Ardını oxu...
Əksər hallarda sənətçilər, ələlxüsus da aktrisalar film və seriallarda öz geyimləri ilə çəkildikləri üçün etiraz edirlər. Bəzi aktrisalar məhz bu səbəbə görə ekran işlərindən imtina etmək məcburiyyətində qalır. Film və seriallarda geyim üzrə rəssam ştatı varkən, niyə sənətçi öz geyimi ilə çəkilməlidir? Geyim tapmaq problemdir yoxsa film direktorları xərcə düşmək istəmir?

Moderator.az mövzunu araşdırıb. Xalq artisti Şamil Süleymanlı bildirib ki, illər öncə öz kostyumu ilə filmə çəkildiyi üçün geyimi sıradan çıxıb.

“Vaqif Mustafayev çox ciddi sənətkardır. “Bəyin oğurlanması” filmində də ulduzların bir paradı olur göylərdə. O kinoda da bir ulduzlar paradı yaratmışdı. Filmdə öz bəylik kostyumumu geyinmişdim. Sonra elə oldu ki, o kostyumu korladılar. Ekran işində həvəslə təmizlədiyim ayaqqabı da özümün idi. Sovet dövründə belə bir şey yox idi ki, aktyor öz geyimi ilə çəkilsin. İndi dilənçi kimi deyirlər ki, gəlin öz geyiminizlə çəkilin. Sadəcə olaraq həmin filmdəki kostyum mənim xoşuma gəlməmişdi. Vaqifə bunu göstərdim ki, bəylik kostyumumdur, olar çəkilim? O da etiraz etmədi. O dövr üçün çox bahalı kostyum idi. Üstünə nəsə dağıtdılar, sıradan çıxdı. Yaxşı ki, görüntüsü filmdə qalıb” deyə sənətkar bildirib.

Xalq artisti Həmidə Ömərova bildirib ki, tarixi filmlər üçün mütləq eskizlər hazırlanmalıdır.

“Tarixi və nağıl filmlərində təbii ki, geyim üzrə rəssamlar o dövrə uyğun eskizlər hazırlayırlar, həmin eskizlər əsasında da paltarlar tikilir. Mənim çəkildiyim “Qorxma mən səninləyəm”, “Nizami”, “Məlikməmməd” filmlərindəki geyimlərim xüsusi eskizlər əsasında hazırlanıb. Müasir filmlərdə isə istisnalar olur. Yadıma gəlir, Oqtay Mirqasımovun “Anlamaq istəyirəm” filmində Çinarə obrazını yaradırdım, professor qızı idi. Çinarə də son dərəcə müasir geyinən xanım idi. Təbii ki, bu cür geyimləri ya mağazadan alırdılar, ya da sifariş edirdilər. Kinolarda mən belə bir problemlə rastlaşmamışam desinlər ki, öz geyimlərini geyin. Amma seriallarda olub. Çünki seriallarda aktyor çox olur. “Ata ocağı” serialında 200-ə yaxın aktyor çəkilirdi. Geyim üzrə rəssam həm o qədər aktyorun geyimini hazırlamalı idi. Ayrı-ayrı mağazalarla müqavilə bağlayıb, geyim götürülürdü. Bu geyimləri də elə istifadə etmək lazım idi ki, ləkələnməsin. Yenidən onları mağazaya qaytarmaq lazım gəlirdi. Bu da çox böyük problem idi. Bəzən eyni geyimdə yenidən çəkiliş olunmalı idi. Elə olurdu ki, həmin geyim mağazada satılırdı. Gözlənilməz hallarla da rastlaşırdıq. Ona görə də bu cür risklərlə qarşılaşmamaq üçün məcbur olursan ki, öz paltarında çəkiləsən. Çox əziyyətli işdir. Ümumiyyətlə serial çəkmək ağırdır. Toy səhnəsini çəkmək daha çətindir. 1 saat ərzində geyim üzrə rəssam toyda iştirak edən aktyorları geyindirməlidir” deyə xalq artisti bildirib.

Əməkdar artist Nahidə Orucova bildirib ki, məhz bu səbəbə görə seriallardan imtina edir.

