“Yerköy stansiyamızdan Kayseriyə bir dəmir yolu xətti quracağıq. Bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi xəttinə birləşdirəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda xalq qarşısında çıxış edərkən bildirib.
“Dəmir İpək Yolu adlandırılan bu xəttlə biz regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəqliyyat dəhlizi açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzinə çevirdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat və infrastruktur şəbəkəmizi gücləndirəcəyik. Qarabağı yox sayan CHP rəhbərinə rəğmən bunu edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.(Mənbə: Haber Global)
Azərbaycan universitetləri dövlətlərarası təhsil təqaüdləri çərçivəsində qazaxıstanlılar üçün bakalavr və magistr pilləsi üzrə 10 nəfərlik təqaüd ayırır.
“Report” xəbər verir ki, bu barədə “Kazinform”a Beynəlxalq Proqramlar Mərkəzi ASC-dən məlumat verilib.
Tədris Azərbaycan, rus və ingilis dillərindədir. Universitetlər pulsuz dil kursları təklif edir. Bu ölkənin tələbələri Azərbaycanın 25 aparıcı universitetindən birini seçə bilərlər.
Ərizələr iyunun 9-dək təqdim edilməlidir. Təqaüd dil kurslarını, akademik təhsili, yataqxanada yerləşməni, tibbi sığortanı və aylıq müavinəti əhatə edir.
Polşa SSRİ-nin respublikaya vurduğu zərər haqqında hesabat hazırlamağa başlayıb.
Bu barədə ölkənin xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik məlumat verib.
“Biz bunun üzərində işləyirik və belə bir sənəd yaradılacaq”, - deyə o qeyd edib.
Sovet İttifaqının vurduğu zərərə görə Rusiyadan təzminat almaq niyyəti barədə Polşa Xarici İşlər Nazirliyi hələ ötən ilin oktyabrında bildirmişdi.
Eyni zamanda Varşava İkinci Dünya müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Almaniyadan təzminat tələb edir və 6,2 trilyon zlotı (təxminən 1,3-1,5 trilyon dollar) ödənilməsini tələb edir.
Berlin isə öz növbəsində bəyan edib ki, Polşaya təzminatların ödənilməsi məsələsini bağlanmış hesab edirlər.
Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) elektrik enerjisinin verilişi bərpa edilib.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenego” şirkətinin məlumatında bildirilib. Qeyd olunub ki, AES yenidən Ukraynanın energetika sistemi ilə əlaqələndirilib.
Xatırladaq ki, “Ukrenergo”nun bu gün səhər yaydığı bəyanatında Dnepr rayonuna Rusiyanın hücumu nəticəsində yüksək gərginlikli xətlərin zədələndiyini, nəticədə Zaporojye AES-ə elektrik enerjisinin verilişini kəsildiyini bildirilmişdi.
Yeni tədris ilindən məktəbli formalarının yenilənəcəyi bildirilir.
Teref.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə danışıb. O ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib. Etibar Əzimovun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən, də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq. E.Əzimov həmçinin formaların qiymətlərindən də bəhs edib.
ABŞ Ermənistanın “Medisar” müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.
Sənəd ABŞ-nin federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minəcək.
ABŞ Ticarət Nazirliyi Ermənistanın sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan “Medisar” şirkəti də daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.
Məlumata görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) ABŞ-nin Rusiya əleyhinə sanksiyaları ilə üzləşib. Digər şirkətlər Rusiyanın ölkənin hərbi-müdafiə kompleksinə dəstək verən 69 müəssisəsi və Qırğızıstanın “Tro.Ya” elektron avadanlıq və komponentlərin tədarükünü icra edən şirkətidir.
Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların məhsullarının son alıcısının kim olmasının yoxlanılması prosesinə maneə törətmələri olub.
Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-nin sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.
Kanada Rusiyaya qarşı məhdudiyyətlərinin siyahısını genişləndirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin dərc etdiyi sənəddə deyilir.
