Ardını oxu...
Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib.

"Report" xəbər verir ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən aşağıda qeyd olunan 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib:

1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;

2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi;

3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş;

4. Azərbaycan muğamı;

5. Lahıc misgərlik sənəti;

6. Çövkən – ənənəvi Qarabağ atüstü oyunu;

7. Azərbaycan aşıq sənəti;

8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi;

9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı;

10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti.

Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri vurğulanıb və mədəni irsin qorunması, mühafizəsi və davamlılığının təmin edilməsinin vacibliyi nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.

Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 13-ə çatıb.
 
Ardını oxu...
Bu il yüksək səviyyədə təltif olunanlar və onlardan məhrum edilənlər - SİYAHI

Bu il də hər il olduğu kimi bir sıra şəxslər Azərbaycan Respublikasının orden və medallarına layiq görülüblər.

2023-cü ildə orden və medal alan şəxslərlə yanaşı, bundan məhrum edilənlər də olub.

Hurriyyet.Az Ölkə.Az-a istinadla Dövlət başçısının orden və medallarla təltif etdiyi və həmçinin bunlardan məhrum edilən tanınmış şəxslərin siyahısını təqdim edir:

“İstiqlal” ordeni

Bu il “İstiqlal” ordeni ilə tətlif edilən 2 sənətçi var. Onlar Xalq artistləri Rasim Balayev, digəri isə Oqtay Miqasımovdur.

Hər iki sənətkara ordeni Prezident İlham Əliyev şəxsən özü təqdim edib.

“Şərəf” ordeni

Bu il “Şərəf” ordeni ilə təltif olunanlar sırasında Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, nasir, dramaturq və ssenarist Mövlud Süleymanlı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov var.

“Şöhrət” ordeni

2023-cü ildə bu ordenə layiq görülənlər isə Milli Məclisin deputatları Əli Məsimli, Anatoliy Rafailov, Cavanşir Feyziyev, Arzu Nağıyev, Məşhur Məmmədov və müğənni Akif İslamzadə, eləcə də, Xalq rəssamı Arif Hüseynovdur.

“Vətənə xidmətə görə” ordeni

2023-də millət vəkilləri Aqil Abbas, Novruzəli Aslanov, sabiq deputat, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Əməkdar jurnalist, Real TV-nin baş direktoru Mir Şahin Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, millət vəkili Asim Mollazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü, sabiq deputat Elmira Axundova isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

“Əmək” ordeni

2023-cü ildə həmçinin Xalq yazıçı Anar Rzayev 1-ci dərəcəli, Xalq artisti Vaqif Mustafayev isə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüblər.

“Qarabağ” ordeni

Geridə qoyduğumuz il həm də Azərbaycan Ordusunun 5 generalı “Qarabağ” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-leytenant Hikmət Mirzəyev, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “Qarabağ” ordeninə layiq görülüblər.

“Rəşadət” ordeni və “Vətən uğrunda”medalı

Yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncama əsasən, Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir İmanov və Orxan Əsgərov (ölümündən sonra) isə “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

“Tərəqqi” medalı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevin sözügedən universitetin əməkdaşlarının təltif edilməsi haqqında imzaladığı Sərəncamla "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev də “Tərəqqi” medalına layiq görülüb.

Təltiflərdən məhrum edilənlər

Bu il dövlət başçısı bir sıra şəxsləri orden və medallarla təltif etsə də, ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilənlər də olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi Mövlam Sıxəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından, adı çəkilən qurumun istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərov isə “Vətən uğrunda” medalından məhrum ediliblər.

Sərəncam hər 3 şəxsin ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunublar.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə M.Şıxəliyev 12 il, Y.Məmmədov 10 il 6 ay və S.Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
  

2 həftə sonra dünya Yeni İli qarşılayacaq. Hər il bu ərəfədə "Yeni İl xristian bayramıdırmı?" mövzusu yenidən gündəmə gəlir və hər dəfə də müəyyən dairələr tərəfindən müzakirələrə, mübahisələrə səbəb olur.

