Ardını oxu...
 

Qulu Məhərrəmli: “İnsanların əksəriyyəti televiziyada, radioda olan danışıqları nümunə götürür”

Vaxtaşırı televiziya ekranlarında hansısa məmurun, ictimai fəalın, eləcə də teleaparıcıların ləhcə ilə danışdıqlarının şahidi oluruq. Ləhcə dedikdə təkcə bölgə ləhcələri nəzərdə tutulmur, həmçinin rus dilində düşünüb, Azərbaycan dilində sxematik danışanların da sayı kifayət qədər çoxdur.

“Son illər insanlarımızın dilindən "ç", “c”, “g” “k” hərfləri itib. Hətta televiziya aparıcıları, bəzi ibtidai sinif müəllimləri də bu hərfləri unudublar".

Bu sözləri əməkdar artist Elza Seyidcahan Musavat.com-a açıqlamasında deyib. Əməkdar artist bəzi televiziya aparıcılarını sərt şəkildə tənqid edərək, onlara səslənib:

“Bir əməkdar artist, Bəstəkarlar İttifaqının üzvü kimi bu haqda danışmağı özümə borc bilirəm. Bəzi aparıcılar Azərbaycan sözündə "c", çiçək sözündə “ç” hərflərini düzgün tələffüz edə bilmirlər. Belə bir deyim var, “bir milləti məhv etmək istəyirsənsə o millətin dilini, gənclərini korla.

Bəsdir, efirdə ləhcə ilə danışdınız! Ədəbi dildə danışın. Ləhcə ilə danışmaq bizi uçuruma aparır, ədəbi dilimizi unutdurur.

Və yaxud müğənnilər var ki, mahnıları ifa edərkən düzgün tələffüz etmir, aləmə “mikrob” yayırlar".

Bəs ziyalı, ictimaiyyət təmsilçisi, məmurun ləhcə ilə danışması nə dərəcədə doğrudur?

Mütəxəssislər qeyd edir ki, ictimai nüfuzlu, vəzifəli şəxslər, məmurlar, aparıcılar, yazıçı və ziyalılar, müəllimlər ictimaiyyətdə, xüsusən də televiziya ekranlarında ləhcə ilə danışmamalıdır. 

Bir faktı da qeyd edək ki, dünyanın bir çox ölkələrində ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsi yolverilməzdir. Məsələn, bir neçə il öncə İranın Təhsil Nazirliyi fars dilində səlist danışa bilməyən, ləhcə ilə danışan müəllimlərin auditoriyaya girməsini yasaqlayan qərar qəbul etmişdi. Eləcə də Ukrayna Təhsil Nazirliyində də xüsusi komissiya var. Həmin komissiya müəllimlərin Ukrayna dilində səlist danışması ilə bağlı attestasiyalar keçirir. Yalnız bu attestasiyadan keçən müəllimlər auditoriyaya buraxılır. Çünki müəllim bütün cəhətləri ilə şagirdlərə nümunədir, onun nitqi aydın, səlis və anlaşıqlı olmalıdır.

Mövzu ilə bağlı televiziya tənqidçisi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, ekranda, efirdə ədəbi dildə danışmaq, düzgün tələffüz etmək, dil normalarına uyğun yazmaq, subtitrləri bu şəkildə təqdim etmək barədə olan mövzu yeni deyil: “Azərbaycan mətbuatı, televiziyalarımız üçün bu, əbədi və ağrılı mövzulardan biridir. Davamlı olaraq bizdə monitorinq mərkəzi xüsusən televiziyalarda dil məsələlərini müzakirəyə çıxarır, kifayət qədər sanballı müzakirələr aparılır və müəyyən təkliflər də verilir. Lakin buna baxmayaraq çox təəssüf ki, televiziyalardan, radiolardan yenə də dialekt tələffüzü, sözlərin yanlış işlədilməsi, ədəbi tələffüz normalarının pozulması, yazı qaydalarına əməl olunmaması davam edir. Əlbəttə, televiziya və radio dilindən danışanda məsələləri iki yerə bölməliyik: televiziyaların öz əməkdaşlarının, yəni aparıcıların, reportyorların, müəlliflərin nitqi və televiziyada çıxış edən müxtəlif peşə sahiblərinin nitqi. Bizim gözləntilərimz daha çox birincilərə aiddir ki, onlar ədəbi dildə doğru-dürüst, nümunəvi danışmalıdırlar. Çünki televiziya bir çox sahələrdə dəb olduğu kimi danışıqda, nitq mədəniyyətinin normalarının yayılmasında nümunədir. İnsanların əksəriyyəti televiziyada, radioda olan danışıqları nümunə götürür və doğru da edirlər. Ona görə də  bu sahəyə xüsusi diqqət edilməlidir. Qeyd edim ki, radio aparıcısının imkanları genişdir. Bəzən mikrofonla təkbətək qalır, auditoriyanı cəlb etmək üçün müəyyən artistizmdən istifadə edə bilər. Yəni hansısa məqamda hansısa ləhcədən istifadə edərsə, bunu ona irad  tutmaq olmaz. Amma əgər verilişi bütövlükdə ləhcə üzərində qurarsa, ədəbi dil normalarından uzaq danışırsa, o tendensiyanı qəbul etmək olmaz.

