Ardını oxu...
İstanbulda baş verən bombalı hücumla bağlı İran və İsrail mediasında diqqətçəkən xəbərlər yayımlanıb.

Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, "IRNA" terror aktını həyata keçirən qadının yanında yeriyən 2 nəfərin israilli olduğunu yazıb. Agentlik həmin 2 qadının İsrail ordusunda xidmət etdiyini, hücumun arxasında da bu ölkənin olduğunu iddia edib.

İsrail mediası isə İranın bu iddialarını dərhal təkzib edib. Ölkənin ən çox oxunan qəzetlərindən "Yedioth Ahronot" görüntülərdəki qadınların Türkiyəyə tətil üçün getdiklərini və artıq ölkəyə geri qayıtdıqlarını yazıb.

Qəzetin xəbərinə görə, Or Atedgi və Natali Svissa adlı 2 qadın terrorun qurbanı olmaqdan təsadüfən xilas olub.

"Or və Natali 8 israilli qadınla istirahətdə idi. Tətilin son gününü alışverişə ayırıblar. Onlar fərqində olmadan terrorçu mağazanın önündə dayanan həyat yoldaşımla bacımın yanından keçib. Bəlkə də cəmi 50 metr sonra bombalı hücumu həyata keçirib", - deyə Or Atedginin həyat yoldaşı yerli mediaya verdiyi açıqlamada deyib.

 
Ardını oxu...
Türkiyənin Eskişehir vilayətində sosial media hesabında təxribat xarakterli paylaşımlar edən qadın saxlanılıb.
Bakupost.az "Sabah"a istinadən xəbər verir ki, sosial mediada Eskişehir xəritəsində bomba görüntüsü paylaşan qadın orada da partlayış olacağını iddia edib.
Xüsusi Əməliyyat Şöbəsi qruplarının iştirakı ilə aparılan əməliyyat nəticəsində şübhəli evində tapılaraq nəzarətə götürülüb. O, tibbi müayinədən keçirildikdən sonra polis məntəqəsinə aparılıb.
 
Ardını oxu...
İradə Əliyeva – Söderberq: “Burda da qanunsuzluqlar, ədalətsizliklər olur. Cəmiyyətdir, normaldır, bunlar da olacaq. Ancaq sistem elə işləyir ki, çatışmazlıq olanda, insan özünü müdafiə edə bilir”

18 ildir İsveçdə yaşayır. Gedəndən 3 il sonra bu ölkədə aktiv siyasi fəaliyyətə başlayıb. Sentyabr ayında 4-cü dəfə İsveç Krallığının Regional Məclisinə millət vəkili seçilib. “Bu ölkəyə ayaq basdığım gündən əlimdə xəritə, dilimdə Qarabağ, ürəyimdə Azərbaycan olub. Ölkəmizi tanıtmaq, həqiqətlərimizi olduğumuz ölkəyə çatdırmaq üçün əlimdən gələni etmişəm” deyən həmyerlimiz İradə Əliyeva – Söderberq ilə İsveçdəki fəaliyyəti haqqında “Kaspi” qəzetinə danışıb.


İ.Əliyeva gənc yaşlarda Azərbaycanda müxtəlif vəzifələrdə çalışdığını deyir: “Ağdam rayonunun Mərzili kəndində anadan olmuşam, həmin kənddə yaşamışam, Mərzili kənd orta məktəbində təhsil almışam. Əlaçı şagird olmuşam. Sonra Neft və Kimya İnstitutunun mühəndis-iqtisad fakültəsində təhsil aldım. İqtisadçı mühəndisəm. Gənc yaşlarımdan vəzifələrdə işləməyə başlamışam. Yüngül Sənaye Nazirliyində iqtisadçı, Bakı Zərif Mahud Kombinatında əmək və əməkhaqqı şöbəsinin müdiri olmuşam. Bundan başqa, baş iqtisadçı, komsomol katibi, həmkarlar təşkilatının sədri, baş mühasib kimi vəzifələrdə çalışmışam”.

“2010-cu ildən parlamentdəyəm”

Azərbaycanda aktiv fəaliyyəti olduğu halda İsveçə niyə köçməyinə gəlincə, bildirdi: “Azərbaycanda ailə qurdum, 1998-ci ildə qızım dünyaya gəldi. Sonra qızımın atasından ayrılmışdım. 2000-ci illərin əvvəli idi, Azərbaycanda vəziyyət yaxşı deyildi. Qızıma Avropa təhsili vermək, onu azad demokratik cəmiyyətdə böyütmək istədim. Avropa təcrübəsini görmək, öyrəndiklərimi Azərbaycana gətirmək, İsveçlə Azərbaycan arasında bir körpü olmaq niyyəti ilə gəlmişdim. Elə oldu ki, ailə qurdum və burda qaldım”.

