Ardını oxu...
Əksər ölkələrin mobil operatorları hesabat verərkən adətən ilk öncə gəlirləri, sonra infrastruktur xərclərini, daha sonra sosial xərclərini və nəhayət sonda dövlətə ödədiyi vergiləri açıqlayırlar.

Azercell dövlət şirkəti bir neçə gündür ki, hesabat xarakterli məlumatlar açıqlayır.

Əlbəttə, bütün bunlar həm dövlət şirkəti olaraq, həmdə ən böyük vergi ödəyicisi olaraq (ötən il 167 milyon manat vergi ödəyib) təqdirəlayiqdir. O baxımdan ki, bir neçə il öncə iflas səviyyəsində olan bir operator artıq böyük gəlirlər qazanmağa başlayıb.

Amma maraqlıdır ki, Azercell ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlamaqda xəsislik edir və mövcud beynəlxalq praktikanın tam əksinə hərəkət edir.

Bu dövlət şirkəti, əsas göstərici olan gəlirlərini açıqlamadan öncə artıq hər şeyi açıqlayıb, ödədiyi vergilər, sosiala xərclədiyi pullar, dəstəklədiyi layihələr və s.

Azercell dövlət şirkətindən gözləntilər isə daha çox aşağıdakı ictimai əhəmiyyət kəsb edən məlumatlardır:
– Ötən il gəlirlər nə qədər olub və dinamika necədir?
– Bir abonentdən əldə olunan gəlir (ARPU) necə dəyişib ?
– ASAN imzadan əldə olunan gəlirlər necədir?
– Mobil internet xidmətləri və danışıqlar üzrə gəlirlər və dinamika necə olub?
– Rouminqdən daxil olan gəlirlər, Aztelekom-a ödənişlər və dinamika necə olub ?
– İnfrastruktura nə qədər yatırım edilib ?
– 2G, 3G və 4G/LTE ilə əhatə neçə faizdir ?
– 5G nə zaman olacaq ?
– Abonent bazası nə qədər artıb ?
– Azercell-in nə zaman özəlləşməyə çıxarılması hədəflənib? və s.

Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru
 
Ardını oxu...
Niderland hökuməti çox güman ki, yarımkeçirici sənayesi üçün dünyanın aparıcı litoqrafiya maşınları istehsalçısı olan əsas şirkət ASML-ə (Niderland) avadanlıqlara xidmət göstərmək üçün Çin müraciətlərini təsdiqləməkdən çəkinəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Nəşr yazır ki, bu qərar Pekinin özünün yarımkeçirici sənayesini inkişaf etdirmək planlarına ciddi zərbə olacaq. Baş nazir Mark Ruttenin qəti öhdəliklər götürmək istəməməsinə baxmayaraq, rəsmilərin bəyanatları və ölkənin milli təhlükəsizlik maraqları Niderlandın gələcəkdə Çinin oxşar istəklərini təsdiqləməkdə son dərəcə istəksiz olacağını göstərir. Eyni zamanda, hökumət onları tez bir zamanda rədd edə bilər.

Bu mövqe Çinin öz yarımkeçirici sənayesini inkişaf etdirmək səylərini çətinləşdirəcək, çünki ASML-nin avadanlığının dəyişdirilməsi praktiki olaraq mümkün deyil və lazımi texniki qulluq olmadan uğursuz olacaq. Bununla belə, ölkənin ən böyük şirkəti olan "ASML Holdings NV"nin istehsalını xaricə köçürməsinə mane olmaq istəyən Niderland hökumətinin özü üçün də çətinliklər yarada bilər.

Bu məsələdə əsas amillərdən biri Niderlandın milli təhlükəsizlik prioritetləridir. Agentlik bildirir ki, NATO-nun növbəti baş katibi olacağı gözlənilən Rutte ötən həftə Pekində keçirilən görüşdə Çin prezidenti Si Szinpinlə ASML məsələsini müzakirə edib.
 
 
 
Ardını oxu...
Bu il “Forbes” jurnalının dərc etdiyi “Dünya milyarderlərinin siyahısı”da texnologiya şirkətlərinin sahibləri ön pillədə qərarlaşıblar.

Siyahıya Fransanın “Louis Vuitton Moet Hennessy” holdinqinin (LVMH) baş icraçı direktoru Bernard Arno 233 milyard dollarlıq sərvəti ilə ikinci dəfədir ki, başçılıq edir.

