Bakıda türkiyəli müğənni Hüsamettin Tarkan Tevetoğlunun (Tarkan) konserti başlayıb. APA xəbər verir ki, “Baku Crystal Hall”da baş tutan konsertə maraq böyük olub. Müğənni səhnədə ilk olaraq "Yolla" mahnısını ifa edib. Xatırladaq ki, türkiyəli meqastar ayrı-ayrı vaxtlarda Bakıda solo konsertlə çıxış edib. Meqastar 2004-cü ildə Tofiq Bəhramov adına Respublika Stadionunda, 2008-ci ildə “Yaşlı Teatr”da, 2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində sevənlərinin qarşısına çıxıb.