Ardını oxu...
"Kütləvi massivlər “özbaşına tikililər” adı altında konsepsiya da işlənib, təsdiq olunacaq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. Onun sözlərinə görə, növbəti mərhələdə özbaşına yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişiklikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.

Bəs görəsən, konsepsiya hazırlanarkən hansı nüanslar nəzərə alınacaq?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, ilkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlərin qeydiyyatı mümkün olacaq:

“İlkin mərhələdə sənədi qaydasında olan evlərin qeydiyyatına başlanacaq. Məsələn, bələdiyyə tərəfindən verilmiş sənədlər, digər sərəncamlar və digər hüquqi sənədlər əsas götürüləcək. Ümumiyyətlə, heç bir sənədi olmayan evlərə isə bu şamil olunmayacaq. Ona görə ki, belə evlərin heç bir qanuni əsası yoxdur. Hazırda yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sənədləşmə apara bildiyi evlərin qeydiyyata alınması mümkündür. Sənədləşməsi mümkün olmayan evlərin sökülməsi və sakinlərin başqa ərazilərə köçürülməsi həcm olaraq həddən artıq böyük bir prosesdir”.

Ekspertin fikrincə, paytaxın müxtəlif ərazilərində yerləşən və qeydiyyatı mümkün olmayan evlərlə bağlı problem olduqca ciddidir:

“Elə ərazilər var ki, oradakı evlər inşaat və yaşayış normativinə uyğun tikilməyib. Məsələn, Bakının “Şanxay”, “NZS”, Keşlə, Yasamal və Alatava kimi ərazilərindəki evlər o qədər bir-birinə sıx tikilib ki, hər hansı fövqəladə hal zamanı yanğınsöndürən maşın müdaxilə edə bilmir. Bu kimi yerlərdə olan evlərə sənədin verilməsi o deməkdir ki, dövlət artıq öz normativlərini qorumur. Digər tərəfdən, bu evlərin sökülməsi məsələsi daha da qəlizdir. Əslində, bu illərdir davam edən ciddi bir problemdir. Ən yaxşı yol tikinti şirkətlərini həmin ərazilərə yönəltməkdir ki, orada şirkətlər hər bir vətəndaşla məsələni individual formada həll edə bilsinlər. İndi ən mühüm məsələ odur ki, tikinti şirkətləri də belə böyük həcmdə söküntüləri həyata keçirə bilməz. Həmçinin tikinti şirkətləri üçün bu ərazilər o qədər də əlverişli deyil. Düşünürəm ki, bu illər boyu həll olunmamış məsələ kimi qalacaq”.(yenisabah.az)