Əvvəlki illərdə olduğu kimi bu dəfə də texnologiya sektorunda fəaliyyət göstərən iş adamları siyahıda öz mövqelərini tutmağı bacarıb. “Tesla”, “SpaceX2, “Neuralink” və “X” kimi dünyanın məşhur texnologiya şirkətlərinin sahibi İlon Mask 195 milyard dollarlıq sərvətlə siyahıda ikinci olub. Ötən il də Mask 180 milyard dollarlıq sərvəti ilə siyahıda ikinci yeri tutmuşdu.

Üçüncü yerdə “Amazon” e-ticarət platformasının yaradıcısı Ceff Bezos qərarlaşıb. Xüsusilə COVID-19 pandemiyasının başlaması ilə yüksələn Bezos 2020-ci ildə 113 milyard dollarlıq sərvətini bir il sonra 177 milyard dollara çatdırmışdı. 2022-ci ildə 171 milyard dollar sərvətə sahib olan Ceff Bezos 2023-cü ildə 114 milyard dollara enmişdi. “Amazon”nun sahibi builki siyahıda yenidən yüksəlib və 194 milyard dollar sərvətə sahib olmağı bacarıb.

Mark Zukerberq isə sərvətini üç dəfə artıraraq 4-cü yerdə qərarlaşıb. Vatsap, instaqram və feysbuk kimi dünyanın ən məşhur sosial media platformalarının daxil olduğu “Meta” şirkətinin baş direktoru Zukerberq bu ilin siyahısında sərvətlərini ən çox artıran iş adamlarından biri kimi diqqət çəkib.

“Forbes”in ötənilki siyahısında 64,4 milyard dollar sərvəti ilə 16-cı yerdə olan Zukerberq bu il sərvətini 177 milyard dollara çatdıraraq siyahıda 4-cü yerə yüksəlib.

“Oracle” şirkətinin qurucusu və baş direktoru Larri Ellison 5-ci olub. Bundan başqa, ilk onluqda “Microsoft”un qurucusu Bill Qeyts, “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer və “Google” şirkətinin həmtəsisçisi Larri Peyc qərarlaşıb.

“TikTok” tətbiqinin sahibi, “ByteDance” şirkətinin qurucusu Zhang Yiming siyahının ilk “onluğ”unda qərarlaşa bilməyib.“Forbes” in araşdırmasına görə, Zhang Yiminq 43,4 milyard dollarlıq sərvətə malikdir. Bununla da siyahıda 27-ci yerdə qərarlaşıb. (AZƏRTAC)
 
 
 
Ardını oxu...
Əvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bir çox insanlar tərəfindən keçmişin yadigarları hesab edilir.

Çilçıraq deyəndə ilk olaraq məşhur filmlərdən kadrlar yada düşür. Məsələn, “Qaynana” filmində Afətin Cənnət xalanın təsbehini çilçıraqdan asması, Cənnət xalanın “Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı...” replikası üzümüzü güldürür. Yaxud “İşdə məhəbbət macərası” filmində Lüdmila Prokofyevnanın Anatoli Novoselsevin gəlişi münasibətilə çilçırağı təmizləməsi səhnəsi çilçırağın evimizdə nə qədər əhəmiyyətli əşya olduğunu göstərir. Müasir dövrdə də evə qonaq gəlirsə, ilk olaraq çilçıraqlar parıldadılır, təmizlənir.
Təsadüfi deyil ki, çilçıraqlar evin zinət əşyaları hesab olunur. Çünki adı çəkiləndə, çoxlarının ağlına möhtəşəmlik, dəbdəbə, parıltı gəlir. Müasir dünyada isə dəbdəbəli çilçıraqları daha müasir, minimal əşyalar əvəz edir. Bəs evlərimizin ləl-cəvahiratlarının bazardakı vəziyyəti necədir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Çilçıraq bazarındakı qiymətlər

Bir müddət öncə mətbuatda üç ölkədən çilçıraq tədarükünü bərpa etdiyimizlə bağlı xəbər yayılmışdı. Bu tədarük Azərbaycan çilçıraq bazarına necə təsir edib? Ən əsası, istehlakçı evini işıqlandırarkən nələrə diqqət etməlidir?

Əvvəlcə bazardakı qiymətlərlə maraqlandıq.

Bazardakı çilçıraqların qiymətləri iyirmi manatdan başlayır, iki, üç min manata qədər davam edir. Təbii ki, bazarda materialına, daş-qaşına görə, daha baha çilçıraqlar da mövcuddur. Satıcılar deyir ki, hazırda alıcılar daha çox modern üslublu, göstərişli olmayan çilçıraq almağa üstünlük verirlər, amma klassik çilçıraqların da alıcıları az deyil.

