Ardını oxu...
Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibinə daxil olub.

AZƏRTAC xəbər verir ki, P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin təntənəli açılış mərasimi Moskva Konservatoriyasının Böyük zalında olub.

Müsabiqə iyunun 19-dan iyulun 1-dək Moskva və Sankt-Peterburqda keçiriləcək. Tədbirdə ümumilikdə 236 gənc musiqiçi iştirak edəcək. Müsabiqənin münsiflər heyətinə 18 ölkədən olan görkəmli musiqiçi və müəllimlər daxildir.

Elçin Əzizov “Solo oxuma” ixtisası üzrə münsiflər heyəti qrupuna daxil olub.
P.İ. Çaykovski adına Birinci Beynəlxalq müsabiqə 1958-ci ildə keçirilib. Müsabiqə dörd ildə bir dəfə “fortepiano”, “skripka”, “violonçel” və “solo oxuma” ixtisasları üzrə keçirilir.
Ardını oxu...
 
Ardını oxu...
Bura Neftçala rayonun Mürsəqulu kəndidir. Kəndin sakinləri torpaq sahələrinin zəbt olunmasına etiraz edir. Onlar deyir ki, sabiq bələdiyyə sədri Əlibala Səlimov vəzifədə olduğu dövrdə bələdiyyənin balansında olan torpağının 400 hektarını satıb və icarəyə verib.
Kənd sakini Çingiz Səmədov bildirir ki, Əlibala Səlimov 20 ildir qeyri-qanuni mənimsədiyi torpaqları əkib-biçir. O, bütün kəndlilərin torpağını əlindən alıb. 63 hektar torpağın 9 hektarı oğlu Səlimov Ozal Əlibala oğlunun adınadır. Onu da rüşvətlə keçirdib oğlunun adına.
Kənd sakini Fəxrəddin Usubov isə iddia edir ki, Əlibala Səlimov ondan və daha bir neçə nəfərdən aldıqları torpağı sənədləşdirmək üçün 1300 manat pul alıb, amma sənəd verməyib.
Çobanlıqla məşğul olan Famil Məmmədov isə kənddə örüş torpağının olmadığından əziyyət çəkdiyini, qoyunları otara bilmədiyini deyir.
Onun bu çətinliyini heyvandarlıqla məşğul olan Lətifə Hüseynova da bölüşür. Onun sözlərinə görə, Əlibala Səlimov bələdiyyə torpaqlarını qanunsuz şəkildə qohumlarının istifadəsinə verib deyə, sakinlər heyvandarlıqla məşğul ola bilmir.
Narazı sakinlər şikayətləriylə bağlı məhkəməyə müraciət edib.
Sakinlər onu da deyir ki, illərlə aidiyyəti orqanlara şikayət etsələr də, bu, nəticə verməyib.
Bələdiyyə üzvü Vəfa Nağı artıq üç ildən çoxdur ki, keçmiş sədr Əlibala Səlimovun qanunvericiliyin tələblərini pozması barədə hüquq-mühafizə orqanları qarşısında məsələlər qaldırmaqdadır.
2020-ci il iyunun 19-da Vəfa Nağı kənd bələdiyyəsinin sədrinin rüşvət alması hallarının araşdırılması tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib.
O bildirib ki, bələdiyyə sədri otlaq sahələrini qanunsuz olaraq icarəyə verir, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində verir.
Keçmiş bələdiyyə sədri ilə əlaqə saxlamaq mümkün olmasa da, Əlibala Səlimov bir müddət əvvəl jurnalistlərə açıqlamasında torpaqların zəbt edilməsi ilə bağlı iddia ilə razılaşmayıb. O bildirib ki, bələdiyyənin cəmi 352 hektar torpağı var və deyilənlərin hamısı yalan və böhtandır.
Örüş torpaqlarına gəlincə o bələdiyyənin nəzdində cəmi 9,5 hektar örüş torpaqları olduğunu və həmin torpaqdan kənd əhalisinin istifadə etdiyini deyib.
2002-ci ildən 2020-ci ilədək Xolqaraqaşlı Bələdiyyəsinin sədri vəzifəsində işləyən Əlibala Səlimov səhhəti səbəbindən istefa verdiyini bildirib.
Hazırki bələdiyyə sədri Elnur Səfərov suallarımıza cavab verməkdən imtina etdi.
 
Ardını oxu...
Hollivudun məşhur aktyoru Bredd Pitt qızını ad günü münasibətilə təbrik edə bilmədiyi üçün qəzəblənib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Bred Pitt keçmiş həyat yoldaşının onu qəsdən bezdirmək qərarına gəldiyinə əmindir. “Bred həqiqətən Şaylonun ad gününü onunla keçirmək istəyirdi. Ancaq məsələ bu deyil. Əlbəttə, onun heç bir sübutu yoxdur, amma əmindir ki, Ancelina qızı onunla kin saxladığı üçün aparıb”, - Pittin ətrafındakılardan biri bildirib.

Məlumatda qeyd edilir ki, Hollivud aktyoru çox narahatdır, lakin hələ heç nə edə bilmir. Keçmiş ər-arvadın qəyyumluqla bağlı icraatları davam edir: cütlüyün üç övladı isə artıq yetkinlik yaşına çatıb. Pitt indi eyni şeyin qalan uşaqlar üçün də olmasını gözləyir.

