Ardını oxu...
Dünyanın bir nömrəli valyutasının sahibi olan ABŞ-da bu il keçiriləcək prezident seçkiləri qlobal səviyyədə həssaslıqla izlənilir. Demək olar ki, bütün dünya ABŞ prezidentliyinə namizəd olan şəxslərin bu və ya digər məsələlərə yanaşmasına diqqət yetirir. Bu baxımdan, ABŞ respublikaçılarının prezidentliyə vahid namizədi olmaq şansı yüksək qiymətləndirilən sabiq prezident Donald Trampın açıqlamaları yalnıza siyasi deyil, iqtisadi çevrələrdə də rezonansa səbəb olur. Həm də nüfuzlu iş adamı olan Tramp seçkiqabağı vədləri silsiləsindən enerjidaşıyıcılarının qiymətinə də toxunaraq, prezident seçilərsə, neftin qiymətinin 40-50 dollara qədər ucuzlaşdırılmasına nail olacağını bildirib. Bu isə əsas gəlir mənbəyi neft olan əksər ölkələr kimi, Azərbaycan üçün də təhlükə siqnalıdır: uzağa getməyək, 2015-ci ildə neftin dünya bazar qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına, insanların həyat şərtlərinə necə ağır təsir etdiyi hamının yadındadır...


Çünki 2015-ci ildən bəri ötən müddət ərzində Azərbaycan iqtisadiyyatının neftdən asılılıq səviyyəsi, demək olar ki, dəyişməyib. Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, 2023-cü ildə 33 milyard 898 milyon 554.86 min dollarlıq ixracımızın 30 milyard 550 milyon 507.93 min dolları bilavasitə neft-qaz məhsullarının payına düşüb. Maliyyə Nazirliyinin məlumatına əsasən, ötən il dövlət büdcəsi gəlirlərinin 51 faizi neft-qaz sektorundan daxilolmalar hesabına təmin olunub.

Dünya neft bazarında qiymətlərin Trampın vəd etdiyi səviyyəyə düşməsi Azərbaycanda çox ciddi böhrana gətirib çıxara bilər həm də ona görə ki, 2024-cü ilin dövlət büdcəsi neftin 60 dollarlıq dünya bazar qiyməti ilə proqnozlaşdırılıb. Qiymətin 40-50 dollara düşməsi büdcə gəlirlərinin kəskin azalmasına səbəb olmaqla ölkədə yenidən devalvasiyaya gedilməsi zərurəti yarada bilər...

Bütün bu təhdidlərin ABŞ-da D.Tramp hakimiyyətə gələn kimi reallaşması isə real görünmür. Ona görə ki, ABŞ-ın dünya neft bazarında qiymətləri elə kəskin azaltmaq üçün yetərincə təsirli rıçaqları yoxdur. Çinin iqtisadi gücdən siyasi gücə çevrilmək siyasəti fonunda neftin əsas hasilatçılarına seçim imkanı yaranır: artıq əsas hasilatçılar olan ərəb dövlətləri ötən ilin yayından ABŞ-ın hasilatı artırmaq tələblərini rahat şəkildə qulaqardına vurmaqdadırlar. Əksinə, onlar Rusiya ilə sinxron hərəkət edərək, hasilatı azaltmaqla qiymətlərin 80 dollardan aşağı düşməsinin qarşısını alırlar. Eyni zamanda ABŞ-ın bütün təhdidlərinə rəğmən Çinlə əlaqələri sürətlə dərinləşdirirlər. Bu isə Vaşinqtondan gələcək təzyiqlərin balanslaşdırılması baxımından mühüm rol oynayır...

Elə bu faktorları nəzərə almaqla, bütün analitik mərkəzlər 2024-2025-ci illərdə neftin dünya bazar qiymətini 81-82 dollar ətrafında proqnozlaşdırırlar. Bu isə Azərbaycan hökumətinə rahat manevr imkanı yaradacaq. Manatın məzənnəsi ilə bağlı proseslərin 2023-cü ildən ciddi fərqlənməyəcəyi gözlənilir.