"Xristian dini təqvimində "Yeni İl" adlı bayram yoxdur".

Musavat.com bildirir ki, bu sözləri Azərbaycandakı Katolik kilsəsinin apostol prefekturasının mətbuat katibi Tural Ağayev deyib.

T.Ağayev dekabr ayının 24-dən yanvar ayının ortalarına qədər xristianların keçirdiyi bayramlar haqda qeyd edib:

Ardını oxu...

"24 dekabr (gecə) - Milad bayramın ərəfəsi - bayram axşamı;

25 dekabr - Milad Bayramı - İsa Məsihin dünyaya gəlişi;

26 dekabr - müqəddəs ilk şəhid Stefanın bayramı ;

27 dekabr - müqəddəs həvari Yəhyanın bayramı;

28 dekabr - Beytlehem Körpələri (şəhidləri) bayramı;

Milad bayramından sonra gələn ilk bazar günü - İsa, Məryəm və Yusif - Müqəddəs Ailə bayramı;

31 dekabr (gecə) - Məryəm Ana Bayramının ərəfəsi;

1 yanvar - Məryəm Ana bayramı

6 yanvar - Allahın Zühuru bayramı (Epifaniya bayramı);

Epifaniya bayramından sonr gələn ilk bazar günü - Rəbbin Vəftizi bayramı.

Bununla dekabr ayının 24-dü, gecədən başlanan Milad Dövrü bitir.

Pravoslavlar Milad bayramını yanvar ayının 6-dan 7-ə keçən gecə qeyd edilir, bayram günü yanvarın 7-dir. Yanvarın 19-da isə Rəbbin Vəftizi bayramı qeyd edilir.

31 dekabrdan 1 yanvara keçən gecə qeyd edilən Yeni İl bayramı - dünyavi təqvimə görə qeyd edilən bayramdır və dini mahiyyəti yoxdur. Sadəcə kilsələrdə həmin gün Allaha yeni təqvim ili üçün xeyir-dua və lütf duaları edilir".

Xalidə Gəray,
Musavat.com

    

Ardını oxu...
“Barbie” filmi 2023-cü ilin ən səs-küylü premyerası oldu. Bununla belə, aktrisa Marqo Robbinin filmdə rol alarkən peşman olduğu bir nüans var.

Məlumata görə, bütün çəkiliş müddətində Marqo heç vaxt Rayan Qoslinqlə öpüşməyib. Aktrisa dostlarının da buna görə məyus olduğunu qeyd edib:

“Onlar mənim Rayan Qoslinqlə eyni filmdə çəkildiyimə və bu fürsətdən istifadə edib onu öpməməyimə həm təəccübləndilər, həm də qəzəbləndilər”.
Ardını oxu...
Mənbə: peopletalk.ru
 
Ardını oxu...
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı atası ermənilər tərəfindən öldürülən, “Məşədi İbad”ı məşhurlaşdıran, güldüyü yerdə ürəyi dayanan aktyor, Xalq artisti Əliağa Ağayevə həsr olunub.

Əliağa Ağayev hələ iki yaşı olanda anasını itirir, beş yaşında (1918-ci il) ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımı törədəndə qaçıb Azərbaycana gəlirlər. Onlar eyni hadisələrin Bakıda da cərəyan etdiyini bilmirdilər. Elə həmin il atasını ermənilər qətlə yetirir.

7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir, eyni vaxtda zavodun dram dərnəyinə də yazılır. Oynadığı obrazlar zavod kollektivinin, daha sonra Bakı camaatının diqqətini çəkir, onlarda maraq oyadır. “O olmasın, bu olsun” filmindən sonra onu hamı tanıyırdı, amma adi ilə deyil, oynadığı obrazla - “Məşədi İbad” kimi. Bu obrazı oynayanda Əliağa Ağayevin qara, gur saçları var idi. Film təbii alınsın deyə saçlarını dibindən qırxdırıb, saqqalının üstündə isə günlərlə özü işləyib. Nəhayət, təbii göründüyünü hiss etdikdən sonra çəkilişə razılıq verib. Deyib-gülməyi, yeyib içməyi çox xoşlayırmış. 70 yaşı ərəfəsində, 13 noyabr 1983-cü ildə dostları ilə kafedə oturub deyib-gülürmüşlər. Danışdığı lətifəyə ətrafdakılarla birlikdə gülərkən ürək damarı partlayıb və həyatını itirib.