Bizi Telegram-da izlə
 
Ardını oxu...
509052 yaza bilməyən 1042 müəllim var imiş. Buna gülək, yoxsa ağlayaq? Təxminən 4 minə yaxın müəllim sertifikasiyadan keçə bilməyib və 30 bal belə yığmayıb. Elm və Təhsil Nazirliyinin əsas qayəsi təhsil verməkdirsə, heç bir göstərici ictimailəşdirmədən, ikinci şansda belə uğur qazana bilməyən müəllimlərlə müqaviləyə tərəddüdsüz xitam verməli idi. Amma nazirlik özünü rüsvayi-aləm elədi. Bizim övladlarımıza 509052 yaza bilməyənlər dərs keçir? Millətin gələcəyini onlar yetişdirir? Bəs bu müəllimlər özləri harada təhsil alıblar, necə pedaqoji biliklərə yiyələniblər ki, məktəbdə dərs öyrətmək haqqına sahibləniblər? Ümumiyyətlə, onları necə işə götürüblər? Lakin bu faciə nazir Emin Əmirullayevi narahat etmir. Ona elə gəlir ki, islahat aparır və keyfiyyət dəyişikliyinə gedir. Məgər bu illər ərzində nazirin hansı islahatından bir xeyir görən olub? Hətta adına "elm" də əlavə olundu nazirliyin, hansı elm və təhsildən, fövqəlinkişafdan danışmaq olar? Əgər o 3900 müəllim 2 il ərzində hazırlaşıb bir şeyə nail ola bilmədisə, deməli, quyu çox qurudu. Ona görə sertifikasiyadan ikinci dəfə də "kəsilən" müəllimlərə bundan artıq şans vermək cinayətdir.
Üstəgəl, bir çox məktəblərdə kitablar keçən həftədən yığılıb. Hər halda, çox sayda məktəbdə yığıldığını bilirik. Bəs iyunun 15-dək dərs olmalıdır dirənişinin səbəbi nədir? Hələ üstəlik, Elm və Təhsil Nazirliyinin karyerada ildırım sürəti ilə irəliləyən gənc kadrı Eşqi Bağırov açıqlama verib ki, məktəblərdə yoxlamalar aparılacaq. Nəyi və niyə yoxlayacaqsız? Öz proqramınızdan xəbəriniz yoxdu, bilmirsiz ki, iyunun ilk həftəsində bitib tədris prosesi? Yəni tədrisi belə, müəllimi elə olan ölkənin məktəbləri, təhsili necə olmalıdır axı?
Başqa bir mühüm problem də var - işsizlik. Biz nəticələrə görə biabırçılıq hesab etdiyimiz bu mənzərəyə görə tənqid edirik, amma imtahandan kəsilən müəllimlərin işdən çıxarılması da çıxış yolu sayılmır. Dövlət vətəndaşına sahib çıxmalıdır. Əgər bu gün müəllimlər yaxşı nəticə göstərməyibsə bu birbaşa Elm və Təhsil Nazirliyinin öz günahıdır. Necəki sertifikasıya imtahanı təşkil edə bilir, müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də bu illər ərzində təlimlər təşkil edə bilərdi. Əgər belədirsə, o zaman bu müəllimlərə ali təhsil haqqında diplomu verən müəssisələrin rektorları başda olmaqla, bütün idarə heyəti həbsxanada çürüməlidir. İndi 4000-ə yaxın bu insanlar nə işləyəcək, hazırki vəziyyətdə maddi ehtiyaclarını necə qarşılayacaqlar?
Nazirlik günahı tək müəllimlərin ayağına yazmalı deyil. Ölkənin təhsil sistemi bərbaddır və buna görə E. Əmirullayev məsuliyyət daşıyır. Fakt budur ki, hələ də pul yığılmasından tutmuş xonça tutan, qızıl alverinə qədər məşğul olan məktəb direktorlarına qədər eybəcər hallar mövcuddur. Tək dərd sertifikasiya deyil ki...
Ramiz Rövşən necə deyirdi:
Kim qoydu bu büstü bizə
Kim bizi bu günə qoydu
Heç kim yanımıza gəlməz
Hamı gələr üstümüzə...

Anaxeber.info
 
Ardını oxu...
"İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir".

Oxu.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərli deyib.

O bildirib ki, ötən ilin sonunda Azərbaycana çatdırılmış dörd ədəd "Flirt" qatarı artıq tam istismara hazırdır:

"Bu gün Ucar və Ləki stansiyası istiqamətində rəmzi səfər təşkil edilir. İstər Ucar, istər Ağdaşın ətraf rayonlarının 100 minə yaxın sakini üçün sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq".

O əlavə edib ki, qatar müasir tələblərə cavab verir:

"Qatarda bar-vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar var. Burada velosipedlərin saxlanması üçün yer təşkil edilib. Qatarın innovativ təhlükəsizlik sistemi var, bu da sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatmasına imkan verir".
 
Ardını oxu...
Bazar günü 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanınds istifadə olunmuş ixtisas suallarını ictimaiyyətə açıqlayıb.

Qurum, həmçinin sualların neçə nəfər tərəfindən düzgün yazılması barədə də məlumat yayıb.

Sosial şəbəkələrdə yüzlərlə müəllimim sadə sualları düzgün cavanlaşdıra bilməməsi müzakirələrə səbəb olub.

Belə ki, ibtidaidən sinif müəllimlərinin 33 faizi – 1209-u 509052 ədədinin sözlə düzgün yazılışını tapa bilməyib.