Verilişlərdə çıxış edən müxtəlif peşə sahiblərinin də bir çoxunun nitqində qüsurlar, mənsub olduğu bölgənin ləhcəsində danışdığını müşahidə edirik ki, bu da yolverilməzdir. Biz onların  danışığına “Aristotel qaydaları” ilə yanaşmırıq, lakin düzgün, doğru-dürüst danışsalar, daha gözəl olar. Çünki nitq insanın mədəni səviyyəsinin göstəricilərindən biridir. Yəni insan var ki, çox gözəl geyinir, amma ağzını açan kimi məlum olur ki, nə intellekti,  nə də normal danışığı var. Ona görə də həm orta, həm ali məktəblərdə nitq mədəniyyətinə xüsusi diqqət edilməlidir. Evdə, ailədə bu qüsurları aradan qaldırmaq üçün valideynlər öz iradlarını bildirməlidirlər. Çünki danışıq da insanın yüksək elitar səviyyəsini  göstərən cəhətdir. Danışığın həm ifadəsi, həm də məzmunu çox önəmlidir. Biz mütaliə, danışıq və vərdişlərlə buna nail olmalıyıq".

Yazını hazırladı: Xalidə GƏRAY

Ardını oxu...
Nyu-Yorkda (ABŞ) amerikalı ifaçı Teylor Sviftin təqibçisi onun mənzilinə girməyə cəhd edib.

Hadisə şahidlərinin polisə müraciət etdiyi bildirilir.

Şahidlərin sözlərinə görə, naməlum şəxs müğənninin mənzilinə daxil olmaq istəyib. Bundan əlavə, o da məlum olub ki, kişi bir ay ərzində Sviftlə görüşməyə cəhd edib.

Qeyd olunur ki, müğənninin təqibçisi onu mənzildən kənarda gözləyərkən pilləkənlərdə yuxuya gedib, yoldan keçənlərlə mübahisə edib və siqaret çəkərək küçədə gəzib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Page Six
 
 
 
Ardını oxu...
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses 10-cu dəfə baba olub.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2021-ci ildə evlənən İdo Tatlıses və Yasemin Şefkatlinin əkizləri dünyaya gəlib.
Cütlüyün əkizlərə İbrahim və Sinan adını qoyduğu bildirilir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Aktrisa və müğənni Cennifer Lopez İtaliyanın “Intimissimi” alt paltarı brendinin Sevgililər Günündə təqdim olunacaq yeni reklam kampaniyasında rol alıb.

Ulduz ifaçı fotosunu “Instagram”da paylaşıb.

54 yaşlı Lopez qırmızı rəngli alt paltarı dəstində kamera qarşısına keçib. O, yeni obrazını uyğun rəngli atlaz xalatla tamamlayıb.
Xatırladaq ki, 2021-ci ildə Cennifer Lopez Ben Affleklə ayrıldıqdan 18 il sonra yenidən onunla bir araya gəlib. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri 5 milyon dollardan çox olan üzük verib. 2022-ci ilin iyul ayında məşhurlar Las-Veqasda (ABŞ) gizli mərasim keçirərək evləniblər.
 
Ardını oxu...
Məşhur aktyor Alek Bolduin ikinci dəfə "qəsdən adam öldürməkdə" ittiham edilir.

TEREF xarici KİV-ə istindən xəbər verir ki, 2021-ci ildə "Rust" fiminin çəkilişi zamanı rejissor köməkçisini öldürən aktyorun 3 ay sonra günahsız olduğu çıxıb.

Lakin "The Hollywood Reporter"in yaydığı məlumata əsasən, dəlil və sübutlar arasında aktyorun cinayəti törtədiyi silahın dəyişidirilməsi ilə bağlı bəzi detallar yer alıb.