Pitt və Coli 2016-cı ildə ayrılıblar. “Turist” filminin ulduzu əri ilə bağlı şok təfərrüatları açıqlayıb: Enjinin sözlərinə görə, o, hətta uşaqlara da əl qaldırıb. Təyyarədə uğursuz uçuş zamanı aktyorun arvadını stul ataraq kürəyinə xəsarət yetirdiyi iddia edilir.

Boşanma prosesi başa çatıb, lakin qəyyumluq və əmlak bölgüsü ilə bağlı proseslər hələ də davam edir. Eyni zamanda, nə Pitt, nə də Coli bir-birinə təslim olmaq fikrində deyillər.

Şaylo bu yaxınlarda cəsarətli bir addım atıb. Aktyorların qızı saçını qırxdırıb.
 
Ardını oxu...
İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır. Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanının baş qəhrəmanı Göytəpə kəndinin sayılıb-seçilən adamlarından olan Cahandar ağadır. Cahandar ağa əsərdə ziddiyyətli obraz kimi təqdim olunur. Cahandar ağa xasiyyətcə qorxmaz, cəsarətli, sözünü üzə deyə bilən adamdır. O, əsərdə özünün arvadı ola-ola başqasının arvadı olan Mələyi götürüb qaçması ilə böyük bir səhv edir. Cahandar ağa bütün əsər boyu bu etdiyi səhvin cəzasını ödəyir. Bu hadisədən sonra hər şey Cahandar ağanın əleyhinə işləyir. Cahandar ağanın ağsaqqal yaşında evli olduğu halda evli bir qadın olan Mələyi qaçırması onun bütün etibarını ailəsi və cəmiyyət arasında yox etdi. Cahandar ağa bu hərəkəti ilə qaçırdığı Mələyin əri olan Allahyarın və özünün arvadı Zərnigar xanımın qürurunu ayaqlar altına atmışdı. Cahandar ağanı ziddiyyətli edən bir səbəbdə o idi ki, o, cahillik göstərib, başqasının arvadı olan Mələyi götürüb qaçması ilə yanaşı kiçik oğlu Əşrəfin oxuyub, təhsilli olması üçün əlindən gələni edir. Belə ki, Cahandar ağa yeganə Göytəpə kəndinin sakini idi ki, oğlu Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Cahandar ağa belə bir xarakterdə insan idi ki, özü başqasının namusuna sataşır, lakin özü hər kəsdən namus tələb edir. Cahandar ağa üçün başqasının namusunun bir önəmi yox idi. Onun üçün özünün kişilik qeyrəti hər şeydən üstün idi. Belə ki, Allahyar tərəfindən atı Qəmərin quyruğu kəsiləndə acımadan bir göz qırpımından atı öldürür. İsmayıl Şıxlı “Dəli Kür” romanında Cahandar ağanı qüdrətli insan, çətin zamanda ayaqda durmağı bacaran, çar kazaklarının qabağında duruş gətirə bilən, camaatın havadarı, xilaskarı kimi təqdim edir. Cahandar ağa xaraktercə ailəsinə, namus, qeyrət məsələsinə çox böyük həssaslıqla yanaşan adam idi. Cahandar ağa başqalarından tələb etdiyi namus anlayışına özü qəti şəkildə əməl etmirdi. Belə ki, o, başqasının arvadı olan Mələyi götürüb qaçması Cahandar ağaya baha başa gəldi. Cahandar ağanın ən böyük səhvlərindən biri də bacısı Şahnigarı öldürməsi olur. Bu hadisədən sonra onun qəlbində əvvəllər yaranmayan hisslər baş qaldırır. Bu hadisədən sonra yanıqlı, iniltili, sızıltılı nidalar Cahandar ağanın həyat ahəngini pozmağa və tədricən yox etməyə başlayır. Günahsız bacısının xəyalı onu bir an da rahat qoymur. Daxili iztirab, vicdan əzabı, bəlkə də özünə qarşı çevrilən hiddət hissi Cahandar ağanın sabit həyatına dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik gətirir. Cahandar ağa xaraktercə ziddiyyətli təqdim olunsa da, o, düşməni Allahyarı gizli şəkildə, namərdcəsinə öldürmür. Onu qabaq-qabağa döyüşdə məhv edir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı olan Şamxal bu hadisəyə görə atasından üz çevirmişdi. Ata-oğul bir-birinə düşmən kəsilmişdi. Bu hadisədən sonra qüruru sınan Şamxal evi tərk edir. Daha sonra o, özünə ev tikir və dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun sosial statusuna layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. Şamxal əsərdə çox ləyaqətli, dürüst, əməksevər, mərd, namuslu biri kimi təsvir olunur. Belə ki, o, atasının başqasının arvadı olan Mələyi götürüb qaçmasından sonra o evdə qalmır və eyni zamanda atasından heç bir mülk tələb etmir. Şamxal Cahandar ağadan qorxmayıb, cavan olmasına baxmayaraq, atasının üzünə ağ olub, onun səhvini kişi kimi üzünə deyir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə Cahandar ağanın digər oğlu Əşrəfdir. Əşrəf İsmayıl Şıxlının “Dəli Kür” romanında ədibin gələcək nəsilləri oxumuş görməyinin göstəricisi idi. Belə ki, Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini idi. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə romanda rus Əhməd, poçt Əhməd kimi tanınan ədibin maarifçi fikirlərini yayan obraz idi. Əhməd kənddə öz yaşadığı evdə müəllimlik edib, kənd uşaqlarının oxuması, hərif tanıması üçün əlindən gələni edir. O, Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini olan Əşrəfin ilk müəllimi olmuşdu. Bu obraz sadəliyi, savadlılığı, mehribanlığı ilə kənd uşaqlarının sevimlisi olmuşdu. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi obrazıda Allahyar idi. Allahyar əsərdə namusu ləkələnmiş şəxsdir. Onunla Cahandar Ağa arasında əvvəlcədən heç bir düşmənçilik olmayıb. Onlar arasındakı bu düşmənçiliyin əsas səbəbi Cahandar Ağanın Allahyarın arvadı olan Mələyi götürüb qaçması idi. Cahandar Ağa ilə Allahyarın düşmənçiliyində Allahyarın heç bir günahı yox idi. Əgər Cahandar Ağa onun arvadını götürüb qaçmasaydı, heç Allahyarda onu tanımazdı. Allahyar Cahandar Ağanın atı Qəmərin quyruğu kəsdirməklə, qızı Salatını qaçırtmaqla, onun evinə gecə hücüm etməklə oda bacardığı qədər onun namusuna sataşır. Yazıçı əsərində Allahyara haqq qazandırır, çünki Cahandar Ağanın elədiyi böyük qəbahət idi. Onun etdiyi bu hərəkət heç bir əxlaqa sığmırdı. Cahandar ağa qolunun gücünə güvənib, cəmiyyətin nizamını pozub, başqasının arvadını evinə gətirmişdi. Allahyarın Cahandar Ağa ilə tək problemi arvadı Mələyi qaçırması idi. İsmayıl Şıxlı “Dəli Kür” romanında Çernyayevski ilə Kipiani xətti ilə maarifçilik fikirlərini əsərində yaymışdır. Onlar Göytəpə kəndinə gəlib, oradakı sakinlərlə danışıb, təhsil vermək üçün Qori Müəllimlər Seminariyasına uşaq aparmaq istəyirdilər. Lakin onların qarşısına ilk çıxan maneə Molla Sadıq olur. Molla Sadıq elmə, maarifə qarşı çıxan bir adam idi. O, icazə vermir ki, Göytəpə kəndinin sakinləri öz övladlarını Qori Müəllimlər Seminariyasına göndərsinlər. Çünki elmli adamlar Molla Sadığın gözünün düşməni idi. Cahandar ağa oğlu Əşrəfi Molla Sadıqla məsləhət etmədən Qori Müəllimlər Seminariyasına göndərsinə görə onlar arasında ədavət başlamışdı. Molla Sadıqla Cahandar ağa Çernyayevski ilə Kipianinin xahişinə görə yenidən üz-üzə gəlməli olurlar. Belə ki, Molla Sadıq icazə vermirdi ki, kənd camaatı uşaqlarını təhsil almağa göndərsin. Molla Sadıq Cahandar Ağadan daim qisas almağa fürsət axtarırdı. İsmayıl Şıxlı “Dəli Kür” romanında Molla Sadığı məkrli və xəyanətkar biri kimi oxucuya təqdim edir. Beləliklə, Molla Sadıq Cahandar Ağadan qisas almaq üçün onun düşməni olan Allahyarla birləşib, Cahandar Ağanın qızını qaçırdır. Həmçinin, o, kazaklarla əlbir olub Cahandar Ağaya arxadan zərbə vurur. Molla Sadıq Cahandar Ağaya oğlunu Qori Müəllimlər Seminariyasına oxumağa göndərməsinə, elmə-təhsilə verdiyi dəyərə, kəndə uşaqları təhsilə cəlb etmək üçün gələn Çernyayevskiyə köməklik etdiyinə görə düşmən olmuşdu. Beləliklə də, Molla Sadıqla Cahandar Ağa əzəli düşmən oldular. Amma Molla Sadıq Cahandar Ağadan intiqamını mərd şəkildə almadı. O, Cahandar Ağanın dul bacısı Şahnigarı meyxanaya aldadıb, gətirdib, rüsvay edir. Buna dözməyən Cahandar Ağa bacısını öldürür. Əsərdə təsvir olunan qadın obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı, Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün Cahandar ağanı heç cür bağışlaya bilmirdi. Zərnigar xanıma Cahandar ağanın bu hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi. Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır. Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki, Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb, başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki, bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf, mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur, məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz, saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli, ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət qazanmasında bu əsərin çox böyük rolu vardır. Ədibin yaratdığı obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Atakişiyeva Həcər
Teref.az
 