“Titrdə yazılır ki, “geyim üzrə rəssam”.. Amma ortalıqda heç nə yoxdur. Seriala dəvət edirlər, deyirlər ki, geyin gəl. Mən niyə görə öz geyimimdə çəkilməliyəm? O illərdə heç vaxt belə hallarla üzləşməmişik. Geyimlər tikilirdi, atelyelər fəaliyyət göstərirdi. “Yük” filmində mən “Yenilməz batalyon” filmində Tamilla Ağamirovanın istifadə etdiyi paltarı geyinmişdim. Özümü xoşbəxt sanırdım, fərəhlənirdim ki, o cür aktrisanın paltarını geyinmişəm. O paltarı vaxtilə Amaliya Pənahova da geyinib. Kinostudiyanın geyim sexininin spesifik iyi var idi. Hiss olunurdu ki, yaradıcılıq gedir. Amma indi yoxdur. Heç bir seriala getmirəm. Nə qiymət verirlər, nə də qonorar” deyə aktrisa bildirib.

Gənc aktrisa Səbinə Məmmədzadə bildirib ki, yeni çəkilən seriallarda problemlər çoxdur.

“Aktyor-aktrisa öz geyimi ilə çəkilməməlidir. Bəzən də elə olur ki, geyim gətirirlər, əyninə böyük olur. Bu axı efirdə də yaxşı görünmür.. Soruşanda ki, bu nə geyimdir? O dəqiqə deyirlər ki, aktrisa kaprizlidir. Geyim rəssamı geyimi, qrim ustası qrimi bilmir. Bəzi prodakşınlar kəmiyyətə üstünlük verirlər, keyfiyyətə yox. İşdən başı çıxmayan adamları ora cəlb edirlər, iş də qalır kənarda. Düzgün etmədiyini ona xatırladanda o dəqiqə gedib şirkət rəhbərliyinə şikayət edir. Şirkət rəhbərliyi üçün də günü15 manata işləyən qrim ustası, geyim rəssamı önəmlidir. Mən bu sözlərimi hamıya aid etmirəm, əlbəttə ki, bu sahədə peşəkarlar da var, onlarla da çalışmışam” deyə aktrisa bildirib.

Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Zülfiyyə Nəzər Məmmədova bildirib ki, bu kimi hallara adətən az büdcəli layihələrdə rast gəlmək mümkündür.

“Yüksək büdcəli layihələrdə bu kimi hallara rast gəlmək qeyri-mümkündür. Elə məqamlar olur ki, aktrisaya öz geyimi ilə çəkilmək daha rahatdır, nəinki hardansa götürülmüş geyimlə. Nə gözəl ki, son illərdə paltarlar mağazalardan götürülür. Bəzən də məcburiyyətdən aktrisa öz geyimində çəkilir. Bu xoş bir hal deyil. Gündəlik geyinilən geyimi ekranda görmək xoş deyil” deyə aktrisa bildirib.
Ardını oxu...
ABŞ-nin Los-Anceles şəhərində 96-cı “Oskar” mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, əsas kateqoriyalar üzrə qaliblərin siyahısı belədir:

“Ən yaxşı film” - “Oppenhaymer”;

“Ən yaxşı aktrisa” - Emma Stoun (“Bəxtsiz”);

“Ən yaxşı aktyor” - Killian Merfi (“Oppenhaymer”);

“Ən yaxşı mahnı” -“Mən nə üçün yaradılmışam?” (“Barbi”);

“Ən yaxşı musiqi” - “Oppenhaymer”;

“Ən yaxşı ikinci plan aktyoru” - Robert Dauni kiçik (“Oppenhaymer”);

“Ən yaxşı xarici film” – “Maraq zonası”;

“Ən yaxşı uyğunlaşdırılmış ssenari” - “Amerika fantastikası”;

“Ən yaxşı orijinal ssenari” - “Düşmə anatomiyası” (“Anatomie d'une chute”);

“Ən yaxşı ikinci plan qadın rolu” - Davayn Coy Randolf (“The Leftovers”);