Qeyd edək ki, 3424 nəfər i5ibtidai sinif müəllimi imtahanda keçid balını toplaya bilməyib.

Sözügedən sualı təqdim edirik:
Ardını oxu...

(Modern.az)
 
 
 
Ardını oxu...
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsi ölkəmizdə həm də daxili siyasətə ciddi şəkildə təsir etməkdədir. Dia-az.İnfo bildirir ki, məhz buna görədir artıq siyasi kuluarlarda erkən Milli Məclis seçimlərindən danışılır, iqtidar düşərgəsində ciddi kadr islahatlarının gözdən keçirildiyi iddia olunur.

Belə bir məqamda Dia-az.İnfo redaksiyası olaraq ilginc informasiya əldə etmişik. Mötəbər mənbələrdən daxil olan xəbərə görə, sözügedən beynəlxalq tədbir öncəsi bir neçə mühüm postda da dəyişiklik baş tutacaq. Bunlardan birinin Dövlət Gömrük Komitəsi (DGK), digərinin isə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) olduğunu iddia edən mənbə eyni zamanda digər bir neçə postda da dəyişikliklərin baş verəcəyini iddia edib.

Bununla bağlı əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...
 
Ardını oxu...
"Şikayətim "Azərpoçt xidmətindəndir! Bu ayın 6-sında (4-cü gün) "Azerpoçt"da (108 saylı) 4 ünvana məktub göndərmişəm. Məni narahat edən şəxslərlə bağlı Polis, Prokrorluğa və ünvanlara məktub göndərmişəm..." Dia-az.İnfo-nun xəbərinə görə, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ləman Əhmədova adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra yazır: "Narahat edən şəxslər dayanmadığı üçün "Express" xidmətdən (guya daha sürətli) istifadə etmişəm.
Məktublarımın çatması üçün 4cü gündən bəri gözləyirəm , onlarda 6cı gün də iş günü olmasına baxmayaraq , məktubum bu vaxta kimi çatmayıb!
Zəng edirəm gah məktub hardadı görünmür dedilər, gah dedilər kuryerdədi bu gün mütləq çatacaq.Bu gün gün sonudu, zəng etdim yenə deyir məktub hardadı görünmür kuryerə getməyib...
"Azerpoçt Express" xidmətlə 5 gün keçməsinə baxmayaraq məktubun ünvana çatmaması səbəbindən dayanmadan narahat edilirəm! Mən özümə zərər yetirsəm, başıma gələcək hər hansısa bir səbəbdə günahkarın baş rollarından biri "Azerpoçt" özüdür!
Məktubu nə prokrorluğa , nə polisə , nə ünvana çatdırmır. Əməkdaşlarınız doğru düzgün məktubların harda olduqlarını bilmir! Çoxdan çatmalı olan məktublar yoxdu heç yerdə!.."

Ardını oxu...


Ardını oxu...
Qeyd olunub ki, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir.
İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək "Son zəng" tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı monitorinqlərə start verilib.
Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir. Monitorinqlərin keçirilməsində məqsəd "Son zəng" tədbirləri ilə bağlı hazırlanan və təhsil müəssisələrinə göndərilən təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.
 
Ardını oxu...
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun adı hallan torpaq qalmaqalı ilə bağlı növbəti məhkəmə prosesi baş tutmayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, prosesin baş tutmaması hakimlərin işə çıxmaması ilə bağlı olub. Bu baxımdan, iclas iyunun 24-nə təxirə salınıb.

Məlumat üçün deyək ki, iş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini iddiaçı Nazim Əmirov verib. Onun şikayətinə hakim Fuad Məmmədovun sədrliyi ilə baxılır.

Nazim Əmirov ehtiyatda olan polkovnik-leytenantdır. Polkovnik-leytenantın iddiasına görə, Abel Məhərrəmov ona məxsus torpaq sahəsini ələ keçirib. Nazim Əmirov iddia etdiyi ərazi keçmiş rektorun xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirildiyi üçün polkovnik-leytenant onu da məhkəməyə verib.

