Ardını oxu...
RT telekanalının baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub.

DİA.AZ trend-ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü M/Simonyan özünün "Telegram" kanalında yazıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə qarşı da analoji qadağa barədə məlumat verilmişdi.
Ardını oxu...
Bakıda fəaliyyət göstərən "Milana Medical" MMC barəsində məhkəmə iddiası qaldırılıb.

TEREF.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.

Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, "Milana Medical"ın sahibi iş qadını və yazar kimi tanınan Xuraman Muradovadır. O, əvvəllər "Laçın" Klinikasının rəhbəri olub. 2014-cü ildən isə "Milan Hospital"ın baş direktorudur. Bir müddət əvvəl isə Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılmışdı. Buna onun dövlət büdcəsinə olan vergi və sosial ödənişləri ödəməməsi səbəb olmuşdu.
 
Ardını oxu...
Rusiyada, Tuvada 24 yaşlı yerli sakin 10 aylıq bacısı oğlunu qətlə yetirdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Teref.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin respublika şöbəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, ötən il iyulun 29-da Kızılda fərdi evdə rus qadın keçmiş birgə yaşadığı şəxslə spirtli içki qəbul edərkən bacısının xahişi ilə kiçik oğluna baxıb. Böyüklərin arasında mübahisə yaranıb və sərxoş qadın həmin an qucağında körpə saxlayan kişiyə bıçaqla hücum etmək qərarına gəlib.

"Eyni zamanda bıçaq kişinin çiyninə, sonra isə uşağın kürəyinə dəyib", - deyə Komitə bildirib.

Nəticədə oğlan aldığı xəsarətlərdən yerindəcə keçinib. //milli.az
 
Ardını oxu...
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

AZSABAH.COM bildirir ki, Bakıdakı fotostudiyaların birində qeyri-adi fotosessiya edilib. Çəkilişlər studiyanın eyvanında lentə alınıb.

Qəribəsi isə ondan ibarətdir ki, çəkilişlərdə iştirak edən model yarıçılpaq halda eyvanda kamera qarşısına çıxıb.

Alt paltarında, "topless" fotossessiya etdirən modelin görüntüsü Instagram reels-də ən çox izlənilənlər sırasına daxil olub.

Görüntüləri təqdim edirik:

 

Ardını oxu...
Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni Doğuşun evliliyinin səkkizinci ildönümüdür.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bunla bağlı Hidayətqızı sosial şəbəkə hesabında paylaşım edib.

"Həyatınızda yaşamağın çətinlikləri qarşısında bir-birinizə sarılaraq addımlayacağınız, hər an bir-birinizi sevməyə davam edəcəyiniz bir evliliyiniz varsa, siz dünyanın ən xoşbəxt, ən zəngin insanısınız. Həyatınızdakı hər şeydən vaz keçin, xoşbəxt evliliyinizdən başqa. Bu gün Doğuşla evliliyimizin 8-ci ilidir. Zaman sanki uçur. 8 il əvvəli və bizim ailə qurmağımızla bağlı verilən proqnozları xatırlayıram: 1, 6 ay, 1 il sonra ayrılacaqlar. ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir birlikdəyik. Rəbbim bu birliyi pozmasın, övladlarımızla birlikdə bizə xoşbəxt, hüzurlu yaşamağı nəsib etsin. Bütün qadınlar, insanlar xoşbəxt olsun" deyə, o paylaşımda yazıb.

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün bu nikahdan əkiz oğulları var.
Ardını oxu...
Naxçıvan dərəbəyliyinin özünü müdafiə edən əsas arqumentlərindən biri də guya "əxlaq polisliyi" etməsi idi. Guya, Vasif "xan" nə qədər əzazil olsa da əxlaq məsələsinə xüsusi diqqət ayırır, Muxtar Respublikada məişət pozğunluğunun qarşısını alır.
Teref.az xəbər verir ki, bunu Ovqat com saytının baş redaktoru Heydər Oğuz yazır. Daha sonra Heydər bəy yazxır:
Naxçıvanlı bir qadının "Hüquqşünaslar Qrupu"na yazdığı bu sətirlər isə başqa mətləblərdən xəbər verir.
Deyə bilərsiniz ki, Naxçıvanda kiminsə hansısa qələt etməsinə görə niyə "xan" həzrətlərini günahlandırırsan? Bəyən "xan" həzrətləri hər otelin qarşısında dayanıb orda nə oyunların döndüyünə nəzarət etməlidir?
Məsələ burasındadır ki, Grand Hotel "xan" həzrətlərinə yad bir yer deyil. Birbaşa onun oğlu Seymurun obyektidir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
İranda dini idarəçiliyə qarşı etirazlar yeni nəsil qadın və qızlar arasında görünməmiş sürətlə yayılmağa başlayıb.