Bu səbəbdən də aktyorun vəkilləri növbəti məhkəməni gözlədiklərini bildiriblər. Məlumatlara görə, Alekin 18 aya qədər həbsi gözlənilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Baku.ws
 

Ardını oxu...
Bu gün 20 Yanvar faciəsindən 34 il keçir. Hər kəs hadisə qurbanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına axın edir.
Şəhidlər xiyabanının, 20 Yanvar hadisələrinin rəmzinə çevrilən “Əbədi Məşəl” abidə kompleksi 20 Yanvar şəhidlərinin bir növ rəmzinə çevrilib. Bəs görəsən daim yanan alovları ilə xalqımızın haqq-ədalət uğrunda mübarizəsinin əbədiliyini göstərən, möhtəşəm memarlıq abidəsi olan “Əbədi məşəl” hansı zərurətdən yaranıb?

Moderator.az-ın qonağı olan Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə o illəri belə xatırlayır:
“1990-cı il hadisələri bizim tariximizə, qan yaddaşımıza çox təəssüf ki, qara hərflərlə yazıldı. 20 yanvar faciəsindən 4 il sonra Dağüstü parkda abidənin qurulması ilə bağlı müsabiqə elan edildi. Amma müsabiqə heç bir nəticə vermədi. Sonradan da bu məsələ yaddan çıxdı. 1998-ci ilin aprel ayında Heydər Əliyevlə Şəhidlər Xiyabanında görüşdük. Ömər Eldarov və digər heykəltəraşlar da orada idi. Heydər Əliyev hamımızla görüşüb, danışdı. Bizə dedi ki, “ üstündən uzun illər keçib, utanmırsınız indiyə qədər burada bir abidə yoxdur?!”.

Əslində Ömər Eldarov və bir neçə heykəltəraşla biz 20 yanvar hadisələrinin səhəri günü bu mövzu ətrafında işləyirdik, sadəcə müsabiqədə iştirak etməmişdik. Sonradan da gördük ki, bu məsələyə münasibət soyuyub, ona görə işimizi dayandırdıq. Heydər Əliyev elə həmin görüşdə tapşırıq verdi ki, qısa bir vaxtda burada abidə ucaldılmalıdır. 40 dəqiqə söhbət etdi. Özü də dedi ki, bu “Əbədi məşəl” türbəsindən bir çox ölkələrdə var” deyə Elbay Qasımzadə bildirib.

Elbay Qasımzadə bildirib ki, onların hazırladığı layihədən öncə Ulu öndərə bir neçə layihə təqdim edilsə də, bəyənilməyib.
“Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün Prezident Heydər Əliyevi qane etmirdi. O daha bir neçə layihənin hazırlanmasını tapşırıb. Tapşırıq ondan ibarət idi ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Həmin tapşırıqdan 2 saat sonra bizim hazırlayacağımız abidənin eskizi hazır idi. Keçirilən müsabiqədə mənim rəhbərlik etdiyim layihə seçilir. Mən, Akif Abdullayev və Nazim Vəliyev Ulu öndərin ideyası əsasında hazırlanan layihəni 9 gün ərzində bitirərək Heydər Əliyevə təqdim etdim.Həmin layihədə abidənin günbəzi daşdan yox, şüşədən idi. “Əbədi Məşəl”-in tikintisi 45 günə başa çatdırıldı və 9 oktyabr 1998-ci ildə abidənin açılışı baş tutdu. “Əbədi məşəl” türbəsi Heydər Əliyevin tapşırığı ilə yaradıldı və o gündən etibarən hər kəsin and yerinə çevrildi. Məşəlin ilk alovunu da Heydər Əliyev özü yandırdı. 8 il Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Onun məsləhətlərini hər zaman dinləyib, əməl etmişəm. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanında yenidənqurma işləri aparılarkən “Əbədi məşəl” abidəsinin sütunlarının hündürlüyü daha da artırıldı, abidədəki səkkizguşəli ulduz qızılla işləndi. “Əbədi Məşəl” abidəsi qəhrəmanlıq və rəşadəti özündə əbədiləşdirən abidədir. Orada yanan məşəl isə şəhidlərin alışıb yanan azadlıq eşqini özündə təcəssüm etdirir. Şükürlər olsun ki, bu gün müstəqil Azərbaycanda yaşayırıq” -deyə Elbay Qasımzadə bildirib.
 