Çilçıraq tədarükü ilə məşğul olan şəxslərdən aldığımız məlumata görə, elektrik avadanlıqlarının, işıqlandırma sistemlərinin (lüstr, lampa, led sistemləri) 95 faizi idxaldan asılıdır. Məhz bu səbəbdən son vaxtlar bu bazarda da bahalaşma müşahidə olunur: “Bunun ilkin səbəbi logistika, karqo şirkətlərinin daşınma xərci və gömrük rüsumlarının artmasıdır. Ötən ilin ikinci yarısından çilçıraq bazarında bahalaşma var”.

Çilçırağı bahalaşdıran səbəblər nələrdir?

Son vaxtlar türk saytlarından da çilçıraq alanları müşahidə edirik. Qiymətlər arasında ikiqat fərqlər olduğu üçün geyim məhsullarında olduğu kimi, bəzi insanlar ev əşyalarını, işıqlandırma sistemlərini də onlayn alırlar.

Çilçıraq satışı ilə məşğul olan Rəhman deyir ki, bu, geyim kimi kütləvi olmadığı üçün satışda ciddi fərq yoxdur: “Hələ ki türk saytlarının bu sistemlərə elə də təsiri yoxdur. Çilçıraq elə əşyadır ki, müştəri yerində baxır, seçim edir. İşıq sistemlərinin gətirilməsi o qədər sərfəli deyil. Amma bazarda durğunluq var. Maraq əvvəlki səviyyədə deyil. Malın yerində bahalaşması qiymətə ciddi təsir etmir. Amma daşınma xərcləri, gömrük rüsumları, yer pulunun qalxması, bu ildən vergi yükünün artması kimi xərclər malın qiymətini artırır”.

Çilçıraq erası başa çatır?

Satıcı deyir ki, çilçıraq erası başa çatmaq üzrədir: “Əvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bəzi insanlar tərəfindən keçmişin yadigarları hesab edilir. İndi müasir işıqlar, tam modern formalar dəbdədir. Gənclərin seçimi əsasən, sadəlikdən yana olur, yaşlı nəsil isə klassikaya meyil edir”.
Ardını oxu...
Evinizin makiyajı

İşıqlandırmanı evin makiyajına da bənzədir mütəxəssislər. Evin gözəl görünməsi onun “makiyaj”ından asılı olur. Hesab edilir ki, çilçıraqlar evinizin ümumi üslubunu dəyişdirməyin ən asan vasitələrindən biridir. Bəs biz istədiyimiz çilçırağı alıb, istənilən otağa quraşdıra bilərikmi?
Mütəxəssislər deyir ki, salon üçün çilçıraq seçəndə diqqət edilməli olan əsas məqam seçiminizin salonu nə dərəcədə doldurmasıdır. Çünki salonlar əsasən evin ən böyük sahələri olur. Buna görə işıqlandırma yaxşı olmalıdır.

Mətbəx üçün çilçıraq seçərkən mətbəxdən necə istifadə edəcəyinizi nəzərə almalısınız. Mətbəxlər müasir dövrdə yalnız yemək bişirmək, yaxud tək qadınların istifadə etdiyi məkan deyil. Ona görə mətbəxin işıqlandırılması da mühüm məsələdir. Mətbəxlər buxar və rütubətin ən çox cəmləşdiyi yerlərdir. Bu səbəbdən çılpaq lampalar şəklində olan çilçıraqlar mətbəxə uyğun deyil.

Uşaq otağında çilçıraq seçiminə gəldikdə isə, burada parlaq işıqlardan istifadə etmək düzgün deyil: “Gün işığını idarə edə biləcək şəkildə çilçıraq seçmək lazımdır. Uşaqlar, xüsusən də yeni doğulmuş körpələr günün çox hissəsini yatmaqla keçirdikləri üçün daha qaranlıq mühitə ehtiyac duyurlar. Bu səbəbdən uşaq otaqlarının bir az qaranlıq olması daha uyğundur”.

Səhv çilçıraq seçiminin fəsadları nədir?

