Fransanın əlinə bəhanə düşdü:
İstanbul meri Əkrəm İmamoğlunun və bir çox digər tanınmış simaların həbsi demokratiyaya ciddi hücumdur.

Bu sözlər Fransa Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.

“Fransa bu məsələ ilə bağlı dərin narahatlığını bir daha bəyan edir. Seçilmiş müxalifət nümayəndələrinin hüquqlarına hörmət, toplaşma və ifadə azadlığı qanunun aliliyinin təməl daşlarıdır.

Avropa Şurasının üzvü və Avropa Birliyinə üzvlüyə namizəd dövlət kimi Türkiyə bu sahədə könüllü olaraq öhdəlik götürüb.

Bu öhdəliklərə əməl etmək əlaqələrimizin, eləcə də Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərin mərkəzi elementidir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, CHP-çi Əkrəm İmamoğlu 19 martda korrupsiya və terror təşkilatı ilə əlaqə ittihamları ilə saxlanılıb. 23 martda məhkəmə Ə.İmamoğlu ilə bağlı korrupsiya ittihamı üzrə həbs qərarı verib, terrora görə həbs tələbindən isə imtina edib.

Ə.İmamoğlu saxlanıldığı gündən CHP İstanbul, Ankara və İzmirdə etiraz aksiyaları keçirir. Türkiyə hökuməti 27 marta qədər aksiyaları qadağan etdiyindən, hazırkı etirazları qanunsuz hesab edir. İndiyə qədər 1133 nəfər aksiyadakı zorakılıqlara görə saxlanılıb, onlarla polis yaralanıb. \\Axar.az
 

Bölmənin digər xəbərləri

01 Aprel 2025 Pezeşkian Azərbaycana gəlir
01 Aprel 2025 Tramp ilk xarici səfərini hansı ölkəyə edəcəyini açıqladı
01 Aprel 2025 Zelenskinin ofisi iyulda seçkilərin keçirilməyəcəyini bildirib
01 Aprel 2025 Moldova üç rusiyalı diplomatı arzuolunmaz şəxs elan etdi
01 Aprel 2025 Kaya Kallasdan Rusiyaya QARŞI ÇAĞIRIŞ
31 Mart 2025 İran ABŞ-la birbaşa danışıqlardan imtina etdi
31 Mart 2025 Netanyahu Orbanla bunu müzakirə edəcək
30 Mart 2025 PUTİN KADIROVLA YOLLARI AYIRIR
30 Mart 2025 İsrail vasitəçilərdən Qəzza ilə bağlı təklif alıb
29 Mart 2025 Zelenskidən SENSASİON açıqlama: Ukrayna Putinlə birbaşa danışıqlara HAZIRDIR - BÜTÜN DETALLAR
28 Mart 2025 Vaşinqton-Kiyev razılaşması Ukraynanın Aİ-yə daxil olmasına mane ola bilər - “Bloomberg”
28 Mart 2025 Ukrayna üzrə sammitin iştirakçıları Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərara alıblar - Makron
27 Mart 2025 Arakçının İrəvan səfərində Türkiyə və ABŞ hədəfi
26 Mart 2025 Hakan Fidan və Marko Rubio görüşündə Azərbaycan söhbəti: Tramp administrasiyası Türkiyədən nə istədiyini açıqladı
26 Mart 2025 "Avropa Ukrayna münaqişəsinin həllində Vaşinqtonun rolunu zəiflətməyə çalışır"
26 Mart 2025 Zelenski razılaşmaların təfərrüatlarını açıqlayıb
26 Mart 2025 Ərdoğanın müxalifətlə qarşıdurmasına səbəb nədir? - “Middle East Eye”
26 Mart 2025 “Tramp Rusiya ilə Çini ayırmaq istəyir, amma istəklərinin yerinə yetəcəyi inandırıcı deyil”
25 Mart 2025 Ukrayna-ABŞ danışıqları: artıq 9 saat keçdi..
25 Mart 2025 İranın XİN rəhbəri İrəvandadır

Dünyapress TV

Xəbər lenti