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, 2023-cü ildə manatın nominal və real məzənnəsində möhkəmlənmə müşahidə edilib. Ötən ilin dekabrında manatın nominal məzənnəsi 2022-ci ilin dekabrına nisbətən 10,29 faiz yüksəlib. Manatın nominal məzənnəsinin yüksəlməsi qeyri-neft-qaz sektoru üzrə daha güclü hiss edilib. Burada manatın nominal məzənnə dəyəri 19,33 faiz artıb.

Manatın real məzənnəsi isə bir qədər zəifləyib. Birillik müqayisədə manatın real dəyəri 0,735 faiz azalıb. Lakin qeyri neft-qaz sektoru üzrə manatın real məzənnəsi artıb. Bu sektor üzrə manatın real dəyərinin 5,13 faiz artması qeydə alınıb.

Qeyd edək ki, manatın nominal məzənnəsi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdəki məzənnə dəyişikliyi nəzərə alınaraq hesablanır. Real məzənnə isə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsi nəzərə alınmaqla hesablanır.

Qeyd edək ki, qlobal səviyyədə 2024-cü il ərzində dolların məzənnəsində artım deyil, əksinə, azalma gözlənilir. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Rəhbər Komitəsinin dekabrda keçirilən iclasında komitə üzvləri bu il ərzində baza faiz dərəcəsinin aşağı salınmasının mümkünlüyünü elan ediblər. Komitə üzvləri belə bir addımın nə vaxt atılacağını dəqiqləşdirməsələr də, 2024-cü ildə faiz dərəcəsinin aşağı salınması ehtimalının “yüksək” olduğu qənaətinə gəliblər. İclas protokolunda bildirilir ki, iştirakçılar faiz dərəcəsi siyasətinin perspektivini müzakirə edərkən bunun iqtisadiyyatın necə inkişaf etməsindən asılı olduğunu qeyd etməklə yanaşı, faiz dərəcəsini bu sərtləşdirmə dövrü üçün pik nöqtədə və ya ona yaxın hesab etdilər. Sənədə görə, komitə üzvləri növbəti üç il ərzində dərəcələrin ardıcıl azaldılmasını gözləyirlər. Maliyyə tənzimləyicisi ölkədə inflyasiya ilə mübarizədə əldə edilən irəliləyişlərə diqqət çəkib.

Bazar analitikləri Amerika Mərkəzi Bankının bu il 6 dəfə faiz dərəcəsinə baxaraq, onu 3,75-4 faizə endirəcəyini gözləyirlər. Bu isə dolların altı əsas valyutadan ibarət olan valyuta səbətinə qarşı məzənnəsinin azalacağı deməkdir.

Lakin Azərbaycanda dolların qlobal məzənnəsinin ölkə daxilindək məzənnəyə təsiri sıfırdan yuxarı deyil. Ölkəmizdə dollar/manat tarazlığını təyin edən əsas faktor dünya neft bazarındakı qiymətlərdir. Məhz bu qiymətlərin yüksək olması 1 faizdən cüzi yüksək iqtisadi artımın əldə olunduğu 2023-cü ildə manatın məzənnəsini qorumağa imkan verib.

Neft bazarında qiymətlərin Azərbaycan üçün sərfəli həddə olması ilə yanaşı, ölkədə dollara tələbat da azalıb. Mərkəzi Bankın məlumatına əsasən, ümumilikdə 2023-cü il ərzində valyuta hərraclarında 3 milyard 878,2 milyon ABŞ dolları məbləğində satış olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz azdır. Aylar üzrə götürsək, yanvarda 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar, apreldə 286 milyon dollar, mayda 277,2 milyon dollar, iyunda 78,9 milyon dollar, iyulda 272,7 milyon dollar, avqustda 451,95 milyon dollar, sentyabrda 259,8 milyon dollar və oktyabrda 291,63 milyon dollar valyuta satışı həyata keçirilib. Bu məbləğin heç də hamısı Neft Fondunun olmayıb. Məsələn, dekabrda satılan 603,8 milyon dolların yalnız 149,9 milyon dolları Neft Fonduna məxsus olub, qalanı Mərkəzi Bankın vəsaitləridir.

Mərkəzi Bankın məlumatına görə, ötən il ərzində keçirilmiş valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib: “Bu şəraitdə bəzi ticarət tərəfdaşlarında məzənnənin yüksək dəyişkənliyinə baxmayaraq milli valyuta öz sabitliyini qoruyub saxlayıb. 11 ayda manatın nominal effektiv məzənnəsi 19,5 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur”.

