Daha bir şəhərdə bomba partlayacağını iddia edən qadın saxlanıldı - FOTO 294
Türkiyənin Eskişehir vilayətində sosial media hesabında təxribat xarakterli paylaşımlar edən qadın saxlanılıb.
Bakupost.az "Sabah"a istinadən xəbər verir ki, sosial mediada Eskişehir xəritəsində bomba görüntüsü paylaşan qadın orada da partlayış olacağını iddia edib.
Xüsusi Əməliyyat Şöbəsi qruplarının iştirakı ilə aparılan əməliyyat nəticəsində şübhəli evində tapılaraq nəzarətə götürülüb. O, tibbi müayinədən keçirildikdən sonra polis məntəqəsinə aparılıb.
 

Dünyapress TV

Xəbər lenti