İranlı gənclər sosial media paylaşımlarında niyə hakimiyyətə qarşı çıxıb həyatlarını riskə atdıqlarını izah edirlər:

“Mollalar, rədd olun”
Bu, artıq 11 yaşına qədər gənc qızların da qoşulduğu etirazçı elektoratın şüarıydı.

Sosial şəbəkələr dini lider Ayətullah Əli Xameneinin şəkillərinin divarlardan çıxarılıb cırılmasını və sonra da yandırmasını əks etdirən videolala doludur.

Onlar hicabı “düzgün” taxmadığına görə saxlanan və polis şöbəsində ölən gənc kürd qadına ithafən başqa bir şüar da səsləndirirlər – “Birləşməsək, növbəti Məhsa Əmini biz olacağıq”.

Rejim Əmininin ölümündən sonra başlayan aksiyalara sərt reaksiya verir, amma etirazlar səngimir.

22 yaşlı “TikTok” istifadəçisi Hədis Nəcəfi aksiya yerinə gedərkən çəkdiyi videoda daha yaxşı gələcəklə bağlı xəyallarını dilə gətirmiş, “Bir neçə il sonra geriyə baxanda hər şeyin yaxşılığa doğru dəyişmiş olmasına sevinəcəm” demişdi.

Ailəsi Hədisin bu videonu çəkəndən təxminən bir saat sonra güllələndiyini açıqlayıb.

Anası sosial şəbəkədə paylaşdığı videoda deyib ki, Hədisin ürəyində, mədəsində və boynunda güllə yaraları olub:

“İşdən gəldi, ac olduğunu dedi. Amma heç nə yemədi, Mahsa Əmininin ölümünə görə keçirilən aksiyaya ac getdi”.

İnsan haqları qruplarının məlumatına görə, aralarında uşaqların da olduğu onlarla gənc təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

22 yaşlı Hədis Nəcəfi gələcəkdə geriyə baxanda dəyişmiş İranı görmək istəyirdi, amma onu gülləyərək öldürdülər
Ən böyük zərbə İranın “Z” nəslinə dəyir.

İranlı sosioloq Hüseyn Qaziyan deyir ki, etiraz üçün sosial mediadan istifadə əsas faktorlardan birinə çevrilib; eyni zamanda, dəyişiklik üçün başqa şansın olmamasının tamamən dərk edilməsi də mühüm rol oynayıb:

“Bu nəsil daha müasirdir, yaşadıqları dünyadan xəbərdardır. Onlar fərqinə varıblar ki, həyatı başqa cür də yaşamaq olar. Rejimdən ümidlərini kəsiblər və bu onlara cəsarət verir”.

16 yaşlı video bloqçu Sarina İsmayılzadə də “YouTube” kanalındakı paylaşımında cəsarət nümayiş etdirib:

“Biz İrandan kənardakı həyatdan xəbərsiz olan 20 il əvvəlki nəsil kimi deyilik. Özümüzdən soruşuruq ki, niyə biz New Yorkdakı və ya Los-Ancelesdəki yeniyetmələr kimi əylənə bilmirik”.

Bu gənc qadınlar layiqli həyat yaşaya bilmək üçün hər cür riskə hazırdırlar.

“Amnesty İnternational” təşkilatının məlumatına görə, Sarina aksiyaya gedib və orda başına vurulan zərbələr nəticəsində həyatının itirib. İran bu ittihamı rədd edir, bildirir ki, gənc qız binanın damından atılaraq intihar edib.

Sarinanın ailəsini rejimin versiyasını qəbul etməyə məcbur ediblər, onlar hadisəylə bağlı mediaya açıqlama verməyiblər.

Videolardan birində Sarina Hozier-in “Take Me to Church” mahnısını oxuyub.

Bu mahnıda katolik kilsəsinin İrlandiyadakı nüfuzuna etiraz edilir; o, qlobal azadlıq himninə çevrilib.

İnsan haqları üzrə araşdırmaçı Azadə Pourzandın fikrincə, etirazlar mühüm dəyişiklik anının təmsilçisidir.