Elektrik mütəxəssisi Azad Qeybullayev deyir ki, çilçıraq alınanda əsas diqqət edilməli olan məqam patronlarıdır: “Patronlar plastmas deyil, keramik (farfor) olmalıdır. Lampanı bağlayanda qızma verməməlidir. Qızma verdikdə, bir ay müddətində lampa yanır. Nəinki lampa, açıb baxanda görürsən ki, patronun yeri də yanıb. Çilçıraq tavana bağlananda diqqətli olmaq lazımdır. Bəzən ağır çilçırağı alçipandan asırlar. Belə olduqda müəyyən vaxtdan sonra çilçıraq insanların başına düşə, ciddi fəsadlar yarada bilər”.

Çilçıraqlar evdə yanğına səbəb ola bilərmi?

“Səhv bağlanan çilçıraq evdə yanğına səbəb ola bilərmi?” sualını verdikdə isə, mütəxəssis belə hadisələrlə dəfələrlə rastlaşdığını bildirir: “Məsələn, çilçırağı bağlayanda kabellərlə zərif davranılmır, dartılır, yaxud kabel yerinə düzgün yerləşdirilmir. Kabel çox dartılanda sıyrılır və korpusa toxunur. Müəyyən vaxtdan sonra yaranan qığılcımlar alışma verib, yanğına səbəb ola bilər”.

Son vaxtlar LED işıqlardan istifadəyə gəldikdə isə, mütəxəssis vurğulayır ki, onlar daha təhlükəsizdir: “Ledlər müəyyən lampalara görə yaxşıdır. Çünki onlar istiliyi çox sevmir və qızma vermir. Adi lampalar öz ölçülərinə görə güclü qızır, patronları tez sıradan çıxarırdı. Ona görə də, farfor patronlar istehsal edildi ki, qızmaya dözə bilsin”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, "Forbes" jurnalı dünyanın ən varlı adamlarının son reytinqini, o cümlədən yaşı 30-dan aşağı olan ən gənc milyarderlərin siyahısını açıqlayıb.

TEREF axsam.az-a istinadən xəbər verir ki, ümumilikdə siyahıya 15 nəfər daxil edlib. Onların hamısı sərvətlərini miras yolu ilə alıblar. Bir çoxu bir-biri ilə qohumdur və valideynlərinin əmlakında bərabər paya malikdir. Reytinqdə birinci yeri Hindistanın ən varlı adamlarından birinin övladları olan Mistri qardaşları tutublar. İkinci yerdə isə dünyanın ən böyük "Ray Ban" və "Oakley" eynək istehsalçısının banisi Leonardo del Vekkionun üç varisi qərarlaşıb.

27 yaşlı Firoz Mistri - sərvəti 4,9 milyard dollar

Firoz 2022-ci ildə avtomobil qəzasında həlak olan Hindistan inşaat maqnatı Sayrus Mistrinin böyük oğludur. Atasının sağlığında Firoz Mistri kiçik qardaşı Şapurla birlikdə aktivləri 16,9 milyard dollar dəyərində qiymətləndirilən "Shapoorji Pallonji Group" konqlomeratını idarə edib. ABŞ-də Yel Universitetini bitirib, subaydır.

25 yaşlı Zahan Mistri - sərvəti 4,9 milyard dollar

Firoz Mistrinin kiçik qardaşıdır. O, Böyük Britaniyanın Uorvik Universitetini bitirib və hazırda "Shapoorji Pallonji Group" konqlomeratının kredit bölməsi "SC Finance"də vəzifə tutur. Zahan da evli deyil.

19 yaşlı Klemente del Vekko - sərvəti 4,7 milyard dollar

Klemento eynək və linza istehsalı üzrə dünya lideri olan "Luxottica" şirkətinin qurucusu Leonardo del Vekkonun varislərindən biridir. O, şirkəti 25 yaşında yaradıb və sərvəti 22,5 milyard dollara çatıb. Onun ölümündən sonra miras çoxsaylı qohumlar arasında bölünüb. Klemente evli deyil.

22 yaşlı Luka del Vekko - sərvəti 4,7 milyard dollar

Leonardo del Vekkonun ikinci oğlu sərvətini atasının ölümündən sonra miras alıb. Onun payı demək olar ki, 5 milyard dollardır. Milyarderin varisləri mediadan uzaq gəzir. Bu səbəbdən Lukanın ailə vəziyyəti haqqında heç bir məlumat yoxdur.

28 yaşlı Leonardo Mariya del Vekko

Leonardo del Vekkonun ikinci həyat yoldaşından olan yeganə övladıdır. O, indi atasının "Luxottica" şirkətində yüksək vəzifə tutur və İtaliyanın "Salmoiraghi & Viganò" eynək və optik pərakəndə satış şəbəkəsini idarə edir. O, qardaşları Luka və Klemente kimi "Delfin" holdinqində pay və 4,7 milyard dollar miras alıb. Onun evli olub-olmadığı bəlli deyil.

