Ardını oxu...
"Ölkədə fəaliyyət göstərən prodakşnlardan birində çəkilən, televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəkələrdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bir video istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurdu".

Axşam.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb.

Bu gün sosial şəbəkələrdə yayılan və böyük müzakirələrə səbəb olan həmin video haqqında danışan Rəşad Məcid qeyd edib ki, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı – mövqeyi kimi təqdim olunması böyük qəbahətdir:

"Bu sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi, durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir. Yayılmış videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafiəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır".

R.Məcid videodakı dialoqla bağlı da fikirlərini bildirib:

"Müəllimin olduqca aqressiv və qəddar bir tonda jurnalisti imla yaza bilməməklə hədələməsinə, əlbəttə, bu gün Azərbaycanda jurnalist adına iddia edən saysız-hesabsız şəxslər arasında savadsızları kifayət qədər çoxdur, amma onu da etiraf edək ki, savadsız adamlar elə müəllimlər, lap belə məmurlar arasında da az deyil, həm də belələrinə bütün peşə sahibləri içində, bütün fəaliyyət sahələrində rast gəlmək olar. Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistikaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar.

Jurnalist adına iddia etməklə bu adı aşağılayanlarla yanaşı, bu gün cəmiyyətdə bir qrup da var ki, onlar hər addımda jurnalistləri gözdən salmağa çalışırlar. Bundan isə ilk növbətə dərin mənəviyyata malik, peşəkar jurnalistlər əziyyət çəkirlər. Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq".

Qeyd edək ki, telekanallardan birində yayımlanan serialda jurnalistlə müəllimin dialoqu əks olunub. Müəllim məktəbə hadisəni işıqlandırmaq istəyən jurnalisti tənqid edib. O, şagirdlər arasında baş verən hadisələrin ictimailəşməsində müxbiri ittiham edib. Bu səhnə qısa müddət ərzində sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
 
 
Ardını oxu...

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqimat mərasimi keçirilib.

"DogruXeber.az" Qanunla.Az-a istinadən xəbər verir ki, təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Soltan Məmmədov, Jalə Əliyeva və Ramin Məmmədov, ali məktəb rektorları, AMEA-nın şöbə və kafedra müdirləri, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyyətinin əməkdaşları, ərazi üzrə partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.

Təqdimat mərasimində çıxış edənlər – YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasını üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Ədalət Qasımov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, Milli Məclisin deputatları Soltan Məmmədov və Elnur Allahverdiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov çıxış edərək qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları kitabda Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alır. Kitabda Ümummilli liderin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub. “Heydər Əliyev. 100 faktın tarixi” kitabı 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İlk təqdimat mərasimi ötən ilin dekabrında olub. Hazırda kitabın elektron versiyası və saytı üzərində iş gedir. Rus, ingilis, fransız və çex dillərinə təcürmə olunur. Kitabın bu dillərdə də çapı nəzərdə tutulur.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
“Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı “YouTube”da yayımlanan verilişlərin birinə müsahibəsində deyib.

Sənətçi ailələrin dağılmasını efirdə nümayiş etdirən televiziya kanallarını sərt şəkildə tənqid edib:

“Telekanallarımızın əksəriyyətində verilişlər var, orada Azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saç yolduya çıxırlar, boşanıb-evlənirlər... Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım və ağbirçəyim budursa... Yox, bunlardan uzaq...”
 
Ardını oxu...
Mərhum şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli onun barəsində bəzi faktları açıqlayıb.

"AStar" layihəsinə qonaq olan Rəhilə xanım ərinin ona son sözlərindən danışıb. O bildirib ki, Nüsrət Kəsəmənlinin ölümünü iki gün sonra bilib. Şairin evinə sağ-salamat gəldiyini zənn etdiyi halda, onu tabutunda qarşılamalı olub:

"Təsəvvür edin ayın 15-də rəhmətə getmişdi. Mən iki gün sonra bilmişəm. Hətta mən səfirliyə də zəng etdim, dedim ki iki gündür məni Nüsrətlə görüşməyə qoymurlar. Dedilər ki, narahat olmayın. Biz sizi Azərbaycan yola salacağıq. Mən onu birdən-birə tabutda görəndə şoka düşdüm. Qıcolma vəziyyəti yarandı".

