Kamilla kraliça olmağa hazırlaşır - FOTO
Bukingem sarayı Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Kamillanın titulundan “konsort” sözünü çıxarmaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə saraya yaxın mənbələrdən məlumat verilib.

Bildirilir ki, III Çarlzın 2023-cü il mayın 6-na planlaşdırılan tacqoyma mərasimindən əvvəl kral köməkçiləri kraliça Kamillanın titulundan xəlvət şəkildə “konsort” sözünü çıxarmaq istəyirlər. Cəmiyyət və mətbuat onu sadəcə olaraq Kraliça Kamilla adlandırdığından, III Çarlzın ətrafı və onun həyat yoldaşı onun tituluna rahat yanaşır.

Bildirilir ki, Kamilla ictimai rəyi nəzərə alaraq könüllü olaraq kraliça-konsort titulunu götürüb.

Mənbənin məlumatına görə, Kamillanın qısaldılmış titulu 2023-cü ildə III Çarlzın tacqoyma mərasimi ilə rəsmiləşə bilər.

Konsort - hökmdarın əri və ya arvadıdır. Kral və ya kraliçadan fərqli olaraq, onların rəsmi vəzifəsi yoxdur və onlara konkret tapşırıqlar verilmir. Onların əsas vəzifəsi qeyri-rəsmidir: ömür boyu həyat yoldaşını dəstəkləmək. Həm Britaniya krallarının arvadları, həm də kraliçaların həyat yoldaşları konsorts olublar: Məsələn Şahzadə Filip və Şahzadə Albert. (Oxu.az)
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1665896412_2.jpg
 

Dünyapress TV

Xəbər lenti