneə roluna malikdir. Əgər abituriyent 3-cü qrupa hazırlaşırsa, fizika, biologiya kimi fənlər ona maneə olur. Fikrimcə, DİM bu məsələdə abituriyentlərə bir qədər şərait yaratmalıdır”.

Ekspert İlham Əhmədov isə imtahanın ilkin mərhələsi keçirildikdən sonra şagirdlərin digər materialları oxumağa həvəssiz yanaşdığını vurğulayıb:

“Buraxılış imtahanların dərs proqramı bitmədən erkən keçirilməsi təhsilə ziyan vurmaq məqsədi ilə deyil, texniki məqsədlərlə bağlıdır. Fikrimcə, bu hal Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında müzakirə edilməli, abituriyentin ziyan görməyəcəyi müəyyən həll yolu tapılmalıdır. Keçirilən ilkin imtahana o vaxta qədər keçirilən materiallar daxil edilir. Burada əsas problem ondadır ki, abituriyent ilkin mərhələdə imtahanı verdikdən sonra digər oxu materiallarını oxumaqda həvəssiz olur. İkinci mərhələdə isə birinci mərhələdə salınmayan suallar ola bilər”.

İsmayıl Bakuvi
 
Ardını oxu...
İşçilərə əmək haqqı ödənilməsi sahəsində diskriminasiya hallarlna yol verən işəgötürən məsuliyyətə cəlb olunmur və bu məsuliyyət olmadığına görə də hər gün diskriminasiya hallarının həcmi artır. Fikrimcə, bu gün əmək münasibətlərində ilkin mövqe tutulan 3 əsas problem vardır:
1. Müddətli Əmək müqaviəsinin bağlanması.
2. İşçilərə əmək haqqının ödənilməsində diskriminasiya (ayrı-seçkilik).
3. Əməyin mühafizəsi, təhlükəsizlik qaydaları
Əmək Məcəlləsinə əsasən: əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
7. Bu ödənişlərdə: müəssisə üzrə işçilərin ümumi əmək haqqında fərqlər və ya fərqli ödənişlər ola bilər. Məsələn, ümumi aylıq əmək haqqında, əlavə əmək haqqı və mükafatlar sahəsində.
Lakin, 2 halda olan əmək haqqında olan fərq və ya fərqlər Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır.
8. Eyni müəssisədə: müxtəlif vəzifə, peşələr arasında olan əmək haqqı fərqi 2 dəfədən, ən çoxu isə işin mürəkkəbliyindən asılı olaraq müstəsna hallada 3 dəfəfdən artıq ola bilməz. Xüsusən də bu ödəniş fərqi mühəndis texniki işçilər arasında və ya eyni kateqoriyada olan işçilər arasında çox böyük fərqlə ola bilməz. Müəyyən hallarda isə, heç bir ixtisassısız, təcrübəsiz və ya daha az əhəmiyyət daşıyan aşağı vəzifələr istisna olmaqla.
9. Heç bir halda eyni dərəcə, vəzifə və ya peşə üzrə işçilərin - tarif (vəzifə) maaşında fərq ola bilməz. Bu fərq yalnız həmin işçiyə qanunvericiliklə nəzərdə tutulan qaydaada ödənilən əlavə əmək haqqı və ya peşəkarlığa və ya digər mükafatlara görə ola bilər.
10 .Əmək Məcəlləsinin 16-cı maddəsi: Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
12. 25 iyun 1958-ci il tarixli Beynəlxalq Əmək Təşkilatının əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyanın 1-ci maddəsinə əsasən əmək münasibətlərində diskriminasiya halları qadağandır.
13. Əmək Məcəlləsinin 310-cu maddəsi: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
14. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq Həmkarlar İttifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir.
15. İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, habelə səlahiyyəti dairəsində-Dövlət Əmək Müfəttişliyi Xidməti tərədindn həyata keçirir.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Müasir dövrün nəticəsi olaraq insanlar; Eqo, stress və maliyyə narahatlığı kimi faktorlara görə daha çox fərdiləşməyə və eqoist olmağa meylli ola bilərlər və bu zaman manipulyasiya anlayışı ilə qarşılaşırıq. Manipulyasiya nədir? Başqalarını öz mənfəətləri üçün istifadə etmək, idarə etmək və ya başqa yolla təsir etmək üçün nəzərdə tutulmuş davranışlara manipulyasiya deyilir. Başqalarının qavrayışlarını, fikir və davranışlarını ona hiss etdirmədən müxtəlif taktika və aldatmalarla dəyişdirməyi hədəfləyən sosial təsirə malikdir.
