Ardını oxu...
Rusiyanın Ermənistanın Gümrü şəhərindəki baş konsulu Ruslan Kanadurov vəfat edib.
Bu barədə məlumatı Rusiyanın Ermənistandakı Səfirliyi yayıb.

63 yaşlı R.Kanadurovun ölüm səbəbi açıqlanmır.
 
Ardını oxu...
Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.

Hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndində baş verib.

Kənd sakini 64 yaşlı Xanlar Həsrət oğlu Ağabəyov yaşadığı evin həyətyanı sahəsində olan rabitə dirəyindən yıxılıb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Ağabəyov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Qeyd edək ki, X. Ağabəyov Böyük Dəhnə kənd tam orta məktəbdə direktor vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

apa
 
 
 
Ardını oxu...
Prezidentin bu gün imzaladığı fərmanla AZCON ( Azərbaycan Nəqliyyat və Kommunikasiya ) Holdinqi yaradılıb.
Fərmanda məqsəd olaraq aşağıdakılar qeyd olunub :
1.Nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi
2. İqtisadi səmərəliliyinin yüksəldilməsi
3. Çevik idarəetmə sisteminin qurulması
Holdinqin tərkibinə aşağıdakı dövlət müəssisələri və publik hüquqi şəxslər daxil edilib :
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti
7. Bakı Gəmiqayırma Zavodu
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs
8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti
8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi
Prezidentin fərmanı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON-un Müşahidə Şurasının sədri təyin edilib.
İcraçı direktor da Prezident tərəfindən təyin olunacaq.
Bununla bağlı ilkin rəyim :
Fərmanda qeyd olunduğu kimi, səmərəlilik və rəqabətə davamlılıq baxımından sektorda daha münbit mühit yaratmaq üçün atılan addımı uğurlu hesab etmək olar.
Bu nəhəng dövlət qurumlarının içərisində, nəhəngliyinə baxmayaraq hökumətdən subsidiya alanlar da var.
Güman ki, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün, gəlir gətirməsi üçün hökumət effektiv mexanizmlər hazırlamağı nəzərdə tutub.
Düşünmək olar ki, hökumət bu qurumlara gələcəkdə nəinki subsidiyalar vermək, əksinə onların hesabına büdcə gəlirlərini artırmağı hədəfləyib .
Amma maraqlıdır ki, yenicə gəlir gətirməyə başlayanlar da bu tərkibə qatılıb
Osman Gunduz
TEREF
Ardını oxu...
Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.

TEREF apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İkram Qasımovun vəkili müdafiə etdiyi şəxslə bağlı tibbi ekspertizaninkeçirilməsi barədə vəsatət qaldırıb.

Müdafiəçi bildirib ki, İkram Qasımovun səhhətində ciddi problemlər var, həbs olunmamışdan öncə də səhhəti ilə əlaqədar ciddi problemlərlə qarşılaşıb: “Müdafiə etdiyim şəxsə peşəkar həkimlər tərəfindən müayinə və müalicə lazımdır. Onun səhhəti yaxşı deyil. Məhkəmədən İkram Qasımovun müdafiəçisinin iştirakı ilə tibbi ekspertizadan keçrilməsini, onun səhhəti ilə bağlı düzgün rəyin verilməsini xahiş edirik”.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını və bu vəsatətlərin məhkəmə prosesini uzatdığını bildirib.

Məhkəmə müşavirə edərək vəsatəti qismən təmin edib. Ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə tapşırılıb. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə düzgün ekpertizanın aparılması barədə tapşırıqlar veriləcəyi bildirilib.

Məhkəmənin növbəti prosesi 29 noyabra təyin olunub.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
 
Ardını oxu...
Bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 23 noyabr 2024-cü il tarixdə, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 25 noyabr 2024-cü il tarixdə olacaq.

Bu barədə Məktəbqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qeyri-iş günləri istisna olmaqla, COP 29-un keçiriləcəyi dövrdə dövlət məktəbəqədər təhsil müəssisələrində tədris prosesi fasiləsiz davam edəcək.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.
 
Ardını oxu...
Bugün elan saytlarında kifayət qədər ucuz fərdi yaşayış evlərinə rast gəlmək mümkündür.

Bu cür evlər alıcılarının diqqətini çəksə də, sonradan yaşanan problemlərdən əksəriyyət məlumatlı deyil.

"Makler evləri" alarkən nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı Milli.Az-a əmlak eksperti Elnur Azadov açıqlama verib.

Ekspert qeyd edib ki, mənzil alarkən daha çox onun bünövrə hissəsinə və divarların qalınlığına diqqət yetirmək lazımdır.