Ekspert deyir ki, gənc qadınların tələblərindəki konkretlik onu heyran edir:

“Bir-birilərilə bəsit ifadələrlə danışmaları. Onlar öz tələb və ümidlərini dünyaya izah etməyi bizdən qat-qat yaxşı bacarırlar”.

Pourzand deyir ki, gənc nəsil rejimi daxildən dəyişmək istəyib bunu bacarmayan əvvəlki nəsillərin təcrübəsindən dərs alıb.

Azade Pourzand gənc nəslin rejimi daxildən dəyişməklə bağlı keçmiş cəhdlərdən dərs aldığını bildirir
Pourzand gənclərin cəsarətli mövqeyini yüksək qiymətləndirir; qeyd edir ki, “Əvvəlki nəsillərin gələcəyi onlardır. Gənclər qorxmadan yaşamaq istəyirlər”.

Onun İranla şəxsi bağı da var. Anası Mehrəngiz Kar vaxtilə bu ölkənin insan haqları üzrə tanınmış vəkillərindən biri olub, sonra ordan qaçmaq məcburiyyətində qalıb. Pourzand deyir ki, anası İranda baş verənləri kədər və qürurla izləyir.

Nahar zamanı tətbiq olunan “qızlar ayrı, oğlanlar ayrı” qaydasına etiraz edən kollec tələbələri yeməkxananın kənarında – yerdə oturub birlikdə yemək yeyəndə anası buna çox sevinib.

“Mən mükafatımı aldım, həyatım boyu apardığım mübarizənin mükafatını aldım” – o, qızına belə deyib.

İndi İrandakı bütün nəsillər hadisələri izləyir və gözləyirlər.
pressklub
 
 

 


Ardını oxu...
Seulda təşkil edilən beynəlxalq yarışdakı davranışı ilə gündəmə gələn iranlı idmançı Elnaz Rekabidən bir müddətdir xəbər alınmır.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, İrandakı etiraz aksiyalarına dəstək məqsədi ilə olimpiya oyunlarına vəsiqə verən beynəlxalq yarışa hicabsız çıxan idmançının itkin olduğu bildirilir.
Qeyd edək ki, onun ölkəsinə qayıtdıqdan sonra cəzalandırılacağı təxmin edilirdi.

Ardını oxu...
 
Ardını oxu...
Bukingem sarayı Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Kamillanın titulundan “konsort” sözünü çıxarmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə saraya yaxın mənbələrdən məlumat verilib.

Bildirilir ki, III Çarlzın 2023-cü il mayın 6-na planlaşdırılan tacqoyma mərasimindən əvvəl kral köməkçiləri kraliça Kamillanın titulundan xəlvət şəkildə “konsort” sözünü çıxarmaq istəyirlər. Cəmiyyət və mətbuat onu sadəcə olaraq Kraliça Kamilla adlandırdığından, III Çarlzın ətrafı və onun həyat yoldaşı onun tituluna rahat yanaşır.

Bildirilir ki, Kamilla ictimai rəyi nəzərə alaraq könüllü olaraq kraliça-konsort titulunu götürüb.

Mənbənin məlumatına görə, Kamillanın qısaldılmış titulu 2023-cü ildə III Çarlzın tacqoyma mərasimi ilə rəsmiləşə bilər.

Konsort - hökmdarın əri və ya arvadıdır. Kral və ya kraliçadan fərqli olaraq, onların rəsmi vəzifəsi yoxdur və onlara konkret tapşırıqlar verilmir. Onların əsas vəzifəsi qeyri-rəsmidir: ömür boyu həyat yoldaşını dəstəkləmək. Həm Britaniya krallarının arvadları, həm də kraliçaların həyat yoldaşları konsorts olublar: Məsələn Şahzadə Filip və Şahzadə Albert. (Oxu.az)
Ardını oxu...
 
Ardını oxu...
Bir neçə həftə əvvəl Kurqanda itkin düşən rusiyalı aktrisa İrina Qolubniçenko ölü tapılıb.

Publika.az xəbər verir ki, bu, Rusiyanın "Lisa Alert" axtarış-xilasetmə qrupunun oriyentasiyasından məlum olub.

Aktrisanın 82 yaşı var idi. O, 23 sentyabr 2022-ci il axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb. Sənətçinin ölümünün təfərrüatları açıqlanmır.

Qolubniçenko 1989-cu ildən Kurqan Dram Teatrında işləyir.

Dünyapress TV

Xəbər lenti