Mərkəzi Bank bildirir ki, onun sterilizasiya əməliyyatları banklararası pul bazarındakı aktivliyi və orta faizlərin tənzimlənməsini dəstəkləməklə yanaşı, pul kütləsinin izafi artımını da məhdudlaşdırıb. 2023-cü ilin 11 ayında manatla pul bazası 5 faiz, manatla geniş pul kütləsi (M2) isə 15,7 faiz artıb. Pul təklifinin artımının başlıca mənbəyi əsasən fiskal sektorun ehtiyacları üçün Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələri olub. Əsasən alışyönlü valyuta müdaxilələri ilə əlaqədar Mərkəzi Bankın valyuta ehtiyatları 11 ayda 18 faiz artaraq 10,6 milyard dolları keçib.

Mərkəzi Bank bildirir ki, fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur.

AMB vəd edir ki, 2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən prosesləri nəzərə alacaq: “Növbəti ildə də manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağı gözlənilir. İnflyasiya proseslərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-cü ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək. Tədiyə balansının vəziyyəti, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər olacaq.

Mərkəzi Bank məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcək. Habelə əhalinin milli valyutaya inamının daha da artırılması üçün dedollarizasiya siyasəti davam etdiriləcək. Növbəti ildə də valyuta ehtiyatlarının beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normaları nəzərə alınmaqla idarə edilməsi diqqətdə saxlanılacaq".

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir: “Xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər.

Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

“Yeni Müsavat”
 
Ardını oxu...
Ünvanlı sosial yardım almaq üçün müraciət edən Cəlilabad rayon sakini Asif Sadıqov qəribə vəziyyətlə üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşın müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən imtina cavabı verilib.

Səbəb kimi onun adına avtomobil olduğu göstərilib.

Məsələyə aydınlıq gətirmək üçün Asif Sadıqov müvafiq qurumlara sorğu göndərib. Aldığı cavab isə onu təəccübləndirib.
A.Sadıqovun sözlərinə görə, Lənkəran Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən adına nəqilyyat vasitəsinin olmadığı barədə arayış alıb və müvafiq sistemə yerləşdirib. Amma məsələ yenə də həllini tapmayıb.

Dövlət Sosial Müdafiə Fondu məsələyə münasibət bildirib.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Ucar rayonu Bərgüşad kənd sakini 1-ci Qarbağ müharibəsi veteranı Nəsiyev Azər Ataş oğlu tərəfindən

ŞİKAYƏT

Şikayət edib bildirirəm ki, 2016-cı ilin aprel döyüşlərində oğlum Nuruş partlayış nəticəsində ağır yaralanıb əlil olub.Ona verilmiş 2-ci qrup əlillik 2023-cü ildə qanunsuz olaraq dayandırılıb.Çoxlu şikayətlər etsəmdə baxılmır heç bir tədbir görülmür.Oğlum Nuruş döyüşdə aldığı xəsarətə görə gözünün biri kor olub, qulağı eşitmir, ağır kəllə-beyin travması alıb.
Mənim dörd oğlum müharibədə iştirak edib.Nuruş isə 2016-cı il tarixdə hərbi xidmət zamanı aprel döyüşlərində partlayış nəticəsində ağır kəllə-beyin travması alıb. Onun müalicə olunması üçün həyətimizdən iri buynuzlu heyvanlarımızı satmışıq banklardan kredit götürmüşük.İndidə borclarımızı ödəyə bilməmişik.Nuruşa əlillik dərəcəsi 5 illik təyin edilsədə 3 il keçəndən sonra qanunsuz dayandırdılar.Müharibədə ağır yaralanıb gözü kor qulağı kar beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayıət əməlidir.Bacım oğlu Səbuhi Ələkbər oğlu Süleymanov vətə müharibəsində şəhid olub.
Prezident cənab İlham Əliyevdən və aidiyatı qrumlardan xahiş edirik mənim şikayətimi obyektiv araşdırıb qanunu tədbirlər görsünlər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Əvvəlki yaşayış yerinə qayıtmış və ya qayıtmamış məcburi köçkünlərə verilən vahid aylıq müavinət 3 il keçəndən sonra dayandırılacaq.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib.