“Ən yaxşı animasiya filmi” - “Oğlan və quş” (“Kimitachi wa Dou Ikiru ka”).
“Ən yaxşı sənədli film” – “Mariupolda 20 gün”;

“Ən yaxşı orijinal sauntrek” - Lüdviq Qoransson (“Oppenhaymer”);

“Ən yaxşı vizual effektlər” - “Godzilla: Mənfi Bir”;

“Ən yaxşı montaj” - Cennifer Leym (“Oppenhaymer”);

“Ən yaxşı səs” – “Maraq zonası”;

“Ən yaxşı makiyaj və saç düzümü” - “Kasıblar və bədbəxtlər”;

“Ən yaxşı kostyumlar” - Holli Uoddinqton (“Kasıblar və bədbəxtlər”);

“Ən yaxşı istehsal dizaynı” - Şauna Hit, Ceyms Prays (“Kasıblar və bədbəxtlər”);

“Ən yaxşı qısametrajlı bədii film” – “Henri Şuqarın ecazkar hekayəsi”;

“Ən yaxşı qısametrajlı animasiya filmi” – “Müharibə bitdi! Con və Yoko musiqisindən ilhamlanıb”;

“Ən yaxşı qısametrajlı sənədli film” - “Son təmir sexi”.
 
 
 

Rəsmilər bazar günü gecə İslamın ən müqəddəs məkanlarının yerləşdiyi Səudiyyə Ərəbistanında dünyanın 1,8 milyard müsəlmanının çoxu üçün müqəddəs Ramazan ayının başlanğıcının əlaməti olan ayparanı müşahidə edib.

Günəş çıxandan gün batana qədər yemək və sudan imtina edilən bu ay müsəlman aləmində dini düşüncələr, ailə toplantıları və ianə dövrü deməkdir. Bazar ertəsi orucun ilk günüdür.

Səudiyyə dövlət televiziyası səlahiyyətlilərin aypara gördüyünü bildirib. Tezliklə bir çox Körfəz ərəb ölkələri, eləcə də İraq və Suriya, onların da bazar ertəsi oruc tutmağa başlayacaqlarını təsdiqləmək üçün elanı izləyib.

Liderlər ayın başlanması ilə bağlı təbrik mesajları da paylaşıb. Bununla belə, Avstraliya, Bruney, İndoneziya, Malayziya və Sinqapur kimi bəzi Asiya-Sakit Okean ölkələri ayı gördükdən sonra çərşənbə axşamı Ramazana başlayacaq.

Ərəbistan yarımadasının şərqində yerləşən Oman da eyni şəkildə Ramazan ayının çərşənbə axşamı başlayacağını elan edib.

İordaniya da çərşənbə axşamı Ramazana başlayacaq. Builki Ramazan Yaxın Şərqin Qəzza zolağında davam edən İsrail-HƏMAS müharibəsinin alovlandığı bir vaxta təsadüf edir. Bu, münaqişənin müharibənin hazırkı sərhədlərindən çox kənarda iğtişaşlara səbəb ola biləcəyi ilə bağlı qorxuları artırır.
 
Ardını oxu...
Los-Ancelesdəki “Dolby” teatrında ABŞ Kino Akademiyası Mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.

"Unikal" xəbər verir ki, “Oskar”ın qalibləri 23 kateqoriya üzrə elan olunacaqlar.

Cimmi Kimmel dördüncü dəfə mərasimə aparıcılıq edəcək.

Bu ilin favoritləri “Oppenheymer” və “Barbi” filmləri hesab olunur.

Xatırladaq ki, ABŞ Kino Akademiyasının mükafatı olan “Oskar” ən nüfuzlu kino mükafatı sayılır. İlk mükafatlandırma mərasimi 1929-cu ildə baş tutub.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 Mart bələdiyyə seçkisi üçün gərgin mitinq marafonunu davam etdirir.

Dövlət başçısının bugünkü proqramı çərçivəsində böyük İzmir kampaniyası üçün ilk dayanacaq Gündoğdu Meydanı olub.

