Ardını oxu...
Fransız aktyor və musiqiçi Jan-Lui Murad vəfat edib.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı sənətçi Overn şəhərindəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Murad karyerası ərzində 20-yə yaxın albom çıxarıb. Onun bəstələri dəfələrlə Fransa hit-paradlarının zirvəsinə yüksəlib. Ən böyük populyarlığı isə Maylen Farmer ilə “Regrets” duetində qazanıb. O, İzabella Huppertlə birlikdə “Qadının qisası” filmində də rol alıb.
Ardını oxu...
Məşhur müğənni Tina Törner vəfat edib.

Onun uzun sürən xəstəlikdən sonra 83 yaşında Sürix yaxınlığındakı evində dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, musiqi aləmində Törner rokun kraliçası kimi tanınırdı.

Ardını oxu...
Ardını oxu...
Mənbə: TASS
 
Ardını oxu...
“Füzulidə 3 kurqanda qazıntı işləri aparılıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, sözügedən kurqanlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun təxminən 700-800 metr yaxınlığında yerləşir:
“Bura böyük kurqan çölüdür və 3 min yaşı olan hökmdar kurqanları var. Eramızdan əvvəl l minilliyin VIII-VII əsrlərinə aiddir. Araşdırmalarımız zamanı məlum olub ki, burada hökmdarı arabası ilə birlikdə dəfn ediblər. Araba təkərlərinin, atların, silah-sursatın qalıqları aşkarlanıb. Burada tapılan materialların böyük hissəsi bizim fondda saxlanılır, bir hissəsi isə hələlik Tarix Muzeyinə təhvil verilib”.
Ardını oxu...
“Televiziyalardan ümumilikdə narazıyam. Bədii şuralar yox dərəcəsindəri. O vaxt bədii şuraların üzvləri Tofiq Quliyev, Rauf Atakişiyev, Cahangir Cahangirov kimi bəstəkarlar idilər. Onlar hər adamı da səhnəyə çıxarmazdılar. Ağadadaş Ağayevin bir müddətdən sonra səhnədə çıxış etməyinə razılıq verdilər. O vaxt Ağadadaş artıq məşhur idi. Bu gün Aztv və Mədəniyyət kanalları cəmmiyyətə böyük xeyir verir. Digər kanallar məndən inciməsinlər, çox bayağıdırlar. Şit-şit gülməklə, qalmaqalla, kimisə evləndirməklə gündəmə gəlirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə deyib.

“Əvvəl yaxşı bildiyim aparıcıları izləyirəm, görürəm ki, onlar da dəyişiblər. Nə var, nə var ki, reytinq gəlsin. Bunun bizə ziyanı var, xeyri yox. Telekanallar bizim həyatımızı formalaşdıran mənbədir. Gərək onlar tərbiyəvi mövzulara toxunsunlar. Müğənni çıxır əcaib bədən quruluşu ilə oynayır, bizim uşaqlar axı bilmir bu yaxşıdır yaxud pis?! Bizə axı bütün ölkələrdən baxırlar. Niyə ölkəmiz haqda ayrı-ayrı insanların beynində mənfi rəy formalaşmalıdır? Qalmaqal yaradırlar, sonradan kütlə də onların səviyyəsinə düşür. Qalmaqal əvvəl də olub, guya bizi qalmaqala salmaq istəməyiblər? O vaxtı da bir-birləri ilə küsülü olanlar var idi. Bunu heç kim efirə çıxarmırdı. İncəsənət sahəsi ömür boyu intriqalarla dolu olub” deyə o bildirib.

Sənətkar Şuşa təəssüratlarını da bizimlə bölüşüb.

“Sonuncu dəfə Şuşada 1974-cü ildə olmuşdum. Qastrol səfəri idi, Natəvan xanım da orada iştirak edirdi. Ondan əvvəl “Qaya” kvarteti ilə bir yerdə getmişdik. Şuşa bizim ölkəmizin ən gözəl yerlərindən biridir. Oranın təbiəti kimi mənə elə gəlir ki, dünyada təbiət yoxdur. Heç ağlıma da gəlməzdi ki, illər sonra yenidən Şuşanı görə bilərəm. Natəvan xanımla birgə 3-cü “Xarıbülbül” festivalında iştirak etdik. Fizuli aeroportunda biz endik, Şuşaya avtobuslarla getdik. Mənim ürəyim ağrıdı. Elə bil ki, Fizulidə atom bombası partlayıb, Naqasaki onun yanında yalandır. Bütün kəndlər dağıntılar içərisində idi. Artıq böyük bərpa işləri gedir. Əlbəttə ki, buna uzun müddət lazımdır. Çox yüksək səviyyədə konsert keçdi. Hava bir az sərt idi. Şuşanın abu-havasından idi ki, bütün Cıdır düzünü rəqs, musiqi bürümüşdü. Dostlarımızı görüb sevindik. Rasim Balayevlə qol qaldırıb, sevincimizdən oynadıq. Çox gözəl tədbir idi, yüksək səviyyədə təşkil olunmuşdu” deyə sənətkar bildirib.

