Futbol üzrə Amerika Kubokunun C qrupunda ABŞ yığması Boliviya millisi ilə, Uruqvay isə Panama ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, ABŞ millisi Boliviyanı 2:0 hesabı ilə məğlub edib.
Oyunun taleyi elə ilk yarıda həll olunub. Matçın 3-cü dəqiqsəində hesabı Kristian Pilişiç açıb. Folarin Baloqan isə 44-cü dəqiqədə ikinci qolu vurub.
Qrupun digər görüşündə isə Uruqvay etimadı doğruldub - 3:1. Hesabı Maksimiliano Arauxo 16-cı dəqiqədə vurduğu qolla açıb. Sonrakı qollar matçın ikinci yarısı və əlavə olunmuş dəqiqələrə təsadüf edib. Belə ki, Uruqvay millisinin 85-ci (Darvin Nunyes) və 90+1-ci (Matias Vinya) dəqiqədəki qollarına Panama 90+4-cü dəqiqədə Mikael Murilyonun qolu ilə cavab verə bilib. Qeyd edək ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də keçiriləcək.
2024-cü il Avropa çempionatında Fransanın Avstriya ilə oyununda burnu qırılan Kilian Mbappe məşqlərə başlayıb.
İndex.az xəbər verir ki, Polşa ilə oyuna hazır olması planlaşdırılan hücumçunun bu axşam Hollandiya ilə qarşılaşma ehtimalı da xeyli artıb.
Lakin “İndependent” qəzzeti yazıb ki, 25 yaşlı futbolçunun matçda Fransanın dövlət bayrağının əks olunduğu üçrəngli maskadan istifadə etməsi mümkün olmayacaq.
UEFA qaydaları, xüsusi istisna əldə edilmədiyi halda, matçlarda oyunçular üçün yalnız bir rəngli maskalara icazə verir. UEFA reqlamentinin bir hissəsində deyilir: “Oyun meydanında geyilən tibbi avadanlıqlar tək rəngdə olmalıdır və komanda və ya istehsalçının şəxsiyyətini əks etdirməməlidir”.
Fransa mətbuatında yer alan xəbərlərə görə, Mbappeyə taxmaq üçün bir sıra başqa maskalar hədiyyə edilib, onlardan bəziləri sadə və UEFA qaydalarına uyğun idi. “RMC Sport”, məsələnin Hollandiya ilə oyundan əvvəl Fransanın UEFA ilə keçirəcəyi texniki iclasda müzakirə ediləcəyini açıqlayıb.
Bu gün AVRO-2024-ün D və E qruplarında mübarizə aparan komandalar meydana çıxacaqlar.
Oxu.Az xəbər verir ki, günün böyük maraqla gözlənilən görüşündə Niderland Fransanı qəbul edəcək. Digər oyunlarda isə Polşa Avstriya ilə, Slovakiya isə Ukrayna ilə üz-üzə gələcək.
Hazırda aktivində hərəyə 3 xalı olan Niderland və Fransa milliləri liderlik postunu ələ keçirmək və növbəti mərhələyə yüksəlmə şansını artırmaq üçün bu gecə meydana qələbə əzmi ilə çıxacaqlar. Nominal meydan sahiblərinin üstünlüyü isə Fransanın hücum xəttində Kilian Mbappenin yoxluğu olacaq. Təcrübəli futbolçu burnundan aldığı xəsarət üzündən görüşü buraxmalı olacaq. Niderlandlılar isə fürsətdən layiqincə yararlanmağa çalışacaqlar.
D qrupunun digər görüşündə isə xalsız olan Polşa və Avstriya milliləri qarşılaşacaqlar. Hər iki komanda xal ehtiyatını artıraraq növbəti mərhələyə yüksəlmək niyyətindədir.
E qrupunda isə Slovakiya ilə Ukrayna milliləri üz-üzə gələcəklər. Belçika ilə görüşdə inamlı təsir bağışlayaraq qalib gələn slovakiyalılar Ukrayna ilə görüşdə də etimadı doğrultmağa çalışacaqlar. Rumıniya ilə matçda gözlənilmədən böyük hesabla məğlub olan ukraynalılar isə bu dəfə azarkeşlərini sevindirmək üçün meydana çıxacaqlar.
v Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunmasının detalları məlum olub.
Sözügedən doğum evinin baş həkimi Kəmalə Heydərova bildirib ki, baş vermiş hadisəni sosial şəbəkələrdə görüb:
"Doğum şöbəsinin həkimi Sevinc Məmmədova tərəfindən doğuş icra olunub. Hamilənin qızı dünyaya gəlib. Məsələ ilə bağlı xəstənin yaxınları tərəfindən bizə müraciət olunmayıb. Hazırda görüntülərdə əks olunan hadisə ilə bağlı həkimdən izahat alınır".
Baş həkim K.Heydərova vurğulayıb ki, altı aydır rəhbərlik etdiyi xəstəxanada bu kimi mənfi halla ilk dəfədir qarşılaşır.
Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb. Bu gün onlardan daha ikisi – Allahverdi Qaragözov və Aslan Əmiraslanov körpücük üzərinə çıxıblar. Onlar yaşı 15-ə qədər olan atletlər arasında 89 kq çəki dərəcəsində qüvvələrini sınayıblar. Allahverdi Qaragözov toplam 225 kq (100+125) nəticə ilə 5-ci yeri tutub. Aslan Əmiraslanov isə böyük uğurla yadda qalıb. Atletimiz birdən qaldırma hərəkətində 114 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalçısı olub. O, təkanla qaldırma hərəkətində 140 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bütün rəqiblərini üstələyib. Aslan toplam 254 kq (114+140) nəticə ilə yekun sıralamada da qızıl medala sahib çıxaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və yarışı 3 qızıl medalla bitirib.
Son həftələrdə Şərqi Azərbaycan vilayətinin rəsmiləri və Traktor Klubunun sahibi Məhəmmədrza Zunuzi arasında klubun təhvil verilməsi məsələsi müzakirə olunur.
Fars xəbər agentliyinin məlumatına görə, iş adamı Zunuzi klub üçün televiziya yayımı hüququ, müəllif hüquqları qanunu və milli kanallarda, xüsusən də Kanal 3-də Traktor oyunlarının yayımlanmasını tələb edir.
Bu xəbərə əsasən, klub sahibinin bu tələbləri yeni deyil və Zunuzi bu tələbləri daha əvvəl də irəli sürüb.
Məhəmmədrza Zunuzinin tələbləri vilayət rəsmiləri, o cümlədən Şərqi Azərbaycan vilayətinin mərhum valisi Malik Rahmatinin müavini Türab Məhəmmədi ilə danışıqlarda müzakirə olunub. Lakin tələblər vilayət orqanlarının səlahiyyətləri xaricində olduğu üçün danışıqlar nəticəsiz qalıb.
"Radio və televiziyanın ayrı-seçkiliyi və iki paytaxt komandasının [İstiqlal və Persepolis] oyunlarının milli kanallarda yayımlanması ilə bu komandalarla rəqabət aparmaq mümkün deyil" - deyə, Zunuzi bildirib.
Traktor klubu sahibinin vilayət rəsmilərindən komandaya qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tələbləri və bu rəsmilərin həmin tələbləri yerinə yetirmək səlahiyyətinin olmaması səbəbindən danışıqlar nəticəsiz qalıb və Zunuzi komandanı və klubu təhvil verməkdə israr edir.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib. Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2. Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. 2 dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olaraq xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurub. Xorvatiya komandasının qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb. Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.