Xatırladaq ki, XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənli 1945-ci ildə dekabrın 29-da Ağstafada doğulub. O Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnıların sözlərinin müəllifidir. Nüsrət Kəsəmənli 2003-cü ildə Təbrizdə dünyasını dəyişib.

 
 
 

Ardını oxu...
Bir neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Manset.az xəbər verir ki, telekanal rəhbərlərinin iştirakı ilə keçirilən iclasda tv-kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
Tv-kanallardakı mövcud duruma rəsmi dairələr müdaxilə etmək qərarına gəlib və keçirilən görüş də bunun nəticəsidir. Prezident Aparatı səviyyəsində töhmət alan tv-kanallar necə, bu görüşdən nəticə çıxaracaqmı?

“Tv-lər islah olunmalıdır”
Televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında “məsələnin bu dərəcədə kəskinləşməsi onu göstərir ki, bu cür bayağı, düşük şoulara nə “aşağılar” dözür, nə də “yuxarılar”, söylədi:
- Ona görə də tədbirlərin görülməsi vacibdir. Tədbirlər ona görə vacibdir ki, televiziyanın auditoriyası çox genişdir, onun geniş kütləyə böyük təsiri var. Şəxsi problemlərin az qala milli məsələ səviyyəsinə qaldırılması, ailə məsələlərinin şou səviyyəsinə gətirilərək müzakirəsi, min illərlə formalaşmış dəyərlərin məhvini sükutla qarşılamaq olmaz. Verilişləri bağlamaq, açmaq, cərimə etmək işin inzibati tərəfidir. Televiziyaları da anlamaq lazımdır. Onlar belə ucuz şoulara reklam əldə etmək, reytinq qazanmaq üçün də əl atır. Amma normal şoular eləmək mümkündür. 10-20 il əvvələ qayıdıb o dövrdə hazırlanan tok-şouların portretini götürmək olar. Baxsalar, ictimai əhəmiyyət daşıyan məsələlərin efirdə necə səviyyəli bir şəkildə işıqlandırıldığını görəcəklər. Həmin verilişlərin heç birində insan taleyi şəxsi problemlər kontekstində şəxsiyyətin alçaldılması, tapdanması fonunda verilmirdi. Belə hallar yox idi o verilişlərdə. TV-lər 1 seqment üzərində dayanmır. Burada həm xəbər, həm ciddi müzakirələr, ictimai-sosial proqramlar, uşaq verilişləri, həm də əyləncə verilişləri hazırlanmalıdır. Tv-lərin fəaliyyəti çoxşaxəli olmalıdır və müxtəlif auditoriyaya məzmuna uyğun verilişlər çatdırılmalıdır. Əsas, ciddi problemləri şou vasitəsilə tamaşaçıya çatdırmaq yolverilməzdir. Bu cür verilişlər islah olunmalıdır. Ucuz şou, sensasiya, ssenariləşdirilmiş oyun epizodlarından imtina edilməlidir. Əlbəttə, bu, peşəkar yanaşma, peşəkar rejissura və yüksək estetik zövq tələb edir. Hesab edirəm ki, özəl telekanallara müəyyən müddət maliyyə yardımı göstərilməlidir ki, düşük şoular əvəzinə səviyyəli proqramlar hazırlasınlar.

