Osmanlı arxivlərində saxlanılan bu məktub İbrahimxəlil xan tərəfindən Çar Rusiyasına qarşı silahlı mübarizə aparmaq üçün hərbi yardım tələbi ilə hicri-qəməri təqvimlə 1204, miladi təqvimlə 1790-cı ildə Osmanlı padşahına yazılıb. Məktubda açıq qeyd edilir ki, Osmanlı dövləti hərbi yardım göstərmədiyi təqdirdə Xanlıq Moskva ilə sülh bağlamağa və tabe olmağa məcbur qalacaq. Aşağıda məktubun bir hissəsini transliterasiya edərək yerləşdirirəm: “Şövkətlü, kəramətlü, məhabətlü, qüdrətlü, vəliyyi-nemətim, əfəndim, padişahım! Şuşa və Qarabağ xanı Xəlil İbrahim Xan hələ Ərzurum valisi Abdulla Paşa qulları tərəfindən göndərilən məktuba cavab olaraq müşarun-ileyhə göndərdiyi məktubunda səfəri-hümayun zühurundan bəri xani-müma-ileyhi bil-cümlə Dağıstan əsakiriylə gərək Tiflis xanı və gərək Musquluya (Moskva) isali-xisərü-ziyan etməkdə bir türlü qüsur etməyib. Ancaq ibtidayi-səfərdən bəri tərəfi-Dövləti-Aliyədən ol tərəflərə əsakir irsaliylə kəndüyə i`anət olunmadığından ziri-hökümətində olan bəzi xanan, Musquya təbəiyyət etmələriylə bu sənəyi-mübarəkə də dəxi əgər Dövləti-Aliyə tərəfindən əsakir ilə kəndüyə imdad olunmazsa biz-zərur Musquvalı ilə musaləhəyə məcbur olacağını bəyan etməklə …” Göründüyü kimi, bəzilərinin iddia etdiyi kimi Qarabağ xanlığı Rusiya çarlığına mübarizəsiz təslim olmamış, əksinə Rusiya ilə apardığı müharibələrdə Osmanlı Dövlətinə maddi və canlı qüvvə ilə dəstək nümayiş etdirmişdir. Məktubdan aydın olur ki, İbrahimxəlil Xan Moskvaya tabe olmamaq və mübarizə aparmaq üçün hərbi yardım göstərilməsinin zəruri olduğunu qeyd edir… Məktubda Şuşa şəhərinin yazılışı da diqqətləri çəkir. Bir daha aydın və sübut olur ki, tarixi qaynaqlarda şəhərin adı “Şuşi” deyil, “Şuşa” (شوشى) kimi yazılırdı. “Şuşi” isə ermənilərin sonradan qondardığı deyiliş formasıdır… Elnur Mustafayev AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Din və ictimai fikir şöbəsinin müdiri
Məşhur müğənni Alla Puqaçovanın səhhəti yaxşı deyil.
Kult.az xəbər verir ki, bu barədə “7days.ru” saytı məlumat yayıb.
Bildirilir ki, müğənni iyulun ortalarında İsraildən Latviyanın Yurmala şəhərinə gəldikdən sonra ictimaiyyət qarşısına çıxmayıb. Həmçinin, rəfiqəsi Layima Vaykule də onun festivalına qatılmayanda Puqaçovanın xəstə olduğundan şübhələnirdi. Ərinin və qızı Kristina Orbakaytenin təcili onun yanına gəlməsi də bu şübhələri daha da artırıb.
Nəşr qeyd edir ki, Maksim Qalkin turunu dayandırmaq məcburiyyətində qalıb və qızı isə Avropa tətilini yarımçıq qoyaraq uşaqları ilə birlikdə Yurmaladakı villaya gəlib.
Ehtimal olunur ki, Puqaçova İsraildən gələrkən uçuşu yaxşı keçməyib və ürəyindəki problemlər ağırlaşıb.
Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.
Bu barədə “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.
Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Vulkana doğru” (film, 1977), “Anın quruluşu” (film, 1980), “Bağlı qapı” (film, 1981), “Üzeyir ömrü” (film, 1981), “Gümüşü furqon” (film, 1982), “Asif, Vasif, Ağasif” (film, 1983), “Burulğan” (film, 1986), “Təxribat” (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub. O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.
Xəbər verildiyi kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin sözlərinə görə, iclasda ölkədə kino sahəsinə dəstək məqsədilə hər iki qurumun birləşməsi ilə bağlı qərar qəbul edilib: “Yeni təşkilat Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi (AKB) adlandırılıb. Hələlik sədrlik məsələsi düşünülməyib, çünki ayrılma prosesi bir müddət, təxminən bir ay, ay yarım çəkəcək. Ona görə də heç bir təklif yoxdur. Yəqin ki, bununla bağlı daha sonra addım atılacaq. Onsuz da hər iki qurumun işi eyni idi və yekun olaraq ittifaqlar birləşdi. Bəzi sənədləşmə işləri var, yekunlaşdıqdan sonra birliyə kimin rəhbərliyi edəcəyi müəyyənləşəcək”.
