Ardını oxu...
Avstriyanın şimalında iki nəfərin, o cümlədən şəhər merinin qətlində şübhəli bilinən şəxsin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə Yuxarı Avstriya polisi məlumat yayıb.

Rorbah dairəsində keçirilən əməliyyat nəticəsində şübhəli şəxsin öldüyü məlum olub.

“Kurier” qəzetinin məlumatına görə, qətllərdə şübhəli bilinən şəxs şəhərin 56 yaşlı sakini Roland Dreksler Drekslerin intihar etdiyi güman olunur.
 
Ardını oxu...
Yunanıstan polisi Afinada bir mənzildə baş verən, ölüm və xəsarətlə nəticələnən partlayışla əlaqədar 31 yaşlı bir kişini saxlayıb.

“Report”un “Reuters”ə istinadən xəbər verir ki, onun hakimiyyətə qarşı çıxan partizan qrupları ilə əlaqəli olduğu üzə çıxıb.

Polisə yaxın mənbələrə görə, şübhəli şəxs mənzildə olan cütlüklə birlikdə ümumi açarlarının olduğunu, lakin partlayışa aidiyyəti olmadığını bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Yunanıstanın paytaxtı Afinada bir mənzildə baş verən partlayış nəticəsində bir kişi həlak olub, bir qadın isə yaralanıb.
 
Ardını oxu...
COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir.

TEREFz xəbər verir ki, daha öncə də verilən məlumata əsasən, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dəniz kənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edəcək.

Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.
 
Ardını oxu...
Tayvanda “Konq-rey” adlandırılan qasırğa nəticəsində 3 nəfər ölüb, 690 nəfər yaralanıb.

CNA xəbər agentliyi xəbər verir ki, tayfun kənd təsərrüfatına 480 milyon Yeni Tayvan dolları (15 milyon dollar) maddi ziyan vurub və ən çox zərər Hualien və Yulin əyalətlərində müşahidə olunub.

Qeyd edilib ki, tayfundan zərər çəkənlər üçün yaradılmış 10 təcili sığınacaqda 155 nəfər yerləşdirilib.

Qasırğa səbəbindən 950 mindən çox evə elektrik enerjisi, 63 mindən çox evə isə su verilişi kəsilib. Bildirilir ki, ən azı 32 min təsərrüfat hələ də elektrik enerjisi ilə, 1240 ailə isə su ilə təmin olunmayıb.

Hsinçu, Taoyuan və Hualiendə yolların bağlanması səbəbindən bu bölgələr hələ də əlçatmaz olaraq qalır.

“Konq-rey” qasırğası oktyabrın 31-də Tayvanın cənub-şərq sahilində yerləşən Taytung əyalətinin Çinqonq şəhərinə çatıb, sonra isə şimal-şimal-qərb istiqamətində daxili istiqamətlərə doğru hərəkət edib.

Tayfun səbəbindən Çinin şərq sahilində, Tayvanın əks sahilində yerləşən Fucien əyalətində də həyəcan təbili çalınıb.

Sürəti saatda 184 kilometrə çatan "Kong-rey" qasırğası bu il Sakit Okeanda baş verən 21-ci tayfun olub.
 
Ardını oxu...
 

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi birgə açıqlama yayıb.

Musavat.com xəbər verir ki, "X" sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

Qeyd edək ki, bu ilin noyabrında Bakı şəhərində təşkil ediləcək COP29-la bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.

Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi "X" sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır.

 
 
 

Ardını oxu...
  

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, ona verilən ittihama görə, Rasim İldırım jurnalist “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da Əmrah” Bankın təsisçisi Yunus İldırımzadədir.

Ardını oxu...
Qlobal istiləşmə İspaniyada güclü daşqınlara səbəb olub.

"Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə iqlim dəyişikliyinin ekstremal hava hadisələrinə təsirini araşdıran "World Weather Attribution"un (WWA) məlumatında bildirilir.

Məqalədə qeyd olunub ki, regionda qısamüddətli və intensiv leysanların həcmi artmaqdadır. Bu həftə Valensiyada yağıntılar sənayedən əvvəlki dövrlərə (1850-1900) nisbətən 12% daha intensiv və iki dəfə çox yağıb.

Yaxın gələcəkdə ekstremal və dağıdıcı fırtınaların daha tez-tez baş verəcəyi iddia edilir. Mütəxəssislər bunu Aralıq dənizində rekord hava temperaturu ilə əlaqələndirirlər.

Xatırladaq ki, oktyabrın 30-da səhər saatlarında "The Guardian" qəzeti İspaniyada daşqınlar nəticəsində 7 nəfərin itkin düşdüyünü bildirib. Valensiyada yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb.

Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı elan edib.
 
Ardını oxu...
Teleaparıcı və bloger Səma Abıyeva yaşadığı binanın sakinlərindən şikayətlənib.

TEREF shownews.az-a istinadən bildirir ki, buna səbəb onların mənzillərinin eyvanından küçəyə atdıqları zibil olub.

İnfluenser bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

Qeyd edək ki, Səma Abiyeva radio və televiziya aparıcısı, avtobloger DJ Tural (Yusifov) ilə ailəlidir.

 
Ardını oxu...
   

Tez-tez dünyanın müxtəlif bölgələrindən paylaşımları ilə diqqət çəkən azərbaycanlı səyyah Yaşar Xudiyevdən bir müddətdir ki, xəbər yoxdur.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, sonuncu dəfə o, oktyabrın 8-də Tanzaniyada Kilimancaro zirvəsinə qanunsuz çıxdığına görə yerli polis tərəfindən 2 həftə müddətinə həbs edilmişdi.

Lakin həbs müddətinin artıq 9 gündür ki, bitməsinə baxmayaraq, səyyah hər hansı yeni post paylaşmayıb, üstəlik, yaxınları da ondan hər hansı xəbər ala bilmədiklərini söyləyirlər.

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu...
Bir neçə gün öncə Bakıda luks avtomobillərdən ibarət toy karvanı böyük marağa səbəb olub.
News24.az xəbər verir ki, bahalı toy korteji görənlərin heyrətinə səbəb olub.
Uzunluğu yüz metrlərlə ölçülən kortejdə ən son model lüks avtomobillər yer alıb. Təxmini 40-dan çox bahalı avtomobillərin yer aldığı kortejin qiyməti təxminən 4 milyon manat civarında olduğu deyilir.

Lakin kortejin kimin toy mərasiminə getdiyi məlum deyil.

 

Dünyapress TV

Xəbər lenti