Ardını oxu...
ONLAR; Alp, Alp Er, Alpagut, Alp Eren gibi adlar verilen Türk savaş kahramanlarıdır. Savaşta cesaret ve başarı gösteren erlere, Alp rütbesi verilirdi. G. Clauson’a göre, Göktürk döneminde savaşçılara verilen “Bagatur” rütbesi de Alpagu-Alpagut rütbesi ile eşdeğerdi. Emel Esin’e göre Xioungnu’ların hükümdarı Metehan’ın gerçek adı da Bagatur’dur.
Göktürklerde savaşta ölmek ölümlerin en şereflisi idi. Ölen Alp ve Er için dikilen Bengütaşlara “Er Bengüsü” denirdi. Mezar başlarına, ellerinde kadeh olan heykelleri de dikilirdi. Oğuz Alp’ları ellerinde şarap dolu kadehleri ile gömülürdü.
Kaşgariye göre Alp, tek başına düşmanla savaşan cesur savaşçı demekti. Bütün silahları kullanmakta usta, “Pars Postu” giyen cesur ve tek başına savaşmaya hazır Alp’lar vardı. (Alp-Er-Tonga). Diğer bir işaretleri ise atlarının kuyruklarına bağladıkları ipek kumaşlardı. At üstünde öne ve arkaya ok atabilen Alp’lar, Tulgalarının sağına ve soluna çift şahin kanadı takardı. Saçları uzun ve örgülü olurdu.
Oğuz Türkçesinde Evren’in (Ejderha) bir anlamı da Alp’tır. Alp’lar ejderha özelliklerine sahiptir. Göktürk döneminde Alp’lık ongunları Tonga, Bars, və diğer yırtıcılar ile Büke-Ejderha ve Böri-Kurt idi.
Nuray Bilgili.
Teref.az
Ardını oxu...
HUNLAR, bozkırın asi ve özgür evlatları. Dünyaya sığmayan, devlet kuran, toprağın adil Beyleri.
Mavi Türklerin, Gök Hunlar’ın
Kızıl Türklerin, Al Hunlar’ın
Ak Türklerin, Ak Hunlar’ın
Kara Türklerin, Kara Hunlar’ın ataları.
Gök Türkler Hunlar’ın bir boyudur. Renk sembolizmi açısında Mavi Türkler Gök Hunlar’a karşılık gelir. Alchon Hunları, Al Kağanlardır yani Al Hunlardır ve Alkhan olarak da bilinir. Kidaritler ya da Kidara Hunlar’ı, "Kızıl Huna” yani Kızıl Hunlar olarak bilinir. Kızıl Türkler.
Ak Hunlar, Ak Türkler, Ak Koyunlular şeklinde tarih sahnesinde boy göstermiştir. Kara Hunlar, Kara Hanlılar, Kara Kağan’lar olarak Hun soylu beylerdir.
Hun Kağanı Mete, ilk düzenli ordu sistemini,renk sembolizmini temel alarak oluşturmuştur. Atlı birliklerini dört yöne sevk ederken, Türk Kozmolojisindeki renkleri kullanmıştır. Ak Atları Batıya, Demir Kırı-Gök Atları Doğuya, Kızıl Atları Güneye, Kara Atları Kuzeye göndermiştir.
Nuray Bilgili.
Teref.az
 