Xatırladaq ki, Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:
Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.
Şəfiqə Məmmədovanın bundan əvvəl rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilmişdi. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılar idi: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Siyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. Əməkdar incəsənət xadimi Ayaz Salayev ittifaqlar birləşərsə, istefa verəcəyini demişdi.
Bəs kino adamları bu birləşmə qərarından nə gözləyirlər? Yeni vahid quruma tamamən yeni, üçüncü bir şəxs rəhbər seçilə bilərmi?
Ayaz Salayev hələlik bu barədə danışmaq istəmədiyini dedi.
DİA.AZ-ın məlumatına görə, əməkdar incəsənət xadimi, kinoşünas Cəmil Quliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Hər iki ittifaq Azərbaycan kinematoqrafiyasına xidmət edir və hər iki ittifaqda dostlar, bir-birini sevən insanlar var və onlar daim əlaqədədir. Artıq birləşmək vaxtı çatıb və mən bunu dəstəkləyirəm. Sevinirəm ki, bu baş verdi. Qeyd edim ki, artıq yeni qurum yaranacaq, yeni sədr olacaq, çox səmərəli fəaliyyət başlayacaq. Arzu edirəm ki, yeni seçiləcək şəxs aktiv, fəaliyyətdə olan, ən əsası, kinematoqrafçıların inandığı adam olmalıdır. Həmçinin ümid edirəm ki, yeni ittifaqın heyətində də fəal şəxslər olacaq.
Bildiyiniz kimi, xalq yazıçısı Anar qurumun adının “Birlik” olması ilə bağlı çox gözəl təklif irəli sürüb. Ona görə “Birlik” ki, ölkədə bütün kinematoqrafçılar birləşir. Azərbaycan kinematoqrafçıların işi çoxdur. Çox maraqlı proseslər, işlər getməli və kino bu proseslərin mərkəzində dayanmalıdır. Ona görə də birləşmək çox vacibdir. Kinematoqrafçıların biri orada, biri burada olması yaxşı hal deyil, hamı birlikdə çalışmalı və əsas odur ki, bir-birini sevib, dəstək olmalıdırlar. Biz yaşlı kinematoqrafçılar çox az sayda, bir ovuc qalmışıq və ona görə də bir-birimizə münasibətimiz yaxşı olmalıdır. Çünki hamımız bir yerdə Azərbaycan Kinostudiyasında bir yerdə işləmişik, onun yaranmasında iştirak etmişik. Bu birlik həm də milli kinomuzun inkişafına təkan verəcək, beynəlxalq əlaqələr genişlənəcək, mübadilələr aparılacaq, festivallar təşkil olunacaq, müxtəlif masterklaslar keçiriləcək və sairə".
Xalq artisti Afaq Bəşirqızı isə məsələ ilə bağlı inamsızlığını qeyd etdi: “Bütün bu birləşmələr və sairə, bunların hamısı bir məsələ ilə bağlıdır - sədr kim olacaq... Məsələn, tutaq ki, mən bir nəqliyyat vasitəsinə minirəm, əgər sürücü onu düzgün idarə etmirsə, bir dayanacaqdan sonra onu tərk edirəm. Bu məsələ də buna bənzəyir. Hesab edirəm ki, yeni yaranacaq quruma mütləq şəkildə kinonu, onun tarixini bilən, aktyor və aktrisaları çox gözəl tanıyan adam olmalıdır.
Onu da qeyd edim ki, hazırda kinematoqrafiyamızda demək olar ki, kadr yoxdur. Olanlar da artıq qocalıb və həmin karvanı dartmaq mümkün deyil. O ki qaldı gənclər və ortayaşlılar, zamanında onları bir neçə müəssisəyə rəhbər qoydular, onlar isə həmin müəssisələri, o cümlədən telestudiya və kinostudiyanı dağıtdılar. Hansı ki, onların istedadlarına inanırdıq, əl qabiliyyətlərinə bələd idik. Lakin qeyd etdiyim kimi, gəldilər, vətənin bir parçasına xəyanət etdilər, zərər vurdular, nə var “yeyib” getdilər. Lakin yeni mədəniyyət nazirinə çox inanıram. Çünki onunla ünsiyyətdə olmuşam və bilirəm ki, bəli, incəsənəti bilir, məlumatı var. Düşünürəm ki, həmin ittifaqla bağlı seçimində səhv etməz".
Uzun müddətdir ekranlardan uzaq düşən Türkiyənin sevilən aktrisası Özgü Namal yenidən səhnəyə qayıdır. O, məşhur müğənni və aktyor Özcan Dənizlə yeni layihəyə hazırlaşır.
