Böyük Qayıdışın Xocalı mərhələsi
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması müasir tariximizin ən mühüm hadisəsidir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində torpaqlarımız erməni işğalından azad olundu. Ötən ilin sentyabrında isə Qarabağ erməni separatçılarından tam təmizləndi və oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Bayrağımızı ucaltmasını sonsuz iftixar və qürur hissi ilə izlədik. Bu torpaqlarda üçrəngli Bayrağımızın dalğalanması tariximizin şanlı səhifəsidir.
Mayın 28-də - Müstəqillik Günündə Xocalı şəhərinə ilk qayıdan sakinlərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən evlərin açarlarının təqdim olunması, sakinlərlə səmimi görüş tarixi hadisədir. Bu, o deməkdir ki, Böyük Qayıdışın Xocalı mərhələsi başlayır. Məlumdur ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər bir neçə saatın içində tamam məhv edilib, uşaqlara, qadınlara, qocalara belə aman verilməyib. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xocalıda da üçrəngli Bayrağımızı ucaltdıqdan və mayın 28-də şəhərə qayıdışın başlanmasından sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatdır. İlk dəfə olaraq bu soyqırımının 32-ci ildönümü məhz Xocalı şəhərində də anıldı. Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xocalı şəhərində bərpa-quruculuq işlərinə start verildikdən cəmi bir neçə ay sonra keçmiş məcburi köçkünlərin qayıdışına başlanıldı. Doğma Xocalıya qayıdan sakinlərin sevincinin həddi-hüdudu yoxdur. Bütün xalqımız da bu hadisəyə sevinir. Çünki soyqırımına məruz qalmış Xocalıya 32 ildən sonra həyat qayıdır.
İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalıya ilk köç edən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. “Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Xocalıda törətdiyi cinayətləri etiraf etməli və bizdən üzr istəməlidir. Eyni zamanda, bu hərbi cinayətini tanımalıdır.
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, bu il 20 min keçmiş məcburi köçkünün qayıdışı təmin olunacaq. Artıq 44 ailənin Xocalı şəhərinə qayıdışı təmin olunub. Rəsmi məlumatlara əsasən, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Beləliklə, doğma Qarabağ torpağının əzəli sakinləri öz yurdlarına geri dönürlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz ən müasir səviyyədə yenidən qurulur. Bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

 

Bölmənin digər xəbərləri

10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO
27 Mart 2025 Prezident xanımı ilə Ağdama getdi
26 Mart 2025 Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq - VİDEO
26 Mart 2025 "Bu dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir" - Layihə rəhbəri
22 Mart 2025 Paşinyan tələsir, Bakıda niyə belə astagəldirlər? -
20 Mart 2025 Qarabağ Universitetində ilk Novruz tonqalı qalanıb
19 Mart 2025 Prezident və birinci xanımın Ağdərə səfərindən görüntülər - VİDEO
18 Mart 2025 Əmri o veribmiş... - “Hədəfdən yayınma ehtimalı 5-10 metr idi”
14 Mart 2025 Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salındı

Dünyapress TV

Xəbər lenti