Ardını oxu...
ABŞ-nin Nyu-York şəhərində fanatları Madonnanı məhkəməyə veriblər.
Məlumata görə, buna səbəb müğənninin konserti iki saat gecikdirməsi olub.
Konsert gecə saat birdə bitib. O vaxt konsertdən çıxan pərəstişkarlar nəqliyyat problemi ilə üzləşiblər. Belə ki, gecə saatlarında avtobus az olub, fanatların çoxu taksi ilə evə getmək məcburiyyətində qalıb. Evlərinə gec çatan adamlar səhər də işə getmək üçün oyanmaqda çətinlik çəkiblər.
Fanatlar iddia ərizəsində ulduzu ədalətsiz ticarətdə ittiham ediblər. Onların fikrincə, konsert vaxtının gecikdirilməsi biletdə yazılan şərtləri pozub. Madonnanı konsertinin gec başlamasına görə məhkəməyə verib və ertəsi səhər işə getmək üçün tez durmalı olduqlarına görə narazılıq ediblər.
Mənbə: Ura.ru
 
Ardını oxu...
Bir gün Bethoven dostu ilə birlikdə Vyana küçələrində gəzməkdə idi. Tam bu sırada bir mənzildən piano səsi gəldiyini eşidir və başını qaldırıb baxır. Mənzilin II mərtəbəsində şüşə açıqdır və səs oradan gəlməkdədir.
Dostuna çalan adamın möhtəşəm çaldığını və onu görmək istədiyini söyləyir. İkisi birlikdə II mərtəbəyə çıxıb qapını döyürlər. Qapını açan qadın Bethoveni dərhal tanıyır və şok olur. Bethoven piano səsinə gəldiyini və şübhəsiz çalan adamı görmək istədiyini söyləyir. Qadın pianonu çalanın qızı olduğunu söyləyir və onları içəri dəvət edir. Büthoven qızın olduğu otağa girir.
Anası qızına Bethovenin gəldiyini söyləyir və qız çox həyəcanlanır, dərhal ayağa qalxır. Lakin qız kordur.
Bunu görən Bethoven:
- «Lütfən, məndən bir şey istəyin.»- deyir.
Maddi bir şey istəyəcəyini düşünərkən, qızın cavabı bu olur:
- «Mən heç ay işığı görmədim, mənə ay işığını izah edərsinizmi?»
Bundan sonra Bethoven pianonun arxasına keçərək «Moonlight» («Ay işığı») sonatasını birbaşa çalır.

TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Bu gün Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür.

Oxu.Az xatırladır ki, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə müstəqil dövlətimizin Dövlət Gerbi təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət gerbində qalxan - azərbaycanlıların Şərq xalqlarından biri, Azərbaycanın özünümüdafiə qüdrətinə malik olduğunu, qalxanın üzərindəki dairəvi üç rəng - milli bayrağımızdakı simvolları (türklük, müasirlik, islam), səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov - “Odlar Yurdu”nu - Azərbaycanı, palıd budaqları - milli hərbi qüdrətimizi, sünbül - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini, günəşin ağ rəngdə verilməsi isə Azərbaycan dövlətinin sülhsevərliyini, xalqımızın sülh, barış, əmin-amanlıq tərəfdarı olduğunu bildirməyə xidmət edir.
Azərbaycan Respublikasının Dövlət gerbində Azərbaycan milli dövlətçiliyinə, eləcə də milli ənənələrinə və ümumbəşəri dəyərlərə əsaslanan simvolikadan geniş istifadə olunub. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə élan olunması haqqında” (05.02.1991, №20-XII) xüsusi qərar da qəbul etmişdi.
Ardını oxu...
"Bir gün ablamlara misafirliğe gittim.
O zamanlar 21 yaşındaydım.
Bir yere telefon etmem gerekiyordu, fakat ablamların telefonu bozuktu.
Abimin okul arkadaşı olan karşı komşudan telefon etmemi istediler.
Gittim utanarak kapıyı çaldım.
Bir adam kapıyı açtı, ilk kez görüyordum.
Telefonunuzu kullanabilir miyim?
Diye sordum.
"Benimle evlenirseniz neden olmasın" dedi.
Çok şaşırdım, neyse telefonu kullandım.
Çıkarken şaka yoluyla
"Telefonun ücretini alayım?" Dedi.
Ben de "evleneceğiz ya" dedim.
Her şey çok ani gelişti ve evlendik."
(Lale Manço)

Dünyapress TV

Xəbər lenti