Rafiq Seyidzadə bu gün də musiqi ilə məşğul olduğunu deyib.

“Mən həmişə musiqi sənəti ilə məşğulam. Başıma, yaşıma baxmayaraq musiqi ilə daim ünsiyyətdəyəm. Son 5-6 ildir ki, nisbətən ara vermişəm. Bəzən götürüb saksafonu ifa edib, cavanlığımı, gənclik illərimi yada salıram” deyə sənətkar bildirib.
Ardını oxu...
Hindistanın Dehli şəhərindəki “Skin Decor” klinikasının baş dermatoloqu və direktoru Monika Çahar piylənmə və keçəllik arasında əlaqəni aşkar edib.

Lent.az xarici mətbuata istinadla bildirir ki, artıq çəki hormonal balanssızlığa səbəb olur, xüsusən də androgenlərin istehsalını artırır. Öz növbəsində, onların artan səviyyəsi kövrəklik və saç tökülməsinin əmələ gəlməsini təhrik edir.

Çahar izah edib ki, artıq çəki olan qadınlarda insulin müqaviməti yaranır və bu da polikistik yumurtalıqların inkişafına səbəb ola bilər. Öz növbəsində, bu xəstəlik keçəlliyin artmasına səbəb olan amillərdən biridir.

Mütəxəssis bu problemlərin qarşısını almaq üçün ilk növbədə meyvə, tərəvəz və yağsız ətdən ibarət qida rasionunuzu tənzimləməyi məsləhət görüb. Bundan əlavə, menyuda A, C və E vitaminləri, həmçinin biotin, sink və dəmirlə zəngin qidalar üstünlük təşkil etməlidir. Həki həmçinin stresdən uzaq durmağı, idmanla məşğul olmağı və saç qulluğuna baş masajını da daxil etməyi təklif edib.
Ardını oxu...
“Forsaj 10” filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb.

Toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub.

Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür.

Filmin süjeti Dominik Toretto (Vin Dizel) və onun yarışçı ailəsinin hekayəsini davam etdirir. Bu dəfə qəhrəmanlar narkobaron Dantenin yaramaz oğlu (Ceysin Momoa) ilə qarşılaşırlar.
Filmdə həmçinin Mişel Rodriqes, Bri Larson, Şarliz Teron, Con Cena, Helen Mirren, Dueyn Conson və Qal Qadot çəkilib. Ekran əsərinin rejissoru Luis Leteryedir.

Mənbə: gazeta.ru
Ardını oxu...
“44 illik teatr, bir az ondan az kino təcrübəm mənə bunu deyib: bizdə həmişə yaxşı ssenari yazanlar olub. Yaxşı rejissorlar, yaxşı aktyorlar da həmçinin... Sadəcə pulumuz az olub”.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında rejissor, aktyor, ssenari müəllifi, xalq artisti Vidadi Həsənov deyib.

O qeyd edib ki, Azərbaycan filmləri son illər bir çox festivallarda uğur qazanır:

“Kim deyir ki, yaxşı ssenari yazanlarımız yoxdur, onlara inanmayın. Azərbaycan filmi yoxdur deyənlərə də inanmayın. Azərbaycan gəncləri son festivallarda çox uğurlar qazanıblar. Bəyəm onlar bizimkilər deyil? Bizimkilərdir, onların uğuru da bizim, Azərbaycan kinosunun uğurudur”.
 

Ardını oxu...
Jurnalist Ülviyyə Alovlu Binəqədi Rayon Məhkəməsinin onu axtarışa verməsi ilə bağlı qərarına reaksiya göstərib.

DİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Ülviyyə Alovlu İnstaqramda video paylaşaraq bu sözləri deyib:

“Sabah Murad Arifin ilk solo konsertidir, ora getməyə hazırlaşıram. Heç kim məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə çalışır. Amma özündən başqa hamı gündəmdə oldu. Mənim də gündəmdə qalmağıma səbəb oldu. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verdi.