Cəmiyyətin yarasına çevrilmiş proqramlar
Telekanallardakı biabırçılığa rəsmi qaydada etiraz bildirilməsi, ictimaiyyətin ürəyincədir. Nəhayət, telekanallar rəzillikdən bəlkə əl çəkər. Cəmiyyətdə yaraya çevrilmiş bu problem illərdir daim gündəmdə idi. Bir müddət əvvəl, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Ceyran Əzizova sosial şəbəkə üzərindən paylaşım edərək rəsmi dairələri tv-kanallardakı rüsvayçılığa son qoymağa çağırış etmişdi. C.Əzizova məlum müraciətində qeyd edirdi ki, dünyanın heç bir kanalında belə küçə ağzıyla danışıb onu-bunu hədələyən ekspertlərə rast gəlinmir: “Bu ancaq bizdədir. Bizim millət budurmu? Deyil. Amma və lakin şounun xatirinə övladlarımızın əsəbini pozan, nəvələrimizin tərbiyəsinə təsir edən dəvətsiz qonaqlarımıza “evimizə gəlməyin”, deməyin vaxtıdır. Bunların üzündən televizorları söndürmüşük, açmırıq”. C.Əzizova cənab Prezidentə müraciət edərək bu biabırçılığa son qoymasını xahiş edirdi: “İşinizin çoxluğunun fərqindəyəm. Amma bizə sizdən kömək istəməkdən başqa yol qoyulmadı. Bu şou proqramlarındakı biabırçılıqlara bir son qoyulması üçün göstəriş verməyinizi çox xahiş edirəm. Bunlar xalqın gələcəyini məhv etmək istəyirlər”.
“Sherg.az"a danışan C.Əzizova qeyd etdi ki, ictimaiyyətin narazılığına Prezident Aparatı səviyyəsində reaksiya verilməsi onu sevindirir:
- İctimai narazılığa diqqət göstərilir. Telekanallardan əksəriyyət narazıdır. Reytinqləri çox düşüb artıq. Daha camaat əvvəlki kimi maraqla baxmır bu cür səviyyəsiz verilişlərə. Ümid edirəm ki, Prezident Administrasiyası ciddi ölçü götürəcək. Ən azından biabırçı formatların dəyişəcəyinə ümid edirəm. Düşünürəm ki, hazırkı format dəyişəcək.

Sosial verilişlərin qurbanları artır
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da Prezident Aparatının müdaxiləsini zəruri saydığını dedi:
- Hələ bir neçə il öncə həyəcan təbili çalmışdım. Sosial verilişlərdən sonra qurbana çevrilənlərlə bağlı. Çünki bir çox qadınlar vardı ki, o verilişlərdən sonra nə ailə bağları qorunub qalırdı, nə də normal iş yeri tapa bilirdilər. Kifayət qədər mənfi obrazda tanıtımları olurdu. Təklif etmişdim ki, onların sonrakı həyatı ilə bağlı bir araşdırma aparılsın. Təbii ki, mən sosial verilişlərin tam bağlanılmasını deyil, müraciət edənlərin problemlərinin işıqlandırılmasında insan haqları, məxfilik, şəxsiyyətin toxunulmazlığının tətbiqinin əhəmiyyətli bir meyar kimi qorunması və nəzarəti təqdir edirəm.
 
Ardını oxu...
Paytaxt Bakının tam mərkəzində, “Tarqovu” adlanan ərazidə maraqlı görüntülər diqqət çəkib.

Milli.Az xəbər verir ki, şəhərimizin qonağı olan bir qrup ərəb turist şou göstərməyə başlayıb. Əllərində tutduqları xüsusi çubuqları ilə rəqs etməyə başlayan əcnəbi qonaqlar ətrafdakı insanların da diqqətini çəkib.

Özlərini lentə aldıran qonaqları paytaxt sakinləri də mobil telefonlarının yaddaşına köçürüblər.

Sözügedən görüntüləri təqdim edirik:

 
Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, tanınmış müğənni Baba Dərələyəzli bu gün Türkiyədə əməliyyat olunub.

Qeyd edək ki, Baba Dərələyəzli adı ilə tanınan məşhur müğənni Firudin Rüstəmov 2021-ci ilin noyabr ayında Şamaxı yolunda ağır avtomobil qəzası keçirmişdi və bu qəzadan sonra "Semaşko" adı ilə tanınan 1 saylı Klinik Tibb Mərkəzində müalicə alarkən, həkim səhvi nəticəsində bir ayağında ciddi problemlər yaranmış və müğənninin yeriməsində məhdudiyyət yaranmışdır.

Üç ildir yatağa məhkum olan Baba Dərələyəzli bu gün Türkiyədə Acıbadem xəstəxanasında əməliyyat olunub.

Ailə üzvlərindən "DogruXeber.az"a bildirilib ki, əməliyyat uğurlu keçib və həkimlər sərbəst yeriyə biləcəyindən əmin olduqlarını deyiblər.

Allah şəfa versin !
Ardını oxu...
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər.

Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir.

Xanımlar uşaqlar üçün təzə paltar tikir.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 25-də, Od çərşənbəsi martın 3-də qeyd edilib.

Martın 16-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.
 

Dünyapress TV

Xəbər lenti