2004-cü ildə İsveçə köçür, 2007-ci ildən İsveçin hakim partiyası olan Sosial Demokratlar Partiyasına daxil olur: “Çox gənc yaşlarımdan həmişə siyasi aktiv olmuşam. Gəldiyim ilk vaxtlardan hiss etdim ki, İsveç insanlarında Azərbaycan, azərbaycanlılar haqqında az məlumat var. İsveçdə o vaxt azərbaycanlıların sayı da az idi. Özümüzü burda tanıtmaq ehtiyacı hiss edirdim. İlk vaxtlar ailə qurdum, oğlum dünyaya gəldi, ona görə aktiv olmadım. Amma 2007-ci ildən aktiv siyasi fəaliyyətə başladım. 2010-cu ildən bizim regional parlamentin ən böyük regionlarından birinə millət vəkili seçildim”.

Ardını oxu...
“Dünyəvi fikirli böyümüşük”

Siyasətə marağının isə ailədən gəldiyini deyir: “Atam kəndimizdə partiya təşkilatının katibi olub. Anam isə müəllim idi, amma heç vaxt Kommunist Partiyasının üzvü olmadı, kommunist rejiminə hörməti yox idi. Bu fikir ayrılığı ailədə problem yaratmırdı. Mən atam tərəfindən cəmiyyətin bir şəkildə necə formalaşması yanaşmasını görürdüm. Anam isə sovetin vaxtında danışılmayan, deyilməyən məsələləri müzakirə edən biri idi. Hər ikisi dünyəvi baxışlı insanlar olublar. 3 bacı və 3 qardaş olmuşuq. Hamımız ali təhsilli, dünyəvi fikirli böyümüşük”.

İ.Əliyevanın İsveçdə siyasətlə yanaşı, başqa fəaliyyətləri də var: “İlk vaxtlar bələdiyyədə də işlədim. 2012-ci ildən iqtisadi, hüquqi və sosial məsələlər üzrə məsləhətçi şirkətimi açmışam. Qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində də ictimai təşkilatımız var. Həm partiyanın daxilində fəaliyyət göstərən Sosial Demokrat Qadınlar Təşkilatının, həm də bizim bələdiyyənin idarə heyətində varam”.

“Son iki seçkidə ilk onluqda idim”

İsveçdə regional parlamentə millət vəkili seçilmək üçün keçilməli olan yola gəlincə, İ.Əliyeva bildirdi: “Bütün partiyaların yerli təşkilatları var. İlk olaraq ora qoşulmalı, orda aktiv olmalısan. Aktiv üzv o deməkdir ki, üzv olduğun ərazi üzrə insanlarla, problemləri ilə maraqlanırsan. Ərazi üzrə insanlar fəaliyyətini görməli, səni tanımalıdır. Yerli təşkilatda özünü göstərəndən sonra regional təşkilata üzv edilirsən. Orda da özünü göstərəndən sonra artıq partiyanın daxilində ölkə miqyaslı təşkilatlara seçilirsən. 3 il ərzində həm partiya, həm ərazidəki insanlar arasında tanınmış insan oldum. Seçkilər olanda partiya siyahısını tutur. İlk 10 ən aktiv şəxsi seçir. Hansı ki seçkilərin nəticəsindən asılı olmayaraq parlamentdə təmsil olunur. Seçkilərin nəticəsindən asılı olaraq isə partiyadan daha çox adam təmsil oluna bilir. Mən son iki seçkidə ilk onluqda idim”.

“Ölkə parlamentinə də seçilə bilərdim”

“Niyə ölkə deyil, regional parlament” - deyə sual yarana bilər. İ.Əliyeva deyir ki, hələ ki seçimi bu cürdür: “Ölkə parlamenti ölkə miqyaslı məsələləri həll edir. Büdcəni təsdiq edir, maliyyələr ayırır, qanunlar qəbul edir. Regional parlament isə regionlara aid səhiyyə, nəqliyyat, iş yerləri, sənaye və s. məsələlərin həlli ilə məşğuldur. Ölkə parlamentinə namizədlik verə, seçilə də bilərdim. Amma mən əlavə işlərlə də məşğulam. Ölkə parlamentinə seçiləndə, bütün bu işlərdən azad olmalı, ölkəyə aid məsələlərin həllinə köklənməlisən. Ailəcanlı insanam, ailəmə də vaxtımın qalmasını istəyirəm. Regional parlamentdə işlərimi balanslaşdıra bilirəm. Növbəti mərhələlərdə ölkə parlamenti də ola bilər”.