    
Ardını oxu...
Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə paylaşım edib.

Mehriban Əliyeva “Instagram” hesabındakı paylaşımına ümummilli lider Heydər Əliyevdən sitat əlavə edib:

“Mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.
Ardını oxu...
Подтвержденный
10 мин.
 
 
 
Ardını oxu...
Xalq artisti Azərpaşa Nemətovun vəfatından iki aydan çox vaxt keçməsinə baxmayaraq, Akademik Milli Dram Teatrına direktor təyin edilməyib.

Qaynarinfo-ya sözügedən teatrdan daxil olan məlumata görə, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin bu vəzifəyə təyin olunması ilə bağlı Mədəniyyət Nazirliyinə təklif verilib.

Məlumatı dəqiqləşdirmək üçün İlham Rəhimli ilə əlaqə saxladıq. İlham Rəhimli Qaynarinfo-ya açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi: “Bu barədə ilk dəfədir sizdən eşidirəm”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrın direktoru Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib. Bir müddət əvvəl Mehriban Ələkbərzadə “Azdrama”ya bədi rəhbər təyin olunsa da, direktor təyinatı edilməyib.
 
Ardını oxu...
İki həftə sonra “Gizli işğal” filminin təqdimatı olacaq.

Filmi lentə alan “Marvel” studiyası daha çox insanın marağını cəlb etməsi üçün artıq hazırlıqlara başlayıb və tez-tez fraqmentlər təqdim etməklə insanların həvəsini alovlandırır.

Lent.az-ın məlumatına görə, filmdə baş rolda Semuel L. Cekson çəkilib.