 
Ardını oxu...
Xalq artisti Əzizə Mustafazadə atası, əfsanəvi caz ifaçısı Vaqif Mustafazadə ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, o, atasının vəfatının 44-cü ildönümü olduğunu vurğulayıb. Ə.Mustafazadə atası ilə son danışığını belə xatırlayır:

“16 dekabr 1979-cu il… Vaqifsiz 44 il. Zaman sağaltmır…

Atamla sonuncu dəfə 1979-cu ilin dekabrın 15-də danışdığımı xatırlayıram. Söz verdi ki, ad günümdə (19 dekabr – red.) gələcək. Amma inanmadım. Hələ səfərdən əvvəl, güzgü sınanda hiss etdim ki, atamı heç vaxt görməyəcəyəm…”
Ardını oxu...
Bəstəkar Aleksandr Zatsepin Leonid Qaydayın rejissoru olduğu “Brilyant əl” filmində səslənən “Bizim vecimizə də deyil” mahnısını başıbəlalı hesab edir.

Bu barədə musiqiçi jurnalistlərə verdiyi müsahibəsində danışıb.

“Əvvəlcə mən başqa bir mahnı ərsəyə gətirmişdim, Derbenyevin şeirinin sözləri də fərqli idi. Amma sonda bu mahnıdan istifadə olunmadı. Ola bilsin ki, Qaydayın bunu hamının - həm düşmənlərin, həm də dostların dinləməsi üçün təqdim etməsi daha yaxşı oldu”, - deyə bəstəkar bildirib.

Zatsepin xatırladıb ki, bəstənin ilk dinləyicilərinin fikir ayrılıqları olub: 50% mahnının yaxşı, qalan 50% isə onun orta olduğunu bildirib. Bundan sonra filmin rejissoru bəstəkardan melodiyanı yenidən yazmağı xahiş edib.

“Qayday mahnılara çox tələbkarlıqla yanaşırdı. O deyirdi: “Mənə bunu radioda və ya mahnı valında oxutmaqları deyil, xalqın oxuması lazımdır”, - deyə Zatsepin xatırlayıb.

Qeyd edək ki, “Brilyant əl” komediyası 1969-cu ilin aprelində işıq üzü görüb. Filmdə Yuri Nikulin, Andrey Mironov, Anatoli Papanov, Nonna Mordyukova və başqaları kimi sovet kinosunun ulduzları çəkilib. Filmin bəzi epizodları bizim doğma Bakımızda çəkilib. “Dovşanlar haqqında mahnı” kimi də tanınan “Bizim vecimizə də deyil” kompozisiyasını filmdə Nikulinin qəhrəmanı Semyon Qorbunkov restoran səhnəsində ifa edir.