30 yaşlı Qustav Maqnar Vitzo - sərvəti 4,2 milyard dollar

O, 2013-cü ildə 1991-ci ildə atası Qustav Vitzo tərəfindən qurulan, dünyanın aparıcı qızılbalıq yetişdirən "Salmar ASA" şirkətinin, demək olar ki, yarısının sahibi olub. Qustav Maqnarın sərvəti son bir ildə 1,5 milyard dollar artıb və o, subaydır.

21 yaşlı Kevin David Lehmann - sərvəti 3,3 milyard dollar

2017-ci ildən o, hələ azyaşlı ikən "Drogerie Markt" kosmetika şəbəkəsinin yarısının sahibi olub. 2021-ci ildə 18 yaşı tamam olanda Forbes-ə görə ən gənc milyarder olub. Hazırda Kevin David Lehmann evli deyil.

29 yaşlı Sofi Luiz Filmann - sərvəti 2,7 milyard dollar

Bu il 84 yaşında vəfat edən eynək firması "Fielmann Group"un qurucusu Günter Fielmannın qızıdır. Sofinin artıq 34 yaşı olduğu üçün bu siyahıya daxil edilməyən Mark adlı bir qardaşı var. Bacısı ilə birlikdə xeyriyyə fondu idarə edirlər. Sofinin ailə vəziyyəti məlum deyil.

22 yaşlı Remi Dasso - sərvəti 2,5 milyard dollar

O, sərvətini hərbi təyyarələr və "Falcon" biznes təyyarələri istehsal edən şirkətin qurucusu, ulu babası təyyarə mühəndisi Marsel Bloxdan alıb. Reminin atası Olivye Dasso 2021-ci ildə avtomobil qəzasında ölüb. Gənc fransız milyarderin sərvəti 2,5 milyard dollar, bütün ailəsinin sərvəti isə 28 milyard dollar qiymətləndirilir. Milyarder evli deyil.

28 yaşlı Katarina Andresen - sərvəti 1,7 milyard dollar

Əsas tütün tədarükçüsü, sonra isə investisiya şirkətinin sahibi olan atasından miras qalan sərvətə baxmayaraq, o, davamlı inkişaf mütəxəssisi olduğu Osloda tikinti firmasında işləyir. Katarina ailəli deyil.

27 yaşlı Aleksandra Andresen

Böyük bacısı Katarina kimi Aleksandra da "Ferd" investisiya şirkətinin səhmlərinin 42%-nə sahibdir. O, üç il ardıcıl olaraq "Forbes"ə görə ən gənc milyarderlər siyahısında yer alıb. Alexandra atçılıq idmanına həvəslidir və üç dəfə yeniyetmələr arasında Norveç çempionu olub. Aleksandra ailəlidir.

Bu 11 milyarderdən başqa, Cənubi Koreyadan olan iki bacı da "Forbes" siyahısında yer alıb:

20 yaşlı Kim Jun-yun və 22 yaşlı Kim Jun-yun. Onlar hər birinin dəyəri təxminən 1,4 milyard dollar olan "Nexon" onlayn oyun inkişaf etdirmə şirkətinin ortaq sahibləridir.

Reytinqi Braziliyadan olan iki bacı - 19 yaşlı Liviya Voyt və 26 yaşlı Dora Voyt de Assis tamamlayır. Onlar sərvətlərini (hər biri 1,1 milyard dollar dəyərində) elektrik mühərriki şirkətinin qurucusu, babaları Verner Voigtdən miras alıblar.

Nyus.Az
 
Ardını oxu...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "agentliyin istifadəsində olan kondisionerlərin cari təmiri,kondisioner və soyutma sistemlərinə illik texniki servis xidmətlərinin satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "VK GROUP CONSTRUCTION" MMC olub. Tərəflər arasında 40.887 AZN-lik müqavilə bağlanıb.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin hazırda dövlətə 17641.83 AZN vergi borcu var.

Bildirək ki, bizamanmə kapitalı 10 AZN olan "VK Group Construction" MMC-nin qanuni təmsilçisi VÜSAL KƏRİMOV ŞAMİL OĞLUdur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.