Fantastik janrda çəkilmiş ekran işinin süjet xətti Yer kürəsini gizlicə zəbt etmiş yadplanetlilərlə mübarizə mövzusu üzərində qurulub.
Ardını oxu...
...Şuşanın say-seçmə bəylərindən birinin evində böyük məclis qurulmuşdu.
Gözəlliyi ilə göz oxşayan mülkə Qarabağın bəy-xanları, ziyalıları, tanınmış şəxsləri toplaşmışdı. Başdan-başa Qarabağın milli xörəkləri, ləzzətli təamları ilə bəzədilmiş süfrənin arxasında bəziləri şirin-şirin danışır, bəziləri nəyinsə mübahisəsini edirdi. Bir sözlə, otaq səs-küyə qərq olmuşdu. Elə bu dəm məclisə sükut çökür... Əbülhəsən Xan Azər İqbal Sultan (tələbələrindən biri də Məmmədhüseyn Şəhriyar olub) “Kürdü Şahnaz” oxuyurdu. İfa qurtarandan sonra məclisdə olanlardan biri – “Segah İslam” deyə çağırılan xanəndə İslam Abdullayevin ağlına bir fikir gəlir. Muğamın sirlərini təzəcə öyrətməyə başladığı şəyirdini “imtahana çəkmək” istəyir: “Hə, İsfəndiyar, indi də sən öz məharətini göstər. Eşitdiyin bu muğamı sən də oxu, görək necə bacarassan”. Oğlan da elə bil bir himə bənd idi. Məclisdəkilərin ona diqqət kəsilməsinə baxmayaraq, əlini qulağının dalına aparıb eşitdiyi “Kürdü Şahnaz”ı bir oktava da zildən oxumağa başlayır. Hamı təəccüblə bir-birinin üzünə baxır. Çünki azyaşlı oğlandan bu cür ifanı heç kim gözləmirdi. Qonaqlar İsfəndiyarın ifasına, səsinə, bacarığına heyran qalır. Elə məclisdəcə hamı bir qərara gəlir - Əbülhəsən Xan sənətdə Güney Azərbaycanlılarının xanıdır. Sən də bu gündən oldun biz Azərbaycanlıların Xanı. Beləliklə, 1915-ci ilin həmin günü 14 yaşlı İsfəndiyar Aslan oğlu Cavanşir dönür olur Xan Şuşinski. Və çox keçmir, o nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da bu ada layiq olduğunu, sözün əsl mənasında muğamın xanı olduğunu sübut edir...
Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirdi
İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşada anadan olub. Mənsub olduğu Cavanşirlər sülaləsi Qarabağ xanlarından sayılır. Pənahəli xan Cavanşir, oğlu İbrahim xan Cavanşir, Xurşidbanu Natəvanla eyni nəsildəndirlər. İsfəndiyarın atası Aslan ağa Qarabağ bəylərindən olub. Musiqini çox sevib, tar çalıb, evində məclislər qurub. Qarabağ xanəndələrini, şairlərini də bu məclislərə dəvət edib. İsfəndiyar da uşaqlıqdan belə bir mühitdə böyüyüb. Qrammofon valında İran musiqiçilərinə qulaq asıb. Muğam sədaları ilə böyüyən oğlanın ürəyində sənətə olan maraq və məhəbbət də gündən-günə artmağa başlayıb. Tanrının bəxş etdiyi fitri istedad isə öz yerində. İsfəndiyarın səsi o qədər güclü imiş ki, evdə oxuya bilmirmiş. Səsinin cingiltisindən rəflərə düzülmüş qablar silkələnirdi. Elə ona görə də Şuşanın dağlarına, Cıdır düzünə gedər, ağacların başına çıxıb orda ürəkli oxuyurdu. Oğlunun bu istedadını və həvəsini görən Aslan ağa axırda İsfəndiyarı Segah İslamın yanına aparmaq qərarına gəlir, xanəndədən uşağa muğamın sirlərini öyrətməyi təvəqqe edir. Beləliklə, məktəbə getməklə yanaşı, İsfəndiyar həm də xanəndədən xüsusi dərs alır. Günlərin birində isə bəy evindəki məclisdə İsfəndiyarın ifası hamını heyran qoyur. Məclisdəcə hamı bir ağızdan deyir ki, bu gündən adın olsun Xan Şuşinski.
Elə o vaxtdan İsfəndiyar Aslan oğlu Cavanşir Xan Şuşinski adı ilə fəaliyyət göstərməyə başlayır. Səsinin sorağı Şuşadan çıxıb bütün Qarabağa yayılır. Müxtəlif yerlərdə çıxışlar edir. Az sonra Ağdamda ilk dəfə olaraq “Qarabağ” ansamblını yaradır. O ansamblla həmin bölgələrdə konsertlər verir. Xankəndində keçirilən ənənəvi təbliğat-təşviqat konsertində isə Xan Şuşinski Cabbar Qaryağdıoğlu ilə tanış olur. Konsertdə Cabbar Xanın səsinə heyran qalır və “belə bir istedad sahibi mütləq Bakıya gəlməlidir. “Sən dünya səviyyəsinə çıxmalısan”, - deyə tövsiyə edir. Bundan sonra Xan Bakıya gedib gəlməyə, orda da tanınmağa başlayır. Məşhur sənət adamları ilə tanış olur. Dahi Üzeyir Hacıbəyov 1926-cı ildə yazdığı “Qara göz” mahnısını oxumaq üçün ilk dəfə Xan Şuşinskiyə verir. Hətta onu dəfələrlə Opera və Balet Teatrında işləməyə də dəvət edir. Lakin Xan razı olmur. Deyir “mən sənətkaram, muğam ifaçısıyam, aktyor kimi səhnəyə çıxa bilmərəm”. O vaxtlar Xanı İtaliyaya təhsil almağa da göndərmək istəyiblər. Bu, Xanın öz ürəyindən də keçib. Ancaq atası razılıq verməyib ki, “sən getsən, gəlib görəssən ki, mən ölmüşəm”. Xan da atasını və kiçik bacı-qardaşlarını qoyub getmir. Çünki anası Bəyimxanım (İbrahim xanın qızı Ağabəyimin adından götürülüb) da artıq rəhmətə getmişdi (Ermənilər kəndlərini yandırdıqları üçün ürəyi partlayıb ölmüşdü).