Birinci instansiya məhkəməsi Nazim Əmirovun iddiasını təmin etməyib. Bu baxımdan, o, apellyasiya şikayəti verib.
 
Ardını oxu...
Bəzi mağazalarda, restoranlarda və iaşə obyektlərində ödəniş pos-terminal ilə deyil, kartdan-karta köçürməklə təklif olunur. Son vaxtlar belə hallarda artım müşahidə edilir. Bu isə müştərilər üçün əlavə çətinlik yaradır. Bu hallarda qəbzlər verilmədiyinə görə, vətəndaşın şikayəti olsa belə onun hüquqlarını müdafiə etmək mümkün olmur.

Bəs bu halların yayılması nə ilə bağlıdır? Analoji vəziyyətlə üzləşən vətəndaşlar nə etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu, həmin ictimai iaşə obyektlərinin açıq-aşkar vergidən yayındığını göstərir:

"Əlbəttə, bu konkret olaraq vergidən yayınmadır. Belə halda ödəniş həmin ictimai iaşə obyektinin sahibkar hesabına deyil, hansısa fiziki şəxsin hesabına daxil olur və heç bir vergi də yoxdur. Bu açıq şəkildə vergidən yayınmadır və müştərilər bununla bağlı şikayət edə bilər”.

Hüquqşünas Vergi Məcəlləsində belə hallarla bağlı sahibkarlara müəyyən cərimə və sanksiyanın nəzərdə tutulduğunu diqqətə çatdırıb:

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində bununla bağlı sanksiyalar var. Sadəcə, bu halda vergi orqanına məlumat vermək lazımdır. Vergidən yayınmanın cəriməsi gizlədilən məbləğin 50 faizini təşkil edir”.
 
Ardını oxu...
Ölkənin aparıcı banklarından biri olan “Paşa bank” ASC uşaq bezlərinin və təmizlik məhsullarının satışı ilə məşğul olan “Vəlioğlu-2018” MMC-yə (VÖEN – 1404335481), “Top Supermarket” MMC-yə (VÖEN – 1102410791) və 5 fiziki şəxsə (Vüsal Əhmədov, Zaur Əkbərov, Gülçöhrə Mustafayeva, Zülfüqar Həsənov və Sənan Babayev) qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.

Bildirilir ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb. Məhkəmə iddiasında 4 şirkətin – “Avromed Company” QSC, “Davudoğlu NN” MMC, “Zeytun Pharmaceuticals” MMC və “Qədiroğlu” MMC-nin adı maraqlı şəxs kimi keçir.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan hər iki şirkətin qanuni təmsilçisi eyni şəxsdir – Əkbərov Vəli Kazım oğlu.

“Vəlioğlu-2018” MMC-nin qeyri qida məhsullarının topdan satışı ilə məşğul olduğu bildirilir. Şirkət Türkiyə istehsalı olan “Predo baby” uşaq bezlərinin, Kanadanın “Green Gate” şirkətinə məxsus “Lexi” təmizlik məhsullarının, İndoneziya istehsalı “Kris” sabunlarının, “Actodermanol” dezinfeksiya məhsulunun Azərbaycandakı rəsmi distribütorudur.

Onu da qeyd edək ki, 10 gün əvvəl “Xəzər TV” də “Vəlioğlu-2018” MMC barəsində məhkəmə iddiası qaldırıb.

Barəsində iddia qaldırılan hər iki şirkətin dövlət büdcəsinə vaxtında ödənilməyən böyük həcmdə vergi borcları da var. 10 gün əvvəl (30 may 2024-cü il tarixinə) dövlət büdcəsinə 932 min 959 min 3 qəpik vergi borcu olan “Vəlioğlu-2018” MMC-nin hazırda (10 iyun 2024-cü il tarixinə) 72 min 746 manat 94 qəpik vergi borcu var.

“Top Supermarket”MMC-nin isə dövlət büdcəsinə (10 iyun 2024-cü il tarixinə) 179 min 295 manat 95 qəpik vergi borcunun olduğu bildirilir.
 

Dünyapress TV

Xəbər lenti