Mən burdayam, bundan sonra getdiyim hər yeri sosial şəbəkədə işarələyəcəm. Sabah Heydər Əliyev Sarayında olacam, kimsə axtarırsa gəlsin aparsın. Hakim Abbas Rzayevə yazıram, o mənə deyir ki, belə bir şey yoxdur”.

Qeyd edək ki, xalq artisti Flora Kərimova Ülviyyə Muradovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.
Ardını oxu...
Bakının İçərişəhər ərazisində ucaldılan “Dəmir Yumruq” abidəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Demokrat.az xəbər verir ki, bir çox tanınmış şəxslər həmin abidəni tənqid ediblər.

Bəzi sosial şəbəkə istifadəçiləri isə sözügedən abidəyə görə, İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayevi qınayıblar.

Xatırladaq ki, bu ilin martında Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayev “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri təyin edilib.
Ardını oxu...
 

Ardını oxu...
“Bir müddətdir ki, xəstə yatağındayam. Yaş artıq öz işini görür. Nə qədər yaşamaq olar? Bütün xəstəliklərim bir-birinə qatışıb. 3-4 aydır ki, yorğan-döşəkdəyəm. Televiziyaya da gedə bilmirəm. Böyrəklər bir az əziyyət verir, ürəyim bir az. Allah bilən məsləhətdir, nə vaxt məni bu dünyadan aparsa, o vaxt da gedəcəyəm. Bunu Allah bilir. Ölüm haqdır. Ən vacibi odur ki, bu dünyada ölüm var. İnsan xəstə olub, əziyyət çəkir, bax bu pisdir. Yaradıcı adam üçün xəstə yatmaq pisdir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib.

“Azərbaycanda yeganə xalq artisti tarzən qadınam. Mədəniyyətimizin inkişafı üçün çox əziyyətlər çəkmişəm. İndi işləməyə nə var ki? Televiziyalarda yollar açıqdır, cah-cəlallıq var. Biz bunları zülmlərlə qazanmışıq. İndi hər şey var, amma sənət yoxdur. Əsl sənət haqda danışanlar da yorulub. Sənətdən danışan da yoxdur. Bu məni çox narahat edir. Müğənnilərə baxıram, aparıcılar onları elə təqdim edir ki, deyirəm ki, bunlardan yəqin yoxdur. Onların nə vurğu işarələri, nə diksiyaları, nə də ki, danışıqları gözəldir. Müğənninin aylarla, illərlə üzərində işləyirdim. Mən onlara başa salırdım ki, filan mahnını oxusanız, daha yaxşı olar. Hər müğənninin səsinə, zövqünə görə mahnını onlara verirdim” deyə sənətkar deyib.

Xalq artisti bildirib ki, “Lalə” qızlar ansamblına xanımları seçərək götürüb.

“Vaxtilə ansambla maneçilik törədən çox xalq artistləri olub. Allah rəhmət etsin, başda elə Əhməd Bakıxanov idi. Bilirsiniz niyə? Bizim ansamblımız üzə çıxan kimi onların səviyyəsi aşağı düşdü. Deyirdilər ki, bu ansambla ehtiyac yoxdur. 7-8 nəfər var ki, onlar daim mənimlədir. O qədər sadiq olmayanlar oldu ki. İndi bəziləri efirə çıxır, heç “Lalə” qızların adını çəkmir. Naxələfdirlər də. Buradan fəxri adlar alıb, konsertlər veriblər. Müğənni tayfasının 90 faizi sədaqətsiz insanlardır. Bu onlarda adətdir. Mən hər xanımı, qızları ansambla götürməmişəm. Yolunu azanlar olub ki, onları bu başdan yola salmışam. Görmüşəm ki, bu qız mənə layiq deyil. Balıq başından iylənər. Mən özüm əgər möhkəm, ciddi durmasaydım onlar üstündə, yollarını azardılar. İlk növbədə məni müğənninin əxlaqı maraqlandırır. Bir ana 3 qızını saxlaya bilmir, gör nə qədər xanımlar mənim ansamblımdan gəlib-gedib. Xalq artisti Nəsibə Zeynalovanın xahişi ilə ansamblıma bir müğənni götürdüm. Şəkiyə qastrol səfərinə getmişdik. Gördüm ki, həmin qız yoxdur. Qız gəldi, əlində bir çörək, bir dənə də kolbasa. Məndən icazəsiz getmişdi. Hələ indiyə qədər heç bir qız məndən icazəsiz harasa getməyib. Ona dedim ki, yığış, yol pulunu da verirəm, get Bakıya. Yalvardılar ki, cavandır, bilməyib. Onu Bakıya göndərmədim. Bakıya çatan kimi o qızı ansamblımdan çıxardım” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti