Ardını oxu...
 

Ekspertlər deyir ki, problem həddən artıq ciddidir, mütləq tədbirlər görülməlidir

“Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz. Milli Məclisin son iclasında deputat Aqil Abbas belə deyib. Deputat bildirib ki, Avropadan, xaricdən fondlar kütləvi pullar buraxır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar: “Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda elə bil it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub onun qardaşı ilə qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyir ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”. 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev bir neçə il əvvəl dövlət qəzetindəki məqaləsində yazıda giley edirdi ki, televiziyalar reytinq ardınca qaçır, milli-mənəvi dəyərlərdən uzaqlaşırlar. R.Mehdiyev telekanallarda  aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasından gileylənirdi. “Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir”, - deyə R. Mehdiyev bildirirdi. Amma ölkənin əsas ideoloqunun bu cür mövqeyindən sonra da efirdə heç nə dəyişmirdi. İndi isə bu cür tənqidlərə, ümumiyyətlə, rast gəlinmir.  

Bu gün özəl telekanallarda əsasən ailə taleləri ilə bağlı nümayiş olunan verilişlər məşhur “Trumenın şousu” filmini  xatırladır. Burada insanların taleləri illərdir ki, serial kimi izlədilir, adamlar özləri də bilmədən hər kəsin gözü qarşısında telekanal heyətinin qurduğu “oyun” nəticəsində ya alçaldılır, ya  alqışlanılır, bəzən də mənəvi olaraq öldürülürl... Kimlərinsə acı taleyi bir şounun əsas alətinə çevrilir. 

Eynilə Trumen kimi, birdən başa düşməyə başlayırsan ki, ətrafındakı hər şey mənzərədir və insanlar sizə göründükləri kimi davranan aktyorlardır. Sənin bütün dünyan özün də bilmədən baş rolu oynadığın böyük bir televiziya serialına çevrilir. Bütün həyatın planetin otuz ildir izlədiyi televiziya şousunun müəllifinin əməyinin nəticəsidir. Amma o da nəzərə alınmalıdır ki, bizim insanlar  Trumen kimi hər şeyi anlayıb, “oyunu” vaxtında tərk edə bilmirlər. 

Bəs telekanallardakı bu hərc-mərcliyin, özbaşınalığın, qeyri-səmimiliyin qarşısı nə zaman alınacaq? Nəyə görə Azərbaycan efirində A. Abbasın dediyi problemlər davam edir? 

Ardını oxu...

Qulu Məhərrəmli

Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Aqil Abbasın dedikləri çox ciddi, həyəcan doğuran məqamdır: “Bu yeni məsələ deyil. Dəfələrlə mətbuatda, parlamentdə polemikalar olub, rəy bildirilib. Bu cür verilişlərin yığışdırılması ilə bağlı təkliflər olub. Amma yenə də bu cür verilişlər verilir. Xüsusən də özəl televiziya kanallarında, şou proqramlarda insan taleləri, məişət mövzuları, o cümlədən məişət zorakılığı və digər mentalitetə, əxlaqa uyğun olmayan hadisələr müzakirəyə çıxarılır. Bəzən bu hadisələr uydurulur, süni dramatizm yaradılır. İnsanların diqqətini bu cür verilişlərə cəlb etməklə müəyyən şüuraltı fikirlər yayırlar. Bunların qarşısını birinci növbədə həmin televiziya kanallarının rəhbərləri almalıdır. İctimai qınaq, mətbuat və səlahiyyəti olan digər qurumlar almalıdır. Söhbət hansısa televiziyanın yaradıcılıq işinə qarışmaqdan getmir. Amma ümumiyyətlə, "Media haqqında" Qanunda da, digər sənədlərdə də Azərbaycan əxlaqının, milli dəyərlərin qorunması ilə bağlı tələblər var. Sadəcə olaraq, bəzən verilişlərin reytinqi, pul qazanmaq istəyi tələblərdən yüksəkdə dayanır. Ona görə də bu cür hallar ortaya çıxır. Əgər parlament səviyyəsində bu cür məsələlər qaldırılırsa, deməli, məsələ həddən artıq ciddidir. Bununla bağlı ciddi tədbir görülməlidir".

Ardını oxu...

Ələsgər Əhmədoğlu

Hüquqşünas Ələsgər Əhmədoğlu da mediaya açıqlamasında deyib ki, telekanallar media qanunlarını heçə sayırlar: “Nə media qanununa, nə də jurnalistlərin etik qaydalarına əməl edilir. Bu qayda-qanunlar "toxunulmazlığı" olan media qurumlarının - televiziyaların uyacağı qayda deyil. Onların öz “norma”ları var. Nə qanunu, nə etikanı sayırlar. Qanunlar yalnız acizlərə, gücsüzlərə və yuxarıdan təlimat gəlməyənərə aid olur. Ona görə də təəssüf ki, bəzən telekanallarda gedən müzakirələrdə prezumpsiya hüququ çox ciddi şəkildə pozulur. Qanunun 163-cü maddəsinə əsasən, məhkəmə qərarı olmadan hansısa şəxsin təqsirli kimi təqdim olunması qadağan edilir. Amma bəzən telekanallar açıq formada, məhkəmə qərarı olmadan insanları ittiham edirlər, hətta şəxsləri şübhəli şəxs kimi yox, birbaşa cinayətkar kimi göstərirlər. Əlbəttə ki, fakt olmadan efirdən bu cür ifadələr səsləndirmək doğru deyil".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Ardını oxu...
“Leyli və Məcnun” tamaşası... Bir neçə gün öncə xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova bu tamaşanı tamaşaçıların istəyi ilə uzun illər sonra ikinci dəfə oynadı. Hər dəfəsi anşlaqla keçən tamaşaya bu dəfə də biletləri öncədən almışdılar. Bəs görəsən Məcnun və Leyli neçə yaşında olub? Bu rolları neçə yaşlı sənətkarlar ifa etməlidir?

Moderator.az-a açıqlama verən xalq artisti Mənsum İbrahimov bu rolu ilk dəfə 1993-cü ildə oynadığını bildirib.

“Tələbə vaxtlarından Opera və Balet teatrında işləyirəm. Allah Şövkət xanımın Ələkbərovanın ruhunu şad etsin. O vaxt Muğam müsabiqəsində mən birinci yer tutmuşdum. Asəf Zeynallı adına musiqi kollecində 3-cü kursda oxuyarkən məni teatra solist kimi işə götürmüşdülər. Məcnun rolunu 1993-cü ildə oxumağa başlamışam. Səhnədə ilk Leylim də xalq artisti Gülyaz Məmmədova olub. O vaxtdan tamaşaçı bizi qəbul edib. Bu günə qədər mən bu tamaşanı ifa edirəm. Amma son bir neçə ildir ki, 6-7 il demək olar ki, fəal səhnədə deyiləm. Biz bütün meydanı gənclərə vermişik. Sadəcə olaraq ustad dərsi kimi ildə 1, nadir halda 2 tamaşa oxuyaram mən. Çünki bütün repertuarda gənclərimizi qabağa vermişik. Muğam müsabiqələri başlayandan bu günə qədər 30-a yaxın gənc, solist kimi teatrımıza qəbul olunub. Demək olar ki, bütün baş rolları da onlar oxuyurlar. Özüm də onlara kömək edirəm. Tələbələrim olanlar da var, başqa ustadların da tələbələri var. Onlara dəstək oluram, tamaşlarına gedirəm, məsləhət verirəm. Bizim hazırda oxuduğumuz tamaşalar gənclərə bir dərs, təcrübə kimi göstərilir. Hər zaman belə olub. Teatrdakı tanınmış simaların adlarına görə bilet alınıb, tamaşaçı gəlib. Burada meyar, göstərici tamaşaçıdır. Təsəvvür edirsiniz uzun fasilədən sonra ilk dəfə “Leyli və Məcnun” əsərinin yarandığı gün Nəzakət xanımla səhnəyə çıxdıq, şəhərin yarısı bizdən küsdü ki, bilet tapa bilmirik. Növbəti dəfə bizdən xahiş olundu deyə fevral ayının 4-də yenidən səhnəyə çıxdıq. Əslində mən bu tamaşanı ildə bir dəfə oxuyuram. Hər dəfə səhnəyə çıxanda elə bilirəm ki, ilk dəfədir oynayıram. O sənət insanı ki, sənətinə hörmət edir, məsuliyyətlidir, o həm formasına, həm ifasına, həm də səsinə diqqət edəcək. Burada formada olmaq mütləqdir. Məcnunu oxumaq çox ağırdır. Bir tamaşanı oxuyandan sonra 3 gün yorğunluqdan özümə gələ bilmirəm. Həm səs yorulur, həm fiziki baxımdan yorulursan. Hər kəsə Leyli və Məcnun rollarını oxumaq qismət olmur. Hər kəsin öz qisməti var. Hər səsi olan xanəndə Məcnun və yaxud Leyli obrazlarını oxuya bilməz. Obrazı yaşamalısan, içdən oxumalısan. Əsas meyar tamaşaçıdır. O səni qəbul etməlidir. Sən özünün xoşuna gələ bilərsən, amma səni tamaşaçı qəbul etməsə sənin nə qədər qohum-əqraban var ki, bileti alıb, tamaşaya gətirəsən. Mən artıq 146-ci tamaşamı oxudum. Ailə üzvlərim, yaxınlarım ürəkləri istəyəndə gəlib izləyirlər. Mən heç kimi dəvət etmirəm, buna ehtiyacım da yoxdur. İndiyə qədər 10 Leylim olub. İndiyə qədər ən çox xalq artisti Nəzakət Teymurova ilə tərəf müqabili olmuşam” deyə xanəndə bildirib.

Xalq artisti Nəzakət Teymurova 7 illik fasilədən sonra Leyli kimi səhnəyə çıxdığını və çox həyəcanlı olduğunu bildirib.
“Bütün uğurlarımı Opera və Balet Teatrına borcluyam. Tələbəlik illərimdən ordayam. Ona görə də bu səhnə mənim üçün uğur gətirici, nailiyyət gətiricidir. Bütün dahilərimiz o səhnədən pərvazlanıb. Uzun illərdir mən teatrdan getmişdim. 7 illik fasilədən sonra tamaşaçıların xahişi və teatrımızın direktoru, çox hörmətli Yusif Eyvazovun dəvəti ilə səhnəyə qayıtdım. Bilet tapılmadı, ona görə də fevralın 4-də ikinci dəfə səhnəyə çıxıb, tamaşa oynadıq. Özünüz də bilirsiniz ki, biz gənclər yetişdiririk. Həm qız, həm də oğlan ifaçıları potensial Leyli, Məcnun kimi yetişdiririk. Leyli mənim üçün çox müqəddəs bir roldur. Bu əsər illərdir tamaşaçı sevgisi qazanıb. Biz də çalışmışıq ki, bu rolu biganə yox, daxilən necədirsə onu tamaşaçılara çatdıraq. Tamaşaçılar süni heç nəyi qəbul etmirlər. Tamaşaçıları heç kim zorla tamaşaya gətirə bilməz. Müasir dövrdür, telefonlar, planşetlər əldədir, istədiklərinə baxırlar. Sevindiri haldır ki, bu tamaşaya hər zaman tamaşaçı gəlir” deyə xalq artisti bildirib.

Burdan da belə bir nəticəyə gəlmək olar ki, Məhəmməd Füzuli Leylini də, Məcnun obrazını da məktəbli yaşlı insanlar üçün yazıb. Sadəcə olaraq bu obrazları yetişkin insanlar ifa etməlidir.
Ardını oxu...
Son zamanlar sosial şəbəkələrdə milli rəqsimizi oğlanların qız, qızların isə oğlan kimi ifa etdiyi videolar paylaşılır.

Görüntülər ictimaiyyət arasında birmənalı qarşılanmır.

Əksəriyyətini isə belə bir sual düşündürür. Uşaqlara niyə bu cür rəqs etməyi öyrədirlər?
Ətraflı Baku TV-nin süjetində:

 
 

 


Ardını oxu...
Naxçıvanda XV əsrə aid olan abidə Xanəgah sakinləri tərəfindən “Xan hamamı” adı ilə tanınır.

Lakin abidənin dəqiq adı və hansı məqsədə tikilməsi barədə məlumat yoxdur.

Əlincə qalasının qədim hasarları içərisində yerləşən tarixi tikili Xanəgah abidələr kompleksinə daxildir.
Ətraflı “AzTV Xəbər”in süjetində:

 
 
 
Ardını oxu...
Oğlu Mehdi Rüstəmov mərhum Xalq artisti Qədir Rüstəmovun reallaşmayan arzusundan danışıb.

