“Əgər burunda əyrilik varsa, yaxud da vücudunuzda hər hansı qüsurunuza görə narahatlıq keçirirsinizsə, bu qüsuru estetik, ya plastik yolla aradan qaldırmaq olar. Amma dəb xatirinə insanlıqdan çıxaraq və əndazəni aşaraq tanınmaz hala düşməyin əleyhinəyəm”.
DİA.AZ xəbər verir ki, bunu plastik əməliyyat etdirən xanımlarla bağlı fikirlərini bölüşərkən aktrisa Zülfiyyə Eldarqızı Yenicag.az-a açıqlamasında deyib.
O, xüsusilə atkrisaların plastik əməliyyat etdirməsinə qarşı çıxıb:
“Türk seriallarına baxıram, aktrisaların simalarında bir təbiilik var. Amma bizim sənət adamlarının estetik posedurları aşırı dərəcədədir. Yanaqlarını şişirdirlər, dodaqlarına o qədər dolğu vurdururlar ki, danışıqlarını da itirirlər. Bunu qəbul edə bilmirəm. Aktrisalara bunu yaraşdırmıram. Çünki səhnədə bədən dili, jestlər, mimikadan daha çox istifadə edirlər. Amma o qədər estetik əməliyyat etdirirlər ki, sifətləri donuq halda olur. Nə ağlaya, nə gülə bilirlər. Aktyor və aktrisa onun üçün önəmli olan bədən dilindən istifadə edə bilməyəndə də obraz süni alınır. Rejissorların yerinə olsam, elə aktrisaları filmimə çəkmərəm. Özümə gəlincə, bir dəfə burun əməliyyatı etdirmişəm. Çünki burnumda böyük qüsur var idi, bunu estetik əməliyyatla aradan qaldırdım”.
Z.Eldarqızı yalnız bir şərtlə plastik əməliyyatların tərəfdarı olduğunu bildirib:
“Söz yox ki, mən də xanım olaraq baxımın tərəfdarıyam. Hamı gözəl görünmək istəyir, amma bunun üçün təbii yollar var. Estetik prosedurlara əndazə aşılmamaq şərti ilə yaxşıdır. Əgər burunda əyrilik varsa, yaxud da hər hansı bir qüsurunuza görə narahatlıq keçirirsinizsə, bu qüsuru estetik, ya plastik yolla aradan qaldırmaq olar. Amma insanlıqdan çıxaraq, əndazəni aşaraq tanınmaz hala düşməyin əleyhinəyəm”.