 
Ardını oxu...
Hamımız erməniyə gülür, bəzən acıqlanır və rişxəndlə deyirik ki, mahnılarımızı oğurlayıblar, rəqslərimizi oğurlayıblar və sair...
Buvaxta qədər mən də belə deyirdim, amma artıq fikrimi dəyişdim. Məncə "yaxşı edirlər", atalar deyib, "yeməyənin payını yeyərlər"...
Düşmən Azərbaycanın "mədəniyyət bağı"na oğurluğa girib, seçib ən gözəl mahnıları, musiqiləri, rəqsləri oğurlayır, biz də hər vəchlə SƏNƏTİ xalqa unutdurmağa çalışırıq.
Amma, əsl dəhşət də burasındadır ki, unutdurmaq işində Televiziya və Radio şurası birbaşa dəstək verir, daha doğrusu elə bu biabırçılığı məhz özü təbliğ edir.
Bəlkə də elə buna görədir ki, qocaman sənətkarlarımızın əksəriyyəti ürəyindən şikayətçidir.
Zarafat deyile, ömrünü sənətə, səhnəyə ver, axırda da...
Eh...
Yeri gəlmişkən, 8 noyabr (keçmiş Nobel) prospektində bir lövhə quraşdırılıb və həmin lövhədə "Xəzərə bax, gör necə dəyişir" sözləri yazılıb. Qeyd edim ki, bu lövhə məhz Murad Dadaşovun Xəzər televiziyasına rəhbər təyin edilməsindən az sonra quraşdırıldı.
Həmən ardından YouTube üzərindən yayımlanan "Fəlidən doğru xəbər" proqramı Xəzərdə yayımlanmağa başladı və....
"Və"dən sonra Xəzər TV-də fəaliyyətə başlayan verlişlərdən biri də bu "sənət əsəri"ni cəmiyyətə sırıyan həmin bu "incə səhər" proqramıdır.
Təkcə "Xəzər TV"nin adını yazdığıma baxmayın, demək olar ki, bütün televiziya kanalları bu vəziyyətdədir. Nisbətən İctimai TV hələ ki, fərqlənir, ona da baxan yoxdur.
Televiziya və Radio şurası hara baxır? Nə düşünür? Yoxsa bu şuranın üzvlərinin zövqü budur ki, onu da cəmiyyətin beyninə hopdururlar, adına "sosial verliş" dedikləri biabırçı "təbliğat ocaqları" kimi?!
Jalə Əsədova
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 
Ardını oxu...
“ “Kanal 7” də 2 il öncə “Yemin” serialında rol aldım. Daha sonra məni “Əsarət” serialına dəvət etdilər. Burada çox önəmli rollardan birini oynayıram. Afifə zabitəli, ziyalı bir nəslin davamçısı olan qadın obrazıdır. Hal-hazırda çəkilişlərimiz davam edir”

Bunu Moderator.az-a Əməkdar incəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.
“Mən sənət yaradıcılığım boyu bu cür rol oynamamışam. Afifə çox ağır xarakterli, bir az qəddar tərəfi olan, amma ailəsini, övladlarını qoruyan, öz fikirləri, qanunları olan mərd, qürurlu bir qadındır. Yeri gələndə çox duyğusal ola bilir. Onun ən başlıca məqsədi də ailəsini qorumaqdır. Hər zaman mülayim, mehriban, saf, məsum qadın rollarını oynamışam. Bəzən bir aktrisa kimi bu rolu oynayanda çətinlik çəkirəm. Çox axtardım ki, necə oynayım?! Onun yerişindən tutmuş səs tonuna qədər axtarıb tapdım. İmicimi dəyişdirdilər. Buna etiraz etmədim. Bilirsiniz ki, Türkiyədəki seriallar xarici ölkələrə satılır. Mənim instaqram səhifəmi izləyənlər də bilir ki, Azərbaycandan, Türkiyədən çox xarici ölkələrdən mesajlar gəlir. Hamısı da yazır ki, “Afifəyə nifrət edirik, sizi isə sevirik”. Bu da o deməkdir ki, mən Afifə rolunun öhdəsindən gəlmişəm. Mehriban bir kollektivimiz var. Deyilənə görə uzunömürlü olacaq, 5 il davam edəcək. Mənim üçün ən önəmli məsələ oynadığım serialların xarici ölkələrdə tanıdılmasıdır. Əlbəttə ki, xarici ölkələrdə tanınmaq mənim üçün böyük qürurdur. Braziliyadan, Amerikadan belə bizim çəkiliş setlərimizə ziyarətə gəlirlər. Mənə dünyanın hər bir nöqtəsindən izləyicilər məktub yazır. Bu mənim üçün qürurverici bir haldır” deyə aktrisa deyib.