57 yaşında ikinci izdivacdan ilk qızı dünyaya gəlir
Xanın tez ailə qurmasının səbəbi də məhz bununla bağlı idi. Ailə başsız qalandan sonra 18 yaşlı Xan Tovuz xanımla ailə qurur. 35 ildən artıq müddətdə bu xanımla evli olur. Ər-arvad arasında heç bir anlaşılmazlıq olmasa da, ailənin bircə problemi vardı. Övladları olmurdu. Ancaq övlad həsrətinə baxmayaraq, Xan yenə də öz həyat yoldaşından ayrılmır. İllər boyu ona sadiq qalır. Ta o vaxta qədər ki, yoldaşı xəstələnir və özü Xanın ikinci dəfə evlənməsini istəyir. Birinci həyat yoldaşının razılığı ilə Xan Şuşunski ikinci dəfə evlənir. Onda artıq 56 yaşı vardı. Yaşının çox olmağına rəğmən, xoşbəxtlikdən, bu izdivacdan sənətkarın 4 övladı olur. 57 yaşında ilk qızı dünyaya göz açır. Xanın sevinci yerə-göyə sığmır. Uşağa anası Bəyimxanımın adını qoyur. Onun şəninə “Ay qəşəng ceyran” mahnısını yazır.
Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva Lent.az-a danışır ki, övladı olduğuna görə atası özünü çox xoşbəxt hiss edirdi. Uşaqlarının hamısı ilə xoş rəftar edirdi. Bir dediklərini iki etmirdi: “Atam özü deyirdi ki, “Süsən, sünbül” mahnısını oxuyanda öz taleyinə ağlayırmış. O mahnıda belə sözlər var axı: “Ömrü başa yetirmişəm, balam hanı, yarım hanı...” Atam uzun illər övlada həsrət qalıb. Yaşlı vaxtında bizi başına yığıb deyirdi ki, “mən indi dünyanın ən xoşbəxt adamıyam. Varım da, dövlətim də bu uşaqlardı. Gör neçə il onlara həsrət qalmışam”. Mənə anasının, qardaşıma atası Aslanın, bacılarıma da bacılarının adlarını qoyub – Zümrüd, Səadət. 4-cü övladı olanda atamın 63 yaşı vardı. Amma buna baxmayaraq çox sağlam kişi idi. Anam Suğra xanımla atam arasında 30 yaş fərq olub. Böyük yaş fərqinə baxmayaraq, çox xoşbəxt olublar. Çünki bir-birlərini başa düşürdülər, hörmət edirdilər. Ümumiyyətlə, atamın çox gözəl xasiyyəti olub. Uşaqla uşaq, böyüklə böyük kimi idi. Heç kimin xətrinə dəymirdi. 1959-cu ildə Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Konsert televiziya vasitəsilə göstərilirdi. Atamı orda görən kimi televizora yaxınlaşıb barmağımla atamı göstərərək birinci dəfə “dədə” sözünü demişəm. O vaxtdan da mən, daha sonra isə bacı qardaşlarım atama “dədə” deyə müraciət edirdik”.
Mircəfər Bağırovun əmrilə Xan 24 saat ərzində Şuşadan Bakıya köçürülür
Xan Şuşinski Bakıda ilk konsertini 1929-cu ildə filarmoniyada verib. Həmin gün filarmoniyada iynə atsaydın, yerə düşməzdi. Nəinki zalda, foyedə, hətta filarmoniyanın bağında da adam əlindən tərpənmək olmurdu. Filarmoniyanın pəncərələrini açıq qoymuşdular ki, çöldəkilər səsi eşidə bilsinlər. Xanı bir dəfə görmək üçün ağaca çıxanlar da vardı. Asayişi qorumaq üçünsə yol boyu atlılar düzülmüşdü. Misli görünməyən bu cür konsertdən sonra Xan Şuşinski Mircəfər Bağırov tərəfindən də qəbul olunur. Mircəfər Bağırovun əmrilə Xan, qardaşı Allahyar Cavanşirlə birgə 24 saat ərzində Bakıya köçürülür. Onların hər ikisinə mənzil verilir. Bundan sonra Xan Şuşinski fəaliyyətini daha da genişləndirməyə başlayır. Müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edir, dekadalara gedir: “1938-ci ildə Moskvaya dekadaya gedəndə atam Ağdamda olub. Ona çatdırmayıblar. Gəlib Mircəfər Bağırova deyiblər ki, Xan deyir mən getmirəm, burda toylarım var. Mircəfər çox qəzəblənib ki, qoy dekada qurtarsın, yanıma çağırtdırıb danışaram. Bundan xəbər tutan Üzeyir bəy, Mirzə İbrahimov, Səməd Vurğun Mircəfərin yanına gedib onun belə şey etməyəcəyini deyiblər. Xoşbəxtlikdən, Mircəfər Bağırov onlara inanıb. Bir dəfə da atam danışır ki, ölkədə Lermontovun yubileyi keçirilirmiş. Atama da deyiblər ki, Mircəfər Bağırovun tapşırığıdı – Lermontovun bir şeirini muğam üstündə ifa etməlisən. Atam bilmir neynəsin. Səhər Azərbaycan dilinə tərcümə olunmuş şeiri ona təqdim edirlər. Axşama kimi öyrənib tədbirdə ifa etməliydi. Amma nə qədər edibsə, şeiri əzbərləyə bilməyib, görüb ki, muğamla da uyğun gəlmir. Axırda çarəsiz qalıb şeiri balaca bir kağız parçasına yazaraq qavalın içinə qoyur. Konsertdə də kağıza baxa-baxa, heç nəyi bildirməməyə çalışaraq, xırdalıqlar edərək oxuyub. Bir sözlə işin içindən məharətlə çıxıb. Konsertdən sonra isə Mircəfər Bağırov özü də məəttəl qalıb ki, Xan bir gün ərzində şeiri necə tərcümə edib öyrənib”.
