Ölkələrin xilaskar informasiya şirkətləri -
2017-ci ildə 30 milyon vətəndaşı ilə nəhəng, varlı İslam ölkəsi Səudiyyə Ərəbistanı və 2.8 milyonluq cırtdan ölkə Qətər aralarında diplomatik böhran yaşandı.
Səudiyyə Qətərə sanksiyalar tətbiq edib çökdürməyə çalışdı. Baxdı bacarmır yanına Bəhreyn, Misir, Yəmən, BƏƏ, Liviya, İordaniya kimi vəhşiləri qoşdu. Ərəb Koalisiya istəyirdi Qətəri terrorizmə dəstək adı ilə ləkələyib gözdən salmaqla sanksiyalara digər dünya ölkələrini qoşsunlar.
Ada dövlət Qətər bir-bir ərəb ölkələrinin cavabını verib bu böhrandan qalib çıxdı. Niyə çünki cırtdan Qətərin əlində nəhəng "Əl-Cəzirə" kanalı var. Tunisdə "Ərəb baharı" başladan, Misirdəki hakimiyyət dəyişikliyinə, Qəddafinin yıxılmsına ən böyük media tövhəni "Əl-Cəzirə" kanalı verib. Dünyaya Qətər maraqları fonunda xəbər ötürəcək gücdə böyük kanaldır.
"Əl-Cəzirə" kanalı milyardlar yox 200 milyona qurulub, hər il 20-30 milyon dəstəklə Dünyanın 4-cü ən böyük izləyici kütləsinə sahib kanala çevrilib. AZTV-dən az maliyə alıbsa da yeyintidən uzaq idarəçiləri, çalışqan kollektivi ilə yüksəklərə qalxa bilib.
"Əl-Cəzirə" çapında olmasa da minlərlə balaca media kanalları ermənilərdə də var. Hətta Hindistanda, Misirdə, Əlcəzairdə belə qəzetləri, radioları var, araşdıra bilərsiz. Azərbaycan hökuməti troll saytlara, səviyyəsiz kanallara, tutuquşu jurnalistlərə milyonlar ayırıb, amma dünyanın heç olmasa 1%-nə səsini çatdıracaq 1 kanal yaratmayıb.
Orxan Vəliyev
Teref.az
 

Dünyapress TV

Xəbər lenti