Sənətkar bildirib ki, oğlu Amerikada yaşayır.
“Oğlum Türkiyədə operator köməkçisi işləyirdi. Mənim çəkildiyim “Yemin” serialında biz birlikdə çalışdıq. İlk addımını o bu serialla atdı. Ondan sonra bir çox seriallarda operator köməkçisi işlədi. Daha sonra “Netflix” və “Disney plus”da çalışdı. Sonra mənə dedi ki, “ana, Hollivuda getmək istəyirəm, çünki bu işin mərkəzi oradır”. İki il oğluma ora getməyi icazə vermədim. Çünki bir oğlum var, istəmirdim ki, gözümdən kənara getsin. Dedi ki, “ana, bu mənim həyatımdır, mən öz işimdə irəliləmək istəyirəm”. Ətrafımdakı insanlar da ona mane olmamağımı tövsiyyə etdilər. Mən də mane olmadım və icazə verdim. Bir az dil problemi var. Oğlum universiteti inglis dilində oxuyub. Amerikada Amerikan ingliscəsi çox fərqidir. İndi həm dil kurslarına gedir, həm də Hollivudda öz işləri ilə məşğul olur. İnanıram ki, daha da yaxşı olacaq. Hətta oradakı Film Akademiyasında magistr təhsili almaq istəyir. Əlbəttə ki, onun üçün çox darıxıram. Fikrim var ki, yay ayında Amerikaya gedim. İnanıram ki, gələcəkdə oradan çox gözəl səsi gələcək” deyə aktrisa bildirib.

Aktrisa “AZDRAMA-dan bir neçə sənət insanını ixtisara salıb, işdən azad etdilər. Bu haqda nələrsə eşitmisiniz?” sualına belə cavab verib.
“Bilirsiniz ki, 4 il Akademik Milli Dram teatrında çalışmışam. Həyat elə gətirdi ki, Türkiyəyə gəldim və teatr işimə burada davam etməyə başladım. Amma heç bir zaman Azərbaycandakı sənət yoldaşlarımla sənət bağlarım qopmayıb. Hamısı ilə bu gün də yazışıb, danışıram. Baxmayaraq ki, Türkiyədəyəm amma doğma teatrımda baş verən hər bir şeydən xəbərim var. Küsüb gedən aktyor, aktrisalarımızdan xəbərdaram. Bu haqda düzü danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, aktyorun küsüb getməsi yalnız teatra, mədəniyyətimizə zərər vura bilər. Vaxtilə Zərnigar Ağakişiyevanın, Səfurə İbrahimovanın küsüb getdiyini bilirdim. Səfurə xanımla biz bunları danışırdıq. O zaman buna çox üzülmüşdüm. Heç kimi küsdürməsinlər. Sənət insanları duyğusaldırlar, yaradıcıdırlar. Azərbaycan teatrında dəyərli aktyorların sayı o qədər azaldı ki, əlimizdə olan aktyorlarımızı pambıq içərisində saxlamaq lazımdır. Aktyor səhnədə rəhmətə getməlidir. İnanıram ki, belə hallar azalar. Teatr heç kimin şəxsi mülkiyyəti deyil, teatr xalqa xidmət etməlidir” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, Azərbaycanlı həmkarlarına Türkiyədə hər zaman köməklik edib, dəstək olub.
“Bu gün Azərbaycan teatrını, kino sənətini Türkiyədə təbliğ edən yeganə sənət insanıyam. Onlar məndən kömək istədikləri zaman əlimdən gələni əsirgəməmişəm. Yadınızdadırsa illər öncə Azərbaycan Türkiyə ilə ortaq olaraq “Mahmud və Məryəm” filmini çəkdik. Hər iki ölkənin Mədəniyyət Nazirlikləri arasında bu müqavilənin bağlanmasında, filmin çəkilməsində mənim böyük rolum oldu. Çünki bu layihəni hər iki ölkənin Mədəniyyət Nazirlərinə təqdim edən mən oldum. Ən böyük məqsədim Azərbaycanla Türkiyənin sənət adamlarının birlikdə çəkilməsi, onların ünsiyyəti idi. Biz buna nail olduq. Bu mənim missiyamdır. Mən 2019-cu ildə “İblis” tamaşasını Türkiyədə səhnələşdirəndə də istəyirdim ki, hansısa rolun iştirakçısını Azərbaycandan dəvət edim. Fikrimdə də xalq artisti Fəxrəddin Manafovu tutmuşdum. Hətta bu haqda Fəxrəddin bəylə danışığımız da olmuşdu. Həyat yoldaşının xəstəliyinə görə rol təklifimizi qəbul etmədi. Bununla bağlı o vaxt Mədəniyyət Nazirliyinə müraciət etsək də, müraciətimiz cavabsız qaldı. Məndən azərbaycanlı aktrisa istədiklərində mütləq zəng edib, dəvət etdirirəm. Məsələn, Yağmur Şahbazova “Yemin” serialında çox gözəl bir rola dəvət aldı. Onun şəkilini bəyənib mənə göstərdilər və məndən kömək istədilər. Onlar da bilirlər ki, mən Azərbaycandakı bir çox sənət insanlarını tanıyıram. “Fox” tv də də bir serial üçün Azərbaycanın məşhur aktyorlarını təklif etmişdim. Nədənsə o layihə dayandırıldı. Sözün düzü kastinq ajansı qurub, Azərbaycandan istedadlı, yaraşıqlı bəy və xanımları dəvət etmək istəyirəm. Bir sözlə əlimdən gələn hər şeyi edirəm. Başqalarının mane olmağı haqda heç bir söz deyə bilmərəm” deyə aktrisa bildirib.
 