Yaşanılmalı ölkələr siyahısında İsveç ilk yerlərdə olur. Bu mövqenin necə saxlaması haqqında danışan İ.Əliyeva deyir ki, bunun səbəbləri var: “Cəmiyyətin bütün üzvləri siyasi həyatda iştirak edirlər. Anadan olandan uşağa ali savadlı olmaq deyil, cəmiyyət üzvü olmaq aşılanır. “Sən cəmiyyətin üzvüsən, hüquqların və borcların var” deyirlər. Uşaqlara partiyaların prinsipi, proqramı haqqında məlumat verirlər. Yaxşı şeylər onsuz da yaxşıdır. Burada problemlər müzakirə olunur. Deyirlər ki, biz vergi ödəyirik, o da bizə sərf olunmalıdır. Biz sizi seçmişik, sizdən tələb edirik ki, bu işləri görün”.

“İsveçdəki varlılar heç yerdə yoxdur”

İ.Əliyeva qeyd etdi ki, bu cür demokratik cəmiyyət bir günə qurulmur: “100 il bundan əvvəl İsveç Avropanın ən kasıb ölkələrindən olub. Bir qismi kasıbçılıqdan, bir qismi isə qatı dinin təsirindən azad olmaq üçün 1 milyona yaxın insan burdan Amerikaya köçüb. 1900-cü ilin əvvəlindən qanunlar inkişaf yönündə olub, quruluşu bu yöndə aparıblar. İsveçdəki varlılara heç yerdə rast gəlməzsiniz, burada acından ölən, küçədə qalan da qeydə alınmır. İsveçdə uşaq evi yoxdur. Çünki valideynsiz qalan uşağa rast gəlməzsiniz. Maddi rifah cəmiyyətidir. Gender bərabərliyi var. Təşkilatlanma güclüdür. 3 nəfər birləşib öz problemini çatdırmaq üçün təşkilat yaradır. Uşaq bağçaları, səhiyyə pulsuzdur, qocaldın, baxmaq üçün nəvəyə ehtiyac yoxdur, servis evlər var, ora yerləşdirirlər, xidmət göstərirlər. Vergilər çox yüksəkdir. Amma onun qarşılığında sənə həyat şəraiti verir. Burda da qanunsuzluqlar, ədalətsizliklər olur. Cəmiyyətdir, normaldır, bunlar da olacaq. Ancaq sistem elə işləyir ki, çatışmazlıq olanda, insan özünü müdafiə edə bilir”.
 
 
 
Ardını oxu...
Mehriban Əliyeva Özbəkistanda səfərdədir

Birinci xanım Mehriban Əliyeva Səmərqənddə təşkil olunan şam yeməyində iştirak edib.

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Səidov Elmar Çingiz oğlu adlı şəxsdir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə məlumat yoxdur.

Elmar Səidov "Fireland Vineyards” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət şərab istehsalçısıdır.

Mediada yayılan məlumatlara görə, "Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar.

Maraqlıdır ki, Elmar Səidov Qalina Mehdiyeva ilə birgə "Fireland Vineyards” MMC-ni də məhkəməyə verib. Bu da qanuni təmsilçisi olmasına baxmayaraq, şirkətin əslində ona məxsus olmadığına şübhələr yaradıb. Araşdırmalarımız zamanı bəlli olub ki, əslində "Fireland Vineyards” MMC-nin sahibi də Qalina Mehdiyevadır.
Yeri gəlmişkən, 2019-cu ildə Elmar Səidovun "Fireland Vineyards” MMC-də milyonlarla manat vəsaiti mənimsədiyi barədə məlumat yayılıb. Bu fakt də şirkətin Elmar Sədiova məxsus olmadığını göstərir.

İş üzrə maraqlı tərəflərdən biri də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsidir. Bu da təsadüfi deyil. "Fireland Vineyards” MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 128 691.94 AZN təşkil edir.
 
 

Ardını oxu...
"Nəvəm atasının vəfat etdiyini hələ də bilmir".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Space maqazin" proqramında deyib. Müğənni oğlu Əlinin vəfatından və onun övladından danışıb. Dostəliyeva bildirib ki, nəvəsi hələ də atasının dünyasını dəyişdiyini bilmir:

"Çox pis oluram. Onunla bir neçə dəfə danışdım. O, hər dəfə məndən atasını soruşdu. Çünki ona heç nə deməmişik".