Mehdi "O üz" proqramında atasının onlara qoyduğu qadağadan söz açıb:

"Atam atalıq borcunu yerinə yetirib. Hər işdə yanımızda olurdu. Ona görə də ölümündən sonra onun yeri çox görünürdü. Üç uşağıq. Atamdan bizə səs keçib. Amma atam razı olmadı onun yolunu davam etdirək. Atam məcburi köçkün vaxtı çətin günlər yaşayıb. Ağdamdan heç nəsiz çıxıb, ümid edirdi ki, ora qayıdacaq. Son nəfəsinə qədər Ağdama qayıdacağını ümid edirdi. Onun reallaşmayan arzusu Ağdam oldu".

Mərhum müğənninin bacısı Sənubər Çərkəz "Qədirin paxıllığını çəkən çox olub. Bir Xalq artisti danışanda hamının adını çəkir, bircə Qədirin yox. Bu da paxıllıqdır. Çünki o səs heç kimdə yoxdur, ancaq Qədirdə var idi. Deyirdilər ki, Qədirin ürəyi "kapron"dur. Yalandır, sapsağlam idi. Bircə 7-ci sinifdə dalaşıb, onu arxadan vurublar, bıçaq böyrəyinə batıb. Bir böyrəyini çıxartmışdılar" sözlərini əlavə edib.

 
Ardını oxu...
Müəllimim, elmi rəhbərim akademik Azad Mirzəcanzadə klassik musiqi bilicisi idi, çox sevirdi ciddi musiqini. Ən sevdiyi əsərlərdən biri dahi Qara Qarayevin 3-cü simfoniyası idi.
Azad müəllim Qara Qarayevdən 10 yaş kiçik idi, bir məhlədə böyümüşdülər. "Kara Abulfazoviç" deyirdi haqqında danışanda. Sitaiş edirdi onun sənətinə, simfoniyalarını, onların yazılma tarixçəsini, premyeralarını ən kiçik detallarına qədər bilirdi.
Heç unutmuram, dissertasiyamın ilkin variantını Azad müəllimgilə aparmışdım. Evi yaxın olduğu üçün aspirantlarını tez-tez 28 may küçəsindəki (Kirxanın qarşısında) evinə çağırardı.
Bacısı ilə ibir evdə yaşayırdı Azad müəllim. Heç biri ailə qurmamışdılar. İradə xanım mətbəxdə çay dəmləyir, Azad müəllim kitabların əhatəsində mənim elmi işimi vərəqləyirdi. Köhnə "proiqrıvateli" Qara Qarayevin ölməz Adajiosunu çalırdı...
Bu gün Azərbaycan musiqi tarixinin ən böyük bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) 106 yaşı tamam olur.
Qara Qarayev musiqisini bizə Azad müəllim sevdirmişdi.
Allah iki dost, iki nəhəng insana rəhmət eləsin...
İbrahim Nəbioğlu
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
Türkiyənin məşhur kino ulduzu Türkan Şoray Rusiyaya səfər edib.

Azpost.info bildirir ki, T.Şoray türk şairi Nazim Hikmətin anadan olmasının 122-ci ildönümü ilə bağlı Moskvada keçirilən tədbirdə iştirak edib.

Tədbir Moskva Nazım Hikmət Mədəniyyət və İncəsənət Fondunun ev sahibliyi ilə Moskva Yunus Əmrə İnstitutu, Rusiya Kinorejissorlar Dərnəyi, Moskva Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Moskvanın “Kino Evi”ndə təşkil olunan toplanıya 1100 nəfər qatılıb.

Tədbirdə SSRİ-nin məşhur kino rejissoru, azərbaycanlı Əjdər İbrahimovun 1978-ci ildə Nazim Hikmətin əsəri əsasında çəkdiyi “Məhəbbətim mənim, kədərim mənim” filmi nümayiş edilib. Filmdə baş rolları Türkan Şoray oynayıb. Türkan Şoray 46 ildən sonra Moskvaya səfər edərək filmin qala -gecəsində iştirak edib.

Tamaşaçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanan T. Şoray səhnəyə çıxan kimi bütün salon onu ayaq üstə alqışlayıb. Rus dilində “добрый вечер, дорогие друзья” (Axşamınız xeyir, əziz dostlarım) deyərək çıxış edən Şoray çıxışında “şeir deyiləndə ilk ağlımıza gələn ad Nazım Hikmətdir. Nazim üçün yenindən Moskvada olmaq xoşbəxtlikdir” deyib: ”Onun şeirləri, sevgiləri, vətən sevgisi möhtəşəmdir. Hər dəfə böyük ustadın misralarına rast gələndə vətənimi nə qədər çox sevdiyimi anlayır, bu mənsubiyyəti ilə bir daha xoşbəxt oluram”.