Xatırladaq ki, "VK GROUP CONSTRUCTION" MMC ötən ilin oktyabr ayında 10984.17 AZN vergi borcu olduğu halda Nizami Tibb mərkəzi ilə tender müqaviləsi imzalamışdı.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda büdcəsinə görə ən varlı bələdiyyələrin adları məlum olub.

Qaynarinfo xəbər verir ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov illik büdcə gəliri 1 milyon manatdan çox olan bələdiyyələrin ilk “5-lik”ində hanıs yerli özünü idarəetmə orqanlarının olduğuna aydınlıq gətirib.

Onun bildirdiyinə görə, Bakıdakı bələdiyyələr arasında büdcə gəliri 1 milyon manatı ötən beş bələdiyyə var. Bunlar Xətai, Nərimanov, Yasamal, Nəsimi və Səbail bələdiyyələridir.

2023-cü ilin nəticələrinə görə, bu bələdiyyələrin büdcə gəliri 1 milyon manatdan çoxdur. Onlar həm də ölkədə ən varlı bələdiyyələr hesab olunur.

Ölkə üzrə ən varlı bələdiyyə büdcəsi 2 milyon manatlıq həddi keçən Xətai bələdiyyəsidir.
 
 
 
Ardını oxu...
Azərbaycanın ən iri inşaat şirkətlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) yığılmış vergi borcu gündən-günə artır.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin bu günədək yığılmış vergi borcu 15 227 445 manat təşkil edir.

"Akkord"un indiyə qədər vergi borcunu ödəməməsinin səbəbi məlum deyil.

Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 83 259 750 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ayhan Keskinkılıcdır.
Ardını oxu...
Bəzi böyük beynəlxalq elektron ticarət platformaları alış-veriş zamanı müştərindən CVV və 3D təsdiq kodu tələb etmir. Bu isə bəzi hallarda həmin kartların hakerlər tərəfindən ələ keçirilməsinə səbəb olur bu da müştərilərdə narazılıq yaradır. Müştəri isə problemi bankın təhlükəsizlik sistemində görür.

Bəs bu problem necə həll olunmalıdır?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı Rauf Qarayev deyib ki, müştəri onlayn alış-veriş edən zaman ilk öncə seçdiyi saytı təhlil etməlidiri ki, sonradan günahkar axtarmasın:

“Onlar saytların təhlükəsizlik qaydalarına necə əməl etdiklərini əvvəldən öyrənməlidirlər. Ondan sonra öz seçimlərini etməlidir”.

İqtisadçının sözlərinə görə, əsasən CVV və 3D istəməyən saytlar, ABŞ saytlarıdır:

““Alibaba”, “Amazon” və bu tipli alış veriş saytlarının çoxunda CVV və 3D təsdiq istənilmir. Satış edən sayt tək kartın nömrəsini və ya kartın nömrəsi və bitmə tarixi kifayətdir ki, pul kart hesabından çıxılsın.

Bəzən CVV və 3D əlavə xidmət olduğundan, saytlar bu məsələdən qaçırlar. Bəzi saytlarda müştərinin məlumatı kifayət edir ki, əməliyyat baş versin”

“Bu halda biz nə etməliyik” sualına cavab olaraq Rauf Qarayev bildirib ki, bunun üçün diqqətli olmaq və bir neçə addım atmaq lazımdır:

“İlk olaraq kart ödənişinə limit qoymaq lazımdır. Bundan əlavə alış-veriş kartımız, ayrı olmalıdır. Daha sonra alış edəcəyimiz saytı təhlil etməli, kart tətbiq proqramlarımızda qoşulduğumuz xidmətlərə diqqət yetirməliyik. Bəzən saytda reklam veririk, kartı təsdiq edirik və sonra reklam vermədiyimiz zaman pulumuzun avtomatik hesabdan çıxıldığını görürük. Kartın tətbiq proqramında isə, razılığı ləğv etmədiyimizi görürük. Odur ki, daimi diqqətli olmalıyıq”.
 
Ardını oxu...
Bu ilin yanvar ayında Azərbaycan İrandan ümumi dəyəri 574 min 620 dollar olan 1 044,74 ton xiyar idxal edib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, İrandan idxal olunan 1 kiloqram xiyarın orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.

Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında ölkənin pərakəndə satış məntəqlərində idxal olunan xiyarın orta satış qiyməti 2,84 manat, fevral ayında isə 2,92 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan xiyar market və dükanlarda gömrük dəyərindən 3,1 dəfə baha satılıb.
 

Dünyapress TV

Xəbər lenti