Dövlət Komitəsindən verilən məlumata görə, məcburi köçkünlər arasında artıq ilkin sorğu keçirilib. Əgər sonradan kimsə köçməkdən imtina edərsə bu şəxslərin də müavinəti 3 ildən sonra dayandrılacaq. Yəni köçənlərlə, köçmək istəməyənlərə eyni yanaşma nümayiş etdiriləcək. Bu şəxslərin hər biri ilə əvvəlcədən yeni müqavilə də imzalacaq.

 
Ardını oxu...
Son bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan müxtəlif qurumlar “Toyota Absheron Merkezı” MMC-dən (VÖEN – 3103678821) 2,6 milyon manatlıq onlarla avtomobil alıb.

"DogruXeber.az" Yeniavaz.com-a istinadla xəbər verir ki, sonuncu tender müsabiqəsinin nəticəsinə görə Dövlət Sosial Müdafiə Fondu “Toyota Absheron Merkezı” MMC-dən 523 min 600 manat dəyərində 8 ədəd minik avtomobili alacaq.
Son bir ayda “Toyota Absheron Merkezı” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan – aşağıdakı qurumların keçirdiyi tender müsabiqələrində qalib olub:

Ardını oxu...

– Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) – 200 min manata 2 ədəd minik avtomobili
– Sosial Xidmətlər Agentliyi – 100 min manata 1 ədəd minik avtomobili
– Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi – 100 min manata 1 ədəd minik avtomobili
– DOST Agentliyi – 850 min 850 manata 13 ədəd minik avtomobili
– Dövlət Məşğulluq Agentliyi – 321 min 440 manata 3 ədəd minik avtomobili
– Dövlət Məşğulluq Agentliyi – 589 min 50 manata 9 ədəd minik avtomobili
– Dövlət Sosial Müdafiə Fondu – 421 min 440 manata 4 ədəd minik avtomobili
– Dövlət Sosial Müdafiə Fondu – 523 min 600 manata 8 ədəd minik avtomobili
Məlumat üçün bildirək ki, “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakə-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oöğludur.
Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir. 2014 – 2016-cı illərdə “Toyota”nın Bakıdakı satış mərkəzinə hazırda Dövlət Məşğulluq Agentliyinin sədri olan Mustafa Abbasbəyli rəhbərlik edib.

 

        
Ardını oxu...
Fevral ayının 1-dən avtomobillərin texniki baxışı zamanı sürücülər istehsal tarixi 10 ili keçmiş avtomobillər üçün dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər.

Ekspert Aslan Əsədov bildirib ki, utilizasiya haqqı texniki baxışın rüsumlarına aid deyil.