Ardını oxu...
Sovet dövrünün ən ali mükafatlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adı ilə Azərbaycanda 577 nəfər, SSRİ-nin ayrı-ayrı bölgələrində yaşayan 49 nəfər təltif edilib. Bu adı Azərbaycanda ilk dəfə 1943-cü ildə Zaqafqaziya Dəmiryolunun Bakı lokomotiv deposunun maşinisti Firudin Ağayev alıb. 577 nəfər arasında qəhrəman adına iki dəfə 3 nəfər layiq görülüb: Heydər Əliyev, Bəsti Bağırova və Şamama Həsənova.

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı adı cəmi iki dəfə, 1959-cu ildə neftçi Mixail Koveroçkin və 1966-cı ildə mexanizator Sevil Qazıyeva ölümündən sonra təltif olunublar.

Azərbaycanda qəhrəman adı ilə təltif olunan 577 nəfərdən 413 nəfəri kənd təsərrüfatında, 98 nəfəri sənayedə, 27 nəfəri partiya və sovet işində, 14 nəfəri nəqliyyat və rabitə sahəsində, 13 nəfəri tikinti, 12 nəfəri isə elm və mədəniyyət sahəsində çalışıb. Azərbaycanın Sosialist Əməyi Qəhrəmanlarından 36 nəfəri Naxçıvan MSSR-də, 26 nəfəri Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayıb.

Qəhrəman adına 1986-cı ildə layiq görülən sonuncu azərbaycanlı isə Xızı rayonundan olan, heyvandarlıq sahəsində yüksək nəticələr əldə edən Əlisəfa Yaqubov olub.

Qeyd edək ki, Sosialist Əməyi Qəhrəmanı ali mükafatı 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə təsis edilib. Mükafatın əsasnaməsində qeyd olunub:

“Sosialist Əməyi Qəhrəmanı adı ölkənin təsərrüfat və sosial-mədəni həyatında fərqlənmənin ən yüksək dərəcəsidir və o, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, ixtira və elmi kəşflər, dövlət qarşısında müstəsna xidmətləri ilə xalq təsərrüfatının, mədəniyyətin, elmin yüksəlişində SSRİ-nin qüdrətinin və şöhrətinin artmasına xidmət etmiş şəxslərə verilir…”
Ardını oxu...
Əsasnaməyə əsasən bu ada layiq görülənlərə xüsusi vəsiqə verilib və onlar eyni zamanda “Lenin “ ordeni ilə də təltif olunublar.