Qeyd edək ki, N.Dostəliyevanın oğlu Əli ötən il 41 yaşında ürəkçatışmazlığından vəfat edib.
 
Ardını oxu...
Qaxda 17 yaşlı qız kirayə yaşadığı evdə qətlə yetirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində şəhərin Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında baş verib.
Həmin evdə kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
 
Ardını oxu...
Ötən gün İranın Urmiya, Təbriz, Tehran, Kərəc, Ekbatan, Rəşt, Qəzvin, Naziabad, Fuladşəhr, Fəsa (Fars əyalətində), Məşhəd və digər şəhərlərində növbəti etiraz aksiyaları keçirilib.
Bunu İran mətbuatı yazıb.
Bildirilib ki, nümayişlər zamanı “Xamenei İŞİD rəhbərinin yerinə keçib!”, “İŞİD, Bəsic birliyiniz mübarək!”, “Diktatora ölüm!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” kimi şüarlar səsləndirilib.
Məlumata görə, İranda etirazçılar divarlara hökumət əleyhinə şüarlar yazır, dövlət işçiləri isə bunları silir. Bunu görən etirazçılar daha da qəzəblənir, küçələrə yeni şüarlar yazırlar. Onlar bildiriblər ki, hökumət şüarları silməklə heç nəyə nail ola bilməyəcək, küçələrə yeni şüarlar yazacaqlar.
Həmçinin Tehran Universitetinin Texniki fakültəsinin 100-dən çox professoru hökumət qoşunlarının ali məktəbə hücumunu pisləyib. Eyni zamanda, professorlar saxlanılan bütün tələbələrin azadlığa buraxılmasını xahiş ediblər.
Bundan başqa, güney azərbaycanlı qızlar İran əsgərlərinə çağırış ediblər: “Əsgər! Bu azad qadın sənin bacındır. Ona güllə atma, onu qoru! Heç olmasa, görməzdən gəl! Silahını bacına yox, zalıma tuşla!”.
///Report
 
 
 
Ardını oxu...
“Əgər burunda əyrilik varsa, yaxud da vücudunuzda hər hansı qüsurunuza görə narahatlıq keçirirsinizsə, bu qüsuru estetik, ya plastik yolla aradan qaldırmaq olar. Amma dəb xatirinə insanlıqdan çıxaraq və əndazəni aşaraq tanınmaz hala düşməyin əleyhinəyəm”.

DİA.AZ xəbər verir ki, bunu plastik əməliyyat etdirən xanımlarla bağlı fikirlərini bölüşərkən aktrisa Zülfiyyə Eldarqızı Yenicag.az-a açıqlamasında deyib.

O, xüsusilə atkrisaların plastik əməliyyat etdirməsinə qarşı çıxıb:

“Türk seriallarına baxıram, aktrisaların simalarında bir təbiilik var. Amma bizim sənət adamlarının estetik posedurları aşırı dərəcədədir. Yanaqlarını şişirdirlər, dodaqlarına o qədər dolğu vurdururlar ki, danışıqlarını da itirirlər. Bunu qəbul edə bilmirəm. Aktrisalara bunu yaraşdırmıram. Çünki səhnədə bədən dili, jestlər, mimikadan daha çox istifadə edirlər. Amma o qədər estetik əməliyyat etdirirlər ki, sifətləri donuq halda olur. Nə ağlaya, nə gülə bilirlər. Aktyor və aktrisa onun üçün önəmli olan bədən dilindən istifadə edə bilməyəndə də obraz süni alınır. Rejissorların yerinə olsam, elə aktrisaları filmimə çəkmərəm. Özümə gəlincə, bir dəfə burun əməliyyatı etdirmişəm. Çünki burnumda böyük qüsur var idi, bunu estetik əməliyyatla aradan qaldırdım”.

Z.Eldarqızı yalnız bir şərtlə plastik əməliyyatların tərəfdarı olduğunu bildirib:

“Söz yox ki, mən də xanım olaraq baxımın tərəfdarıyam. Hamı gözəl görünmək istəyir, amma bunun üçün təbii yollar var. Estetik prosedurlara əndazə aşılmamaq şərti ilə yaxşıdır. Əgər burunda əyrilik varsa, yaxud da hər hansı bir qüsurunuza görə narahatlıq keçirirsinizsə, bu qüsuru estetik, ya plastik yolla aradan qaldırmaq olar. Amma insanlıqdan çıxaraq, əndazəni aşaraq tanınmaz hala düşməyin əleyhinəyəm”.

Dünyapress TV

Xəbər lenti