Kinonu tərk etmişdi, səkkiz il sonra geri qayıtdı
Aktrisa Kemeron Diaz səkkiz illik fasilədən sonra yenidən ekrana qayıdıb.
1663617448_2.jpg
“Back in Action” filmində rol alan aktrisa 2014-cü ildə Ceymi Foksla çəkilmiş “Enni” filmindən sonra aktyorluğu tərk etmək qərarına gəldiyini bildirmişdi.

“Bu, əzələ yaddaşına bənzəyir. Mən bunu o qədər uzun müddət etdim ki, yenidən prosesə qayıtdım. Bəli, ancaq bir az fərqli hissdir”, – deyə Diaz vurğulayıb.

“Back In Action” adlı döyüş filminin rejissoru Set Qordondur.
 

Dünyapress TV

Xəbər lenti