Paparatsiyalar İstanbulda onun görüntülərini çəkiblər. Kadrlarda telefonla danışan məşhur aktrisanın yaxşı əhval-ruhiyyədə olduğu diqqət çəkib.
Qeyd edək ki, “Yeditepe İstanbul”, “Kurtlar Vadisi” kimi televiziya tarixində iz qoymuş aktrisa ərini itirdikdən sonra depressiyaya düşmüş və doqquz il ekranlardan uzaq qalmışdı. Mənbə: Haber Global
“AzPolitika.info” xəbər verir ki, aktrisiaya qarşı cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığı iddia isə cinayət işi açılıb.
Qeyd edək ki, Şöhrə Qəmər sosial media hesabından insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hazırkı hökuməti tənqid edən paylaşımlar edib.
Türkiyəli müğənni Tarkan Bakıya gəlir. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Pop Starın tezliklə Bakıda, Almatıda və Daşkənddə konsert verəcəyini bildirilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.
TEREF.AZ-ın xəbərinə görə, Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı bu gün ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirilib.
İclasın yekunu olaraq, ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.
DİA.AZ: - Redaksiyamıza üz tutan Tağıyev Toğrul Çingizxan oğlu bildirir ki Mədəniyyət TV-nin departament rəhbəri işləmiş Ramin müəllimin araçılığı ilə Heydər Əliyev adına sarayda "İT" mütəxəssisi kimi çalışıb. Bundan sonra isə başılna gəlməyən qalmayıb.
Narazı vətəndaş H.Əliyev adına sarayda yaşadıqlarını anladır: "Lakin əmək müqaviləsi bağlamadan mənə 400 AZN maaş verilməsini bildirdilər. Bir ay yarım fasiləsiz olaraq məni oradakı kompüter işləri üzrə pozulmuş proqramların bərpasını və digər bu kimi işlərin görülməsinə cəlb etdilər. Maaş verilməsi vaxtı yeni 1ay bitdikdən sonra mən gedib gəlməyim üçün yol pulu və digər ehtiyaclarimı qarşılamağımçün ehtiyacım olduğunu bildirdim. Onlar isə mənə, narahat olma günlərin yazılır işlə veriləcək. Daha sonra mən aldadıldığımı hiss edib Kadrlar şöbəsinin rəisi Miraqil Seyidova şikayətləndim. O isə mənə narahat olma əmək haqqının verilməsində 1problem olsa mən özüm öz cibimdən verəcəm deməklə mənə vəd verdi. Növbəti ayın 2həftəsini də əlavə işlədim. Yenə əmək haqqımdan xəbər çıxmadı. Təkrar Kadrlar şöbə rəisi Miraqil müəllimə maaşımı tələb edib verdiyi vədi tutmadığını bildirdim. O isə mənə , neyləyək gəl çıxaq dalaşaq fikrini bildirdi. Mən isə ona bura dalaşmağa yox işləyib zəhməthaqqimı almağa gəlmişəm dedim. Növbəti gün küsgün olduğumdan saraya işə getmədim. Sən demə bunlara da bu lazım imiş. Çünki buradakı kompüterlərdə pozulmuş proqramları və digər çatışmazlıqları mən bir İT mütəxəssisi olaraq aradan qaldıraraq onlara əlverişli iş şəraitini yenidən qurmuşdum və daha onlara lazım deyilmişəm deyə mənim işə gəlməməyimi də maraqlanmayaraq heç zəng də eləmədilər. Daha sonra yaşlı anam da hətta bu haqsızlığı qəbul etməyərək ulu öndərin adını daşıyan bir Saraya bu barədə tələbə xahişə getmiş onlar bir daha müxtəlif bəhanələr gətirərək anamı boş yola salmışlar. Həqiqətən də dəhşət doğuran məqamlara fikir verin: Müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli liderimiz dahi Heydər Əliyevin adını daşıyan bir Sarayın idarəetmə məsul şöbəsi həm vətəndaşı Əmək Qanunvericiliyinin tələbini pozaraq Əmək müqaviləsi bağlamayaraq işə qəbulu həyata keçirmiş həm də bu azmış kimi o dahi şəxsiyyətin etimadına qarşı hörmətsizlik nümayiş etdirməklə ciddi narazılıq yaratmışlar".
