Xalq artistlərindən erməni təxribatına dəstək verənlərə
Son günlər Ermənistan yenidən Azərbaycana qarşı aqressiv davranış nümayiş etdirir.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Döyüş zamanı vətənin müdafiəsinə qalxan hərbçilərimiz şəhid olub. 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 10 noyabr Bəyanatı imzalansa da, Ermənistan razılaşmanı pozaraq dəfələrlə təxribatlara əl atıb. Azərbaycan tərəfi də öz növbəsində Ermənistana təxribatlara cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib. Sonuncu təxribatın da qarşısı ordumuz tərəfindən qətiyyətlə alınıb.

Azərbaycanın öz maraqlarını və BMT tərəfindən müəyyən olunmuş sərhədlərini qorumaq məqsədilə Ermənistanın təxribatına cavabını bəzi ermənipərəst ölkələr pisləyiblər. 30 ildir torpaqları işğal olunan, vətəndaşları didərgin salınan, haqsızlığa uğrayan Azərbaycanın yanında olmayan ölkələr yenə də Ermənistana havadar çıxıblar. Azərbaycanın uğurlarına, inkişafına xarici dövlətlərlə yanaşı, sevinməyən “azərbaycanlı”lar da var. İllərdir bu qüvvələr öz çıxarları naminə Azərbaycanı gözdən salmağa çalışsalar da, buna nail ola bilməyiblər. Azərbaycanın haqlı mübarizəsində onun yanında olmayan bu şəxslər- Əli Kərimov, Altay Göyüşov, Sevinc Osmanqızı Vətən, Dövlət, Millət anlayışlarının heç bir önəm daşımadığını açıq-aydın biruzə verir. Dia.az-ın məlumatına görə, xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov Cebhe.info-ya açıqlamasında ölkəmizin heç bir ölkənin torpağında gözü olmadığını deyib: “Ermənilər bizim torpaqlarımızı işğal edib, 30 il də işğalda saxladılar. Torpaqlarımızı yerlə-yeksan etdilər, doğulduğum Ağdam rayonunu xarabalığa çevirdilər. Bu 30 ildə demokratiyadan dəm vuranlar, Qərb, Avropa səsini çıxarmadı, ancaq güzəştdən dəm vururlar. 30 il gözləyəndən sonra özümüz ordumuzun gücü ilə bizə aid olan dədə-baba torpaqlarımızı 44 gün ərzində qaytardıq, Zəfər çaldıq. İndi ciddi olaraq sülhə hazırlaşırıq, sülh təklifləri veririk. Biz təklif edirik ki, sülhə imza ataq, bir-birimizin sərhədlərini tanıyaq. Amma müharibədən iki il keçəndən sonra ermənilər yeni təxribat törətdilər, mövqelərimizə hücum etdilər. Azərbaycan Ordusu da hücuma layiqli cavab verdi. Nəticədə şəhidlərimiz oldu, hamısın ruhları şad olsun, çünki müharibə şəhidsiz olmur. Bəzi insanlar elə bilir ki, müharibə bitib. Müharibənin aktiv fazası bitib, amma hələ də sülh imzalanmayana qədər bizim müharibımiz davam edir. Ona görə də o toqquşamalar zaman-zaman baş verir. Onlar atəş açır, Azərbaycan da onlara cavab verir. Ermənistanın mövcud olduğu torpaqlar da bizim dədə-baba torpaqlarımızdır. Çox sonradan İrəvan xanlığının yerində yaradılmış bir dövlətdir. Ona baxmayaraq, bizim heç kimin torpağında gözümüz yoxdur, Ermənistan ərazisinə girmək fikrimiz də yoxdur, sadəcə, biz sülh istəyirik. Toqquşmadan üç gün əvvəl biz onların beş hərbçisini təhvil verdik. Bu, o deməkdir ki, sülh istəyirik. Dəfələrlə bəyan eləmişik ki, gəlin, sülh imzalayaq”.

Xalq artisti ermənilərin sülh razılaşmasından boyun qaçırdıqlarını bildirib:

“O millət sülh istəmir. Onlara millət də deyə bilmirəm, onların ruhu xəstədir. Onları havadarları qızışdırıb bu hadisələri törədirlər. Bunlar hamısı ikili standartlardır, 1993-cü ildə bizim ərazilərimiz işğal olundu, amma “907-ci düzəliş” bizə tətbiq olundu. Biz hər zaman haqlıyıq, amma bizə qarşı hər zaman haqsızlıq olub. Bugünədək Azərbaycanın bir ölkənin torpağında gözü olmayıb, heç bir ölkəyə də hücum eləməyib. Sadəcə, onlara cavab verməyə məcburuq. Ona görə də mən hər zaman dövlətimin yanındayam”.

Muğam ifaçısı hamını yumruq kimi birləşməyə çağırıb:

“Xalqımız 44 gün Vətən müharibəsində bir yumruq kimi birləşib, torpağımızı azad etdik. Bu gün də biz ordumuza, əsgərimizə, şəhid ailələrinə, qazilərə dəstək olmalıyıq. Birgə olmalıyıq. Xarici ölkələrdə ermənilər Azərbaycan səfirliklərinə hücum ediblər. Düşünürəm ki, diaspor üzvlərimiz 44 gün ərzində böyük işlər gördülər, həmin işlər bu gün də davam etməlidir. Onlara adekvat cavab verilməlidir, səfirliklərinin qarşısında piketlər keçirilməlidir”.

Xalq artisti, aktrisa Firəngiz Mütəllimova hər zaman dövlətin yanında olduğunu bildirib:

“Mən ermənilərlə qonşu olmuşam, elə uşaqlıqdan onların necə məxluq olduqlarını bilirəm. Erməninin ağına da, qarasına da lənət olsun. Ən nifrət etdiyim məxluqlardır. Son nəfəsimə qədər dövlətimizin, millətimizin, vətənimizin yanındayam. Allah şəhidlərimizə rəhmət eləsin!”

Dünyapress TV

Xəbər lenti