22 may 1940-cı ildə əsasnaməyə daha bir bənd əlavə olunub. Bu bəndə əsasən Sosialist Əməyi Qəhrəmanına layiq görülənlər üçün medal təsis edilib. Sovet İttifaqı Qəhrəmanlarına verilən medallardan fərqli olaraq, bu mükafatın medalının ulduzu üzərində oraq və çəkic əks olunub.

Sosialist Əməyi Qəhrəmanı adı ilk dəfə 20 dekabr 1939-cu ildə 60 illik yubileyi münasibətilə İosif Stalinə verilib. SSRİ-nin süqutuna qədər bu mükafata 20747 nəfər layiq görülüb. SSRİ-də cəmi 16 nəfər 3 dəfə qəhrəman adına layiq görülüb ki, onlardan biri də bakılı Boris Vannikov olub. General-polkovnik Vannikov uzun illər Moskvada nazir vəzifəsində çalışıb və o, sovet atom proqramının əsas təşkilatçılarından biri sayılıb.

SSRİ-də qəhrəman adına layiq görülənlərdən 87 nəfəri bu ali mükafatdan məhrum edilib ki, onlardan iki nəfəri azərbaycanlı olub: Bəndalı Əliyev və çoban Həsən kimi məşhur olan Həsən Kərimov.

1911-ci ildə Füzuli rayonunun Mahmudlu kəndində anadan olan Bəndalı Əliyev müharibədən sonrakı dövrdə həmin rayonda Çaparidze kolxozunun sədri vəzifəsində işləyib. 1947-ci ildə kolxoz 10 hektar sahənin hər hektarından 86,8 sentner pambıq məhsulu əldə edərək yüksək göstəriciyə nail olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli fərmanı Bəndalı Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və Azərbaycan SSR Prokurorluğuna Caparidze adına kolxozun kolxozçuları adından Bəndalı Əliyev haqqında çoxsaylı şikayət məktubları daxil olub. Əraziyə komissiyalar göndərilib və yoxlama nəticəsində onun qulluq mövqeyindən sui-istifadə edərək 400 min rubl dəyərində kolxoz mal-qarasını, 200 minə yaxın kolxoz pulunu mənimsəməsi aşkar edilib. 12 dekabr 1950-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Bəndalı Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilərək islah-əmək düşərgəsinə göndərilib. Məhkəmənin hökmü ilə o, həm də bütün dövlət mükafatlarından, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adından da məhrum edilib. Məhkəmə prosesində Bəndalı Əliyev partiya biletini, orden və medallarını məhkəməyə təhvil verməkdən imtina edib. Məhkəmə bununla bağlı Bəndalı Əlievin orden və medal daşımasının qadağan edilməsi ilə haqqında ayrıca bir qərar çıxarıb.
Ardını oxu...
Ali mükafatdan məhrum edilən digər azərbaycanlı çoban Həsən adı ilə məşhur olan Həsən Kərimov olub. 1925-ci ildə Bərdə rayonunun Qarayusifli kəndində anadan olan Həsən Kərimov elə həmin rayonda Orconikidze adına kolxozda baş çoban işləyib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 mart 1966-cı il tarixli fərmanı ilə heyvandarlığın inkişafında əldə etdiyi nailiyyətlərə görə Həsən Kərimov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Həsən Kərimov SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1985-ci il tarixli fərmanı ilə ölümündən sonra bütün titul və mükafatlarından, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adından məhrum edilib. Həsən Kərimovun həbsi, vəfatı, titullarından məhrum edilməsi səbəbləri haqqında növbəti saylarımızda yazı təqdim edəcəyik.

İlham Cəmiloğlu,
 

Dünyapress TV

Xəbər lenti