
Bu gün Abşeron rayonunun Mehdiabad qəsəbə Qəbiristanlığında Birinci
Qarabağ Müharibəsi zamanı şəhid olmuş 2 hərbçimizin nəşi dəfn olunub. Qeyd
edək ki, bu il aparılan araşdırmalar nəticəsində kimliyi məlum olan 73 nəfərdən
birinin 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya
göz açan Şirinov Nazim Şirin oğlu, digərinin isə 19 fevral 1973-cü ildə Siyəzən
rayonunda anadan olan Xəlilov İsmayıl Tofiq oğlu olduğu müəyyənləşib.
Polis sıralarında baş çavuş rütbəsində xidmət edən Nazim Şirinov 23
oktyabr 1993-cü il tarixində Füzuli şəhərində şəhid olub və Füzuli rayonunun
adsızlar qəbiristanlığında naməlum şəhid kimi dəfn olunub.
Birinci Qarabağ müharibəsi başlayan zaman könüllü şəkildə ordu sıralarına
qoşularaq cəbhəyə yollanan İsmayıl Xəlilov isə ağır döyüşlər zamanı şəhid olub
və Tərtər Şəhidlər Xiyabanında naməlum əsgər kimi dəfn olunmuşdu.
Araşdırmalar zamanı kimlikləri müəyənləşdirilən şəhidlərimizin dəfn
mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Millət vəkili Ceyhun
Məmmədov, Səbail RİH-nin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının
və idarə-təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon
ictimaiyyəti iştirtak edib. Mərasimdə hərbi orkestrın müşayəti ilə Dövlət Himni
səslənib, yaylım atəşi açılıb, dular oxunub. Sonra şəhidlərin ruhuna ehsan süfrəsi
açılıb.
Dəfn mərasimində şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara
daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını
bildiriblər.
Dia-az.İnfo