Bu, insanları aldatmaq, yalan danışmaq və müəyyən mənada istifadə etmək üçün gizli üsul kimi də tanınır. İnsana tətbiq edilən manipulyasiya üsulları manipulyasiya edən şəxsin mənafeyinə uyğun olaraq istismarçı, hiyləgər və aldadıcı təsirə səbəb olur. Eqoizm və fərdilik hissləri ilə ortaya qoyulan manipulyasiya aktı, özünə haqq qazandırmağa çalışan şəxsin mənfi davranışı hər iki tərəfə təsir edir.
Manipulyasiya edən insanlar müxtəlif insanları hədəfə alır və onları öz maraqları üçün manipulyasiya edirlər. Qeyri-etik üsullarla insanı dəyişdirməyi hədəfləyir. Manipulyasiya aktı təsir və inandırma aktından fərqlidir. İnandırma aktında fərdin inanc və davranışlarına təsir etməyə çalışarkən məqsəd kontekstində həyata keçirilir. İnandırma ilə fərdin motivasiyalarında, inanclarında və davranışlarında dəyişiklik yaratmağa çalışılır. Təsir, adətən, təsirə məruz qalanların vəziyyəti qəbul etmək və ya rədd etmək, ona hörmət etmək və zərərsiz kimi qəbul etmək üçün çox məcburedici görünmədiyi bir vəziyyətdir. Manipulyasiya mənfi qəbul hesab olunur, halbuki manipulyasiya, əksinə, inandırma və təsir üçün nə mənfi, nə də müsbət olaraq təyin edilə bilər. Qəbul etdiyimizi düşündüyümüz qərarların çoxu belə xarici faktorlardan qaynaqlanır və biz bunun fərqində deyilik. Çox vaxt öz qərarlarımız əvəzinə bizi yönləndirən insanların qərarlarını tətbiq edib onların həyatını yaşayırıq. İnsanların var olduqları gündən bəri görünən bir-birlərini manipulyasiya etmək səyləri həyatın inandırmağa əsaslanmasından irəli gəlir və bu yolla bir-birlərini nə qədər inandıra bilsələr, bir o qədər təsirli insanlar olduğlarını hiss edəcəklər.
Bu, insanları aldatmaq, yalan danışmaq və müəyyən mənada istifadə etmək üçün gizli üsul kimi də tanınır. İnsana tətbiq edilən manipulyasiya üsulları manipulyasiya edən şəxsin mənafeyinə uyğun olaraq istismarçı, hiyləgər və aldadıcı təsirə səbəb olur. Eqoizm və fərdilik hissləri ilə ortaya qoyulan manipulyasiya aktı, özünə haqq qazandırmağa çalışan şəxsin mənfi davranışı hər iki tərəfə təsir edir.
İkitərəfli münasibətlərdə tez-tez rast gəlinən və birbaşa və ya dolayısı ilə emosiyalardan istifadə edərək öz düşüncələrini və fikirlərini dəyişdirməyi hədəfləyən emosional manipulyasiya insanın öz duyğularına hakim olmağa çalışmaq və onları öz reallığından uzaqlaşdırmaqdır. Duygusal manipulyasiya psixoloji işgəncə və ya insanı emosional istismarın fərqli bir ölçüsü olan aldatmalara məcbur etmək kimi müəyyən edilə bilər. Bəzi hallarda açıq və birbaşa, bəzi hallarda isə dolayısı ilə və dolayısı ilə reallaşan emosional manipulyasiya, zaman zaman şəxsiyyətlərarası münasibətlərdə yaşanan ən çətin problemlərdən biridir.
Psixoloji manipulyasiya isə fərdin zəif tərəflərini emosional təsir altına alaraq, qeyri-adekvat və aldadıcı qavrayışdan istifadə edərək, qarşı tərəfi reallığı şübhə altına alacaq və ona zərər verəcək şəkildə əlaqəni idarə etməsinə şərait yaradır. oyunlar. Emosional manipulyasiyanın bəzi əlamətləri; Manipulyasiya edən şəxs davamlı olaraq öz istəklərindən danışır, tez-tez istədiklərini əldə etmək üçün həqiqəti təhrif edir, hər hansı problemdə özünü doğrultmaq və qurban rolunu oynamaq cəhdləri, emosional ifadələrdən istifadə edərək aqressiv şəkildə istəklərini həyata keçirirlər. şantaj, qışqırmaq və ya qəzəbli bədən dilindən istifadə etmək təsirli emosional manipulyasiya üsulları arasındadır. Özümüzü emosional manipulyasiyadan qorumağın ilk yolu bunu dərk edən kimi özümüzü qorumaqdır.
Uzun müddətdə problemin həllinə xidmət etməyəcək istək və ehtiyacları boğmaq, manipulyatorun özünü yaxşı hiss etdirməsi və qarşı tərəfin bütün məsuliyyətlərini üzərinə götürmək üçün istifadə edilməməlidir. Balans təmin etməklə, qərarlı olmaq və şəxsi məhdudiyyətlər qoymaqla disfunksional rəftarlardan uzaq olmaq mümkündür.
facemark.az
TEREF
Ardını oxu...
“Məndən 20 manat tələb etdilər. Hətta müqavilə də imzaladılar. Dedilər ki, işə qəbul edilsən əməkhaqqının yarısını verməlisən. Uzun müddət keçsə də, heç bir iş tapmadılar. Ödədiyim məbləği də geri qaytarmırlar”.

