Sentyabrın 1-dən 20-dək Rusiya taxıl ixracı 4,09 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azdır.
Moderator.az Rusiya Taxıl İttifaqının monitorinq hesabatına əsasən xəbər verir ki, bu müddət ərzində 3 milyon 753 min ton buğda ixrac edilib ki, bu da ötən ilkindən 10,8 faiz azdır.
Məlumata görə, arpa ixracı 2023-cü il sentyabrın 1-dən sentyabrın 20-dək olan 658 min tona qarşı 2,6 dəfə azalaraq 257 min tona düşüb. Qarğıdalı tədarükü isə iki dəfə azalıb - müvafiq olaraq 166 min tondan 82 min tona qədər.
Bu dövrdə 30 ölkəyə buğda ixrac edilib, bir il əvvəl 46 ölkəyə ixrac vardı. Buğda ixrac edən şirkətlərin sayı da 78-dən 38-ə düşüb.
Dünya bazarında Avropa və Amerika buğdasının bahalaşması qeydə alınıb. Belə ki, Fransa buğdası həftə ərzində 1,7 faiz bahalaşaraq bir ton üçün 242 dollardan 246 dollara yüksəlib. Mövsümün əvvəlindən (2024-cü il iyulun 1-dən) artım 3,8 faiz təşkil edib. Amerika buğdasının qiyməti həftə ərzində 2,5 faiz artaraq bir ton üçün 248 dollara çatıb, mövsümün əvvəlindən isə 10,7 faiz artıb.
Rusiya buğdasının (FOB Novorossiysk) qiyməti isə əksinə, ucuzlaşaraq həftə ərzində bir ton üçün 219 dollardan 217 dollara düşüb. (musavat.com)