Hakerlər Avropanın peykini sındırıb ƏLƏ KEÇİRDİLƏR
"Thales" sənaye şirkətinin mütəxəssisləri Avropa peykini sındırmağa və qoruyucu sistemlərin işini nümayiş etdirməyə nail olublar.

Publika.az xəbər verir ki, bu barədə "Gizmodo" nəşri məlumat yayıb.

"Thales" hakerləri CYSAT konfransında sındırma prosesini göstəriblər. Həvəskarların hədəfi Avropa Kosmik Agentliyinə (ESA) məxsus kiçik OPS-SAT peyki olub. Mütəxəssislər nəinki cihazın qoruyucu sistemlərindən yan keçməyə, həm də peyk üzərində nəzarəti ələ keçirməyə nail olublar.

Müəlliflər qlobal yerləşdirmə sisteminə, oriyentasiya sisteminə və bortda OPS-SAT kamerasına çıxış əldə etdiklərini bildiriblər. Mütəxəssislərin 2019-cu ildə buraxılan cihazın işinə mane olmadığı və orbitinin dəyişdirilmədiyi dəqiqləşdirilir.

Hakerlər idarəetmə interfeysinə daxil olmaq üçün standart giriş hüquqlarından istifadə edərək bort sistemi vasitəsilə sındırdıqlarını etiraf ediblər. "Thales" ekspertlərinin fikrincə, onlar avadanlıq üzərində tam nəzarəti ələ keçirə və onun proqram təminatına zərərli kodu yükləyə bilərdilər.

Şirkətin Kiber Həllər üzrə vitse-prezidenti Pierre-Yves Jolivet deyib:

"Kosmik sənaye peykin həyat dövrünün hər mərhələsində kibertəhlükəsizliyi nəzərə alınmalıdır, ilkin dizayndan sistemin inkişafı və saxlanmasına qədər".

Dünyapress TV

Xəbər lenti