Sosial şəbəkələrdə işədüzəltmə şirkətləri ilə bağlı bu tipli şikayətlərin sayı artmaqdadır. Bu şirkətlərin fəaliyyəti ilə bağlı açıq qalan suallar hələ də həllini tapmayıb. Bəs insanlar necə etsin ki, bu cür fırıldaqçılığa qurban olmasınlar?

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

“Həm vətəndaşlar, həm də şirkətlərlə işləyirik”

Dövlət Məşğulluq Agentliyində qeydiyyatdan keçmiş işədüzəltmə şirkətlərindən birində işə qəbul üzrə menecer kimi fəaliyyət göstərən Afa Həsənova deyir ki, ciddi işədüzəltmə şirkətləri real fəaliyyət göstərirlər: “Bizim saytımız var. Bütün elanlar orada yerləşdirilir. İnsanlar sayt vasitəsilə müraciət edə bilirlər. Orada özlərinə uyğun vakansiyaları seçib, CV-lərini göndərirlər. Sonra biz onları dəyərləndiririk. Uyğun gələn CV-lərə müraciət olunur. Əgər şərtlər həm namizədə, həm də şirkətə uyğun gəlirsə, o zaman müsahibə təyin edilir. Həmçinin, şirkətlər də kadr axtararkən müraciət edə bilirlər. Birbaşa öz bazamız üzərindən axtarış veririk. Yaxud saytda elan yerləşdiririk. Namizədlərə tələbləri göndəririk, əgər qəbul edirlərsə, öncə bizimlə müsahibədə olurlar, ondan sonra isə həmin şirkətlərə müraciət edə bilirlər”.

İnsanlar heç bir ödəniş etməməlidirlər

Menecerin sözlərinə görə, əgər şirkət pul tələb edirsə, demək fırıldaqçıdır: “Vətəndaşlardan pul alan şirkətlər qeyri-qanunidir. Real şirkətlərdə belə hallar baş vermir. Hansısa şirkəti işçi ilə təmin ediriksə, yalnız fəaliyyətimizə görə şirkət tərəfindən xidmət haqqı ödənilir. Amma işlə təmin edilən, yaxud müraciət edən vətəndaşdan nə işəgötürən şirkət, nə də işə düzəldən tərəfdən ödəniş alınmamalıdır”.

