Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,3 manat təşkil edib.
Dövlət Turizm Agentliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 239,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 9,7 % azdır.
İkinci yerdə 212,6 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,4 % azdır.
4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5,3 % artıb.
Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,2 manata (+3,4 %), Oğuzda 120 manat (qiymət dəyişməyib), Bakıda 116 manata (+ 16 %), Şəkidə 115,4 manata (+ 8,1 % ), İsmayıllıda 113,5 manata (+5 %), Gəncədə 110,6 manata (+1,9 %), Abşeronda 110,5 manata (-9,7 %), Astarada 104,3 manata (–7,6 % ), Zakatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( –20,9), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 63,6 manata, (- 9,1 %) Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.