Naxçıvan dərəbəyliyinin özünü müdafiə edən əsas arqumentlərindən biri də guya "əxlaq polisliyi" etməsi idi. Guya, Vasif "xan" nə qədər əzazil olsa da əxlaq məsələsinə xüsusi diqqət ayırır, Muxtar Respublikada məişət pozğunluğunun qarşısını alır. Teref.az xəbər verir ki, bunu Ovqat com saytının baş redaktoru Heydər Oğuz yazır. Daha sonra Heydər bəy yazxır: Naxçıvanlı bir qadının "Hüquqşünaslar Qrupu"na yazdığı bu sətirlər isə başqa mətləblərdən xəbər verir. Deyə bilərsiniz ki, Naxçıvanda kiminsə hansısa qələt etməsinə görə niyə "xan" həzrətlərini günahlandırırsan? Bəyən "xan" həzrətləri hər otelin qarşısında dayanıb orda nə oyunların döndüyünə nəzarət etməlidir? Məsələ burasındadır ki, Grand Hotel "xan" həzrətlərinə yad bir yer deyil. Birbaşa onun oğlu Seymurun obyektidir.