A.Həsənova bildirdi ki, şirkətə müraciət edərkən ən əsas diqqət olunmalı meyar vakansiyanın doğru olduğunu müəyyən etməkdir: “Vətəndaş bilməlidir ki, vakansiya realdır, yoxsa yox. Aldanmamaq üçün işədüzəltmə mərkəzinin hansı şirkətlərlə əməkdaşlıq etdiyinə, vakansiyaların harada olmasına baxıb dəqiqləşdirməlidirlər”.

Əksər hallarda işlə təmin etmirlər

İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov dedi ki, işədüzəltmə şirkətləri dedikdə, bir çox hallarda ağla fırıldaqçılıq halları gəlir: “Bir neçə il öncə onların iş prinsipini öyrənmək üçün müraciət etmişdim. Bu zaman məndən də kod açmaq adı ilə 20 manat pul istəmişdilər. Hansısa şirkətə işə qəbul olunduqda birinci və ikinci ayın maaşının 50 faizini onlara verməli idim. Amma həmin işədüzəltmə şirkəti məni heç bir sorğu-sual etmədi, peşəkarlıq səviyyəm haqqında məlumat toplamadı. Belə işədüzəltmə mərkəzlərinin bir neçə şirkətlə hansısa razılaşması olur. Vasitəçi kimi işçini həmin şirkətə göndərirlər. İşçi müsahibədən keçərsə, onlar da ödəniş alırlar. Amma əksər hallarda bu, baş vermir. Məsələ ilkin mərhələdə alınan məbləğlə yekunlaşır”.

N.Xəlilovun fikrincə, etimad edilən şirkətlər də mövcuddur: “İşədüzəltmənin bir növü də şirkətlər üçün işçi axtarmaq xidmətidir. Məsələn, hansısa müəssisədən tələb gəlir ki, “bizə bu göstəricilərdə işçi lazımdır”. Onlar da bazardan həmin işçini axtarıb tapır, müsahibə edir, təlimatlandırır və onu müəssisədə işlə təmin edirlər. Bu, müqavilə və xidmət haqqı ilə olur. Müqavilədə tərəflərin öhdəlikləri və hüquqları müəyyənləşir”.

Fırıldaqçılığın ilkin əlamətləri

Ekspert qeyd etdi ki, dəqiq məlumatlar qeyd olunmayan vakansiyalara müraciət etmək, özünü fırıldaqçının əlinə vermək deməkdir: “Mən insanlara işədüzəltmə şirkətlərinə müraciət etməyi məsləhət görməzdim. Çünki əksər hallarda bu, fırıldaqçılıq hallarına gətirib çıxarır. Bir çox hallarda elanlar paylaşılır, amma şirkət adı, ofis yoxdur. Bunlar fırıldaqçılığın ilkin əlamətləridir. Sığortalanmaq üçün insanlar baxmalıdır ki, şirkətin saytı, ofisi varmı? Müraciət etdikdə müsahibə edirlərmi, vətəndaşa nə vəd edirlər?”

Bunu yalnız hüquqi şəxslər edə bilər

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, bu mövzuda xeyli maarifləndirmə işləri aparılıb, insanlara dəfələrlə müraciət edilib. Amma insanlar hələ də aldanırlar: “Ölkəmizdə işədüzəltmə sahəsində vasitəçilik qanunla tənzimlənir. Qanunvericilikdə bunu yalnız hüquqi şəxslər edə bilər. Amma hazırda VÖEN-i olan və ya olmayanlar sosial şəbəkələrdə, müxtəlif platformalarda elan yerləşdirməklə insanları aldadırlar. Hansısa anketi doldurmağa görə 10-20 manat məbləğ tələb edirlər. Hətta bəziləri daha da irəli gedərək daha böyük pullar alırlar. Çarəsiz insanlar da ümid edirlər ki, işlə təmin olunacaqlar. Bu cür şirkətlər 3-5 ay müəyyən bir yer kirayə götürüb fəaliyyət göstərirlər, bir müddət sonra həmin yerdən köçürlər. Telefon nömrələrini də dəyişirlər və başqa ad altında insanları aldatmağa davam edirlər”.

Şikayət yoxdursa...