Tədbirin açılış nitqi ilə Türkiyə Respublikasının Moskvadakı səfiri Tanju Bilgiç çıxış edib.

Tədbirdə bir çox diplomatik qurumlar və onların nümayəndələri iştirak edib. Türkiyə səfirliyinin qonağı qismində Azərbaycan, Macarıstan, Tunis, Yəmən və Kolumbiya kimi ölkələrin səfirləri də tədbirə qatılıb.

Mərasimdə filmin rejissoru, Nazım Hikmətin dostlarından biri olan Əjdər İbrahimov xatırlanıb. 1993-cü ildə dünyasını dəyişən məşhur rejissorun həyat yoldaşı, ssenarist Marqarita Maleyeva həyat yoldaşı barədə danışarkən salon onu alqışlayıb.

SSRİ və Türkiyənin birgə istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” filmi 1978-ci ildə lentə alınıb.

Ssenari müəllifi və quruluşçu rejissor Əjdər İbrahimovdur. Baş rolda Türkan Şoray, Alla Siqalova, Yılmaz Duru, Faruk Peker,Adil İsgəndərov, Antoli Papanov, Arçil Qomiaşvili, Seyhan Duru, İrina Miroşniçenko çəkilib.

Ardını oxu...
Ardını oxu...
 
 
 

 

Ardını oxu...
Son zamanlar dünyaca məşhur Hollivud aktyoru Brus Uillisin səhhəti ilə bağlı xəbərlər heç də ürəkaçan deyil. Demensiya xəstəliyindən əziyyət çəkən əfsanəvi aktyorun vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Belə ki, bir neçə ay əvvəl 13 il evli olduğu və boşandıqdan sonra da dost münasibətində qaldığı keçmiş həyat yoldaşı, dünya şöhrətli aktrisa Demi Muru artıq tanımır. Lakin aktrisa bu dəyişiklikləri qətiyyətlə qəbul edir.

Demi qızlarının sağalmaz xəstə atası ilə hər anından həzz almağa kömək edən sosial şəbəkə hesabında diqqət çəkən post paylaşıb.

İndi bütün ailə üzvləri mümkün qədər tez-tez aktyorun yanında olmağa çalışırlar. Belə ki, sözügedən postda Brus Deminin kiçik qızlarının 30 illik yubileyi şərəfinə bir araya gəliblər. Aktrisa restoranda əyləncəli şənlikdən görüntüləri və keçmiş əri və ad gününü qeyd edən qızı ilə birgə çəkilmiş yeni fotosunu yayımlayıb.
Qeyd edək ki, Uillisin dəhşətli xəstəliyi ilk dəfə 2022-ci ilin yazında məlum olub. Aktyorda frontotemporal demensiya yaranıb. Uillisin qohumları bu ilin onun üçün sonuncu ola biləcəyindən narahatdırlar. Aktyorun vəziyyəti günü-gündən pisləşir. Belə ki, o, artıq oxuya bilmir və danışıq qabiliyyətini itirib.
Ardını oxu...
 
Ardını oxu...
İstanbulda "Kurtlar Vadisi" serialının məşhur səhnələrindən birinin çəkildiyi tarixi çayxanada yanğın baş verib.

TEREF musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənən iki nəfər xəstəxanaya aparılıb.

Çayxanaya da böyük maddi ziyan meydana dəyib.

Yanğın söndürülsə də, tarixi bina yararsız hala düşüb.
Ardını oxu...
 
Ardını oxu...
Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub.

Dia-az.info xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:

"Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki... O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?

Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, “Evinə geri qayıdacaqsan?” Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram".

T.Qasımov qızının ondan imtina etdiyini etiraf edib:

"Qızımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və deyir ki, bu məsələdə haqlı idin. Amma qızım məhkəmədə məndən imtina edib. Onun iki övladı vardı. Oğlu xəstə olduğundan öldü. Mən ona bir kəlmə belə söz deyə bilmərəm. Qəti olmaz. O geri addım atarsa, belə onu qəti bağışlamaram. Qəti!"

Qeyd edək ki, T.Qasımov ilk həyat yoldaşından söyüşə görə boşandığını açıqlamışdı. O, ikinci dəfə evlənib.
 

Dünyapress TV

Xəbər lenti