Nəriman Nərimanov Atatürkə həsr olunmuş mahnını Xana gizlində oxudardı
Bəyimxanım Verdiyeva maraqlı bir faktı da açıqlayır: “Atam o vaxt Müsavat hökumətinin əsgəri olub. Görüblər səsi qəşəngdi, ordudan uzaqlaşdırıblar ki, səsinə xələl gəlməsin. O zamanlar Nəriman Nərimanovla da tanış olub. Özü danışırdı ki, Nərimanov onun ifasında bir mahnını daha çox bəyənirdi. Bu da Mustafa Kamal Paşaya həsr olunmuş mahnı idi: “Yaşa, yaşa, yüz yaşa. Mustafa Kamal Paşa”. Nərimanov gizlində bu mahnını atama oxudub qulaq asırdı. Bunu heç kim bilmirdi”.
Ümumiyyətlə, Xan Şuşinskinin dost-tanışı, yaxın münasibətdə olduğu yoldaşları çox olub. Məsələn, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir onların qohumu idi. Tez-tez Şuşaya gələrdilər. Xanı da götürüb gedərdilər gəzməyə. Xan oxuyar, Cəlil də feyzyab olardı. Hüseyn Cavidlə yaxın münasibəti vardı. Onun qəzəllərini muğam üstündə oxuduğuna görə, bir il Xanın səsini əlindən alıblar - oxumağa qoymayıblar. 40-cı illərdə bəstələdiyi “Şuşanın dağları” mahnısına görə də başını çox ağrıdıblar. Niyə “başı dumanlı” yazdığına görə sorğu-suala tutublar. O da cümləni dəyişib yazıb: “Şuşanın dağları deyil dumanlı”. Səməd Vurğunla yaxın dost olub. Tez-tez birlikdə ova gediblər. Xan “Komsomol” poemasının bir hissəsini “Segah” üstündə oxuyub. Səməd Vurğun isə “Azərbaycan” şeirinin bir bəndində Qarabağı Xanın səsilə tərənnüm edib:
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi
Bundan başqa Əliağa Vahid, Məmməd Rahim, İlyas Əfəndiyev, Süleyman Rüstəm və başqaları Xanı öz əsərlərində vəsf edib.
“Sən ki bu cür mərdlik etdin, evini yarmaq kişilikdən olmaz”
Bəyimxanım Verdiyeva atasının danışdığı maraqlı xatirələri yada salır. Məsələn, Qarabağda bir Abbasqulu ağa olub. Şura hökuməti qurulanda onun da var-yoxu əlindən alınmışdı. Ara-sıra tarzənliklə məşğul olurdu. Ona görə Xan bəzən onu da özü ilə birgə toylara, qastrollara aparırdı: “Qastrol səfərlərinin birində Abbasqulu ağa gülməli hərəkət edir. Həmin rayonun mərkəzində Leninin əlini irəli uzadan formada heykəli varmış. Bir də görürlər ki, bu Abbasqulu ağa heykəlin qabağında dayanıb nəsə danışır. Gedib ona qulaq asmağa başlayırlar. Abbasqulu ağa Leninin heykəlinə deyirmiş ki, “evimi, var-dövlətimi, heyvan sürümü aldın, indi nə istəyirsən məndən. Al, bu da sənin bir abbasın, əl çək məndən”. Bir dəfə də atam, yoldaşları və Abbasqulu ağayla birgə Şuşada “Əsli və Kərəm” tamaşasına baxmağa gedib. Tamaşanın Kərəmin keşişə yalvarma səhnəsi gəlib çatır. Kərəm keşişə neçə saat yalvarsa da, Əslini ona vermirlər. Axırı hövsələsi tükənən Abbasqulu ağa səhnəyə qalxır, tutur Kərəmin əlindən ki, hanı o Əsli? Əslini də səhnənin arxasından gətirərək deyir: “Səhərdən qalmışıq bir erməni keşişinin əlində. Bu yazıq Kərəm də elə hey yalvarır. A bala, Əslini verdim sənə, götür qızı get”. Sonra da üzünü camaata tutub deyir: “Ay camaat, tamaşa qurtardı. Evinizə gedə bilərsiz”. Təbii atamla olduğuna görə, bir söz deyib onun xətrinə dəyməmişdilər”.
Ötən əsrin 30-cu illərində Cabbar, Seyid və Xan Opera və Balet Teatrında konsert verirdi. Tarda onları Qurban Pirimov müşayiət edirdi. Cabbar Xanı yoxlamaq məqsədilə “Heyratı”nı oxuyanda ona keçid verir. Amma bir oktava yuxarıdan. Xan da ustalıqla bunun öhdəsindən gəlir. Onda Cabbar Qaryağdıoğlu əlini Xanın kürəyinə vuraraq “mən səni yoxlayırdım. Sən də məharətlə bunun öhdəsindən gəldin. Gələcəyin oxuyanı sənsən” deyir və qavalını ona verir.