S.Məmmədovun sözlərinə görə, bu şəxslər barədə insanlar şikayətçi olmadığı üçün fırıldaqçılıq halları bitmək bilmir: “Cəza məsələsi bir az qəlizdir. Çünki 10-20 manat verib aldanan adamlar əksər hallarda müvafiq orqanlara şikayət etmirlər. Düşünürlər ki, müraciət etsələr bir neçə dəfə də gedib-gəlməli olacaqlar. Şikayət də yoxdursa, bu halda müvafiq orqanlar hərəkətə keçə bilmir”.

Cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Müsahibimiz fırıldaqçıları gözləyən cəzalardan da danışdı: “15-20 manata görə kimsə şikayət etdikdə, dələduzu tutsalar, bu, inzibati xəta hesab ediləcək. Bunun da cəzası yalnız cərimədir. Yox, əgər kütləvi surətdə dələduzluq edilibsə, bu zaman cinayət məsuliyyəti yaranır. Kütləvi şikayətlər də olmur. Ona görə də belə dələduzlar istədikləri kimi insanları aldada bilirlər”.
 
 

 


Ardını oxu...
Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin aparıcılığını etdiyi pressklub.az-ın "Youtube" kanalında yayımlanan "Mətbuat klubu" verilişin qonağı tanınmış vəkil Aslan İsmayılov olub.
Verilişin mövzusu "Ailəvi qətl: cəmiyyətdə mənəvi deqradasiyanı kimlər və necə yaradır?" barəsində olub.

A.İsmayılov qeyd edib ki, bu təkcə ailə faciəsi yox cəmiyyətin, dövlətin faciəsidir.

"Məni dəhşətə gətirən odur ki, bütün cəmiyyət hər kəs qətlə yetirilən ata və ananın üstünə düşdü.

Günahkar isə hamıdır".

Vəkil Aslan İsmayılov ruhi xəstəxanalardakı vəziyyətə də toxunub.
Verilişin videosunu təqdim edirik:

 
 
 
Ardını oxu...
“Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq şəxsin vəsadəti əsasında həyata keçirilən prosesdir”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov bildirib. O, vətəndaşlıqdan çıxma haqqında bir sıra məqamları açıqlayıb:

“Əgər vətəndaşlıqdan çıxmaq istəyən şəxsin dövlət qarşısında öhdəlikləri icra edilməyibsə, məsələn, əsgərliyə getməyibsə, vergi yaxud kommunal borc üzrə öhdəliyi varsa, bu hallar vətəndaşlıqdan çıxma haqqında vəsadətin rəddinə səbəb ola bilər. Eyni zamanda şəxs əgər müttəhim olaraq cinayət məsuliyyətinə cəlb olunursa, barəsində icra olunmayan məhkəmə qərarı varsa, yaxud şəxsin vətəndaşlıqdan çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə zidd sayılırsa, belə olan təqdirdə şəxsin sözügedən vəsadəti ləğv oluna bilər”.

R.Süleymanov sözügedən məsələ barədə hansı qurumlara müraciət etmək lazım olduğunu da qeyd edib:

“Vətəndaşlıqdan çıxmaq istəyən şəxs bununla bağlı iki quruma, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi, o cümlədən mövcud olduğu ölkənin səfirliklərinə ərizə ilə müraciət edə bilər. Burada 60 dollar rüsum ödənilir, həmçinin, şəxsin vəsadəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası qərar qəbul edir. Bununla bağlı həmin komissiyanın sorğuları müxtəlif dövlət qurumlarına göndərilə bilir. Hər sorğuya isə 1 ay müddətində, ümumilikdə isə, 6 ay ərzində bütün sorğulara baxılır və cavablandırılır. Dövlət qurumundan həmin sorğu ilə bağlı imtina verildiyi halda, şəxsin həmin cavabı aldığı andan 1 ay müddətində inzibati məhkəməyə müraciət etmək hüququ var. Bununla da, o, vətəndaşlıqdan çıxarılma öhdəliyinin müvafiq dövlət qurumunun üzərinə qoyulma haqda iddia ərizəsi ilə çıxış edə bilər”.
 