Bəs utilizasiya haqqı nə qədər olacaq?
Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Bu barədə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı: mütamadi olaraq maarifləndirmə aparsada yenə də işçilərdən bu barədə sual və müraciətlır daxil olur. Bunula əlaqədar bir daha bildiririk ki, pensiya yaşına çatan işçi ilə bağlanmış Əmək müqaviləsinin ləğvi, yalnız aşağıdakı qaydada keçirilə bilər:
1. Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələr istisna olmaqla, əmək pensiyası yaşına çatmaış işçilərlə, əmək müqaviləsinin ləğvi yalnız işçilərin könüllü iradəsi əsasında həyata keçirilə bilər.
2. Bu Qaydaların pozulması və ya məcburi qaydada işçilərə ərizə yazdırmaqla, onlarla bağlanmış əmək müqaviləsinin ləğvi, həm işəgötürənlər,həm də onların vəzifəli şəxsləri üçün maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti yaradır.
3. Əmək pensiyasına çatmaqla əlaqədar əmək müqaviləsinin ləğvi, yalnız - dövlət büdcəsindən maliyyələşən müəssisələrə aid olunur.Bu müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. Bu müəssisəlırdə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
4. Əmək Məcəlləsində olan bir faktı yaddan çıxarmaq olmaz: İşçilərlə Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək müqaviləsinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi və həcmi heç bir formada azaldıla bilməz.
5. AR Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
6. Praktikada: İşəgötürən tərəfindən bir çox hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi əsas tutulmaqla, məcburi olaraq və ya "könüllü iradə ifadəsi" adı ilə işçi ilə belə bir razılığa gəlirlər ki, işçi əmək pensiyasına çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv ediləcək. Bu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bu və digər tələblərinin pozulmasıdır. Belə ki:
7. Çox maraqlı haldır, əgər işçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində nəzərdə tutulan qaydada: işçi yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda, ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilərsə, nədən belə bir razılaşma imzalasın.
8. Əgər işçi yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilərsə, Əmək müqaviləsində və ona edilən əlavədə əmək pensiyasına 20, 30, 40 il qalmış işçi nədən belə bir razılaşma imzalasın.
Yəni, əgər işçi əmək pensiyasına çıxmaqla əlaqədar istədiyi gün əmək müqaviləsini ləğv edə bilirsə və ya işinə davam edə bilirsə, nədən belə bir razılaşma imzalasın? Məlum faktdlr ki, işçinin heç belə bir marağı da yoxdur.
9. AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən: tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
10. Lakin, məsələ ondadır ki, işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi artıq Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənib və ən aşağı yaş həddi də qeyd olunub. Eyni zamanda da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində də dövlət büdcəsindən maliyyələşən müəssisələr istisna olmaqla əmək pensiyasına çıxmaqla əlaqədar əmək müqaviləsinin ləğvi tənzimlənirsə, işçi ilə işəgötürən arasında əlavə razılaşmaya nə ehtiyac var.
Əgər işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi barədə razılaşma mümkün olsa idi, o halda da tərəflərin bu barədə qarşılıqlı razılığı Əmək Məcəlləsində nəzərdə tutulardı
Göründüyü kimi, bu müəssisələrdə bu hüquq tərəflərə aid deyil, yalnız işçilərə aiddir. Yəni, əmək pensiyası yaşına çatdıqda əmək müqaviləsinin ləğvi hüququ.
11. Göstərilən əsaslardan,Əmək Məcəlləsinin: 10, 69 və 75-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən və işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əlavə razılaşmalar Əmək Məcəlləsi, bu Məcəllənin 43. 3-cü maddəsi ilə nəzərdə tutulan və qadağan olunan: Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsinin azaldılmasıdır.
12. Hesab edirəm ki, bu qaydada əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin pozulmasıdır: İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Bu halda işçi, bu qaydada ləğv edilmiş əmək müqaviləsinin ləğvi barədə əmrlərdən məhkəməyə - İddia ərizəsi ilə müraciət edib, öz əmək hüquqlarını bərpa etməyə və dəyən maddi və mənəvi ziyanın almağa çalışmalıdır.
Azer Quliyev
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
2023-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə 14% artaraq 11 milyard 411,6 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 8 milyard 652,1 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8%-ni təşkil edib.
Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 2 milyard 559,6 milyon manatı dövlət, 8 milyard 852 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 1 124 manatlıq və yaxud bir il əvvələ nisbətən 205 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
 
Ardını oxu...
Ucar rayonunun Qazyan kənd sakini olan Daun sindromlu Ayla Bayramovaya pensiya təyin edilməyib.

“Qafqazinfo” 
xəbər verir ki, 14 yaşlı Ayla haqqında məlumatı sosial şəbəkə hesabında jurnalist Fuad Hüseynov paylaşıb.

Onun iddiasına görə, Aylaya əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edilib. Jurnalist bildirib ki, imtinada əsas kimi “müalicəsi davam etdirilsin” qeyd edilib: “Danışa bilmir, yemək yeməyini, paltar geyinməyini, yuyunmağını - hər bir hərəkətini valideynləri icra edir. Hər kəsə məlumdur ki, nə qədər müalicə olunsa da, daun sağalmır. Hərçənd ki, balaca Ayla heç nə başa düşmür”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, sosial şəbəkələrdə videosu yayılan Ucar rayon sakini Bayramova Ayla Bayram qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 4 il ərzində heç bir müraciəti olmayıb: “Həmçinin tibb müəssisəsi tərəfindən də bu müddət ərzində forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.

Vətəndaşla bağlı video izlədikdən dərhal sonra Bayramova Aylanın valideyni ilə əlaqə saxlanılıb, ona əlilliyin qiymətləndirilməsi prosesi izah edilib. Bildirilib ki, əlilliyin qiymətləndirilməsi məqsədilə ilk növbədə qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilir.