Ərdoğan çıxışından əvvəl izmirlilərə sürpriz edib. O, mitinqdən əvvəl səhnəyə çıxan sənətçi Cengiz Kurtoğlu ilə birlikdə “Duyanlara Duymayanlara” mahnısını ifa edib.
Ardını oxu...
TEREF Lent.az-a istinadən həyat yoldaşları vəzifəli şəxslər olan məşhurlar barədə məlumat verir.

Xalq artisti Zeynəb Xanlarovanın mərhum həyat yoldaşı yüksək vəzifədə olub.
Ardını oxu...
Bir zamanlar AzTv-də diktor işləmiş Tamilla Ələkbərovanın mərhum həyat yoldaşı komitə sədri idi.
Ardını oxu...
Xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşı da vəzifədədir.
Ardını oxu...
Xalq artisti Brilliant Dadaşovanın ömür yoldaşı Dövlət Rus Dram Teatrının direktorudur.
Ardını oxu...
Xalq artisti Zülfiyyə Xanbabayevanın əri də vəzifə sahibidir.
Ardını oxu...
Aktrisa Zümrüd Qasımovanın əri hüquq sahəsində məmurdur
Ardını oxu...
Müğənni Ofeliya Şabanovanın da əri dövlət məmurudur.
Ardını oxu...
Müğənni Elnarə Xəlilovanın əri dövlət məmurudur.
Ardını oxu...
Aysel Teymurzadənin əri filarmoniyanın direktorudur.
Ardını oxu...
Müğənni Safura Əlizadənin əri məmurdur.
Ardını oxu...
 
Ardını oxu...
44 yaşlı taksi sürücüsü Oğuz Erge yanvarın 31-də üşüməsin deyə maşınına mindirdiyi müştərisi tərəfindən 3 güllə ilə vurularaq öldürülüb.

Türkiyə gündəmində geniş əks-səda doğuran qətl hadisəsi 18 mövsümdür Kanal D-də yayımlanan “Arka Sokaklar” serialının da mövzusu olub.

Real həyatdan personajların və sosial hadisələrin tez-tez yer aldığı serialda Oğuz Ergenin qətlindən də bəhs ediləcək.

Serialın bu axşam yayımlanacaq bölüm treylerində taksi sürücüsü maşınına mindiyi şəxs tərəfindən öldürülür. Taksi sürücüsünü vəhşicəsinə öldürən şəxsin “İnsanlıq öldü” sözləri də diqqət çəkir.

 
Ardını oxu...
“Nə Azərbaycan Kinematoqrafçılar İttifaqını, nə onun qurultayını, nə də yeni rəhbərliyi qəbul etmirəm”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor Rusiya Kinematoqrafçılar İttifaqının üzvü olduğunu qeyd edib: “Rasim Balayevi sədr kimi qəbul etmirəm. Nə qədər ki, Rasim Balayev həmin ittifaqdadır, mən orada yoxam”.

Tariyel Qasımov Xalq artisti Rasim Balayevin bundan əvvəlki illərdə ittifaqa rəhbərliyini belə qiymətləndirib: “Rasim Balayev ittifaq sədri oldu, həmin illərdə nə iş görmüşdü ki, hələ bir yenidən də seçsinlər. Mən onların vəsiqəsini atmışam, nəyimə lazımdır. Əgər onu qəbul etmirəmsə, vəsiqəsini niyə gəzdirim. Açığı, mən Şəfiqə Məmmədovanın da ittifaqını qəbul etməmişəm. Onların heç biri sədr postuna layiq deyil”.

Xatırladaq ki, martın 6-da ikiyə bölünmüş Kinematoqrafçılar İttifaqı birləşib. Yeni yaradılan kino ittifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayev təsdiq edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti təsdiq edilərkən heç də hamının yeni qurumdan razı olmadığı üzə çıxıb.

İdarə heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla, 30-dan çox şəxsin adı təsdiqlənib.

Xalq artisti, rejissor Oqtay Mirqasımova idarə heyətində təmsil olunması təklif edilsə də, o, birləşmənin əleyhinə olub.