Ardını oxu...
Hacıqabul rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
Valyuta.az-ın məlumatına görə, dövlət qurumunu məhkəməyə verən şəxs icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin (– baş memar) təqaüdə göndərilən İsabala Cəbrayılovdur.
İ.Cəbrayılov DSMF tərəfindən ona ayrılan təqaüddən narazı qalaraq məhkəməyə şikayət verib.
İş Şirvan İnzibati Məhkəməsinin hakimi Fehruz Abbasovun icraatındadır.
 
Ardını oxu...
Azərbaycanda əhalinin sayı açıqlanıb.

Belə ki, 2023-cü ildə ölkə üzrə əhalinin sayı 53625 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 10180770 nəfərə çatıb. Azərbaycanda 9 milyonuncu şəxs 2010-cu ilin yanvarında doğulub. Ölkədə 10 milyonuncu insan isə 9 il sonra 2019-cu ilin aprelində doğulub. Yəni, 9 il ərzində artım cəmi 1 milyon nəfər olub.

Əhalinin sayı 2019-un aprelindən 2024-ün fevralınadək isə 180 min nəfər artıb. Yəni 9 il ərzində 1 milyon artdığı halda, 5 il ərzində cəmi 180 min artıb. İndi bir çox ailələrdə uşaq sayı 1-dən çox deyil.

Xüsusilə, gənc ailələr dolanışıq səbəbindən ikinci uşağı dünyaya gətirmək istəmir. “Uşaq pulu”nun verilməməsi də əsas səbəblərdən biri kimi göstərilir.

Milli Məclisin deputatı Fazil Mustafa “Cebhe.info”-ya açıqlamasında demoqrafik problemin olduğunu təsdiqləyib:

“Selektiv abortdan tutmuş uşaqlara olan münasibətə qədər ailələrin, cəmiyyətin bu məsələ ətrafında bəzi standartlarının dəyişməsi və müəyyən dərəcədə ailələrin gec qurulması, gənclərin evlə təmin olunmasında problemlər, məşğulluq məsələsinin çözülməməsi, sabit iş yeri olmayan gənclərin evlənməyə maraq göstərməməsi öz təsirini göstərir.

Ayrı-ayrı koteqoriyadan olan insanların xarici ölkələrə üz tutması bu sayın azalmasındakı əsas səbəblərindən biridir. Biz demoqrafik vəziyyətin kəskin dəyişməsini COVID-19 pandemiyasından sonrakı dövrdə də daha kəskin hiss etməyə başladıq. Narahatedici demoqrafik geriləmə var. Bunun ətrafında ciddi müzakirələr aparılmalı, səbəbləri araşdırılmalı və həll yolları tapılmalıdır”.

Deputatın sözlərinə görə, belə məsələlərdə vaxtında konkret qərar qəbul olunmadıqca, nəticələr arzuolunan səviyyədə olmayacaq və gecikəcək:

“Gecikmə də bizim əhali potensialımıza, gələcəkdə əmək qüvvəsinə, həm hərbiyə, həm ailə sisteminin təkmilləşməsinə təsir göstərəcək mahiyyətdə olacaq. Ona görə də mütəxəssislər tərəfindən müzakirə olunub müəyyən təkliflərin hökumətə verilməsi vacibdir”.

F.Mustafa deyib ki, burada “uşaq pulu” məsələsi həlledici rol oynayan məsələ deyil:

““Uşaq pulu” onsuz da verilir. Bu termin doğru izah olunmur. Əslində müavinətlərin şəbəkəsi genişlənməlidir ki, ehtiyacı olan uşağın hər biri bu dövlətdən dəstəyini ala bilsin. Məsələ bu formada həllini tapmalıdır”.
 
 
 
Ardını oxu...
Ötən il boşanmaların sayında artım olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikah sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ailə institutunu qorumaq üçün lazımı işlər görülmür.

