Ölkədə aksiz markasız siqaret satışına münasibət bildirib
Son zamanlar mağazalarda satılan bəzi siqaret məhsullarında aksiz markalarının olmaması müşahidə edilir. Bu vəziyyət istehlakçılar arasında suallar yaradır. Mağaza sahibləri və satıcılar bu məhsulların istehsalçılar tərəfindən aksiz markasız təqdim edildiyini bildirirlər. Azərbaycan qanunvericiliyinə əsasən, aksiz markaları və məcburi nişanlama sistemləri dövriyyədə olan məhsulların nəzarət altına alınması və vergi tənzimlənməsi məqsədilə tətbiq edilir.

Bununla əlaqədar sorğuya cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, artıq məcburi nişanlanma mexanizmi tətbiq edildiyindən tütün məhsullarının qutuları üzərində aksiz markasının olmasına ehtiyac yoxdur.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli Qərarı ilə “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” təsdiqlənib.

Həmin qaydalara əsasən, tütün məmulatlarına, elektron siqaretlər üçün mayeyə, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlərə, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlərə, çeynənilən və ya buruna çəkilən tütünlərə, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinə, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullara və birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə yalnız məcburi nişanlama tətbiq olunur.

Məcburi nişanlama dedikdə qaydalarla müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan məcburi nişanlama kodu və digər qoruyucu elementlər nəzərdə tutulur. Qaydalara əsasən, məcburi nişanlama “DataMatrix” şəklində olmaqla özündə yuxarıda qeyd edilən mal nümunələrinin qutularının üzərinə yerləşdirilir. “DataMatrix” kodu informasiyanı qrafik şəkildə təsvir edən düzbucaqlı və ya kvadrat şəklində yaradılmış qara və ağ xanalardan ibarət olan ikiölçülü (2D) matriks ştrixkoddur.

Beləliklə, sözügedən mallara tətbiq olunan məcburi nişanlama həmin malların istehsalçıları (o cümlədən Azərbaycan Respublikasından kənardakı istehsalçılar) tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə yerləşdirilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını pozmadan tətbiq edilir.
 

Bölmənin digər xəbərləri

01 Fevral 2025 Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
31 Yanvar 2025 “Zeytun Pharma” resepsiz dərman satır
31 Yanvar 2025 Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır
31 Yanvar 2025 Məşhur həkim tanınmış vəkilə uduzdu
31 Yanvar 2025 ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
30 Yanvar 2025 Kartlardan oğurluğa son qoyulacaq?! AMB banklar qarşısında sərt tələb qoyub
30 Yanvar 2025 Faciənin qarşısını almaq olardı – hotelin əməkdaşı Türkiyədəki yanğından danışdı
30 Yanvar 2025  Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
30 Yanvar 2025 Vətəndaşın pulunu vermir, külli miqdarda vergi borcu var – “Mahal”ın sədrinə “stop” qoyuldu
29 Yanvar 2025 Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək
28 Yanvar 2025 Tanınmış vəkilin fəaliyyəti dayandırıldı
28 Yanvar 2025 "Birbank"da yaranan problemin səbəbi açıqlandı - Balansı silinən şəxslər nə etməlidir?
27 Yanvar 2025 Aşpazlar niyə qaynar şorbaya alma atır?- Bu, mətbəxlərdə bir nömrəli HİYLƏDİR...
27 Yanvar 2025 Meşəlik ərazidə tikintinin qarşısı alındı - Sumqayıt Şəhər İcra Hakimiyyətinin iz itirmək cəhdləri
26 Yanvar 2025 Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb
26 Yanvar 2025 İnsanlar mənzil qiymətinə telefon nömrələrini niyə alır və onlar kimlərdir?
25 Yanvar 2025 Sosial şəbəkə hesabı olan nazirlər - Ən çox izləyicisi olanlar kimlərdir?
25 Yanvar 2025 Milli parkda ceyranın başını kəsən şəxs FHN-in keçmiş əməkdaşıdır
25 Yanvar 2025 Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
24 Yanvar 2025 Xırdalandan gələn şikayət: “Red Black” sakinləri yatmağa qoymur - FOTO

Dünyapress TV

Xəbər lenti