Məhdudiyyətlər Rusiyanın Baş Prokurorluğuna, Təhsil Nazirliyinə, “Delovaya Rossiya”ya, o cümlədən Ümumrusiya Xalq Cəbhəsinə, Ümumrusiya Tələbə Xilasetmə Korpusuna, humanitar proqramlara dəstək verən Rusiya Humanitar Missiyasına, Gulfstream Xeyriyyə Fondu və Nikea MMC-yə tətbiq edilib.
Bu gün Ukrayna hərbçiləri Rusiyanın cəmləşdiyi ərazilərə hücum edərək, sursat anbarlarını və texnikanı, xüsusən artilleriya, zenit-raket kompleksi və elektron döyüş stansiyalarını məhv edib.
APA-nın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, hərbi aviasiya Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində altı zərbə endirib.
Bundan başqa, bu günlər ərzində Ukrayna Silahlı Qüvvələri 21 qanadlı raketi və müxtəlif tipli 7 kəşfiyyat aparatını məhv edib.
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.
Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Mayın 17-dən Azərbaycanda daha bir bank azaldı. “Günay Bank” ASC-nin lisenziyası ləğv edildi. Mərkəzi Bank (AMB) bununla bağlı İdarə Heyətinin qərarını onun məcmu kapitalının nəzərdə tutulan minimum miqdarından az olması ilə izah etdi. “Günay Bank” ASC-dən qərara, hələlik, münasibət almaq mümkün olmayıb.
Dünyada 2014-2015-ci illərdə neftin kəskin şəkildə ucuzlaşmasından bəri Azərbaycanda təqribən 20 civarında bank ləğv edilib.
AMB vurğulayıb ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6, kredit portfelində 1, sektorun öhdəliklərində isə cəmi 0.5 faiz təşkil edir: “”Günay Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”.
Deputat Rüfət Quliyev mövzu ilə bağlı “Turan”a deyib ki, Azərbaycan bank sektorunda sağlam rəqabət var: “Burada sadəcə normal və sağlam rəqabətdir. Bizdə aktiv işləyən 25 (hazırda 24) bankdan 8-10 bank qala bilər. Amma bu, yalnız o deməkdir ki, onlar məsuliyyətlidirlər. Onlar dövlətin, ölkə maliyyə sisteminin, əmanətçilərinin qarşısında məsuliyyət daşıyır”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə düşünür ki, Azərbaycan bank sektorunda inhisarçılıq var. Onun vurğulamasına görə, inhisarçı banklar faktiki olaraq bir əldən idarə olunurlar və bir-biri ilə bağlıdırlar: “Düzdür, sahiblər formal olaraq müxtəlif ola bilər, amma faktiki olaraq bir əldən idarə olunur”.
Hüquqşünasın fikrincə, əvvəl balaca bankları bazardan çıxarmağa başlayıblar, amma get-gedə orta banklara da növbə çatacaq. “Mərkəzi Bankın adətən banklara iradı odur ki, kapitalları azdır. İndi məlum olur ki, “Günay Bank” ötən həftə elan verib ki, iyulun 5-də səhmdarların ümumi yığıncağı çağırılır və gündəlikdə yalnız bir məsələ olub – kapitalın artırılması. İndi sual olunur – əgər səni, doğrudan da, kapital narahat edirsə, bir ay yarım gözləyə bilməzdin? Buradan bir nəticə çıxır: kapitalı artıracaqlarını görüblər və imkan verməyiblər”, -Ə.Həsənov AzadlıqRadiosuna bildirib.
O deyir ki, Azərbaycanda bağlanan 21 bank var və yalnız bəzilərinin sığortalanmayan əmanətlərinin cüzi hissəsi vətəndaşlara qaytarılıb: “Qalanlara isə formal olaraq deyir ki, pul yoxdur. Avropada və ABŞ-da isə kreditorlar komitəsi var və onun ləğvetmə prosesinə geniş nəzarət səlahiyyətləri var. Bizdə Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank nəzarət edir. Yəni, bizdə sistem qanunvericilik səviyyəsində elə qurulub ki, Mərkəzi Bank ləğv edir, ötürür Fonda və kreditorları yaxın buraxmırlar”.