O, Demokrat.az-a açıqlamasında deyib ki, cəmiyyətdə baş verən müxtəlif proseslər ailə institutuna təsir edir, amma məsələ tək boşanmaların statistikasında deyil:

“15 ildir bu məsələni qabardıram, amma məsələyə jurnalistlərdən başqa əhəmiyyət verən yoxdur. Məsul qurumlar problemə biganə yanaşır. 2014-cü ildən boşanmaların sayı sürətlə artır. Bu, ailələrdə gərgin münasibətlərin olduğunu deməyə əsas verir. Əgər evlənənlərin 40 faizi boşanırsa, demək gərginliyin davam etdiyi ailələrin sayı bundan da çoxdur. Azərbaycanda ailələrin 80 faizindən çoxunda bu vəziyyət hökm sürür. Bu o deməkdir ki, gələcək nəsil çox gərgin vəziyyətdə böyüyür. Ailələrdəki münasibət azyaşlıların, yeniyetmələrin həm fiziki, həm mənəvi sağlamlığına, psixologiyasına, təhsilinə təsir edir. Yəni, bu gün boşanma problemindən əlavə daha qorxulu bir problemlə üz-üzəyik – gələcək nəslin hansı şərtlər altında böyüməsi. Ona görə də bu məsələyə sadəcə boşanma aktı kimi baxmamalıyıq, yeni nəslin keyfiyyəti məsələsi kimi yanaşmalıyıq”.

Ekspert qeyd edib ki, cəmiyyətdə sorğu aparılmalı və nəticələrə uyğun həll konsepsiyasi qurulmalıdır:

“Bəzən deyirlər ki, Avropada da boşanmalar çoxdur, amma bilməlidirlər ki, Avropa mədəniyyəti başqa prinsiplər əsasında formalaşıb, Azərbaycan mədəniyyəti isə daha çox ailə institutu üzərində. Ailənin dağılması bizim üçün, gələcəyimiz üçün daha böyük problemlər yaradır, nəini avropalılar üçün.

Gəlin, boşananlar arasında ətraflı sorğu keçirək – nə səbəbə boşandınız? Onların valideynləri arasında da sorğu keçirək ki, övladlarının boşanmasına səbəb nə olub. Məhkəmələri də cəlb edək bu sorğuya. Bu zaman aydın olacaq ki, boşanmalara səbəb olan ən çox hansı amillərdir. Belə olan halda biz fəaliyyət planı qura bilərik, qanunvericilikdə hansı dəyişikliklərin labüd olduğunu biləcəyik.
Prezident Administrasiyanın Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsi, Milli Məclisin Əmək və sosial siyasət komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələlərə ciddi əhəmiyyət vermir, halbuki bu qurumlar prolemin həllində müsbət rol oynaya bilər. Bu işlə formal deyil, ciddi məşğul olmaq lazımdır”.
 
 


 
Ardını oxu...
Daha bir vergi növü peyda oldu: bu qədər vəsait kimin cibindən çıxır?

Yeni ildən vətəndaşlarımızı daha bir vergi növü qayğılandırıb. İndi fevral ayından Avtomobillərin Utilizasiyası Fondunun fəaliyyətə başlaması çərçivəsində yeni və köhnə avtomobillər üçün vergi yükü ilə bağlı yeni qaydalar tətbiq olunacaq.

Ölkəyə idxal olunan 4 yaşından yuxarı avtomobillər üçün də gömrük rəsmiləşdirilməsindən keçərkən vergi ödəyirlər. Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu halda dövlət rüsumu 400-700 manat arasında dəyişir.

“Avtomobilin buraxıldığı tarixdən dörd ildən çox vaxt keçibsə, bu rüsum ödənilməlidir. İndi bu vergilərə daha bir rüsum əlavə edilib. “Dövlət yol polisi orqanlarının avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat”a edilən dəyişikliklərə əsasən, avtomobilə qanunvericilikdə nəzərdə tutulmuş hallarda texniki baxış keçirilərkən dövlət rüsumunun ödənilməsi ilə yanaşı, sürücülərdən “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq utilzasiya haqqının ödənilməsini təsdiq edən sənəd tələb olunur”, – deyə ekspert bildirib.