"Abşeron ərazisində yerləşən həyət evlərinin bir çoxu bataqlıq ərazilər olub, hal-hazırda da həmin ərazilərdə tikilən fərdi yaşayış evləri müəyyən vaxtdan sonra deformasiyaya uğrayır və divarlarında çatlar əmələ gəlir. Ona görə də, həyət evi alarkən ilk növbədə sənədləşmə qaydalarına riayət etməli, təmirin keyfiyyətinə görə mütəxəssislərdən rəy almalıdırlar".

Ekspert əlavə edib ki, 100 kvadratmetr ev tikmək üçün təxminən 60 min manat pul lazımdır, amma elan saytlarında bu ölçüdə olan makler evləri 40-45 min manatdan başlayır.

"Vətəndaş ev alarkən mütləq hüquqşünaslara, mütəxəssislərə müraciət etməli və ya həmin əmlakın sənədlərini notariusa təqdim edib baxış keçirtməlidir. Belə evlərinin ucuz olmasının digər səbəbi isə əmlakın çıxarışının olmamasıdır".
 
 
 
Ardını oxu...
Artıq banklarda "qara siyahı" yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, əgər vətəndaşın hazırkı maddi imkanı ödənişi etməyə imkan verirsə, ona kredit ayrılır.
Banklar Assosiasiyasının baş iqtisadçısı Əzizağa Haqverdiyev bildirib ki, artıq banklarda xüsusilə tutulan "qara siyahı" yoxdur:
İqtisadçı Xalid Kərimli deyib ki, adı "qara siyahı"da olan şəxslərə kredit verilir və bununla bağlı qadağa yoxdur.
O, bankların müştərilərə kredit ayırarkən xüsusi diqqət yetirdiyi digər məqama da aydınlıq gətirib.

Məsələni dəyərləndirən Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, əslində "qara siyahı" deyilən bir anlayış yoxdur:

"Bunun yerinə, kredit tarixçəsi mövcuddur. Yəni, burada vətəndaşların götürdüyü kreditlərin tarixi açıqlanır. Bu siyahının qeydiyyatını isə Azərbaycan Kredit Bürosu aparır. Bank, bank olmayan kredit təşkilatı kiməsə kredit verərkən ora müraciət edirlər. Bununla həmin şəxslərin əvvəlki kreditlərini necə ödədiklərini gözdən keçirdirlər. Əgər borcun qaytarılmasında problem yaşanıbsa, krediti verməkdən imtina edirlər və yaxud az məbləğdə vəsait təqdim edilir. Ancaq qanunda belə bir məhdudiyyət yoxdur. Bu səbəbdən "qara siyahı"-nın ləğv olunması absurddur. Ümumiyyətlə, borcunu vaxtında ödəməyən biri bizdən pul istəsə, çox ehtimal, ən azı on dəfə fikirləşəcəyik. Bu təcrübədə bir növ ona bənzəyir".
 
Ardını oxu...
Satışda olan avtomobil nömrələri qiymətləri sözün əsl mənasında dodaq uçuqladır. Bəzi satış saytlarında 100 min manat dəyərində olan nömrələrə rast gəlmək mümkündür. İctimaiyyətdə bu kimi hallar birmənalı qarşılanmır. Sual olunur ki, ev qiymətinə maşın nömrəsi almaq olar?

Ümumiyyətlə, dünya praktikasında vəziyyət necədir? Yaxın-uzaq ölkələrdə avtomobil nömrələrinin qiyməti hansı həddə qədər olur? Bahalı nömrələrin dövlət rüsumu necədir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bu qiymətlərin şişirdildiyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət qeydiyyat nişanlarının rüsumu “Dövlət rüsümu” haqqında qanunla müəyyənləşdirilib:

“Sadə nömrələr 30 manatdır, digər hərf və rəqəm kombinasiyaları eyni olanlar isə bir az fərqli qiymətə olur.

Yəni onların qiyməti 1000 manatdan 3 min manata qədər dəyişir. Bu, qanunla belə müəyyən edilib. Qanunda göstərilən hallar da tətbiq edilməlidir. Bəli, baha qiymətə nömrə satışı var. Bunlar internetdə də geniş şəkildə yayılıb. Şəxsi adamlar nömrələri fantastik qiymətlərə satışa qoyublar. Kimlərsə onlara o qədər pul verir, belə insanlar mövcuddur. Həmin adamları buna heç kim məcbur etmir. Kimin imkanı, pulu var, alır. Amma mən burada bir məna görmürəm”.