“Bu birləşmə dağıdıcı proses ola bilər. Burada bizim sədrimiz və idarə heyətimiz oturub. Yuxarı orqanlara müraciət etmişik ki, səsvermə şəraiti bərabər deyil. Biz istədik ki, Azərbaycan mentallığı ilə səsləşən bir səsvermə aparaq”, - deyə Oqtay Mirqasımov bildirib. Bu zaman qalmaqal yaşanıb, belə ki, qurumun üzvlərindən biri Xalq artistinin fikirlərinə müdaxilə edib. Oqtay Mirqasımov isə “sən mənim sözümü niyə kəsirsən?” deyərək, sərt etirazını bildirib.

Eləcə də Şeyx Əbdül Mahmudovun adı idarə heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib. “Belə idarə heyəti heç kimə lazım deyil. Hər kəsə uğurlar arzulayıram. Könüllü surətdə üzvlükdən imtina edirəm”, - deyə Şeyx Əbdül Mahmudov bildirib.

Rejissor Zamin Məmmədov isə idarə heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə, üzvlükdən çıxdığını bəyan edib.

Rasim Balayev isə bütün bu etirazlarla bağlı “Yeni Müsavat”a açıqlamasında münasibət bildirib: “Əgər kino çəkilərsə, həmin sənətkarların başı kinoya, işə qarışar. Bütün bunlar bekarçılıqdandır. İş olmayanda biri o birisinə sataşır, digəri o birinə söz atır və sairə. İş olan yerdə söz-söhbət də az olur”.

Beləliklə, kino ittifaqları birləşdi, amma yenə narazılar var. Səbəb nədir? Bundan sonra kinoçular bir araya gələ biləcəkmi?

Məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızı “Yeni Müsavat”a danışıb: “Rasim Balayev bundan sonra qazandığı hörməti xalq üçün xırdalamalıdır. Prezident Rasim Balayevin xətrini çox istəyir. Ola bilər ki, hansısa məsələ ilə bağlı zəng etsin, bu zaman deyə biləcək ki, "mən Rasim Balayevəm". Bu nöqteyi-nəzərdən Rasim Balayev bir çox işləri həll edə bilər. Mən demirəm ki, Rasim Balayev kino sahəsini “beşbarmağı” kimi bilir, onu deyirəm ki, hər halda, Rasim Balayev hörmətli şəxsiyyətdir. O, şəxsiyyətini camaat, xalq üçün işlətsə, məncə, məsələlər öz həllini tapar. O ki qaldı Oqtay Mirqasımov, Tariyel Qasımovun fikirlərinə, onlar məgər indiyə qədər kino üçün nə edə biliblər? Yaxşı, Tariyel Qasımov aktyor kimi filmə çəkilib, bəs Oqtay Mirqasımov nə edib?"

“Bundan sonra da kino sahəsində sənətkarlar bir araya gələ bilməyəcək” sualına xalq artisti bu cür cavab verdi: “Ümumiyyətlə, kinomuzun gələcəyi ilə bağlı hələ ki heç nə görmürəm. Bu sistem yenidən qurulmalıdır. Amma yenidən qurulma da o demək deyil ki, Rasim Balayevi çıxardıb, yerinə Vaqif Mustafayevi və yaxud Afaq Bəşirqızını qoysunlar. Azərbaycan kinosunun konsepsiyası olmalıdır. Ayıbdır! Müharibəni bitirdik, qələbə qazandıq, hələ də Qarabağ haqqında film yoxdur. Yalnız "Fəryad" filmi var. Bir də ki, nə zaman sənətkarlar, incəsənət xadimləri bir masaya toplandı? Şəxsən məni həmin konfransa dəvət etməmişdilər, dəvətnamə gəlməmişdi. Çünki bilirlər ki, qalxıb danışacaqdım, ona görə..."
 
Ardını oxu...
İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda "8 Mart - Beynəlxalq Qadınlar Günü” sözləri yer alıb.

Ardını oxu...
 

”Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm”.

Musavat.com xəbər verir ki, bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib. Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən istedadlı sənətkar bu prosesdə  gənclərin iştirakının vacib olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Firəngiz Mütəllimovanın iştirakı ilə hazırlanmış növbəti video çarxı təqdim edirik:

 
 
 
 
 

 

 
Ardını oxu...

Dünyapress TV

Xəbər lenti