Göründüyü kimi, yeni ildən başlayaraq dövlət rüsumlarının geniş çeşidində daha çox vergilər olacaq. Bu, vətəndaşlarımızın maddi vəziyyətinə necə təsir edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli şərhində söyləyib ki, azərbaycanlılar onsuz da, bəzən özləri də fərqinə varmadan çoxlu vergi ödəyirlər: “Bir də sadə vətəndaş öz gözü ilə müşahidə edə bilər ki, onun əmək haqqından, məsələn, Dövlət Sosial Müdafiə Fonduna, işsizliklə mübarizəyə, icbari tibbi sığortaya və s. nə qədər vəsait ödənilir, amma bir çox dövlət rüsumları ödəmələrindən şübhələnmir belə. Baxmayaraq ki, bu, insanların dövlət xəzinəsinə mütəmadi olaraq vergi ayırmaları ödəməsinə mane olmur. Məsələn, mağazalarda malların üzərindəki qiymət etiketləri bəzən insanlarda depressiyaya səbəb olur, lakin alıcı bilmir ki, rəfdə olan malların son qiymətində ciddi miqdarda vergilər əks olunur”.

“Bu halda biz dolayı vergilərlə – əlavə dəyər vergisi (ƏDV), bütün növ aksizlərlə məşğul oluruq. Bunların hamısı piştaxtadakı son qiymətdə və deməli, istehlakçı inflyasiya səviyyəsində əks olunub”, – deyə müsahibimiz vurğulayıb.

“Büdcənin proqnozlaşdırılan gəlirlərinə diqqətlə baxsanız, bu il neft-qaz sektoru üzrə dövlət büdcəsinin gözlənilən məcmu gəlirləri 17 milyard 164 milyon manat təşkil edəcək. Eyni zamanda, Dövlət Vergi Xidməti vasitəsilə dövlət büdcəsinə daxilolmaların daha 1 milyard 122 milyon manat artırılması – 13 milyard 865 milyon manata çatdırılması, gömrük daxilolmalarının da artırılması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsi xəzinəyə 5 milyard 900 milyon manat vəsait köçürəcək ki, bu da bu ilin proqnozlarından 172 milyon manat və ya 3 faiz çoxdur. 388 milyon manatı digər gəlir mənbələri, 831 milyon manatı isə büdcə təşkilatlarının pullu xidmətlərinin payına düşəcək”, – deyə analitik izah edib.

Artıq qeyd edildiyi kimi, ayırmaların ən “məqsədli” maddəsi fərdi gəlir vergisidir. Gələn ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalara 1 milyard 895 milyon manat, sadələşdirilmiş vergi üzrə isə daha 333 milyon manat vəsait nəzərdə tutulub. Bundan əlavə, ƏDV üzrə proqnozlaşdırılan gəlirlər 7,5 milyard manat, idxaldan əlavə dəyər vergisi 4,2 milyard manat, aksizlər 1,5 milyard manat, o cümlədən idxal üzrə aksizlər 173 milyon manat təşkil edəcək.

Həmçinin yol vergisi 127 milyon manat, büdcə təşkilatlarının pullu xidmətlərindən gəlirlər 831 milyon manat, o cümlədən Sosial Sığorta Fonduna ödənilən məcburi dövlət sosial sığorta haqları 5,2 milyard manat olacaq. Avtomobilin, mənzilin, sağlamlığın, işsizliyin icbari sığortası üzrə xərclər də ümumi məbləği 500 milyon olan vergi növləridir.

Cəfərlinin sözlərinə görə, nəticədə bütün bu məbləğlər vətəndaşların – alıcıların və istehlakçıların cibindən ödənilir: “İndi bu rüsumlara 10-40 manat məbləğində avtomobillərin utilizasiyası vergisi də əlavə edilib. Vergi ödəməyə etirazım yoxdur, lakin bu məsələdə normal iqtisadi fəaliyyət üçün optimal yanaşmalara riayət edilməlidir”.

İqtisadçı ekspert Akif Nəsirli də istehlak qiymətlərinin bahalaşmasının səbəbini biznesin aktiv şəkildə artan vergi yükündə görür: “Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti vasitəsilə sabit artan rüsumlar qiymət artımı sürətinin intensivləşməsi deməkdir. Çünki məhsul və xidmətlərin maya dəyərinin artması son qiymətdə öz əksini tapır və adi istehlakçıların cibindən ödənilir”./ayna.az
 

Dünyapress TV

Xəbər lenti