Elməddin Muradlı deyib ki, dünya praktikasında heç kim nömrənin bahalı olmasına önəm vermir:

“Ancaq MDB və müsəlman ölkələrində nömrənin bahalı olmasına diqqət yetirirlər. Məsələn, ərəb ölkələrində 1 nömrəsi üçün neçə milyon vəsait xərclədilər. Amma Almaniya kimi ölkələrdə elə nömrələri zibil maşınlarının üzərinə vururlar. Cəmiyyət olaraq bahalı maşına, bahalı nömrəyə, bahalı telefona, geyimə qiymət veririk. Ona görə də insanların əlinə imkan düşən kimi, hər şeyin baha olanını alırlar. İnanmıram ki, bundan sonra nəsə dəyişsin”.
 
Ardını oxu...
“Avtomobil təlimçilərinin özlərinə elə təlim lazımdır. Çünki yol hərəkəti qaydalarını yaxşı bilmirlər”.

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında deyib.

“Təlim maşınları ilə bağlı Azərbaycanda çox ciddi problemlər var. Səbəblər olduqca müxtəlifdir. Təlimçilər insanları başdansovdu öyrədirlər. Heç buna öyrədirlər belə demək olmaz, bu da şübhəlidir. Prezident İlham Əliyev tərəfindən 2019-2023-cü illəri əhatə edən dövlət proqramı təsdiq edilmişdi. Həmin proqramında bir bəndində təlimçilərin sertifikatlaşdırılması qeyd olunmuşdu. Amma bu proses nədənsə baş tutmadı. Bunun nə ilə əlaqədar olması bizə məlum olmadı. Ancaq hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Çünki təlim prosesi sürücülüyün ilkin mərhələsidir. Bu mərhələni düzgün keçməyən insan sonradan peşəkar sürücü ola bilməz. Ona görə də bu məsələyə ciddi yanaşılmalıdır”.

Ekspert bildirib ki, bu təcrübə bir çox xarici ölkələrdə mövcuddur və bu məsələyə olduqca önəm verilir.

“Qanunla təlimçilərə ilkin vərdişlərin qapalı məkanlarda öyrədilməsinə icazə verilir. Sonrakı mərhələdə isə onlar təhlükəsizlik qaydalarına əməl etməklə digər yollara çıxa bilərlər. Amma baxırıq elə ilkin dərslər də ümumi istifadədə olan yollarda keçirilir, heçbir təhlükəsizlik qaydalarına əməl edilmir. Bu da təbii olaraq, cəmiyyətdə müəyyən narahatlıq yaradır. Əlbəttə, bu doğru deyil və xüsusi mexanizmlərlər tənzimlənməlidir”.

Fidan Vəlisoy
 
Ardını oxu...
Son zamanlar mağazalarda satılan bəzi siqaret məhsullarında aksiz markalarının olmaması müşahidə edilir. Bu vəziyyət istehlakçılar arasında suallar yaradır. Mağaza sahibləri və satıcılar bu məhsulların istehsalçılar tərəfindən aksiz markasız təqdim edildiyini bildirirlər. Azərbaycan qanunvericiliyinə əsasən, aksiz markaları və məcburi nişanlama sistemləri dövriyyədə olan məhsulların nəzarət altına alınması və vergi tənzimlənməsi məqsədilə tətbiq edilir.

Bununla əlaqədar sorğuya cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, artıq məcburi nişanlanma mexanizmi tətbiq edildiyindən tütün məhsullarının qutuları üzərində aksiz markasının olmasına ehtiyac yoxdur.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiqlənib.

Həmin qaydalara əsasən, tütün məmulatlarına, elektron siqaretlər üçün mayeyə, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinə, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullara və birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə yalnız məcburi nişanlama tətbiq olunur.

Məcburi nişanlama dedikdə qaydalarla müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər nəzərdə tutulur. Qaydalara əsasən, məcburi nişanlama “DataMatrix” şəklində olmaqla özündə yuxarıda qeyd edilən mal nümunələrinin qutularının üzərinə yerləşdirilir. “DataMatrix” kodu informasiyanı qrafik şəkildə təsvir edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət olan ikiölçülü (2D) matriks ştrixkoddur.

Beləliklə, sözügedən mallara tətbiq olunan məcburi nişanlama həmin malların istehsalçıları (o cümlədən Azərbaycan Respublikasından kənardakı istehsalçılar) tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə yerləşdirilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını pozmadan tətbiq edilir.
 

Dünyapress TV

Xəbər lenti