Bütün bunlara baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məsələnin tez həll olunması üçün artıq aidiyyatı qurumlarla danışılıb və qısa müddətərzində vətəndaşa müvafiq dəstək göstəriləcək”.

Məlumat üçün bildirək ki, Daun sindromu genetik pozğunluqdan irəli gəlir. Tipik üz görünüşü ilə xarakterizə edilən belə insanlarda ürək çatışmazlığı riski yüksəkdir. İnkişafdan geriqalma bəzi hallarda həmin şəxslərdə davranış problemlərinə - tez əsəbiləşmə, diqqət pozğunluğu və obsesiv-kompulsiv davranışa səbəb olur.

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 2022-ci il iyulun 1-dən etibarən qüvvəyə minib. Həmin meyarlara əsasən, xromosom anomaliyalı xəstəliklər sırasında əlilliyə əsas verən diaqnozlardan biri də məhz, Daun sindromudur. Yəni, qanunla müəyyən edilmiş qaydada əlilliyin qiymətləndirilməsi üçün müraciət olunduğu halda, Daun sindromlu şəxslərə müvafiq orqanizm funskiyalarının itirilməsi faizləri müəyyən edilərək əlillik təyin edilir. Öz növbəsində, əlillik təyin edilmiş daun sindromlu şəxslər müvafiq olaraq sosial ödənişlərlə təmin edilirlər.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il 413 nömərli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarının 3.1.25-ci bəndində də Daun sindromu əlilliyə əsas verən diaqnozlar sırasında yer almışdı.
 
Ardını oxu...
Hökumətin təqdim etdiyi inflyasiya göstəriciləri həmişə şübhə doğurur. Çünki rəqəmlər gerçək mənzərəni əks etdirmir. Hökumətin deməyindən belə çıxır ki, illik inflyasiya səviyyəsi heç vaxt iki rəqəmlə ifadə oluna bilməz. Amma qiymətlərin azı 20 faiz artdığı göz qabağındadır. Bir növ həqiqət etiraf olunmur, gizlədilir. Sosial-iqtisadi portret heç xoş görünmür.
Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycanda toplam pərakəndə ticarət dövriyyəsi 59 milyard manat olub. Əvvəlki illə müqayisədə 13 faiz artım diqqət çəkir. Yəni əhali daha çox pul xərcləmək məcburiyyətində qalıb. Ümumiyyətlə, son iki ildə Azərbaycanda insanlar ərzağa görə 50 faiz artıq ödəməli olub.
Əhalinin ərzağa daha çox pul xərcləməyə ehtiyac duyduğu xüsusi nəzərə çarpır. Bunu da səbəbi bəllidir. Adətən, yoxsulluğun səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə belə mənzərə yaranır. Əhali çarəsizlikdən dərman xərclərini azaldıb. Çünki real gəlirlər azaldığından, yalnız ərzaq barədə düşünmək lazım gəlir.
Elə Dövlət Statistika Komitəsinin özünün araşdırması göstərir ki, gəlir səviyyəsi daha aşağı olan ailələrin ərzağa xərclədiyi vəsait və həmin əhali qrupunun hiss etdiyi inflyasiya səviyyəsi ölkə ortalamasından aşkar yüksəkdir. Ümumiyyətlə, komitənin hesabatları ildən-ilə pisləşməni ortaya qoyur. 2023-cü ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 484 manat xərcləyib. Aylıq adambaşına düşən ərzaq məhsulları alışı isə 271 manat olub.
Ərzaq xərclərinin payının ümumi xərc balansında əhəmiyyətli yer tutması əhalinin yoxsulluğunu göstərir. Bunu heç mübahisələndirməyə də dəyməz. Normal ölkələrdə insanlar aylıq gəlirinin heç 10 faizini ərzağa xərcləmir. Bizdə göstərici 50 faizi keçir. Vəziyyət çox acınacaqlıdır. Hökumət pafoslu çıxışları daha çox xoşlayır. Amma əhalinin durumu hər il bir az da ağırlaşır. 2024-cü illə bağlı gəlir artımı nəzərdə tutulmayıb. Deməli, gələn ilin statistikasında daha eybəcər mənzərə görəcəyik.
 
 
 

Dünyapress TV

Xəbər lenti