Xan Şuşinski görkəmli tarzən Qurban Pirimovla yaxın dost olub. Qızı danışır ki, hər səhər filarmoniyaya gedəndə onu da özlərilə aparırdılar. O da filarmoniya bağında əylənən uşaqlara qoşulub doyunca oynayardı: “Bir də gördüm ki, uşaqlardan biri babasını çağırır. Bunu eşidən kimi qaçıb atamdan soruşdum ki, bəs mənim niyə babam yoxdur? Atam əvvəlcə tutuldu, sonra da Qurban Pirimovu göstərərək sevincək dilləndi ki, babana nə gəlib? Bəs bilmirsən ki, sənin baban Qurbandı? O gündən Qurban Pirimov oldu mənim babam. Qurban əmi bizə doğrudan da əsl baba nəvazişi göstərirdi. İlk dəfə maqnitofon alanda hamımızı evinə dəvət etmişdi. Yeyib-içdikdən sonra atamla babam dedilər: “Qızım, indi biz çalıb-oxuyacağıq, sən isə konferansyelik edəcəksən. De ki, çalır babam Qurban, oxuyur atam Xan, danışır Bəyimxanım...”. Onların dediyi kimi də etdim. Axırda mənə qəşəng servis hədiyyə etdilər.
Bir dəfə bizi ad günü məclisinə çağırmışdılar. Atam bir az nasaz olduğuna görə getmədi, evdə qaldı. Gələndən sonra dedi “bilirsiz nə olub? Evdə oturmuşdum. Birdən qapının zəngi çalındı. Gördüm üzü çopur kişidi. Dəvət etdim içəri. Gəldi oturdu. Çay gətirdim qoydum qabağına. Yemək təklif etdim, istəmədi. Dedim bir nərd oynayaq? Oynadıq. Sonra durdu ayağa. Dedi “gərək sənə deyim, yoxsa bu kişilikdən olmaz. Mən Bakıda birinci oğrubaşıyam. Fikrimiz vardı bu gecə sənin evini yaraq. Amma sən ki bu cür mərdlik etdin, kişi kimi qapını üzümə açdın, qabağıma çay qoydun, hal-əhval tutdun, evini yarmaq kişilikdən olmaz”. Biz bu hadisəni eşidəndə şoka düşdük. Atam bu cür insan olub. Sovetin xan, bəy adına qəti qadağa qoyduğu dövrdə Xan adını qazanaraq 50 ildən artıq müddətdə həm sənətinin, həm də şəxsiyyətinin xanı olaraq mədəniyyətə xidmət edib. Azərbaycan musiqi tarixində ilk dəfə o, 1943-cü ildə əməkdar artist adını almadan, SSRİ xalq artisti adına və “Şərəf” ordeninə layiq görülüb. Qadın müğənnilə ilk dueti də atam oxuyub – Şövkət Ələkbərova ilə. Atamın səsi o qədər güclü olub ki, hətta öz səsi olduğuna inanmayıblar. Bülbül xatirəsində yazıb ki, dekadaların birində Rusiyanın bir qrup sənətçi, ziyalıları yaxınlaşıblar. Deyiblər ki, Xanın boğazına baxmaq istəyirik. Bülbül də səbəbilə maraqlanıb. Cavab veriblər ki, “insanda belə bir güclü səs ola biləcəyinə inanmırıq. Yəqin o, boğazına səsgücləndirici aparat qoyub”. Atamın səsilə bağlı belə şübhələrin olması təbii idi. Hətta son gününə qədər onun səsi yerində olub, öz təravətini itirməyib. Sadəcə, ömrünün axırlarında şəkər xəstəliyi tutdu. Dodağı tez-tez quruduğuna görə oxuya bilmirdi”.
“Yaxşı ki, atam Şuşanın, Qarabağın işğal olunmasını görmədi”
Qızı deyir ki, Xan rəhmətə gedəndə 78 yaşı vardı. Amma yanaqları hələ də qırmızı idi. Çünki çox sağlam idi. O yaşlarında belə cavan oğlan kimi at çapırdı. Ona görə də vəfatına inanmaq olmurdu. Bir müddət “Leçkomissiya”da müalicə də almışdı. Amma nədənsə gündən-günə arıqlayırdı. Vəfatından bir gün qabaq isə qızına zəng vurub yanına gəlməsini istəyir: “Səsi çox yaxşı gəlirdi deyə inanmazdım ki, nəsə olar. Sonradan anam dedi ki, mənlə danışmaqdan ötəri özünü nə qədər ələ alıb. Atam dedi, qızım təcili gəl Bakıya, səni görmək istəyirəm. Mən onda Gəncədə yaşayırdım. Ora gəlin köçmüşdüm. Həyat yoldaşım “Göy göl” Ansamblının yaradıcısı Fikrət Verdiyev orada yaşayır, fəaliyyət göstərirdi. Zəngdən 1 saat sonra mindik qatara. Səhər saat 6-da Bakıya çatmalıydım. 10-a 20 dəqiqə işləyəndə zəncir boyunbağım birdən-birə qırıldı düşdü yerə. Demə, elə həmin vaxt atam rəhmətə gedib. Gəlib çata bilmədim. Buna görə hələ də özümü bağışlaya bilmirəm. Çox görmək istəyirdi məni. Nə sözü vardısa bilmirəm. Bacım danışır ki, təsadüfdən həmin vaxt efirdə “Göy göl” Ansamblının konserti göstərilirdi. Atam deyib ki, başımı qaldırın, heç olmasa Fikrəti görüm. Bir az baxıb, “nə qəşəng çalırlar”, - deyib, sonra da başını yavaşca yastığa qoyub. 10 dəqiqə sonra keçinib. 1979-cu il martın 18-də... Vidalaşma mərasimi filarmoniyada keçirilirdi. Səid Rüstəmov göz yaşları axıdırdı. Habil Əliyevin kamanı atamın mənə bəstələdiyi “Ay qəşəng ceyran” mahnısını çalaraq, elə bil mənim dilimlə həzin-həzin ağlayırdı. Küçələr insan axını ilə dolu idi. Fəxri Xiyabanda isə Nəriman Həsənzadə bədahətən bu şeiri dedi:
Bir heyrət bürüyüb məni bu yerdə
Dolmuş izdihamla Fəxri Xiyaban
Tabutu çiyində, səsi efirdə
Susan da Xan idi, oxuyan da Xan.
Hərdən fikirləşirəm, yaxşı ki, atam Şuşanın, Qarabağın işğal olunmasını görmədi. Buna əsla dözə bilməzdi, ürəyi partlardı”.
Olaylar.-2010.-15 sentyabr.-S.12
Ətayə Odər Əkbərsoy
 
 
 

Dünyapress TV

Xəbər lenti