***
Məsələ ilə bağlı şikayətçi vətəndaş Toğrul Tağıyev bizim iştirakımızla Miraqil Seyidova təkrar zəng açaraq haqlı olaraq maaşını zəhmət haqqısını bir daha tələb etdi, Telefon danışıği zamanı Miraqil bəy Toğrulla maaş söhpətini bir daha müzakirə edərək bildirdi ki mən məzuniyyətdəyəm işə çıxım öyrənib deyərəm. Bizim isə bu baş verənlərə dair bunun yolverilməz olduğunu, qanunazidd olduğunu Miraqil Seyidovun bir daha nəzərinə çatdırsaq da o bunun vəkil işi olduğunu və hətta onu da israrla bizə bildirdi ki: siz kimsiniz məhkəmə var dövlət var özu bilər Toğrul bilər biz bilərik mən özüm Toğrula zəng edəcəm deməklə telefon danışığını yarımçıq qapaddı. İnanıriq ki bu ictimailəşmədən sonra və ələlxüsus Respublika Əmək Müfəttişliyinə ediləcək sübutlu müraciət əsasında Miraqil Seyidovun işlelədiyi şöbədə müvafiq təftiş həyata keçirilməklə vətəndaşın pozulmuş əmək hüquqları bərpa edilməklə ona verilməli olan bir ay yarımlıq zəhmət haqqısı tam olaraq ödənilməklə həmin şəxslər barəsində də direktor, şəxsən Ramil Qasımov tərəfindən müvafiq qanuni ölçü götürüləcəkdir. Mövzunu diqqətdə saxlayırıq.
Xəyyam Qurbanlı
Redaksiyadan: İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
“Heç bir plastik əməliyyat etdirməmişəm. Amma bir etiraf edim. “Nizami” filmində çəkilirdim. Moskvada idim. Bir dəfə rəfiqəm dedi ki, burada kosmetoloji mərkəz var. Rəhmətlik anam həmişə deyirdi ki, sən burnunda mütləq əməliyyat etdirməlisən. Anamın bu sözü məndə kompleks yaratmışdı. Məndən soruşdular ki, nə istəyirsən? Dedim ki, burnumu əməliyyat etdirmək istəyirəm. Səbəbini soruşdular. Dedim ki, o mənə mane olur. Aktrisa olduğumu biləndə dedilər ki, get filmlərə çəkil. Nə vaxt səni filmlərə çəkməsələr, gələrsən əməliyyat edərik. O vaxtdan mən plastik əməliyyat etdirməyə qorxdum. Mənə elə gəlir ki, o şey ki, Allahdan gəlib, sənə xüsusi şarm verirsə niyə ondan imtina etməlisən?”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.
“Mən rahatlığı işdə, çəkilişdə tapıram. Televiziya kameraları mənim üçün doğmadır. 30 il işləmişəm. Serialda özümü çox rahat hiss edirəm. Çünki kino ilə bacı-qardaşdırlar. Mənim üçün ən yaxşı istirahət işdir. Teatrlara da ara-sıra dəvət alıram. Amma kino mənim üçün daha önəmlidir. Teatrın da, kinonun da mənfi cəhətləri var. Kinoda çəkildinsə tarixdə qalır. Bir də istədiyin kimi oynamaq şansın olmur. Teatrda bu gün zəif oynamısansa, sabah daha güclü oynaya bilərsən. İstənilən təhvil verilmiş tamaşa getdikcə püxtələşir. Kino aktyoru məhdudlaşdırır, bacardıqca səmimi, real oynamalısan” deyə sənətkar bildirib.
Xalq artisti Azərbaycan kinosunun bu günündən də danışıb.
“1980-1990-ci illərdə Azərbaycan kinosunun gözəl nümunələri yarananda Türkiyə kinosu çox zəif inkişaf etmişdi. Biz baxırdıq ki, Azərbaycan kinosunun gözəl nümunələri hara, türk kinoları hara?! Bütün kinoların mövzusu şablon idi. Çox qısa bir müddət ərzində Türkiyə kinematoqrafiyası nəinki inkişaf etdi, hətta dünyaya meydan oxuyan Amerika, Braziliya seriallarını ötüb keçdi. Azərbaycan kinosunun o səviyyəyə çatması üçün hələ vaxt lazımdır” deyə sənətkar bildirib.
Xalq artisti “Retro” kinozalından da danışıb.
“Tamaşaçılar çox məktub yazırdılar. Çamadan-çamadan məktublar gəlirdi. O məktubları çamadana yığıb, üstünə “Retro” yazmışdım. Həmin məktubları indiyə qədər saxlamışam. Bir məktub gəlmişdi. 4 səhifə idi, sanki bir poema yazılmışdı. Sevgi məktubu idi, məni vəsf edirdi. Sevirəm səni, gözəl gözlərini, filmlərini, obrazlarını... Oxudum, oxudum axırına çatdım. Yazmışdı ki, xahiş edirəm “Zita və Gita” filmini göstərəsiz. O qədər güldüm ki.. Öz istəyini bu cür formada çatdıranlar da var idi. Şeir yazanlar da var idi. Karandaşla şəkilimi çəkirdilər. Düz 22 il mən “Retro” verilişini apardım” deyə xalq artisti bildirib.